Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
2016-05-19 | 16:23 |

Yaponiyanın  World Investors TV” internet televiziyasının növbəti canlı yayımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Proqarmın  qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim, əslən azərbaycanlı Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının rəhbəri, doktorant tələbə Əlibəy Məmmədov Azərbaycan həqiqətləri haqqında yapon tamaşaçılara geniş məlumat veriblər.

Canlı efirdə aparıcının suallarını cavablandıran qonaqlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, Azərbaycan torpaqlarının işğal edilməsi, azərbaycanlıarıan bu ərazilərdən qovulması barədə ətraflı danışıblar. Əlibəy Məmmədov və Xəlil Kələntər Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini və bu siyasəti dəstəkləyən bəzi dövlətlərin mövqeyini pisləyiblər. Azərbaycan torpaqlarının boşaldılmasına dair BMT-nin qətnamələrini xatırladan soydaşlarımız Ermənistan hakimiyyətinin buna məhəl qoymadığını, beynəlxalq hüquqa hörmətsizlik, saymazlıq etdiyini vurğulayıblar.

Əlibəy Məmmədov və Xəlil Kələntər dünya ictimaiyyətini Ermənistana qarşı ciddi tədbirlər görməyə, doğma yurdundan didərgin düşmüş bir milyonadək azərbaycanlının öz torpağına geri qayıtması üçün konkret addımlar atmağa çağırıb.

Verilişdə XX əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqrımı da diqqət mərkəzində saxlanılıb və yapon tamaşaçılara bu barədə geniş məlumat verilib.

Proqramda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 rayonun xəritəsi, eyni zamanda Ermənistanın işğalı altında olan və xarabalığa çevrilmiş Azərbaycan şəhərlərinin videogörüntüləri yerli tamaşaçılara təqdim edilib.

Müsahibədə aparıcının sualına cavab olaraq 2016-ci ilin aprel ayında yaşanan və “4 günlük müharibə” adı ilə tarixə düşən hadisələr barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki əhalisini hədəfə alan Ermənistanın işğalçı qüvvələrinə adekvat cavab verilib və döyüşlər nəticəsində Azərbaycan silahlı qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəklikləri, kəndləri düşməndən azad edib.

http://diaspora.gov.az/index.php?options=news&id=11&news_id=3548

diaspora qarabag shekil

 

 

Yaponiyanın internet televiziyasında yayımlanan verilişdə Qarabağ həqiqətlərindən danışılıb

Tokio, 18 may, AZƏRTAC

Yaponiyanın “World Investors TV” internet televiziyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttindəki son vəziyyət barədə xüsusi veriliş yayımlanıb. Verilişin qonaqları – Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının fəxri prezidenti, doktorant Əlibəy Məmmədov tamaşaçılara münaqişə, onun yaranma səbəbləri və cəbhə xəttindəki son durum haqqında məlumat veriblər.

Qeyd edilib ki, problem Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ilə əlaqədar Ermənistanın ölkəmizə qarşı ərazi iddiası nəticəsində yaranıb. Dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi qəbul olunmasına baxmayaraq, Ermənistanın hərbi qüvvələri bu torpaqları hələ də nəzarətdə saxlayır. Yaponiya hökuməti də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Bildirilib ki, əzəli Azərbaycan torpaqları olan həmin ərazilərdə və Ermənistan tərəfindən işğal edilmiş yeddi rayonda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan hakimiyyətinin işğalçı siyasəti nəticəsində həmin rayonlardan olan azərbaycanlılar ölkə daxilində məcburi köçkünə çevrilib, öz ata-baba yurdlarından didərgin salınıblar.

Verilişdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti kəskin şəkildə pislənilib, bu işdə ona yardımçı olan xarici dövlətlər tənqid edilib. Qeyd olunub ki, bu ərazilərdə tarixən yaşamayan ermənilər sonradan Çar Rusiyasının məkrli siyasəti nəticəsində tarixi Azərbaycan torpaqlarına köçürülüblər. Ermənilərə dövlət yaratmaq ehtiyacı yarananda isə sovet hökuməti tarixi Azərbaycan torpaqlarını Ermənistana pay verməklə Azərbaycan ərazilərinin bölünməsi hesabına Ermənistan dövlətini yaradıb, Azərbaycanın qədim xanlıqlarından biri olan İrəvanı, Zəngəzur mahalını ermənilərə hədiyyə edib. Bununla belə, ermənilər öz işğalçılıq siyasətindən əl çəkməyib, Qarabağa da göz dikərək buranın hüquqi sahibləri olan azərbaycanlılara qarşı dəfələrlə soyqırımı siyasəti həyata keçiriblər.

Diqqətə çatdırılıb ki, ötən əsrin sonlarında sovet hökumətinin dağılması yaxınlaşanda bundan istifadə edən ermənilər bu ərazilərdə yaşayan azərbaycanlılara qarşı qanlı müharibəyə başlayıblar. 1980-ci illərin sonlarında, vahid dövlət olan SSRİ tərkibində daxili münaqişə kimi başlayan Dağlıq Qarabağ məsələsi 1991-ci ildə Azərbaycanın və Ermənistanın müstəqillik əldə etməsi ilə dövlətlərarası müharibəyə çevrilib. Azərbaycandakı siyasi hakimiyyətin sabit olmamasından istifadə edən erməni işğalçı qüvvələri Dağlıq Qarabağı və ətraf yeddi rayonu ələ keçiriblər.

Vurğulanıb ki, Ermənistanın Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşaltmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Bunların hər birində Ermənistanın işğalçı qüvvələrindən Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsi tələb olunsa da, bu tələb bu günədək yerinə yetirilməyib. Ermənistan hakimiyyəti beynəlxalq hüquqa qarşı hörmətsizlik edir. Beynəlxalq səviyyədə Ermənistana qarşı ciddi tədbirlər görülməli və azərbaycanlılar öz doğma dədə-baba torpaqlarına geri qayıtmalıdırlar.

Canlı efir zamanı ermənilər tərəfindən törədilən Xocalı soyqırımından da söhbət açılıb və bu faciə XX əsrin ən böyük cinayətlərindən biri kimi pislənilib.

Dağlıq Qarabağın və işğal olunmuş digər yeddi rayonun xəritəsi, eyni zamanda, hazırda Ermənistanın işğalçı siyasəti nəticəsində ruhlar şəhərinə çevrilmiş Ağdam da daxil olmaqla işğal altında olan ərazilərlə bağlı AZƏRTAC tərəfindən hazırlanan videoçarx tamaşaçıların diqqətinə çatdırılıb.

Aparıcı Kazuyasu İşidanın sualını cavablandıran veriliş iştirakçıları ötən ayın əvvəllərində cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində yaranan gərginlik barədə də məlumat veriblər. Bildirilib ki, “4 günlük müharibə” adı ilə tarixə düşən bu hadisələr zamanı Ermənistan işğalçı qüvvələri Azərbaycanın mülki əhalisini hədəfə almaqdan belə çəkinməyiblər. Cavab tədbirləri görmək məcburiyyətində qalan Azərbaycan Silahlı Qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəkliyi düşməndən azad edib. Bu əməliyyat nəticəsində 22 il davam edən atəşkəsdən sonra psixoloji, hərbi və siyasi üstünlük Azərbaycan tərəfinə keçib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

http://azertag.az/xeber/952508

 

1463561508191441612_1000x669

ABŞ-da Dağlıq Qarabağla çıxışım Azərbaycan Mediasında {FOTOREPORTAJ}

  1. Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin elektron ünvanı:

    http://diaspora.gov.az/index.php?options=news&id=11&news_id=3526

wp-1461177623449.png

 

2. Yeni Azərbaycan Partiyasının rəsmi elektron ünvanında:

http://www.yap.org.az/az/view/news/12709/absh-da-beynelxalq-elmi-konfransda-azerbaycanli-doktorantin-dagliq-qarabagla-bagli-meruzesi-dinlenilib

 

wp-1461177615833.png

 

3. 525-ci qəzetin rəsmi elektron ünvanında:

http://525.az/site/?name=xeber&news_id=55477

 

wp-1461177632321.png

 

