Yaponiyada Azərbaycanın yeni diasporasının yaradılması Azərbaycan mediasında 2

1. Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi

http://www.diaspora.gov.az/index.php?options=news&id=11&news_id=3581

img_20160618_095925.jpg

2. Yeni Azərbaycan Partiyasının rəsmi ünvanında:

http://www.yap.org.az/az/view/news/13848/yaponiyada-azerbaycanin-yeni-diaspor-teshkilati-yaradilib

img_20160618_223944.jpg

 

3.APA Xəbər Agentliyi

http://www.apa.az/siyaset-xeberleri/diaspor/yaponiyada-yeni-azerbaycan-diaspor-teskilati-yaradilib.html

 

4. 525-ci qəzet

http://525.az/site/?name=xeber&news_id=58965

img_20160618_222354.jpg

 

5. News.Az sayti

http://news.az/articles/society/109200

img_20160621_000609.jpg

 

Yaponiyada Dağlıq Qarabağ probleminə veriliş həsr olundu

CANLI EFİR VASİTƏSİLƏ YAPONİYA İCTİMAİYYƏTİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ İLƏ BAĞLI MƏLUMATLANDIRILIB

Mayın 16-da Yaponiyanın “World Investors TV” internet televiziyasının canlı buraxılışı Dağlıq Qarabağ probleminə həsr olunub.

Verilişin qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim, əslən azərbaycanlı Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının fəxri prezidenti, doktorant tələbə Əlibəy Məmmədov Dağlıq Qarabağ haqqında geniş məlumat veriblər.

Ə. Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ problemi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ilə əlaqədar olaraq Ermənistan və Azərbaycan arasında baş vermiş münaqişədir: “Bu region “de yure” Azərbaycan torpaqları olmasına baxmayaraq, hazırda “de fakto” erməni işğalçı qüvvələrinin nəzarəti altındadır. Beynəlxalq səviyyədə də bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən Azərbaycan torpaqları olaraq tanınmasına rəğmən, hazırda bu ərazilərdə yalnız ermənilər yaşayır. Bir nəfər də olsun azərbaycanlı öz doğma torpağında yaşamaq hüququna malik deyil. Ermənistan hakimiyyətinin işğalçı siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayondan olan azərbaycanlılar ölkə daxilində məcburi köçkünə çevrilib, öz yurd-yuvalarından didərgin salınıblar”.

Aprelin əvvəlində Ermənistanla Azərbaycan arasında baş verən böyük toqquşma ilə bağlı danışan Ə. Məmmədov bildirib ki, “4 günlük müharibə” adı ilə tarixə düşən bu hadisələr zamanı Ermənistan işğalçı qüvvələri Azərbaycanın mülki əhalisini hədəfə alaraq xeyli dağıntılara, insan tələfatlarına səbəb olublar: “Azərbaycan tərəfi buna adekvat cavab verərək düşmənin yalnız hərbi mövqelərinə zərbələr endirib. Döyüşlər nəticəsində Azərbaycan silahlı qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəklikləri və kəndləri düşmən tapdağından azad edib. Bununla da atəşkəsin elan edilməsindən 22 il sonra ilk dəfə olaraq hərbi status-kvo Azərbaycanın xeyrinə dəyişib. Siyasi status-kvonun dəyişməsinə ümidlər daha da artıb”.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri X.Kələntər isə Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini kəskin şəkildə pisləyib, bu işdə ermənilərə yardımçı olan Rusiya hakimiyyətini tənqid edib. O qeyd edib ki, bu ərazilərdə tarixən ermənilər yaşamayıb: “Onlar sonradan çar Rusiyasının məkrli siyasəti nəticəsində tarixi Azərbaycan torpaqlarına köçürülüblər. Daha sonradan ermənilərə bir dövlət yaratmaq ehtiyacı yarananda Rusiya tarixi Azərbaycan torpaqlarını öz istədiyi kimi Ermənistana pay verməklə Azərbaycan torpaqlarının bölünməsi hesabına Ermənistan dövlətini yaradıb. Ruslar Azərbaycanın qədim xanlıqlarından olan İrəvanı, Zəngəzur mahalını ermənilərə verilməsinə nail olublar. Bununla belə ermənilər öz ekspansiya siyasətindən əl çəkməyərək Naxçıvan və Qarabağa göz dikiblər və buranın hüquqi sahibləri olan azərbaycanlılara qarşı dəfələrlə soyqırım siyasəti həyata keçiriblər”.

X. Kələntər vurğulayıb ki, Ermənistanın Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşaltmasına dair BMT-nin 4 qətnaməsi var: “822, 853, 874, 884 saylı qətnamələrdə Ermənistan işğalçı qüvvələri tənqid edilsə, onlardan Azərbaycanın doğma torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, bu tələblər bu günədək yerinə yetirilməyib. Ermənistan hakimiyyəti buna məhəl qoymur, beynəlxalq hüquqa qarşı hörmətsizlik, saymamazlıq edir”.

Canlı efir zamanı Xocalı soyqırımından da söhbət açılıb və 20-ci əsrin ən böyük cinayətlərindən biri kimi pislənilib.

Ceyhun ABASOV

http://525.az/site/?name=xeber&news_id=57252

diaspora qarabag shekil

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Yaponiya televiziyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
2016-05-19 | 16:23 |

Yaponiyanın  World Investors TV” internet televiziyasının növbəti canlı yayımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Proqarmın  qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində görkəmli alim, əslən azərbaycanlı Xəlil Kələntər və Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının rəhbəri, doktorant tələbə Əlibəy Məmmədov Azərbaycan həqiqətləri haqqında yapon tamaşaçılara geniş məlumat veriblər.

Canlı efirdə aparıcının suallarını cavablandıran qonaqlar Ermənistanın Azərbaycana qarşı başladığı müharibə, Azərbaycan torpaqlarının işğal edilməsi, azərbaycanlıarıan bu ərazilərdən qovulması barədə ətraflı danışıblar. Əlibəy Məmmədov və Xəlil Kələntər Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini və bu siyasəti dəstəkləyən bəzi dövlətlərin mövqeyini pisləyiblər. Azərbaycan torpaqlarının boşaldılmasına dair BMT-nin qətnamələrini xatırladan soydaşlarımız Ermənistan hakimiyyətinin buna məhəl qoymadığını, beynəlxalq hüquqa hörmətsizlik, saymazlıq etdiyini vurğulayıblar.

