Yaponiyanın internet televiziyası Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş veriliş yayımlayıb

Tokio, 29 dekabr, AZƏRTAC

Yaponiyanın “World Investors TV” internet televiziyasının 2015-ci il üçün sonuncu buraxılışı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib.

Verilişin qonağı Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti, doktorant Əlibəy Məmmədov bu günün tarixçəsi haqqında tamaşaçılara ətraflı məlumat verib. Bildirib ki, 1991-ci il dekabrın 16-da, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sonradan müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuş ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü dövlət səviyyəsində bayram edilməyə başlanılıb. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz bu günü böyük fəxr və qürur hissi ilə qeyd etməkdədirlər.

Tamaşaçıların diqqətinə çatdırılıb ki, azərbaycanlılar minilliklər boyu dünya sivilizasiyasına, mədəniyyətinə böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan dəfələrlə parçalanıb, azərbaycanlıların bir çoxu öz doğma yurd-yuvalarından didərgin düşüb, deportasiyalara məruz qalıb. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə məskunlaşan azərbaycanlılar da var. Beləliklə, onlar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar və hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Yaponiyada yaşayırlar. İyirmi ildən çoxdur ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən böyük ehtiramla qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm bayramlardan birinə çevrilib.

Verilişin aparıcısı Kazuyasu İşida Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı dost Azərbaycan xalqını təbrik edib, növbəti ildə də ölkəmizlə bağlı xüsusi verilişlər hazırlayacaqlarını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Qeyd: Məqalədən istifadə zamanı AZƏRTAC-a istinad edilməlidir.

/////////////////////////////////////////////////////////////////

http://azertag.az/xeber/Yaponiyanin_internet_televiziyasi_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunune_hesr_edilmis_verilis_yayimlayib-915442

 

Həmrəylik günü 2

Digər xəbər agentliklərində bu haqda məlumat verilib:

  1. Hakim partiya “YAP” (Yeni Azərbaycan Partiyası)-ın homepage-də:

http://www.yap.org.az/az/view/news/10773/yaponiyanin-internet-televiziyasi-dunya-azerbaycanlilarinin-hemreylik-gunune-hesr-edilmish-verilish-yayimlayib

2. AZTV-nin rəsmi saytında:

http://www.aztv.az/readnews.php?lang=az&id=22850

3.

http://sia.az/az/news/social/521223-world-investors-tv-hemreylik-gunune-verilis-hesr-etdi

http://www.olaylar.az/news/social/154986

 

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close