4. Səs İnformasiya Agenliyinin rəsmi elektron ünvanında:

http://sia.az/az/news/social/539169-abs-da-azerbaycanli-doktorantin-meruzesi-dinlenilib

wp-1461177653373.png

5. Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi elektorn ünvanında:

http://azertag.az/xeber/ABS_da_beynelxalq_elmi_konfransda_azerbaycanli_doktorantin_Dagliq_Qarabagla_meruzesi_dinlenilib-943711

wp-1461177658373.png

6. Qarabağ Azadlıq Təşkilatının rəsmi elektron ünvanında:

http://qat.az/index.php/ekhplore/garabagh-zhundaeliyi/10955-absh-da-beynaelkhalg-elmi-konfransda-azaerbaydzanl-doktorant-n-daghl-g-garabaghla-maeruzaesi-dinlaenilib

wp-1461178352270.png

7. 525-ci qəzetin 19 Aprel 2016-ci il tarixli sayında.

525 Dağlıq Qarabağ aprel 2016

Yaponiyada Qar Festivalı keçiriləcək – Fotoreportaj

AZƏRBAYCAN ARTIQ İKİNCİ DƏFƏDİR Kİ, BU FESTİVALDA TƏMSİL OLUNUR

Azərbaycan tarixdə ikinci dəfə Yaponiyanın Hokkaydo adasında yerləşən və dövlətin şimal paytaxtı hesab edilən Sapporo şəhərində keçiriləcək 67-ci “Sapporo Beynəlxalq Qar Fiqurları” festivalında təmsil olunacaq.

1822 nəfər xarici tələbəsi olan Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə doktorant tələbə Əlibəy Məmmədovun təşəbbüsü ilə sözügedən qar festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunacaq.

Sözügedən festival hər il ənənəvi olaraq fevral ayının 5-dən 11-dək – 1 həftə ərzində Sapporo şəhərinin mərkəzi parkı olan “Ohdori”də keçirilir. Hər il festivalı izləməyə 2 milyondan artıq yerli və xarici turist gəlir. 2015-ci ildə turistlərin sayı təxminən 2 milyon 350 min nəfər olub. 2015-ci ildə böyük və kiçik ölçülü 207 qar fiquru hazırlanıb. Bu il də qar fiqurlarının sayının 200-ü ötəcəyi gözlənilir.

IMG_4518.JPG
Azərbaycanla bağlı çıxış edərkən. 31 yanvar 2016-cı il

Festivalın əsas təşkilatçıları Sapporo şəhər İcra Hakimiyyəti, Sapporo Turizm Assosiasiyası, Sapporo Şəhər Təhsil Komitəsi, Sapporo Ticarət və Sənaye Palatasıdır. Yerli telekanallar, ayrı-ayrı şirkətlər və assosiasiyalar festivala aktiv şəkildə dəstək verənlər sırasındadır.

Festival zamanı turistlərə ayrı-ayrı ölkələrin mədəniyyət nümunələri, nağıl qəhrəmanlarının qardan hazırlanmış heykəlcikləri nümayiş olunur. Eyni zamanda, ayrı-ayrı ölkələrin mətbəxinin dadına baxmaq üçün xüsusi dükanlar təşkil olunur, Hokkaydonun yerli xalqı hesab edilən aynuların milli-mədəni irsi diqqətə çatdırılır.

Festival zamanı şəhərin mərkəzi küçələrində nəqliyyatın gedişi tamamilə dayandırılır. 2 milyondan artıq turisti qəbul edə bilmək üçün xüsusi nəzarət sisteminə keçilir.

Ə. Məmmədovun sözlərinə görə, “Sapporo Beynəlxalq Qar Fiqurları” festivalı Azərbaycanı tanıtmaq və onun haqqında daha yaxşı imic yaratmaq baxımından ələ düşmüş möhtəşəm bir fürsətdir.

2015-ci ilin aprelin 23-də Ə. Məmmədov Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasına ikinci müddətə prezident seçildikdən sonra 2015-ci ilin oktyabr ayında yenidən Azərbaycanın təmsil olunması təklifi ilə çıxış etmək hüququnu əldə edib. Bu dəfə də həmyerlimizin təklifi “Sapporo Ohdori Lions Club”un xüsusi iclasının yekun nəticəsi olaraq qəbul edilib.