Əlibəy Məmmədov və Xəlil Kələntər dünya ictimaiyyətini Ermənistana qarşı ciddi tədbirlər görməyə, doğma yurdundan didərgin düşmüş bir milyonadək azərbaycanlının öz torpağına geri qayıtması üçün konkret addımlar atmağa çağırıb.

Verilişdə XX əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqrımı da diqqət mərkəzində saxlanılıb və yapon tamaşaçılara bu barədə geniş məlumat verilib.

Proqramda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və 7 rayonun xəritəsi, eyni zamanda Ermənistanın işğalı altında olan və xarabalığa çevrilmiş Azərbaycan şəhərlərinin videogörüntüləri yerli tamaşaçılara təqdim edilib.

Müsahibədə aparıcının sualına cavab olaraq 2016-ci ilin aprel ayında yaşanan və “4 günlük müharibə” adı ilə tarixə düşən hadisələr barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki əhalisini hədəfə alan Ermənistanın işğalçı qüvvələrinə adekvat cavab verilib və döyüşlər nəticəsində Azərbaycan silahlı qüvvələri mülki əhali üçün təhlükə mənbəyinə çevrilmiş bir neçə strateji yüksəklikləri, kəndləri düşməndən azad edib.

http://diaspora.gov.az/index.php?options=news&id=11&news_id=3548

diaspora qarabag shekil

 

 

ABŞ-da Dağlıq Qarabağla çıxışım Azərbaycan Mediasında {FOTOREPORTAJ}

  1. Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin elektron ünvanı:

    http://diaspora.gov.az/index.php?options=news&id=11&news_id=3526

wp-1461177623449.png

 

2. Yeni Azərbaycan Partiyasının rəsmi elektron ünvanında:

http://www.yap.org.az/az/view/news/12709/absh-da-beynelxalq-elmi-konfransda-azerbaycanli-doktorantin-dagliq-qarabagla-bagli-meruzesi-dinlenilib

 

wp-1461177615833.png

 

3. 525-ci qəzetin rəsmi elektron ünvanında:

http://525.az/site/?name=xeber&news_id=55477

 

wp-1461177632321.png

 

4. Səs İnformasiya Agenliyinin rəsmi elektron ünvanında:

http://sia.az/az/news/social/539169-abs-da-azerbaycanli-doktorantin-meruzesi-dinlenilib

wp-1461177653373.png

5. Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi elektorn ünvanında:

http://azertag.az/xeber/ABS_da_beynelxalq_elmi_konfransda_azerbaycanli_doktorantin_Dagliq_Qarabagla_meruzesi_dinlenilib-943711

wp-1461177658373.png

6. Qarabağ Azadlıq Təşkilatının rəsmi elektron ünvanında:

http://qat.az/index.php/ekhplore/garabagh-zhundaeliyi/10955-absh-da-beynaelkhalg-elmi-konfransda-azaerbaydzanl-doktorant-n-daghl-g-garabaghla-maeruzaesi-dinlaenilib

wp-1461178352270.png

7. 525-ci qəzetin 19 Aprel 2016-ci il tarixli sayında.

525 Dağlıq Qarabağ aprel 2016

“Gəzən lüğət” 「歩く辞書」 və ya “Mənim yapon dilim” 「私の日本語」

Bu məqalədə mənim yapon dili ilə tanışlığım və bu dili öyrənmə prosesində qarşıma çıxan çətinliklər, sevincli və kədərli anlarım, mənim üzərimdə böyük əməyi olan müəllimlərim, eyni zamanda bəzi stereotiplər haqqında öz şəxsi görüşlərimi qeyd etmək istərdim.

Şəkil 2015-ci il mart ayında Kyoto şəhərində çəkilib.
Şəkil 2015-ci il mart ayında Kyoto şəhərində çəkilib.

Düzünü desəm, mən Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə daxil olmağı arzulayırdım. Amma qəbul imtahanımda topladığım ballarım bunun üçün kifayət etmədiyindən, Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) fakültəsinin yapon dili və ədəbiyyatı şöbəsinə daxil oldum. Coğrafiya fənni üzrə maksimum (25 sual 25 doğru cavab), İngilis dili (25 sual 21 doğru cavab) üzrə çox yüksək nəticələr göstərsəmdə, dil-ədəbiyyat (35 sual 18 doğru cavab) və tarix (25 sual 18 doğru cavab) fənləri üzrə ürəkaçan nəticələr verə bilməmişdim. Hətta bunu eşidib-bilən atam belə həyatımda ilk dəfə məni danlamışdı. “Bəs bütün günü telefonnan qurdalananda belə olacaq də!”.

Bu eyni zamanda həmin vaxta kimi gələn axının təbii davamı idi. Mən məktəb illərində də heç vaxt əla nəticə göstərməmişəm. Ya yaxşı olmuşam ya da yaxşıdan bir az yuxarı. Amma əlaçı heç vaxt olmamışam. Hər zaman nəisə bir şey çatışmırdı əlaçı olmağıma.

2005-ci ilin sentyabr ayı idi, universitetdə ilk günümüz. Dərsə gəldik, tanışlıqlar başladı. Bizim qrupda 4 oğlan və 4 qız var idi. Bir növ balanslaşdırılmış bir qrup idi. Rayondan gələnlərimiz də var idi, şəhərlilər də var idi. Bir onu bilirəm ki, ilk dəfə heroqlif kitabının üzünə açmağımla kitabı bağlamağım eyni anda baş verdi. Sözün həqiqi mənasında qorxmuşdum. Görəsən belə bir dili öyrənmək olarmı?

İlk il yarım, 2-ci kursun oratalarına kimi qrupumuzun uşaqlarının arası əla idi. Can deyib can eşidərdik. Hamımızın da yapon dili üzrə qiyməti 5 (əla) idi amma reallıqda bu 8 nəfərin arasında böyük və kiçik fərqlər var idi. Kimisi gözəl danışmağa cəhd göstərirdi, kimisi sadəcə qrammatika əzbərləyirdi, kimisi də kinolara baxıb başa düşməyə çalışırdı.

Heç şübhəsiz, bizim qrupda qızlarımız daha çalışqan idilər və bu özünü hər cəhətdən büruzə verirdi. Oğlanlarımızda bir (mənfi?) xüsusiyyət var idi. Bir semestr yaxşı oxuyurdular amma növbəti semestr oxumurdular. Stabil deyildilər. Amma qızlarımız hər zaman stabil nəticələr göstərirdilər.

