Amerikada Qarabağ həqiqəti (Olaylar qəzeti)

Əlibəy Məmmədov: “Elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq var”

“Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daim diqqət mərkəzində saxlamaqdır”

Son illər Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, əldə edilən diplomatik nailiyyətlər Ermənistanın işğalçılıq siyasətinin üzə çıxarılması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması prosesinə də müsbət təsirini göstərir. Artıq dünyanın hər bir ölkəsində demək olar ki, Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasəti barədə tam məlumat formalaşdırılıb. Bu günlərdə isə okeanın o tayında baş tutan beynəlxalq əhəmiyyətli tədbirdə Qarabağ problemindən bəhs edilib, ermənilərin aqressiv siyasəti çılpaqlığı ilə ifşa olunub. Belə ki, Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosasiyasının (Western Social Science Association) 59-cu illik konfransı keçirilib. Əsasən Avropa, ABŞ və Meksikadan olmaqla, dünyanın bir çox ölkələrindən yüzlərlə elm adamı konfransda iştirak edib. Azərbaycanı konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü Әlibəy Məmmədov təmsil edib. Həmyerlimiz konfrans çərçivəsində Sərhəd Araşdırmaları Assosasiyasının 52-ci sessiyasında “Dağlıq Qarabağda dörd günlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda elmi çıxış edib. Əlibəy Məmmədov vurğulayıb ki, münaqişədə Azərbaycan tərəfinin mövqeyini ərazi bütövlüyü, erməni tərəfində isə öz müqəddəratını həll etmək prinsipinə əsaslanır. Həmyerlimiz onu da bildirib ki, sadəcə Azərbaycanda deyil, dünyanın bir sıra digər dövlətlərində yaşayan bütün millətlərin, o cümlədən ermənilərin də öz müqəddəratını həll etmək hüququ vardır. Amma öz müqəddəratını həll etmək hüququ heç də hər zaman hər hansısa bir müstəqil dövlətin ərazisini parçalamaqla digər bir müstəqil dövlətin yaradılmasına cəhd göstərmək anlamına gəlməməlidir: “Ermənilərin artıq öz dövlətləri var. Əgər Azərbaycanda xoşbəxt deyillərsə, Ermənistan Respublikası ərazilərinə köçə bilərlər. Və ya Azərbaycan daxilində onlara ən yüksək səviyyədə muxtariyyət vermək olar. Özünüidarəetmə hüququnu da tanımaq olar. Azərbaycan dövləti də bunu hər zaman qeyd edir. Lakin Dağlıq Qarabağ ərazisində yarana biləcək istənilən avtonomiya Azərbaycan Respublikasının tərkibində həyata keçirilməlidir”. Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoruna toxunan həmyerlimiz bildirib ki, münaqişədə Rusiya neytral mövqedə yer almağa çalışır və tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir: “Sadəcə yaddan çıxartmaq lazım deyildir ki, ortada real işğal faktı var. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan əraziləri işğal altında saxlanılır. Belə olan halda, münaqişədə neytral mövqe tutmaq birbaşa Ermənistanın mövqeyinə kömək etmiş olur. Çünki real işğal faktına göz yumulması, Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə yol açılması anlamına gəlir”. Dörd günlük müharibənin baş verməsinin heç də təsadüfi olmadığını vurğulayan Əlibəy Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir rəsmi şəkildə sülh yolu ilə məsələnin həll olunmayacağı təqdirdə hərb yoluna getməyə haqqı olduğunu ifadə edir: “Atəşkəsin imzalanmasında 22 il ötsə də, sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməmişdir. Belə olan halda Azərbaycan həm daxili həm də xarici qüvvələrə Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmuş bir münaqişə olmadığını, Azərbaycanın öz doğma ərazilərindən vaz keçmək fikrində olmadığını, lazım gələcəyi halda öz hərbi gücü hesabına torpaqları geri qaytarmağa qadir olduğunu göstərməli oldu. Dörd günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Düzdür ərazi baxımından torpaqların böyük hissəsi hələ də erməni işğalı altındadır. Bununla belə, Aprel döyüşlərində Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu. İlk ölkə, Ermənistanın açq dəstək olduğu, Dağlıq Qarabağın yerli separatçı qüvvələrinin müdafiə qabiliyyəti öyrənilmiş oldu. Onların heç də məğlubedilməz orduya sahib olmadıqlara aşkara çıxdı. 22 ildən sonra Azərbaycan ilk dəfə təmas xəttində irəliləməyi bacardı. Beləliklə, hərbi status-kvonu öz xeyrinə dəyişməyi bacardı. Azərbaycan daxilində 1-ci Qarabağ müharibəsindən qalmış məğlubiyyət sindromu qırıldı və Azərbaycan xalqında öz ordusuna, əsgərinə olan inam hissi daha da qüvvətləndi. Azərbaycan ordusu ən müasir hərbi texnikalardan müvəffəqiyyətlə istifadə etməklə, hərbi xərclərin heç də boşa getməyini sübut etmiş oldu”. Əlibəy Məmmədov qeyd edib ki, “elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq vardır: “Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daima diqqət mərkəzində saxlamaqdır”.