Bu ilki mövzu 2007-ci ildə layihəsi məhşur memar Zaha Hadid tərəfindən işlənmiş, müasir Bakının simvollarından biri hesab edilən Heydər Əliyev Mərkəzi və qarşısında milli geyimli azərbaycanlılar olub.

Əlibəy Məmmədov vurğulayıb ki, ötən il Qız Qalası, bu il isə Heydər Əliyev Mərkəzinin qar fiqurlarının yaradılması təklifi ilə çıxış etməsi heç də təsadüfi deyil: “Bu işdə məqsəd, yaponlar və xarici turistlər arasında Azərbaycan, onun tarixi, mədəniyyəti, insanları haqqında dərin təəssüratlar yaratmaq, Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında məlumatlar verməkdən ibarət olub. Eyni zamanda, turistlər Bakının qədim və müasir simvolları haqqında məlumatlanmış olacaqlar”.

Bu məqsədlə bir neçə həftə öncədən qar fiqurunun hazırlanmasına başlanıldığını deyən həmyerlimiz bildirib ki, qar fiqurun əsas hissəsi professional şirkət tərəfindən yaradılıb: “Yanvarın 31-də isə Hokkaydo Universitetinin Xarici Tələbələri, “Sapporo Ohdori Lions Club”un fəxri üzvləri, Sapporonun orta məktəb tələbələri və ziyalıları daxil olmaqla ümumilikdə 20 ölkədən 70 nəfərin iştirakı ilə qar fiqurunun üzərində hazırlıq işləri aparılıb”.

525-ci qezet real varianti.jpg

Hündürlüyü 4, eni 3 metr olan qar fiqurunun hazırlanması ərəfəsində “Tokyo Dome Hotel Sapporo” otelində,  Beynəlxalq Qar Fiqurları festivalında Azərbaycanın təmsil olunması ilə bağlı “Sapporo Ohdori Lions Club”u tərəfindən xüsusi ziyafət təşkil olunub.

Ziyafətdə “Sapporo Ohdori Lions Club”un hazırkı prezidenti Oya Ryusuke, ötən ilki prezidenti Yamada Masayuki və “Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyası”nın prezidenti Əlibəy Məmmədov Azərbaycan haqqında geniş şəkildə çıxış ediblər.

O. Ryusuke qeyd edib ki, Azərbaycan artıq ikinci dəfədir ki, festivalda iştirak edəcək: “Bu çox sevindirici bir haldır. “Sapporo Ohdori Lions Club”un büdcəsindən hər il Qar Fiqurları Festivalı üçün müəyyən qədər vəsait ayrılır. Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovun təklifini müzakirə etdikdən sonra bu il də biz bu vəsaiti Azərbaycan üçün ayırmaq qərarına gəldik. Çox sevinirik ki, Azərbaycanın Yaponiyada tanınma işində müəyyən qədər paya sahibik”.

Daha sonra Y. Masayuki çıxış edərək bildirib ki, ötən il Azərbaycan festivalda Qız Qalası və milli geyimlərdə olan azərbaycanlılarla təmsil olunub: “Bundan sonra bizə Azərbaycanla bağlı çoxlu suallar gəlməyə başlayıb. Bu bir daha onu göstərir ki, Qar Fiqurları festivalında iştirak açıq-aşkar Azərbaycanın Yaponiyada tanınma işinə böyük töhfə verir”.

Təşkilatçıların çıxışından sonra söz Hokkaydo Universitetinin prezidenti Əlibəy Məmmədova verilib. Həmyerlimiz qeyd edib ki, 2016-cı il “Sapporo Ohdori Lions Club”-ın yaradılışının 25-ci ildönümü, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının yaradılışının 10-cu il -dönümüdür: “Belə əlamətdar bir ildə Azərbaycanla bağlı Qar Fiqurlarının hazırlanması ayrıca zövq verir. Bu təkcə Hokkaydo Universiteti ilə təşkilatçı tərəf arasında deyil, eyni zamanda geniş miqyasda götürdükdə Azərbaycan və Yaponiya münasibətlərinə, Azərbaycanın Yaponiyada geniş təbliğinə, ölkəmizlə bağlı aparılan geniş maarifləndirmə işinə çox böyük töhfələr verməkdədir”.