Mən ilk iki il ərzində demək olar ki, hər zaman qrupda yapon dili testlərində ən aşağı nəticəni göstərirdim. Aşağı nəticə desəm də bu əslində bir çoxları üçün arzuolunan, yuxarı nəticələr idi. 100 maksimum baldan 86-88 ballar toplamaq çox yaxşı nəticələrdir. Amma nəzərə alsaq ki, qızlarımızın balları 90-dan yuxarı bəzən də 100 bal olurdu o zaman 86-88 ballar heç də ürək açan nəticələr deyildi.

Mən hətta bir neçə dəfə test imtahanı günləri dərsə bilərəkdən gəlmirdim. Çünki hazırlıqlı deyildim və nəticəmin çox pis olacağından utanırdım. Bu mənim imijimə çox pis təsir göstərirdi. Bizim o zamanki yapon dili müəlliməmiz Tatsuma sensey dərslərin çoxunda heç mən tərəfə baxmırdı da. Həmişə qızlara üstünlük verirdi bu səbəbdən oğlanlar geri qalırdılar. Tatsuma müəllimə elə bir şərait yaratmışdı ki, mən ona yaxınlaşıb bir söz soruşmağa belə utanır, çəkinirdim. Əslində isə o, bəlkə də düz edirdi, kim çalışqan olmayan tələbəyə diqqət ayırır ki?!

İstər-istəməz bu hərəkətlər, bu davranışlar bir tələbəni pisikdirən amillərdən biri idi. Nəzərə alsaq ki, o zamanlar mən psixoloji cəhətdən çox zəif biriydim (çox sevdiyim bir qızın məni atması, ailəmdə olan mübahisələr və s.), bunun mənə necə pis təsir etdiyini təsəvvür etmək o qədər də çətin deyil.

Yadıma gəlir qrup uşaqlarımızdan biri heroqlif dərsində mən ondan köçürtməyə cəhd göstərərkən mənim üzərimə qışqırmışdı. “Özün evdə öyrən gəldə! Niyə mən sənə kömək etməliyəm ki?!”

Bu zaman bizim cavan xanım müəlliməmiz hətta mənim yerimə utanmışdı və həmin qrup yoldaşıma yüngül səslə səslənərək bunun yaxşı hərəkət olmadığını söyləmişdi. Mən isə qıpqırmızı qızarmışdım. Həm hirsli idim, həm də kövrək. Niyə görə axı mən başqasından soruşmalıyam?! Niyə görə axı başqası mənə hamının içində qışqırmalıdır?! Niyə görə mən hamının içində utanmalıyam?!

Belə suallarla dolu günlərim bir-birini əvəz edirdi. O zamanlar 16-18 yaşlarımız olardı, hələ çox şeyi dərk etmirdik, bəlkə də. Amma bir insanın formalaşmasında bu cür hadisələrin rolu danılmazdır.

2007-ci il, 2-ci kursun sonları yaxınlaşırdı. Səhv eləmirəmsə, Mart ya Aprel ayları idi. Mən ilk dəfə Tatsuma müəllimənin keçirtdiyi yapon dili testində qrupda hamıdan yüksək nəticə göstərmişdim. Sevincimin həddi-hüdudu yox idi. Bir çoxları isə bunun sadəcə təsadüf olduğunu düşünürdülər. Həmin nəticələri sübut edən faktı aşağıda təqdim edirəm. Nədənsə müəlliməmiz birinci mənə 91 bal verir, sonra isə fikrindən daşınır və 3 bal azaldaraq 88-ə endirir. Amma yenə də bu qrupda ən yüksək nəticə olur. Bəlkə də, müəlliməmiz başqaları ilə aramda yüksək fərqin olmasını istəmirdi, kim bilir?!

日本語のテスト
日本語のテスト グループの中で、はじめて一番良い成績を上げることができた日。
日本語のテスト
日本語のテスト  グループの中で。はじめて一番良い成績を上げることができた日。

Bizim yapon müəlliməmizin bir gözəl metodu var idi. O, hər zaman yaxşı nəticələr göstərən tələbələrin test kağızına gülərüz və sevincli yapon personajlarının şəkillərini yapışdırar və bununla da həmin tələbələri daha da həvəsləndirmiş olardı. Digər tərəfdən uğursuz nəticə göstərənlərə isə ağlamaq şəkli və s yapışdırardı.

Mənim test kağızıma ilk dəfə  idi ki, bu personajlardan biri yapışdırılmışdı. Özüdə sevincli qoca yapon kişisinin şəkli. Bunun mənası böyük idi. Yəni mən 2 il ərzində çoxlu əziyyətlər çəkdikdən sonra, nəhayət qocalığımda uğur qazana bildim. Mən hələ də həmin test kağızını saxlayıram və tez-tez ona göz gəzdirirəm. Məhz bundan sonra mən özümdə irəliləyişi hiss etməyə başladım. Bu testin nəticəsi məni ruhlandırırdı. Deməli mən də yüksək nəticə qazana bilərəm, deməli mən də birinci ola bilərəm.

Ümumi test nəticəsində məğlub olsam da, tək heroqlifdə desək mən heç vaxt heç kimdən geri qalmırdım. Qrup yoldaşlarım və müəllimlərim isə bunu artıq 3-cü kursun əvvəllərində hiss etməyə başladılar.

4-cü kursda oxuyan bir dostum məndən yapon dili dərslərinin necə getdiyini soruşanda cavab vermişdim ki, “heç kimdən geri qalmamağa çalışıram”. O isə bir qədər mənə qəzəbli formada reaksiya vermişdi. “Geri qalmamaq yox, öndə olub hər kəsi öz ardınca aparmalısan, sözlərinə diqqət yetir”. Bu sözlər hələ də qulağıma sırğadır.

Artıq müəllimiz də dəyişmişdi. Kişi müəllim gəlmişdi. Adı Vatanabe idi. Bu müəllim ədəbiyyatçı idi və fəlsəfi ideyalarla yaşayırdı. Bu müəllimin gəlişi mənim həyatımda, kariyeramda, düşüncə tərzimdə mühüm rol oynamağa başlamışdı. Bu haqda bir qədər sonra.

