私の目的の一つ、日本とアゼルバイジャン

私の目的は大きく分けて三つあります。そのうちの一つについて、お話ししたいと思います。

まずは、一人でも多くの日本人にアゼルバイジャンのことを知ってもらい、アゼルバイジャンに興味を持ってもらい、ぜひともアゼルバイジャンに行きたい、アゼルバイジャンに留学したい、アゼルバイジャンで就職したい、アゼルバイジャンに進出したいという日本の一般人、学生、学者、ビジネスマンの数を増やすことです。ここ4年間で、それに向けて、自分のできる範囲では、全力を尽くしてきたと思います。札幌、東京、福岡を拠点にアゼルバイジャンに興味ある仲間たちの数が増えてきました。自分も、北海道大学では、日本人学生、首都圏の学校で中学生・高校生を対象に、アゼルバイジャンの文化、歴史、魅力について教えてきました。アゼルバイジャンに関心を持っている日本人ビジネスマンの援助もし、ビジネスが成功するように、戦力を尽くしました。日本各地を回り、アゼルバイジャンの文化、ビジネス環境について講師としても活躍しました。これからは、アゼルバイジャンの特産品は日本で、日本製の商品もアゼルバイジャンで普及していきます。私の周囲にいる人たち、仲間たち、友人たちが粘り強く努力した結果だと思います。私の仲間たちはフェイスブックに写真を出している人たちだけではありません。3年前に知り合い、日本とアゼルバイジャン間でビジネス交流にかかわるようになり、日本人との仕事の厳しい面も教えていただいた、しばしば喧嘩もした恩人もいるし、直接ビジネス交流はしていないが、一緒にいるだけで、周りのビジネスもうまく行くようになるという友達もいるし。。。

このように、一人ひとりを大事にしながら、アゼルバイジャンと日本のよりよい、より明るい未来を一緒に作っていきたいと思っていますので、今後も引き続きよろしくお願いいたします。

img_20180614_220351_1873964046322727513495.jpg

Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək (525-ci qəzet)

İyunun 30-dan iyulun 2-dək Yaponiyada “Sərhədləri Aşanlar” qrupunun 5 illik yubileyi keçiriləcək. Ölkəmizi bu tədbirdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri, konfliktoloq Əlibəy Məmmədov təmsil edəcək.

Bu barədə 525-ə məlumat verən Ə.Məmmədov qeyd edib ki, yubiley tədbiri çox böyük əhəmiyyətə malikdir: “Sərhədləri Aşanlar” qrupu özündə 2000-dən çox yaponiyalı iş adamını cəmləşdirir. Bu cür yığıncaqlarda yaponiyalı biznes adamları ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaranır”.

Həmyerlimiz bildirib ki, tədbirin əsas mövzuları “Amami adaları və Yaponiya”, “Amami adaları və Dünya”, “Yaponiya və Azərbaycan”dır. Onun sözlərinə görə, Yaponiyada Azərbaycana, onun insanlarına, mədəniyyətinə, biznes mühitinə maraq günü-gündən artmaqdadır: “Bu işdə hər iki ölkə arasında artan insan mübadilələrinin çox böyük əhəmiyyəti var. Son illər Azərbaycan və Yaponiya rəsmilərinin qarşılıqlı səfərləri, hər iki ölkədə fəaliyyət göstərən səfirliklərin fəallığı, iş adamları arasında müntəzəm həyata keçirilən tədbirlər bu əlaqələrin inkişafında mühüm rol oynayır”.

Yubileyə hazırlıq məqsədilə iyunun 7-dən 9-dək Əlibəy Məmmədov “Sərhədləri Aşanlar” qrupunun rəhbəri İşida Kazuyasu və bir neçə biznesmenlə bərabər Yaponiyanın cənubunda yerləşən, Kaqoşima prefekturasına aid Amami adalarına səfər ediblər: “Ada özünəməxsus flora və faunası, cəngəllikləri, vəhşi təbiəti ilə məşhurdur. Hazırda ada təbiətinin UNESCO-nun ümumdünya mədəni irsinə salınması istiqamətində danışıqlar aparılır”.