Ə. Məmmədovun çıxışından sonra “Sapporo Ohdori Lions Club”un prezidenti O. Ryusuke tərəfindən həmyerlimizə ötən ilki qar fiqurunun maketi rəsmi şəkildə hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycanı təmsil edəcək qar fiquru üçün “Ohdori” parkında uyğun yer seçilib.

Festivala qədər və festivalın davam edəcəyi müddətdə qar fiqurlarının formasının qorunub saxlanması üçün 5 nəfərdən ibarət xüsusi işçi qüvvəsi ayrılıb. Sapporo şəhərində havanın temperaturu təxminən mənfi 5 – mənfi 10 dərəcə arasında dəyişdiyi üçün fiqurun ərimə təhlükəsi yox səviyyəsindədir. Sadəcə olaraq, güclü qar yağarsa formasını itirə bilər. Bunun üçün işçi qüvvəsinin nəzarətinə ehtiyac yaranıb. Fevral ayının 5-dək qar fiqurunun tam hazır olacağı planlaşdırılır.

Ceyhun ABASOV

http://525.az/site/?name=xeber&news_id=50699

IMG_4617

IMG_4678
Sapporo Ohdori Lions Club-ın hazırki və keçmiş prezidentləri ilə birlikdə

IMG_2705IMG_4696

「アゼルバイジャン人が誇りに思うべき歴史としての「黒い一月事件」」

WITV生放送。「アゼルバイジャン人が誇りに思うべき歴史としての「黒い一月事件」」について話しました。
Azerbaycanlilarin qehremanliq sehifelerinden biri olan 20 yanvar hadiseleri ile bagli Yaponiyanin internet televiziyasinda canli efirde chixish etdik.

Alibay 20 yanvar

日本は天国そのもの。Cənnət Məkan Yaponiya

日本は日本人にも、日本に住む外国籍にも経済や税金のこと等でよく批判されますが、世界各国の情勢、安定しない経済等を見てはじめて、日本経済、その社会の凄さに気づきます。日本は暮らしの面でも、仕事の面でも、文字通り天国なのです。ちゃんと評価すべきです。
Yaponiya, yaponlar və burada yaşayan xaricilər təfərindən müxtəlif səbəblərdən (iqtisadiyyat, vergilər və s) tez-tez tənqid olunur. Amma dünya ölkələrində baş verən hadisələri, stabil omayan iqtisadiyyatlarını gördükdə Yaponiya iqtisadiyyatının və cəmiyyətinin möhtəşəmliyinə bir daha əmin olursan. Həm yaşam və həm də iş baxımında Yaponiya cənnət məkandır. Lazımınca qiymətləndirmək gərəkir.

新年あけましておめでとうございます

旧年中は大変お世話になりました。心より感謝申し上げます。
アリベイにとって、2015年はとても飛躍的な年となりました。北海道大学におき修士課程を無事修了し、博士課程に進むことができました。また、同大学留学生協議会会長(2期目)に当選し、留学生と大学、企業、札幌市民を繋ぐ役割を果たすことができました。
さらに、日本で活躍するアゼルバイジャン人として様々な場面で自国について語る機会を提供していただき、アゼルバイジャンにおいても幾度となくマスコミに取り上げていただきました。
わずかではありますが、これら一定の成果をあげることができたのも、皆様のご協力があったからに他なりません。
昨夏には愛する女性と結婚をし、健全な家庭づくりの努力をしてきました。今年は家事や育児でも忙しくなるのでしょうか……
それでは、本年も何卒よろしくお願いいたします。

2016年元旦

7B4A6384
2015年7月、バクーにて
V38B0597
2015-ci il Iyul ayı, Bakı

Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub

Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında  Azərbaycan yüksək səviyyədə təmsil olunub. Hər dəfə yeni il ərəfəsində Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının (HUISA – Hokkaido University International Students Association) təşkilati dəstəyi və sponsorluğu ilə keçirilən festivalda ölkəmizin təmsilçiləri  Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələbə Əlibəy Məmmədov və bu universitetin Biznesin İdarəsi və Menecement fakültəsində magistr təhsili alan Qabil Əliyev olub.