Azərbaycanlı müəllimlərimizdən isə xüsusilə Yaşar (İbrahimov) müəllimin rolu danılmazdır. 3cü kursa daxil olduqdan sonra Yaşar müəllimin yanına hazırlığa getməyə başladım. Mənə yapon dili qrammatikasını və heroqliflərini dərinliklərinə kimi öyrədən və hər dərs sorğu-sual keçirdən, tələbkar Yaşar müəllimin sayəsində, çay öz axarını qurduğu kimi, mən də öz yolumu tapdım. Artıq məni yapon dili kitablarından ayırmaq mümkün olmurdu. Yaşar müəllimlə ikinci ya üçüncü fərdi dərsimiz idi. Mənim test nəticələrimi gördükdən sonra mənə dedi: “Sənin başın var, çalışsan uğur qazana bilərsən”.

Eyni zamanda qrup dərslərimizdə Yaşar müəllim suallar verəndə, hər hansısa bir suala heç kim yox, mən düzgün cavab verəndə deyərdi: “Görürsüz, Əlibəy bilir”, “Əlibəy çox çalışır” və s. Yaşar müəllimin özü də heyrətə gəlmişdi. Çünki buna qədər mənim haqqımda stereotiplər var idi. “Əlibəy orta səviyyəli yapon dili biləndi və gələcəkdə yəqin ki, başqa bir peşəni seçəcək” və s.

Təbii olaraq, onların buna haqqı da var idi. Çünki mən özüm belə bir şəraiti yaratmış, özüm haqqında bu cürə düşüncələrin yaranmasına rəvac vermişdim.

Hətta mənim qrup yoldaşlarımdan bir neçəsi məni peşəmi dəyişməyə, tarixi seçməyə səsləyirdilər. Tarixçi ailəsində doğulmağım, hər zaman tarix fənlərində yüksək nəticələr göstərməyim, buna əsas səbəb idi. Bir sözlə o vaxtlarda, yapon dilindən başqa digər fənlərdə mənim nəticələrim sözün həqiqi mənasında əla idi.

Yapon dilində isə, xüsusilə, heroqliflər məni özünə cəlb eləmişdi. Məni hətta anam belə evdə saatlarla stulumda oturub heroqlif öyrənməyimdən ayıra bilmirdi. Elə bir səviyyəyə çatmışdım ki, mənə “gəzən lüğət” 「歩く辞書」 ləqəbi vermişdilər. Yolda getdiyim yerdə yuxarı kurslar və aşağı kurslardan tez-tez “Gəzən lüğət sənsən” və s kimi suallar verərdilər. Çoxları məndən məsləhət almağa, yapon dili ilə bağlı suallar verməyə başlamışdılar. Bəzən yaponların belə unutduqları heroqlifləri mən çıxıb lövhədə yazırdım. Hər kəs məni heroqlifi ən gözəl bilən biri kimi göstərirdi.

Hətta 1-ci kursda mənə “Özün evdə öyrən gəldə! Niyə mən sənə kömək etməliyəm ki?!” deyən qrup yoldaşım özü məndən köçürtməyə, öyrənməyə başlamışdı. Bu mənim artıq qələbəm idi. Heroqlifdə rəqibim yox idi. Bunu tam əminliklə deyə bilərəm.

Amma məsələ orasındadır ki, yapon dili təkcə heroqliflərdən ibarət deyil. Mən heroqliflərdə, qrammatikada öndə olsam da, danışıq qabiliyyətim hələ yüksək səviyyədə deyildi. Vatanabe müəllimimiz o zaman Yaponiya səfirliyində təşkil olunmuş tədbirlərdən birindən geri dönərkən yolda mənə bunları demişdi.

“Əlibəy, heroqliflər və qrammatika, vitamin kimi bir şeydir. Sən indi sadəcə vitamin içməklə məşğulsan. Əslində isə vitamini içməklə deyil, real yeməyi yeməklə məşğul olmalısan. Real yemək isə çoxlu kitablar, bədii ədəbiyyatlar oxumaq, yaponlarla canlı ünsiyyətdə olmaq, əlaqələr qurmaq deməkdir.”

Bu sözlər mənə çox təsir etmişdi. Həmin günə qədər gəldiyim yolun səhv olduğunu belə bəzən düşünürdüm.

3-cü kursda oxuyanda artıq 8 nəfər arasında olan saflıq yox olmuşdu. Artıq hər kəs bir-birinə rəqib idi. Bizim qrup Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ən güclü qrup olmuşdur. Biz fakültə daxilində də xaricində də başqalarından seçilirdik. Kənarda 8 nəfərin çox yaxın, bir-biri ilə sıx əlaqədə olduğu deyilsə də, içəridə ciddi və güclü rəqabət gedirdi. Bu isə başa düşülən idi. Bəli, hər kəs 2008-ci ilin mart ayında olacaq imtahana hazırlaşırdı. Bu imtahan Yaponiyanın Bakıdakı səfirliyində təşkil olunacaqdı və qalib şəxs(lər) Yaponiyaya 1 illik oxumağa getməyə şans qazanacaqdı. Hər birimiz bu imtahana ciddi hazırlaşırdıq. Mənim necə əziyyət çəkdiyimi isə hər kəs xüsusən əsl çalışqan tələbələr görürdülər və dilə gətirirdilər. Hesab edirdim ki, bizim qrupdan 3 nəfər Yaponiya hökümətinin təqaüd proqramı hesabına 1 illik oxumağa şans əldə edəcək. Mən özümü və daha iki nəfəri bu 3-lükdə şəxsən görürdüm.

Amma nəticələr bir qədər fərqli oldu və bu imtahandan sonra şəxsən mən çox məyus olmuşdum. Əlbəttə Yaponiyaya oxumağa şans əldə etmiş tələbə yoldaşımın buna tam haqqı var idi və doğru seçim olduğunu düşünürdüm amma niyə mən heç olmasa səfirliyə intervyuya dəvət olunmuş 5 nəfərin içində deyildim?! Bunu bilmək məni ruhən öldürürdü. Axı doğurdan da əziyyət çəkmişdim və öz içimdə özümü buna layiq görürdüm?! Görünür nəsə çatmamışdı…

O vaxtdan 8 il ötür, mən indiki zamandan məsələyə obyektiv qiymət verəndə düşünürəm ki, 1. Mən sadəcə son bir ili (3cü kursu) çox ciddi çalışmışdım, intervyuya çağrılmış tələbə yoldaşlarımsa 3 il idi ki, əziyyət çəkirdilər. 2. Mən sadəcə heroqlif və qrammatikaya üstünlük vermişdim, tələbə yoldaşlarım isə əsas etibarilə ünsiyyətə, bədii ədəbiyyat oxumağa üstünlük verirdilər. 3. Mən təkliyə qapılıb tək çalışmağa üstünlük verirdim, tələbə yoldaşlarım (xüsusilə qızlar) isə sosial idilər və yaponlarla tez-tez ünsiyyətdə olurdular, səfirliyə tez-tez gedirdilər, xoş əlaqələr yaratmağa çalışırdılar.