Həmyerlimiz qeyd edib ki, Amami adalarında balıqçılıq və kənd təsərrüfatı sahələri inkişaf edib. O bildirib ki, insanlarının istifadə etdiyi yerli dil rəsmi yapon dilindən çox fərqlidir: “Əksər yaponlar bu dili anlamaqda çətinlik çəkirlər”.

Qeyd edək ki, Ə.Məmmədovla bərabər yaponiyalı biznesmenlərin Amami adalarına səfəri böyük maraqla qarşılanıb və yerli media tərəfindən geniş işıqlandırılıb.

Xatırladaq ki, həmyerlimiz hələ ötən il “Sərhədləri Aşanlar” qrupunun 4 illiyi zamanı təşkilat komitəsinin sədri vəzifəsində çalışarkən tədbirdə Azərbaycanla bağlı çıxış edib. Bunun nəticəsində, ötən ilin oktyabr ayında Bakıda təşkil olunan “Japan EXPO”-da iştirak edən yaponiyalı biznesmenlərin sayı kifayət qədər artıb (ümumi 100 şirkət) və bu özünü iqtisadi-ticari əlaqələrin inkişafında göstərib.

C.ABASOV

 

img_20180612_211809_2846771235163269268035.jpg

越境会4 周年記念大会の実行委員長としてのスピーチ

こんにちは。昨年の越境会4周年記念大会にて

実行委員長としてのスピーチ

 

アゼルバイジャンに興味がある方、ぜひ見てみてください。

 

Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək (Palitra qəzeti)

Yaponiyada Azərbaycana, onun insanlarına, mədəniyyətinə, biznes mühitinə olan maraq günü-gündən artmaqdadır. Bu işdə heç şübhəsiz ki, hər iki ölkə arasında artan insan mübadilələrinin çox böyük əhəmiyyəti vardır. Son illər hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri, hər iki ölkədə fəaliyyət göstərən səfirliklərin fəallığı, iş adamları arasında müntəzəm həyata keçirilən tədbirlər və s mühüm rol oynayır.
Yaponiyada fəaliyyət göstərən, özündə təxminən 200 nəfər yaponiyalı biznesmeni cəmləşdirən Yaponiya Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, diaspor fəalı, son 6 ildə Yaponiya hökuməti təqaüdçüsü, bu ölkənin Hokkaydo Universitetində magistr və doktor səviyyələrində təhsil almış, konfliktoloq Əlibəy Məmmədovun xidmətləri də təqdirəlayiqdir.
İyun ayının 7-9-da Əlibəy Məmmədov və Yaponiyanın “Sərhədləri Aşanlar” adlı özündə təxminən 2000 nəfər yaponiyalı biznesmeni cəmləşdirən qrupun rəhbəri İşida Kazuyasu, eyni zamanda bir neçə digər biznesmenlə birlikdə Yaponiyanın cənubunda yerləşən, Kaqoşima prefekturasına aid Amami adalarına səyahət etmişlər. Adalar qrupunun ümumi sahəsi 789 km2-dir. Əhalisi 61.291 nəfərdir. Paytaxt Tokiodan təyyarə ilə təxminən 3 saatlıq məsafədə yerləşir.
Ada özünəməxsus, hələ insan əli dəyməmiş flora və faunası, cəngəllikləri, vəhşi təbiəti ilə məşhurdur. Ada öz toxuma mədəniyyətinə görə də dünyada kifayət qədər tanınır. Hazırda bu adanın təbiətinin YUNESKO-nun irsinə qeyd olunması istiqamətində danışıqlar aparılır. Hətta bir çox iddialara görə hələ dinazavorlar dövrünə aid edilən və dinazavorların yemi olmuş bir neçə meyvə ağacları hələ də bu adada qalmaqdadır.
Qara şəkərdən hazırlanan xüsusi yapon araqları (kokuto shochu) da məhz burada hazırlanır. Yaponiya ərazisində digər regionlarda bu araq növünü hazırlamaq hüquqi qaydalarla qadağan edilmişdir.
Adada balıqçılıq və kənd təsərrüfatı sahələri inkişaf etmişdir. İnsanlarının istifadə etdiyi yerli dil də rəsmi yapon dilindən çox fərqlidir. Yaponların özləri belə yerli dili anlamaqda çətinlik çəkirlər.
Məhz bu adada İyun ayının 30-dan İyul ayının 2-dək 100-ə yaxın yaponiyalı biznesmenin, eyni zamanda bir çox xarici qonağın iştirakı ilə, “Sərhədləri Aşanlar” qrupunun 5 illik yubileyi keçiriləcək. Bu dəfə ki, səfər yubileyə hazırlıq xarakteri daşıyırdı. Yerli insanların əməkdaşlığını rəsmi şəkildə əldə etmək baxımından çox vacib idi.
Yubiley zamanı yaponiyalı biznesmenlər və xarici qonaqlar tərəfindən ayrı-ayrılıqda çıxışlar və müzakirələr təşkil olunacaq.
Ölkəmizi bu tədbirdə Əlibəy Məmmədov təmsil edəcək. Qeyd edək ki, bu tədbir çox böyük əhəmiyyətə malikdir. Həmyerlimiz hələ ötən il 4 illik yubiley zamanı təşkilat komitəsinin sədri vəzifəsində çalışarkən, Azərbaycanla bağlı çıxış etmişdir. Bunun nəticəsində, ötən ilin Oktyabr ayında Bakıda təşkil edilmiş Japan EXPO-da iştirak edən yaponiyalı biznesmenlərin sayı kifayət qədər artmış (ümumi 100 şirkət) və hər iki ölkə arasında insan mübadiləsi, idxal və ixrac məsələlərində gözəçarpacaq inkişaf qeydə alınmışdır.
Bu ilki tədbirin əsas mövzuları “Amami adaları və Yaponiya” “Amami adaları və Dünya” “Yaponiya və Azərbaycan”-dır. Bu ilki tədbirlər nəticəsində Azərbaycan və Yaponiya arasında biznes əlaqələrinin daha da inkişaf edəcəyinə böyük ümidlər bəslənilir.
Qeyd edək ki, həmyerlimiz və yaponiyalı biznesmenlərin səfəri Amami adasında böyük maraqla qarşılanmış və yerli radio və qəzetlər tərəfindən işıqlandırılmışdır.