Əlibəy Məmmədovbildirib ki, bir-birindən gözəl, möhtəşəm çıxışları izləmək üçün hər il yüzlərlə insan festivala qatılır, Sapporo şəhər rəhbərliyinin yüksək vəzifəli şəxsləri və şəhər ziyalıları festivalı izləməyə gəlir. Bu dəfəki festivalda təmsil olunan ökələrin  milli rəqsləri və milli musiqiləri daha çox diqqət çəkib.

Tədbirin təşkilatı işləri ilə məşğul olan Əlibəy Məmmədov festivalda Azərbaycan rəqsləri, digər təmsilçimiz Qabil Əliyev isə Azərbaycan musiqisi haqqında geniş çıxış edib. Azərbaycan musiqisinin köklərinin qədim dövrlərə dayandığı bildirilib. Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çox sayda mahnılar,  “Kitabi-Dədə Qorqud” dastanından bizə gəlib çıxan qopuz, saz, aşıq sənəti, xalq musiqisi haqqında məlumat verilib. Azərbaycanlı tələbələrin çıxışları Azərbaycanın xalq artisti Çingiz Mehdiyevin ifasında “Qaval daşı”, Mənsum İbrahimovdan “Səni qəmli görəndə”, Alim Qasımov və Fərqanə Qasımovanın muğamla sintez şəklində ifa etdiyi “Say it right (Nelly Furtado)” mahnıları ilə müşayiət olunub. Daha sonra “Yenilməz batalyon” filminin musiqisi barədə məlumat verən Q.Əliyevin bu musiqini canlı ifa etməsi izləyicilərdə xüsusi maraq oyadıb.

Sonda iştirakçılara sertifikatlar və pul mükafatları  təqdim edilib.

OLYMPUS DIGITAL CAMERA
Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanı təmsil edərkən, 19 dekabr 2015-ci il

///////////////////////////////////////////////////////////////////////////////////

Mənbələr:

http://diaspora.gov.az/index.php?options=news&id=11&news_id=3368

http://salamnews.org/az/news/read/201625

http://az.trend.az/azerbaijan/society/2473042.html

/////////////////////////////////////////////////////////////////////////////////

WITV生放送[11月16日]の動画が公開されました。

今回はアゼルバイジャン入門編として、
北海道大学の留学生であり、日本企業とアゼルバイジャンを繋ぐさまざまな活動に従事し­いるアリペイ氏を招いて、
アゼルバイジャン基本情報をいくつかお届けします。
アゼルバイジャン第一歩はこの動画から。

【出演】
石田 和靖(WITV総合プロデューサー)
アリベイ マムマドフ(北海道大学留学生協議会会長 博士課程)

 

WorldInvestorsTV:

http://www.worldinvestors.tv/1298/

Youtube:

Nobel Mükafatlı Akira Suzuki ilə görüş 2010年ノーベル科学賞受賞の鈴木章先生に会いました

2010-cu ildə Kimya üzrə Nobel mükafatı almış, Hokkaido Universitetinin fəxri professoru Akira Suzuki ilə görüşmək nəsibim oldu. Gənclərin elmə olan maraqlarının artırılması və digər mövzularda dərin fikir mübadiləsi apardıq. Akira Suzuki mənim də magistr dərəcəmi aldığım Hokkaido Universitetinin fəxridir. Bu şəxs 1930-cu ildə Hokkaidonun Mukavare şəhərində anadan olub. 1960-cı ildə universitetinin doktorantura pilləsini bitirib. Uzun illər Hokkaido Universitetində professor vəzifəsində işlədikdən sonra 1994-cü ildə fəxri professor olaraq təqaüdə çıxmışdır. Çoxsaylı mükafatların sahibidir.