O vaxtlar bu 3-cü amilə yaltaqlıq kimi yanaşıb, eyni hərəkəti etməyəcəyimi desəm də, vaxt ötdükcə yalnış hərəkət etdiyimi, həmin dövrdə bir neçə addımımın o zamanlar düşündüyüm kimi heç də doğru olmadığını anlamağa başlayırdım. Biraz gec idi amma əsas o idi ki, səhvimi anlamışdım və onu düzəltməyin yollarını düşünürdüm.

Bunu anlamaqda mənə o zamanki və BDU-da son yaponiyalı müəllimim olan Vatanabe senseyin və ondan sonra Azərbaycana ezam olunan və 3 il Bakıda çalışan Mori senseyin böyük rolu olmuşdur. Bu iki müəllim, mənim həyatımda ilk müəllimlər idi ki, mənə qarşı “narahat olma, Allah Kərimdi, hər şey düzələr”, “heç bir problem yoxdur, İnşallah düzələr” demirdilər. Onlar dolğun və açıq şəkildə problemin və şəxsən mənim problemimin nədə olduğu görür, açıq-aşkar mənə deyir və həlli yolları haqqında məni düşünməyə dəvət edirdilər.

Bu ilk dəfə idi ki, mənim həyatımda baş verirdi. Bu iki müəllim mənə yapon dilində və Yaponiyada uğur qazanmağın yolların açıqlayır və mənim öz səviyyəmə uyğun qələbələrə gedən yolumun təməlini qoyurdular. Hansılar ki, 2-3 il ötdükdən sonra bunun nəticələrin görəcəkdim.

Fəsillər bir-birini əvəz edirdi, müxtəlif yerlərdə qeyri-peşəkar yapon dili müəllimi kimi, tərcüməçi kimi çalışmağa cəhd göstərirdim. Bir çox hallarda bu məndə alınırdı. Əsgərliyə də getdim. Əsgərlikdən geri döndükdən sonra mövzu seçdim və üzərində işləməyə başladım. İlk dəfə Yaponiyaya 2 həftəlik gəlmək şansını əldə etdim. Yadıma gəlir həyəcandan dişim şişmişdi və intervyudan sonra birbaşa diş həkiminə getmişdim. Bir neçə ay sonra isə uğurlu gedərsə 6 illik təqaüd proqramını qazanacaqdım. Qazandımda.

Elə bir dövr gəldi ki, mənim haqqımda stereotiplər gəzməyə başladı. Bir neçə yerlərdə yaponiyalı və azərbaycanlə şəxslər (özüdə bu şəxslər hər biri ayrı-ayrı yerlərdə yüksək vəzifələr tutan, görmüş-götürmüş, səviyyəli şəxslərdir) arasında yapon dilini ən mükəmməl bilən azərbaycanlı adı qazandım. Baş Nazirin müavini, ayrı-ayrı nazirlərimizin birbaşa tərcümələri mənə həvalə olunmağa başladı.

Əlbəttə mən heç zaman yapon dilini və Yaponiyanı ən mükəmməl bilən biri kimi özümü görməmişəm və görmürəm də. Mənim bugündə öyrənməli və araşdırmalı həddindən artıq çox mövzularım var. Sırf yapon dili ilə bağlı da, kiçik nüanslar var ki, hələ də səhvlərim olur. Bunların üzərində çox işləmək, tər tökmək gərəkir.

Amma bir məsələ dəqiqdi ki, mənim bugünümün təməli məhz 2007-ci ilin 6 ayı ərzində çəkdiyim əziyyət üzərində qurulub. Bu, şəxsən mənim özüm üçün danılmaz bir faktdır. Mən ilk dəfə öz real gücümü onda hiss etmişdim.

Yaponşünas olaraq yapon dilini öyrəndiyim bu 10 il ərzində bir məsələyə əmin oldum ki, fərq etməz mükəmməl oxuyursan ya ortabab, əsas məsələ davamlılıqdadır.

Hər şey elə deyilmi? İstənilən sahədə davamlı olmaqla uğur qazanmaq olar. Heç zaman mükəmməl olmağa çalışmayın, sadəcə davamlı və ardıcıl olmağa çalışın bunun isə nəticələrini bir neçə il ərzində hiss edəcəksiniz. Unutmayın döyüş bir neçə saat və ya bir neçə ay davam edər, müharibə isə illərlə və ya bir ömrünüz boyu davam edə bilər. Kiçik döyüşlərdə olacaq məğlubiyyətlərdən qətiyyən məyus olmayın. Əsas müharibəni əldən verməməkdir. İnsan hər gün yenidən doğulur, hər yeni gün isə Sizə yenidən başlamaq şansı verir. Yeni günlərinizi, yeni şanslarınızı əldən verməyin.

Qalib olmaq üçün ardıcıl, uzunmüddətli çalışqanlıq və güclü inam hissi olmalıdır insanda.

Hətta heç kimin inanmadığı bir dövrdə belə özünüzə inanın, hətta Sizə güclü görünən insanlar üstünüzə düşsələr belə öz yolunuzdan dönməyin, davamlı və ardıcıl, mətinli olun. Yaxınlarınıza və sevdiklərinizə hökmən sahib çıxın. Əgər uğrunda vuruşacağınız bir kimsə və ya kimsələr yoxdursa o zaman döyüşməyə dəyməz.

Hörmətlə, Sizin

Əlibəy Məmmədov

Sapporo şəhəri, Yaponiya

12 Avqust 2015-ci il.

Yenilənib 24 Fevral 2015-ci ildə

Tokyo, Yaponiya.

alibay 1

Niyə məhz Yaponiya?! なぜ日本なのか?

  Mən artıq 4 ilə yaxındır ki, Yaponiyanın şimal paytaxtı hesab olunan Sapporo şəhərində yaşayıram. İlk öncə 1 il müddətində tədqiqatçı tələbə kimi fəaliyyət göstərib, növbəti iki ili isə magistrant kimi qarşılamalı oldum. Hazırda isə doktorantura pilləsində təhsil alıram.

