Xocalı soyqrımından 24 il ötür

Xocalı soyqrımından 24 il ötür.

2012-ci ilin may ayı idi. Yaponiyanın 5 ən məşhur (imperator) universitetlərindən biri olan Hokkaydo Universitetində ilk elmi çıxışımı sırf Xocalı soyqrımına həsr etmişdim. Təkcə yapon dilinin mükəmməl olması üçün 2 ay çaba sərf etmişdim, üstəlik yaxın yapon dostlarımdan birinə redaktə etdirmişdim ki, məsələ olduğu kimi çatsın.Təxminən 30-a yaxın elm adamları (əsasən yaponlar olmaqla) qiymətləndirmə aparmaq üçün iştirak edirdilər. Mənim üçün seçilmiş tənqidçi isə doktorant yapon tələbə idi(hal-hazırda Mərkəzi Asiya ölkələrindən birində Yaponiya səfirliyində çalışır). O demək olar ki, ona ayrılmış 10 dəqiqəsinin hamısını mənim çıxışımın tənqidinə yönəltmişdi. İştirakçılardan çox az qismi Xocalı dəhşətlərini əks etdirən kadrlara baxa bilmişdi. Dəhşətdən hamısı gözlərini yumurdu. Doktorantlar arasında fransız tələbə də vardı. Mən Fransız qəzetlərində o zaman çıxan məqalələrdən misallar gətirəndə, o deyirdi ki, mən fransızam amma belə qəzetlər tanımıram. Bəlkə, reklam xatirinə Sizin hadisəni yerləşdiriblər?! Təbii ki, mən orda “Erməni-Fransız qardaşlığı”ndan ətraflı və tənqidi yöndə söhbət açaraq cavabını vermişdim. Təxminən 1 həftə sonra fransızdan email gəlmişdi. Tənqidlərimə görə incimədin yəqin ki, düşmən deyilik. Gəl bir kofe içək.
Xaricdə ölkəni təmsil etmək çox qürurlu və şərəfli bir işdir. Amma əgər sən məsələn yapon publikasına çatdırmaq istəyirsənsə hər hansısa bir tarixi həqiqətləri, o zaman mükəmməl bir dildə, yapon dilində çatdırmalısan. Qarşı tərəf Amerika əhalisidirsə, mükəmməl ingilis dilində, fransızdırsa mükəmməl fransız dilində. Bacarmırsansa, mükəmməl natiqlik qabiliyyətin yoxdursa, o zaman tərcüməçi tut. Burada qəbahət bir şey yoxdur. Qəbahət orasındadır ki, öz mövqeyini belə unudaraq ağzına gələni çıxıb danışırsan və bunun fərqinə varmırsan.
Bunun üzərində çox işləmək lazımdır. Elə etmək lazımdır ki, bu qarşı publikaya çatsın. Əgər belə deyilsə o zaman bu işin demək olar ki, mənası yoxdur. Sadəcə olaraq, Azərbaycan daxilində reklama yönəlmiş bir cəhddir, bundan başqa bir şey deyil. Məhz belə uğursuzluqlara görə 24 il keçsə də cinayətkarlar cəzasız olaraq qalır və gündəmi hər hansısa bir müğənni zəbt etmiş olur.

Sonda onu da qeyd edim ki,
Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

 

Əlibəy Məmmədov

26 Fevral 2016-cı il

Tokyo, Yaponiya

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close