Nobel Mükafatlı Cənab Akira Suzuki və mən
Nobel Mükafatlı Cənab Akira Suzuki və Əlibəy Məmmədov

2015-ci il Oktyabr ayının 11-də Hokkaido Universitetində TEDx HokkaidoU 2015 keçirildi. Bir-birindən gözəl çıxışların şahidi oldum. Ən sonda çıxış edən Suzuki müəllim öz həyat təcrübəsindən, elm yolundan və Nobel mükafatı alması və buna qədər olan mərhələlərdən söhbət açdı. Qısacası hər kəsi elmə dəvət edirdi. Çox mükəmməl yollarla. Mən bu şəxsə heyran qaldım. Çıxışlar bitəndən sonra şam yeməyi mərasimi təşkil edildi. Burada Suzuki müəllimlə danışmaq nəsibim oldu. Mən yaponca suallar versəm də, nədənsə ingilis dilində cavablar alırdım. Bu da özü özlüyündə maraqlı bir hadisə idi. Mənim özüm şəxsən Nobel mükafatında gözüm olmasa da heç olmasa Birləşmiş Millətlər Təşkilatının Sülh mükafatı almaq arzusu ürəyimdən keçdi. Əla gecə idi. Sonda Cənab Akira Suzuki mənə öz yolumda uğurlar arzu etdi. Mən də öz növbəmdə Cənab Suzukiyə möhkəm can-sağlığı arzulamaqla yanaşı, bugünə kimi elm yolunda etdiyi bütün işlərə görə dərin minnətdarlığımı bildirdim.

Əlibəy Məmmədov

14 Oktyabr 2015-ci il

Rusutsu, Hokkaido, Yaponiya

#alibay #alibaymammadov #アリベイ #アリベイマムマドフ #アリベイ・マムマドフ #alibay mammadov #Azerbaijan #AzerbaijanRepublic #Japan #Tokyo #Tokio #Hokkaido #Hokkaido University #HokkaidoUniversity #HUISA #北海道大学 #北海道留学生協議会

HUISA made a presentation for New International Students of Hokkaido University

Presentation about HUISA (Hokkaido University International Students Association) has been made by HUISA Executive Committee (2015/2016)  for New International Students of Hokkaido University, on 2nd October 2015. 

HUISA President’s speech has started with these notes:

“Hello everyone, my name is Alibay Mammadov. I am from Azerbaijan and I am the president of HUISA. This is my 2nd and last year as a President. Please look at this screen. Today we would like to talk about ourselves, who we are, what we are doing? What can we do for you, to make your student life more better and more interesting. What is the purposes and main goals of our organization. I will speak to you very briefly and then my colleagues will introduce themselves and talk about the events which we are organizing.

  • HUISA promotes the well-being of international students, encourage interaction and understanding among international students, as well as among International and Japanese students and the people of Hokkaido, Japan.
  • Conduct social, cultural, and educational- activities on behalf of and for its members.
  • Coordination center for societies concerned with the international students at Hokkaido University.
  • Build up a relationship between  Hokkaido University and other Universities in Japan and throughout the world.

…to achieve all these,

            we organize various events

                                        for international students,

                                                                    their family, and friends

After president’s speech, Vice-president (Deepu Darshu from India), Public Relation Officer (Mohamed Shehata from Egypt), Treasurer (Qiangqiang Xie from China), Secretary of Sports and Recreation (Zetryana Puteri Tachrim from Indonesia) and Webpage Administrator (Wilfred John Santianez from Philippine) continued the presentation by reviewing our main events and activities. 

Alibay Mammadov 

The President of Hokkaido University International Students Association (HUISA)

Photo taken by Nakatani Shinji.
President making speech about HUISA’s Thrust
Photo taken by Nakatani Shinji
Vice-president (Deepu Darshu from India)
Waiting for presentation
Waiting for presentation

PA024010

more than 300 new students Photo taken by Nakatani Shinji
more than 300 new students
Photo taken by Nakatani Shinji
OLYMPUS DIGITAL CAMERA
Public Relation Officer (Mohamed Shehata from Egypt)
OLYMPUS DIGITAL CAMERA
Treasurer (Qiangqiang Xie from China)
OLYMPUS DIGITAL CAMERA
Secretary of Sports and Recreation (Zetryana Puteri Tachrim from Indonesia)
OLYMPUS DIGITAL CAMERA
Webpage Administrator (Wilfred John Santianez from Philippine)

P.S. All Photos taken by Nakatani Shinji

From The Land of Fire to Land of Snow (my article about my homeland for Hokkaido University Magazine)

My name is Alibay Mammadov. But in Japan, everyone calls me “Aribei” (the Japanese pronunciation).