Qeyd edək ki, həmyerlimiz Qərb Sosial Elmləri Assosasiyasının ötən il ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş konfransında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış etmişdi.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

 

Mənbə: Olaylar qəzeti

http://olaylar.az/news/siyaset/218114

17976404_413062032394314_1520301509_o (1)

Advertisements

ABŞ-da aprel döyüşləri ilə bağlı məruzə (525-ci qəzet)

Aprelin 12-dən 15-dək ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosasiyasının (Western Social Science Association) 59-cu illik konfransı keçirilib.

Tədbirdə əsasən Avropa, ABŞ və Meksikadan olmaqla, dünyanın bir çox ölkələrindən yüzlərlə elm adamı iştirak edib.

Azərbaycanı konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü Әlibəy Məmmədov təmsil edib. Həmyerlimiz konfrans çərçivəsində Sərhəd Araşdırmaları Assosasiyasının 52-ci sessiyasında “Dağlıq Qarabağda dörd günlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda elmi çıxış edib.

Ə.Məmmədov bildirib ki, təkcə Azərbaycanda deyil, dünyanın bir sıra digər dövlətlərində yaşayan bütün millətlərin öz müqəddəratını həll etmək hüququ var: “Amma öz müqəddəratını həll etmək hüququ heç də hər zaman hər hansısa bir müstəqil dövlətin ərazisini parçalamaqla digər bir müstəqil dövlətin yaradılmasına cəhd göstərmək anlamına gəlməməlidir. Ermənilərin artıq öz dövlətləri var. Əgər Azərbaycanda xoşbəxt deyillərsə, Ermənistan Respublikası ərazilərinə köçə bilərlər. Və ya Azərbaycan daxilində onlara ən yüksək səviyyədə muxtariyyət vermək olar. Özünüidarəetmə hüququnu da tanımaq olar. Azərbaycan dövləti də bunu hər zaman qeyd edir. Lakin Dağlıq Qarabağ ərazisində yarana biləcək istənilən avtonomiya Azərbaycan Respublikasının tərkibində həyata keçirilməlidir”.

Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoruna toxunan həmyerlimiz qeyd edib ki, münaqişədə Rusiya neytral mövqedə yer almağa çalışır və tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir: “Sadəcə yaddan çıxartmaq lazım deyil ki, ortada real işğal faktı var. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan əraziləri işğal altında saxlanılır. Belə olan halda, münaqişədə neytral mövqe tutmaq birbaşa Ermənistanın mövqeyinə kömək etmək deməkdir. Çünki real işğal faktına göz yumulması, Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə yol açılması anlamına gəlir”.

Dörd günlük müharibənin baş verməsinin heç də təsadüfi olmadığını vurğulayan Ə. Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir rəsmi şəkildə sülh yolu ilə məsələnin həll olunmayacağı təqdirdə hərb yoluna getməyə haqqı olduğunu ifadə edir: “Atəşkəsin imzalanmasında 22 il ötsə də, sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməyib. Belə olan halda Azərbaycan həm daxili, həm də xarici qüvvələrə Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmuş bir münaqişə olmadığını, Azərbaycanın öz doğma ərazilərindən vaz keçmək fikrində olmadığını, lazım gələcəyi halda öz hərbi gücü hesabına torpaqları geri qaytarmağa qadir olduğunu göstərməli oldu. Dörd günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Düzdür, ərazi baxımından torpaqların böyük hissəsi hələ də erməni işğalı altındadır. Bununla belə, aprel döyüşlərində Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu. Ermənistanın heç də məğlubedilməz orduya sahib olmadığı aşkara çıxdı. 22 ildən sonra Azərbaycan ilk dəfə təmas xəttində irəliləməyi bacardı. Beləliklə, hərbi status-kvonu öz xeyrinə dəyişməyi bacardı. Azərbaycan daxilində 1-ci Qarabağ müharibəsindən qalmış məğlubiyyət sindromu qırıldı və Azərbaycan xalqında öz ordusuna, əsgərinə olan inam hissi daha da qüvvətləndi. Azərbaycan ordusu ən müasir hərbi texnikalardan müvəffəqiyyətlə istifadə etməklə, hərbi xərclərin heç də boşa getməyini sübut etmiş oldu”.

Ə.Məmmədov qeyd edib ki, elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq var: “Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daima diqqət mərkəzində saxlamaqdır”.

Qeyd edək ki, bundan əvvəl həmyerlimiz Qərb Sosial Elmləri Assosasiyasının ötən il ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş konfransında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış etmişdi.

Ceyhun ABASOV

Mənbə: 525-ci qəzet

http://525.az/site/?name=xeber&news_id=77423

17976404_413062032394314_1520301509_o (1)

Dağlıq Qarabağ münaqişəsi ABŞ-da dünya alimlərinin diqqətinə çatdırılıb (Palitra qəzeti)

ABŞ-da Dağlıq Qarabağla bağlı azərbaycanlı doktorantın məruzəsi dinlənilib

Bu gün gənc azərbaycanlı alimlər də Qarabağ həqiqətlərini beynəlxalq konfranslarda müzakirə mövzusuna çıxara bilirlər. Onların Qarabağ mövzusunda etdiyi məruzələr münaqişənin dünya alimlərinin diqqətinə çatdırılması baxımından da əhəmiyyətlidir. Elə bu günlərdə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosiasiyasının (Western Social Science Association) 59-cu illik konfransında da Qarabağ münaqişəsi dünya alimlərinin diqqətinə çatdırılıb. Qeyd edək ki, konfransda, əsasən, Avropa, ABŞ və Meksikadan olmaqla, dünyanın bir çox ölkələrindən yüzlərlə elm adamı iştirak edib. Konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya hökuməti təqaüdçüsü Əlibəy Məmmədov “Dağlıq Qarabağda dördgünlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda elmi çıxış edib.
Ə. Məmmədov vurğulayıb ki, münaqişədə Azərbaycan tərəfinin mövqeyi ərazi bütövlüyü, erməni tərəfində isə öz müqəddəratını həll etmək prinsipinə əsaslanır.
Həmyerlimiz onu da bildirib ki, sadəcə, Azərbaycanda deyil, dünyanın bir sıra digər dövlətlərində yaşayan bütün millətlərin, o cümlədən ermənilərin də öz müqəddəratını həll etmək hüququ vardır: “Amma öz müqəddəratını həll etmək hüququ heç də hər zaman hər hansısa bir müstəqil dövlətin ərazisini parçalamaqla digər bir müstəqil dövlətin yaradılmasına cəhd göstərmək anlamına gəlməməlidir. Ermənilərin artıq öz dövlətləri var. Əgər Azərbaycanda xoşbəxt deyillərsə, Ermənistan Respublikası ərazilərinə köçə bilərlər. Və ya Azərbaycan daxilində onlara ən yüksək səviyyədə muxtariyyət vermək olar. Özünüidarəetmə hüququnu da tanımaq olar. Azərbaycan dövləti də bunu hər zaman qeyd edir. Lakin Dağlıq Qarabağ ərazisində yarana biləcək istənilən muxtariyyətlik Azərbaycan Respublikasının tərkibində həyata keçirilməlidir”.

“Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu”
Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoruna toxunan həmyerlimiz bildirib ki, münaqişədə Rusiya neytral mövqedə yer almağa çalışır və tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir: “Sadəcə, yaddan çıxarmaq olmaz ki, ortada real işğal faktı var. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan əraziləri işğal altında saxlanılır. Belə olan halda, münaqişədə neytral mövqe tutmaq birbaşa Ermənistanın mövqeyinə kömək etmiş olur. Çünki real işğal faktına göz yumulması, Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə yol açılması anlamına gəlir”.
Dördgünlük müharibənin baş verməsinin heç də təsadüfi olmadığını vurğulayan Ə.Məmmədov bildirib: “Azərbaycan sülh yolu ilə məsələnin həll olunmayacağı təqdirdə hərb yoluna getməyə haqqı olduğunu ifadə edir. Atəşkəsin imzalanmasından 23 il ötsə də, sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməmişdir. Belə olan halda, Azərbaycan həm daxili, həm də xarici qüvvələrə Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmuş bir münaqişə olmadığını, Azərbaycanın öz doğma ərazilərindən vaz keçmək fikrində olmadığını, lazım gələcəyi halda öz hərbi gücü hesabına torpaqları geri qaytarmağa qadir olduğunu göstərməli oldu.
Dördgünlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Düzdür, ərazi baxımından torpaqların böyük hissəsi hələ də erməni işğalı altındadır. Bununla belə, aprel döyüşlərində Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu. Ermənistanın açq dəstək olduğu, Dağlıq Qarabağın yerli separatçı qüvvələrinin müdafiə qabiliyyəti öyrənilmiş oldu. Onların heç də məğlubedilməz orduya sahib olmadıqlara aşkara çıxdı. 23 ildən sonra Azərbaycan ilk dəfə təmas xəttində irəliləməyi bacardı. Beləliklə, hərbi status-kvonu öz xeyrinə dəyişməyi bacardı. Azərbaycan daxilində 1-ci Qarabağ müharibəsindən qalmış məğlubiyyət sindromu qırıldı və Azərbaycan xalqında öz ordusuna, əsgərinə olan inam hissi daha da qüvvətləndi. Azərbaycan ordusu ən müasir hərbi texnikalardan müvəffəqiyyətlə istifadə etməklə, hərbi xərclərin heç də boşa getməyini sübut etmiş oldu”.
Ə.Məmmədov qeyd edib: “Elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq vardır. Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daima diqqət mərkəzində saxlamaqdır”.

“Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var”
Xatırladaq ki, həmyerlimiz Qərb Sosial Elmləri Assosiasiyasının ötən il ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş konfransında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış etmişdi.
Ə.Məmmədov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var.
Həmyerlimiz münaqişə haqqında geniş məlumat verərək, bunun milli zəmində konflikt olduğunu vurğulayıb. O, Ermənistanın və Azərbaycanın rəsmi mövqeləri, münaqişəyə yanaşmaları, ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, 1989-1994-cü illər ərzində hər iki tərəfdən təxminən 30 min insan həlak olub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib: “Münaqişənin ilk mərhələsində müəyyən üstünlüyə malik olan Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də ətraf 7 rayonu işğal edib. Bu ərazilər Azərbaycan torpaqlarıdır. Beynəlxalq qurumlar bu əraziləri Azərbaycan torpaqları kimi tanıyır. Buna baxmayaraq, regiona Ermənistan silahlı qüvvələri nəzarət edirlər. Azərbaycanlılar isə öz doğma torpaqlarına geri dönməkdən məhrum ediliblər. Bu, qəbuledilməzdir”.
Diqqətə çatdırılıb ki, 1994-cü ilin mayında atəşkəs elan olunmasına baxmayaraq, 2005-ci ilədək olan müddətdə təmas xəttində tərəflər arasında iki mindən çox insan həlak olub. Ermənistan Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını həll etmək hüququna malik olduğunu əsas götürür. Rəsmi Bakı isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.
Ə.Məmmədov Cerard Toal və Con Olouqlinin 2011-ci ildə Dağlıq Qarabağın erməni əhalisi ilə apardıqları sorğuların nəticələri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin ölkəmizin regionlarında təşkil etdiyi sorğuların (2013-cü il) icmalını verib. Həmyerlimiz, eyni zamanda 2015-ci ilin sentyabrında Bakıda və Bərdədə 200 məcburi köçkün arasında apardığı sorğunun nəticələri ilə bağlı da iştirakçıları məlumatlandırıb: “Şuşa Dağlıq Qarabağın qəlbidir. Rəsmi rəqəmlərdə göstərilir ki, 1989-cu ildə Şuşa şəhərinin əhalisinin 98 faizini azərbaycanlılar təşkil edirdi. Xocalı soyqırımı haqqında ətraflı məlumat verən Ə.Məmmədov bildirib ki, Dağlıq Qarabağda olan yeganə hava limanı məhz burada yerləşirdi. Vurğulanıb ki, hazırda məsələni sülh yolu ilə həll etmək çox çətindir. ATƏT-in Minsk qrupunun təklifləri ilə hər iki tərəfin insanlarının düşüncələri arasında böyük fərqlər mövcuddur”.
Müzakirələr zamanı son günlər beynəlxalq aləmin diqqət mərkəzində olan, aprelin ilk günlərində baş vermiş hadisələrə toxunan Ə.Məmmədov qeyd edib ki, “Dördgünlük müharibə” adı ilə tarixə düşən bu hadisələr zamanı hər iki tərəf itki verib: “Nəticədə Azərbaycan 22 ildən sonra ilk dəfə hərbi status-kvonu öz xeyrinə dəyişməyə nail olaraq, bir neçə yaşayış məntəqəsini və strateji yüksəkliyi işğaldan azad edib. Bu, böyük tarixi nailiyyətdir. Azərbaycan tərəfi, eyni zamanda faktiki olaraq psixoloji üstünlüyü ələ almağı bacarıb. Ermənistan tərəfi isə bir çox vacib mövqeləri itirib. Hazırda siyasi status-kvonun dəyişməsinə də böyük ümid var”.
Fuad Hüseynzadə

Mənbə: Palitra qəzeti internet versiyası

http://palitranews.az/news.php?id=68057

17949707_413082079058976_919293101_o

17976404_413062032394314_1520301509_o (1)