Hər şeydən əvvəl nəyə görə məhz Yaponiyanı, Hokkaido Universitetini seçməyimlə bağlı qısa məlumat vermək istərdim. Hər bir azərbaycanlı üçün Qarabağ problemi çox ağrılıdır. Mənim ana tərəfim Ağdamdandır. 1993-cü ildə ana tərəfdən olan bütün qohumlarım məcburi olaraq Azərbaycanın digər bölgələrinə köçməli oldular. Mən öz gözlərimlə onların yaşadıqları acınacaqlı həyatı görərək böyümüşəm.

Valideynlərimin hər ikisi tarixçidirlər. Aydındır ki, evimizdə hər zaman tarix abı-havası hökm sürüb. Azərbaycan və dünya tarixini öyrənmək istəyən bir çox məktəbli tələbələr bizə hazırlığa gəlirdilər. 2004-cü ildə Respublika Tarix Olimpiadasında 2-ci  yerə yüksəldiyimi xatırlayıram. Demək istədiyim odur ki, hər zaman damarlarımda, qanımda “tarix” axıbdır və hazırda da belədir.

2005-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) Fakültəsinin Yapon dili və Ədəbiyyatı şöbəsinə daxil oldum. İlk 2 il ərzində o qədər də seçilən tələbə deyildim. Hətta bəzi qrup yoldaşlarım tərəfindən “nəyə görə Yapon dili və ədəbiyyatı” bölməsini seçmisən?!”, “Tarix fakültəsi sənə daha uyğun olardı” kimi fikirlər haqqımda çox səslənirdi. Düzünü desəm bizə yapon dili dərsi deyən Yaponiyadan ezam olunmuş xanım müəlliməmiz də mənə o qədər də diqqət ayırmazdı. Əlbəttə bunun da öz səbəbləri var idi. Mən o qədər də çalışqan tələbə deyildim.  Universitetə daxil olduğum il valideynlərimin bir-birindən yollarını ayırması, mənim öz “ilk sevgimdən” ayrılmağım, ailəmizdə hökm sürən iqtisadi problemlər və s mənə psixoloji cəhətdən öz mənfi təsirlərini göstərməkdə idi. Əlbəttə, şəxsi məsələləri təhsil həyatına, iş həyatına gətirmək düzgün deyil və qeyri-peşəlarlıqdan xəbər verir. Lakin 16-17 yaşında olan psixoloji cəhətdən hələ çox zəif bir yeniyetmə üçün bunları başa düşmək hələ çox tez idi. Amma yenə də çox istərdim ki, o müəllimə digər tələbələr kimi mənə də eyni diqqəti ayırsın. 3-cü kursda oxuyanda bizə yapon dilindən dərs keçən Yaponiyalı mütəxəssis digəri ilə əvəz olundu. Bu dəfə kişi müəllim Bakı Dövlət Universitetinə təşrif buyurmuşdu. Elə ilk gündən anladım ki, bu şəxslə birlikdə mənim içimdə olan oxumaq sevgisi alovlanacaq. Qeyd edim ki, həmin şəxs çox fəlsəfi bir insan idi. Mənim çox xoşuma gələrdi onunla apardığımız diskusiyalar, müzakirələr, hansılar ki, ondan əvvəlki mütəxəssis mənim üçün bu imkanı yaratmamışdı.

Yeni müəllimimiz mənim sadəcə olaraq təhsilimdə deyil, həm də bir şəxs kimi yetişməyimdə çox mühüm bir rol oynadı.  Mən bütün ömrüm boyunca ona minnətdar olaraq qalacam.

Mənim psixoloji cəhətdən çox güclü bir şəxs kimi yetişməyimdə daha bir müdrik insanın rolu böyükdür. Onun adı Fərhaddır. Məndən cəmi 1  ya 2 yaş böyük olardı. Tibb Universitetində  təhsil alırdı. Onunla Yaponiyanın “Fuji Megane” şirkətinin Azərbaycanda həyata keçirdiyi xeyriyyəçilik işində tanış olmuşduq. O ingilis dili, mən isə yapon dili tərcüməçisi kimi iştirak edirdim.

Fərhadla tanışlığım mənim həm də akademik insan kimi yetişməyimdə böyük rolu olmuşdur. O mənə bir şəxsin yetkin insan kimi yetişməsi üçün, psixoloji cəhətdən güclü insana çevrilməsi üçün lazım olan nəsihətlərini verməklə yanaşı, bu mövzularda olan qiymətli kitabları da tövsiyə edirdi. Ilk dəfə idi ki, yaşıdlarım arasında belə səviyyəli bir insanla tanış olurdum. Çayxanalarla, boş-boş əylənmək qızıl vaxtlarını itirən digər tanışlarımdan çox öndə gedən bir şəxsiyyət idi. Məsələnin maraqlı tərəfi isə ondadır ki, fərhad özü-özünü bu səviyyəyə gətirib çıxarda bilmişdi. Məşhur xarici şirkətlərin birində mütəxəssis kimi də çalışırdı. Xaricə səfərləri də az deyildi. Qiymətli kadr idi.