I am currently in the first year of my master’s at the Graduate School of Letters.

My homeland is The Republic of Azerbaijan but I was born in Moscow as my parents – both Azerbaijanis were studying in Moscow State University at that time. They are historians. After the collapse of the Soviet Union my parents took me there and I grew up in Baku, the capital and largest city in the country. The meaning of Baku is “Wind-pounded city”. Let me share a little information about my country. Azerbaijan is the largest country in the Caucasus region located at the crossroads of Western Asia and Eastern Europe. Azerbaijan has an ancient and historic cultural heritage, including the distinction of being the first Muslim-majority country to have operas, theater and plays. It is also a very fortunate country with its large stocks of natural resources – especially oil and natural gas, centuries-old culture, history and ancient people, whose lifestyle presents a unique and harmonious combination of the traditions and ceremonies of different cultures and civilizations. Azerbaijan is also known as The Land of Fire.

3333333333333
As a child my mother gave me a lot of information about Japan, Japanese history, the beauty of Japanese culture, Japanese people and from an early age, I grew to love and respect Japan.

I also read a lot of books, articles and magazines and began to discover the territorial issues that Japan faces with her neighboring countries. These issues fascinated me partly because Azerbaijan also is dealing with the same kind of issues.

In order to learn more about territorial disputes from the Japanese perspective, I decided to come to Japan to study the issue first-hand. As luck had it, I had one particular Japanese friend in Azerbaijan who recommended Hokkaido University as a great place to research territorial issues facing Japan. In order to enter, I had to pass an exam at the Embassy of Japan in Baku. I was so relieved when I found out I had passed – it also made my family so happy knowing the opportunity had opened up so many doors for me and my future.

111111111111111111111111111111111

After coming to Japan, I made a lot of friends from different countries in Sapporo. We often meet and talk about what is going well and not so well in our lives studying abroad. Thanks to this discussion, I really feel we are becoming stronger as people as well. I personally love living in Sapporo.

It’s beautiful all four seasons of the year. Back in Baku, the climate is similar to that of

Tokyo and it snows just once or twice over winter. I think that winter without snow is not a real winter and Sapporo is the land of snow. During my first winter spent in Sapporo, I was shocked at the amount of snow that falls!

When I have free time I love to play futsal with my friends. I have a strong passion for futsal. Futsal is not a just game for me, it’s a way to unwind after study and reenergize for new challenges that I may face in my daily life in Hokkaido.So far, my life in Sapporo has been fantastic.

222222222222222222222222222

From The Land of Fire to Land of Snow

The way from Baku to Sapporo by Alibay Mammadov.

It’s a great place to study and the people of Hokkaido are really nice and very kind to foreigners. This makes it so much easier to know that there is genuine support out there from the community. In the future I would like to become a bridge between Azerbaijan and Japan.

About my homeland! AZERBAIJAN:

Location: South Western Asia, bordering the Caspian Sea

Borders: Armenia, Georgia, Iran, Russia, Turkey

Population: 9.36 million

Language: Azerbaijani

Currency: Azerbaijani Manat

Area: 86,600 km² (just slightly larger than the island

of Hokkaido)

Capital: Baku

Independence: 30th of August, 1991 (from Soviet Union)

Nominal GDP: 72.2 Billion (per capita $7,850 based on

2012 estimates)

Natural Resources: Petroleum, natural gas, iron ore,

nonferrous metals, bauxite, and underground water

~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=
~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=~=
Source: Hokkaido University magazine 2014, pp. 18-19.
https://www.oia.hokudai.ac.jp/wp-content/uploads/2014/03/%E3%83%9E%E3%82%AC%E3%82%B8%E3%83%B3PDF%E7%89%881.pdf