Yaponiyalı iş adamları “525-ci qəzet”də

Bu gün Yaponiyanın A.V.C Yayım İnkişafı Şirkətinin bir qrup nümayəndəsi “525-ci qəzet”in redaksiyasında olub.

Baş redaktor Rəşad Məcid qonaqları salamlayaraq onlara 24 illik tarixə malik olan qəzet haqqında məlumat verib.

Şirkətin İdarə heyətinin sədri Yukihisa Ota, Beynəlxalq əlaqələr şöbəsinin meneceri Tomohora Yamasaki və biznes məsləhətçisi Əlibəy Məmmədov görüşdən məmnunluqlarını qeyd edərək Azərbaycana səfərin məqsədləri barədə danışıblar.

Şirkət nümayəndələri iki ölkə arasında biznes əlaqələrinin inkişafında maraqlı olduqlarını bildiriblər.
Həmyerlimiz şirkətin yaranma tarixi haqqda danışaraq qeyd edib ki, A.V.C Yayım İnkişafı Şirkəti 1943-cü ildə Yaponiyanin Miyazaki prefekturasında yaradılıb: “Hazırda 80 nəfərə yaxın işçisi var. Şirkət fəaliyyəti ərzində kifayət qədər böyük uğurlar qazanıb”.

Yaponiyada Azərbaycanın diaspor fəaliyyəti ilə də məşğul olan Ə.Məmmədov qeyd edib ki, Azərbaycana səfərin əsas məqsədi iki ölkə arasında mədəni əlaqələrin qurulması və bu vasitə ilə biznesə doğru addımlar atmaqdır: “İlk növbədə biz Bakıda Yaponiyanın tanınmış müğənnilərinin, xüsusilə Nakamaru Michienin iştirakı ilə opera konsertləri təşkil etmək niyyətindəyik. Bununla yanaşı sənayenin müxtəlif sahələrində biznes əlaqələrinin qurulması üçün yaponiyalı iş adamlarının ölkəyə səfərini təşkil edəcəyik”.

Ə.Məmmədov bu məqsədlə Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirlikləri, eləcə də bir sıra şirkətlərdə görüşlər keçirdiklərini deyib.

Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Şirkətin İdarə heyətinin sədri Y.Ota isə qeyd edib ki, iki ölkə arasında həm mədəni, həm də iqtisadi əlaqələrin inkişafında böyük potensial var: “Biz bu potensialı hiss edirik. Ona görə də, əlaqələrin uğurla qurulucağına, daha da inkişaf edəcəyinə inanırıq. Bunun üçün Azərbaycanda müvafiq qurum və şirkətlərlə daha sıx əlaqələr qurmağa, görüşlər keçirməyə çalışacağıq”.

Şirkətin Beynəlxalq əlaqələr üzrə meneceri T.Yamasaki isə bildirib ki, Yaponiyada müharibədən sonra sənaye böyük inkişaf yolu keçsə də, demoqrafik vəziyyət olduqca mənfi istiqamət alıb: “Buna görə də Yaponiya şirkətləri xarici əməkdaşlıq əlaqələrinə daha çox maraq göstərir, bu istiqamətdə biznes fəaliyyət aparırlar. Bu mənada, bizim üçün Azərbaycan iqtisadi potensialına görə olduqca cəlbedici ölkədir. Ona görə də Azərbaycana gələrək ölkənizdə Yaponiyanın tanıdılması, eyni zamanda, Yaponiyada Azərbaycanın tanıdılması, daha sonra  qarşılıqlı biznes sərgilərinin keçirilməsi istiqamətində iş aparacağıq”.

Qeyd edək ki, yaponiyalı iş adamları həyata keçirəcəkləri işlər barədə “525-ci qəzet” vasitəsilə Azərbaycan ictimaiyyətini məlumatlandırmaq niyyətindədirlər.

Ceyhun ABASOV

http://525.az/site/?name=xeber&news_id=67437

525de

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。