Bakalavrın 3-cü, 4-cü kursları mənim tədrisimdə və bir şəxsiyyət kimi yetişməyimdə bir növ dönüş nöqtəsi olmuşdur. Bu müddət ərzində yapon dili bacarığına və Yaponiya haqqında bir çox biliklərə (xüsusilə tarixi və siyasi mövzularda)  yiyələndim. Mənim diqqətimi daha çox çəkən məqam isə ada ölkəsi olmasına rəğmən Yaponiyanın özünün də bir çox ərazi problemlərini yaşaması oldu. Bütün bu problemlər isə öz kökünü İkinci Dünya Müharibəsindən götürməkdədir. Rusiya ilə “Cənubi Kuril adaları problemi” (Yapon dilində bu ərazilər “Şimal Əraziləri” 「北方領土」(“Hoppo Ryodo”) kimi tanınır. Qeyd edim ki, adalar Rusiyanın nəzarəti altındadır.), Cənubi Koreya ilə Takeşima 「竹島」adaları problemi (Cənubi Koreya bu adaları “Dokdo” 「独島」adlandırır. Adalar Cənubi Koreyanın nəzarəti altındadır. ), son illər iqtisadi gücü hesabına özündən söz etdirməyi bacaran Çin Xalq Respublikası ilə isə Senkaku adaları 「尖閣諸島」 problemi (Çin dilində bu adalar “Diaoyudao” 「釣魚島」 kimi tanınır. Adalar Yaponiyanın nəzarəti altındadır. Yaponiya rəsmi olaraq problemin mövcud olduğunu qəbul etmir.) yaşamaqdadır. Qarabağ kimi ağrılı bir problemi olan Azərbaycan Respublikasının bir vətəndaşı kimi mənə Yaponiyanın yaşadığı problemlər oxşar görünməyə başladı (əlbəttə sırf elmi-akademik cəhətdən söhbət açsaq bu problemlər arasında bir çox fərqlər mövcuddur). Xüsusilə həm Azərbaycana və həm də Yaponiyaya qonşu olan Rusiya ilə yaşanan problem məndə xüsusi maraq oyatmışdı. Bu mövzu ilə ilgili Yaponiyada ən öndə gedən professorlardan biri (hazırda birincilərdən biridir) məhz Hokkado Universitetində çalışdığını nəzərə alıb, sözügedən universitetdə təhsilimi davam etdirməyi qərara aldım. Bu region həm də problemə ən yaxın regiondur. Keçmiş ada sakinlərinin əksəriyyəti də məhz burada yaşayır. Anket, intervyu və s araşdırmalar aparmaq üçün də əlverişli yerdir.

Hokkaido Universitetinə gəldikdə sonra, ilk öncə Dağlıq Qarabağla müqayisə edərək tədqiqat aparmağı planlaşdırsam da, hər iki problemin fərqli xarakterlərə malik olması məni bu fikrimdən daşındırmalı oldu. Daha sonra Yaponiyanın digər ada problemləri ilə müqayisəli şəkildə tədqiqat aparmağı nəzərdən keçirdim. Lakin bu da alınmadı. Səbəbi, magistr işi üçün mövzunun həddindən artıq geniş olması idi. Magistratura pilləsi üçün o qədər də geniş olmayan mövzu tələb olunurdu. Yeri gəlmişkən onu da qeyd edim ki, Cənubi Kuril adaları problemi mütəxəssislər və siyasətçilər arasında kifayət qədər işlənmiş mövzudur. Problemin əsli, nədən qaynaqlandığı, obyektiv həlli yolları barəsində rusiya və yaponiyalı mütəxəssislər eləcə də dünya səviyyəli digər ölkələri təmsil edən mütəxəssislər və politoloqlar tərəfindən kifayət qədər müzakirələr aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, hələ də bir çox lazımi qədər araşdırılmamış tərəfi qalmaqda idi. Bu, “İctimai rəy”-ə əsas diqqəti yetirmək vasitəsilə problemə baxış idi. Keçmiş ada sakinlərinin fikri nədir? Onların məsələyə yanaşması necədir?

Mən məhz bu istiqaməti əsas götürərək mövzunu təhlil etməyə səy göstərdim. Magistr mövzumla bağlı ayrıca geniş məqalə yazacağım üçün burada qısa məlumat verməklə kifayətlənirəm. Bir qədər mövzudan kənara çıxsam da, yuxarıda yazılanlar mənim Yaponiyaya gəlib çatmağıma qədər olan mərhələnin çox qısa bir təhlili idi. Növbəti yazılarımda bu haqda daha geniş və daha ətraflı məlumat verəcəm. Yuxarıda mövzudan bir qədər yayındığıma görə niiyə görə Yaponiyanı seçməyimi aşadakı 3 konkret amillə bağlamaq istərdim.

1. Yapon dili və mədəniyyətini Bakı Dövlət Universitetində mənimsəməyim

2. Tarixçi ailəsində doğulub, boya-başa çatmağım.

3. Yaponiyada yapon dilində Rusiya və Yaponiyanın ərazi problemini tədqiq etmək istəyim və gələcəkdə Qarabağla bağlı tədqiqatla əlaqələndirmək arzum.

Əlibəy Məmmədov

Yaponiya, Tokyo

Tarix: 24 Fevral 2016-ci ilalibay 1

Azərbaycan ikinci dəfə Sapporo Beynəlxalq qar fiqurları festivalında təmsil olunacaq

Tokio, 1 fevral, AZƏRTAC

Azərbaycan Yaponiyanın Sapporo şəhərində keçirilən 67-ci Beynəlxalq qar fiqurları festivalında ikinci dəfə təmsil olunacaq.

IMG_4559

Bu barədə AZƏRTAC-ın Yaponiyadakı bürosuna Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədov məlumat verib. Universitetin doktorantı olan həmyerlimiz bildirib ki, məqsəd Azərbaycanı Yaponiyada daha yaxından tanıtmaqdır.

Festival barədə məlumat verən Ə.Məmmədov qeyd edib ki, 67-ci dəfə təşkil edilən festival yalnız Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan artıq insan ziyarət edir.

Azərbaycanı Uzaq Şərqdə geniş təbliğ etmək baxımından bu festivalın möhtəşəm bir imkan olduğunu vurğulayan Ə.Məmmədov Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti olaraq, onun vətəndaşı olduğu ölkənin müxtəlif simvollarının, nağıl qəhrəmanlarının obrazlarından ibarət kompozisiyanın quraşdırılması hüququna malik olduğunu qeyd edib. Bu səlahiyyətindən istifadə edən həmvətənimiz 2014-cü ildə ilk dəfə belə təşəbbüslə çıxış edib və ötən il ölkəmiz festivalda qədim Qız qalası və qardan düzəldilmiş milli geyimli insan fiqurları ilə təmsil olunub. Bu dəfə isə Azərbaycanın məşhur memar Zaha Hadidin müəllifi olduğu, nadir memarlıq nümunəsi sayılan Heydər Əliyev Mərkəzi ilə təmsil olunması barədə Ə.Məmmədovun təklifi təşkilatçılar tərəfindən maraqla qarşılanıb.

Ə.Məmmədov vurğulayıb ki, ötən il Qız qalası, bu il isə Heydər Əliyev Mərkəzinin qar fiqurlarının yaradılması təklifi ilə çıxış etməsində məqsəd, yaponlar və xarici turistlər arasında Azərbaycan, onun tarixi, mədəniyyəti haqqında təsəvvür yaratmaqdan, xalqımızın ümummilli lideri Heydər Əliyev barədə məlumat verməkdən ibarətdir.