Fuad Hüseynzadə

Qeyd: Bu məqalədən istifadə zamanı Palitra qəzetinə istinad edilməlidir.
20180608_1115272611379891720215158.jpg
20180608_1041566246448548114084101.jpg

Donald Tramp və İsrail

Amerikanın prezidenti Donald Trampın 5 övladı var ki, bunlardan 3-ü Yəhudi dinini qəbul etmişlər. Bunun təsiri ilə Trampın 8 nəvəsinin hamısı yəhudi dininə sitayiş edir. Trampa ən çox təsir gücünə malik olan qızı İvanka da sevdiyi (hazırki həyat yoldaşı) insana olan sevgisinin gücündən dinini Xritianlıqdan Yəhudiliyə dəyişmişdir. Əks halda sevdiyi insan onunla evlənə bilməzdi. Hazırda Trampın açıq-aşkar İsrail dövləti yönümlü siyasətini (BMT-nin mövqeyinə qarşı çıxaraq, İsrail dövlətinin yaranmasının 70 illiyi ilə əlaqədar, Amerika səfirliyini Tel-Əvivdən Yerussəlimə köçürməsi və s ) bu bağdan da anlamaq olar. Yəhudiliyi anlamaqla Tramp hakimiyyətinin məqsədlərini bilmək olar. Yəhudilərə qarşı olan və ya onların yanında olan iki böyük qruplaşma var dünyada. Mən şəxsən belə düşünürəm, İsrail dövlətindən və yəhudilərdən dünyanın öyrənməli olduğu çox şey var. Bu xalqa, bu millətə hörmət etmək və xoş münasibət saxlamaq lazımdır. Təkcə onu qeyd edim ki, Qarabağ münaqişəsində Amerika dövləti nisbət etibarilə Ermənistan yönümlü siyasət aparsa da, bu ölkənin yəhudi icması (eyni zamanda neft sahəsinin insanları) Azərbaycanı dəstəkləyirlər.

Yapon dilində bir məqalə oxudum, orda qeyd olunur ki, Nobel mükafatı almış insanlardan 22%-i məhz yəhudilərdir.