DAA vitse-prezidenti Yaponiya qəzetinə müsahibəsi verdi (525-ci qəzet)

Noyabrın 17-də Yaponiyanın “Hokkaydo” qəzetində (Hokkaydo Şinbun) Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin sədri Əlibəy Məmmədovun Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişələri ilə bağlı geniş elmi müsahibəsi dərc olunub.

Müsahibədə bu ilin aprel ayında baş vermiş dördgünlük müharibədən söhbət açılıb, müharibənin nə zaman bitə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Sovet İttifaqının dağıldığı 1991-ci ildə Dağlıq Qarabağın erməni əhalisi müstəqillik əldə etməyə cəhd göstəriblər. Bu isə hər iki xalq arasında münaqişəyə səbəb olub. 1994-cü ildə tərəflər arasında atəşkəs imzalanana qədər kəskin müharibə davam edib və 30 mindən çox insan həyatını itirib.

Bildirilib ki, Ə. Məmmədov Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən universitetdə (Bakı Dövlət Universitetində) yapon dili bacarığına yiyələnib. 2012-ci ilin Aprel ayından etibarən Hokkaydo Universitetinin Slavyan Avrasiya Araşdırmalar Mərkəzində araşdırmalar aparır.

Adı çəkilən mərkəzdə çalışan Ə. Məmmədov Dağlıq Qarabağ və Cənubi Kuril adalarının müqayisəli təhlilini aparır. Nə üçün bu mövzuya marağı olduğunu soruşduqda “Bizim nəsildə sülhə nail ola bilərikmi? Həll yolunun açarı nədədir” kimi suallara aydınlıq gətirmək üçün olduğunu bildirib.

Müsahibədə xüsusilə qeyd edilib ki, Rusiyanın dəstəyini əldə etmiş Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətini faktiki olaraq nəzarəti altına keçirib. 20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq öz yurd-yuvalarından didərgin salınmış 1 milyona yaxın qaçqın və məcburi köçkünün geri dönməsi məsələsi hələ də real görünmür.

Müsahibədə o da qeyd edilib ki, Ə. Məmmədov 2014-cü ildə Yaponiyanın yerli aidiyyəti olan qurumları ilə birlikdə Cənubi Kuril Adalarının keçmiş ada sakinləri olan 80 nəfərlə Sapporo və Nemuro şəhərlərində sorğu keçirib və onun nəticələrini yapon dilində yazdığı elmi məqalədə yerləşdirib. Xüsusilə maraqlı məqam ondan ibarət olub ki, cavab verənlərin 78 faizi rusların və yaponların birgə yaşamasına müsbət yanaşıblar. Sadəcə 4 faiz kəskin şəkildə qeyd edib ki, buralar yapon torpağıdır və ruslar buradan çıxmalıdırlar.

Ə. Məmmədov bildiribki, müsahibə çıxandan dərhal sonra Yaponiyadan ismarıcların və zənglərin ardı-arası kəsilmir: “Yaponiyalılar bu məsələyə ciddi maraq göstərirlər. Ümid edirəm ki, Dağlıq Qarabağla bağlı xəbərləri Yaponiya ictimaiyyətinə yaymaq üçün bundan sonra da geniş imkanlarım olacaq”.

Qeyd edək ki, Əlibəy Məmmədov professional olaraq Konfliktologiya elmi sahəsində araşdırmalar aparmaqla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiya və Yaponiya arasında Cənubi Kuril adaları problemi eyni zamanda Şrilanka milli vətəndaş müharibəsi mövzularında elmi tədqiqatlar aparır.

Ceyhun ABASOV

17.11.16   15:08

http://525.az/site/?name=xeber&news_id=67897

received_10211355880192860

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: