Yaponiyalı uşaqlara Azərbaycan barədə dərs keçirilib

Yaponiyanın paytaxtı Tokio şəhərinin Şinaqava bölməsində yerləşən məktəbdə, Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov yaponiyalı məktəblilərə “Müasir Dünya düzənində Azərbaycanın multikultural modeli” mövzusunda dərs deyib. DAA-dan “OLAYLAR”-a daxil olan məlumata görə, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Yaponiya-Azərbaycan əlaqələri haqqında söhbət açan Ə. Məmmədov xüsusi diqqəti Azərbaycanın multikultural modelinə yönəldib. O, qeyd edib ki, dövlət başçısı İlham Əliyevin (11 Yanvar 2016-cı il)sərəncamı ilə2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilib. Ə. Məmmədov onu da deyib ki, dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də xarici dövlətlərdə multikulturalizmin və dini tolerantlığın təbliği istiqamətində tədbirlərin keçirilməsi çox əhəmiyyətli bir prosesdir. Bunun vasitəsilə insanlar multikulturalizmin Azərbaycan modeli ilə tanış olurlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

7 Noyabr 13:54

http://olaylar.az/news/sosial/198148

20161105_114219

カテゴリー 9. All. Hər şey.

コメントを残す

search previous next tag category expand menu location phone mail time cart zoom edit close