Yanvarın 31-də, hündürlüyü 4, eni 3 metr olacaq qar fiqurunun hazırlanması ərəfəsində Hokkaydo Universitetinin əcnəbi tələbələri, “Sapporo Ohdori Lions Club”ın fəxri üzvləri və şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Tokyo Dome Hotel Sapporo” otelində Azərbaycanın festivalda təmsil olunması ilə bağlı ziyafət təşkil olunub.

Tədbirdə “Sapporo Ohdori Lions Club”ın prezidenti Oya Ryusuke, sabiq prezident Yamada Masayuki və Əlibəy Məmmədov Azərbaycan haqqında çıxış ediblər.

Azərbaycanın ikinci dəfə festivalda iştirak edəcəyini xatırladan O.Ryusuke bunun çox sevindirici hal olduğunu bildirib.

Y.Masayuki isə ötən il Azərbaycanın festivalda təmsil olunmasından sonra təşkilatçıların ünvanına ölkəmizlə bağlı çoxlu sualların daxil olduğunu bildirib. Vurğulayıb ki, bu, festivalın Azərbaycanın Yaponiyada tanınmasına böyük töhfə verdiyini bir daha təsdiq edir.

Tədbirdə çıxış edən Ə.Məmmədov qeyd edib ki, festivalda təmsil olunmaq bir tərəfdən Azərbaycanın bu Gündoğar ölkədə tanınmasında mühüm rol oynayırsa, digər tərəfdən iki dost xalq arasında əlaqələrin inkişafına mühüm töhfələr verir.

Həmin gün “Sapporo Ohdori Lions Club”ın üzvləri, Hokkaydo Universiteti tələbələri və məktəblilərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qar variantının düzəldilməsinə başlanılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

http://azertag.az/xeber/923232

IMG_2633

IMG_4617

IMG_2705

Yaponiyada Qar Festivalı keçiriləcək – Fotoreportaj

AZƏRBAYCAN ARTIQ İKİNCİ DƏFƏDİR Kİ, BU FESTİVALDA TƏMSİL OLUNUR

Azərbaycan tarixdə ikinci dəfə Yaponiyanın Hokkaydo adasında yerləşən və dövlətin şimal paytaxtı hesab edilən Sapporo şəhərində keçiriləcək 67-ci “Sapporo Beynəlxalq Qar Fiqurları” festivalında təmsil olunacaq.

1822 nəfər xarici tələbəsi olan Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə doktorant tələbə Əlibəy Məmmədovun təşəbbüsü ilə sözügedən qar festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunacaq.

Sözügedən festival hər il ənənəvi olaraq fevral ayının 5-dən 11-dək – 1 həftə ərzində Sapporo şəhərinin mərkəzi parkı olan “Ohdori”də keçirilir. Hər il festivalı izləməyə 2 milyondan artıq yerli və xarici turist gəlir. 2015-ci ildə turistlərin sayı təxminən 2 milyon 350 min nəfər olub. 2015-ci ildə böyük və kiçik ölçülü 207 qar fiquru hazırlanıb. Bu il də qar fiqurlarının sayının 200-ü ötəcəyi gözlənilir.

IMG_4518.JPG
Azərbaycanla bağlı çıxış edərkən. 31 yanvar 2016-cı il

Festivalın əsas təşkilatçıları Sapporo şəhər İcra Hakimiyyəti, Sapporo Turizm Assosiasiyası, Sapporo Şəhər Təhsil Komitəsi, Sapporo Ticarət və Sənaye Palatasıdır. Yerli telekanallar, ayrı-ayrı şirkətlər və assosiasiyalar festivala aktiv şəkildə dəstək verənlər sırasındadır.

Festival zamanı turistlərə ayrı-ayrı ölkələrin mədəniyyət nümunələri, nağıl qəhrəmanlarının qardan hazırlanmış heykəlcikləri nümayiş olunur. Eyni zamanda, ayrı-ayrı ölkələrin mətbəxinin dadına baxmaq üçün xüsusi dükanlar təşkil olunur, Hokkaydonun yerli xalqı hesab edilən aynuların milli-mədəni irsi diqqətə çatdırılır.

Festival zamanı şəhərin mərkəzi küçələrində nəqliyyatın gedişi tamamilə dayandırılır. 2 milyondan artıq turisti qəbul edə bilmək üçün xüsusi nəzarət sisteminə keçilir.

Ə. Məmmədovun sözlərinə görə, “Sapporo Beynəlxalq Qar Fiqurları” festivalı Azərbaycanı tanıtmaq və onun haqqında daha yaxşı imic yaratmaq baxımından ələ düşmüş möhtəşəm bir fürsətdir.

2015-ci ilin aprelin 23-də Ə. Məmmədov Hokkaydo Universitetinin Xarici Tələbələr Assosiasiyasına ikinci müddətə prezident seçildikdən sonra 2015-ci ilin oktyabr ayında yenidən Azərbaycanın təmsil olunması təklifi ilə çıxış etmək hüququnu əldə edib. Bu dəfə də həmyerlimizin təklifi “Sapporo Ohdori Lions Club”un xüsusi iclasının yekun nəticəsi olaraq qəbul edilib.

Bu ilki mövzu 2007-ci ildə layihəsi məhşur memar Zaha Hadid tərəfindən işlənmiş, müasir Bakının simvollarından biri hesab edilən Heydər Əliyev Mərkəzi və qarşısında milli geyimli azərbaycanlılar olub.

Əlibəy Məmmədov vurğulayıb ki, ötən il Qız Qalası, bu il isə Heydər Əliyev Mərkəzinin qar fiqurlarının yaradılması təklifi ilə çıxış etməsi heç də təsadüfi deyil: “Bu işdə məqsəd, yaponlar və xarici turistlər arasında Azərbaycan, onun tarixi, mədəniyyəti, insanları haqqında dərin təəssüratlar yaratmaq, Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında məlumatlar verməkdən ibarət olub. Eyni zamanda, turistlər Bakının qədim və müasir simvolları haqqında məlumatlanmış olacaqlar”.

Bu məqsədlə bir neçə həftə öncədən qar fiqurunun hazırlanmasına başlanıldığını deyən həmyerlimiz bildirib ki, qar fiqurun əsas hissəsi professional şirkət tərəfindən yaradılıb: “Yanvarın 31-də isə Hokkaydo Universitetinin Xarici Tələbələri, “Sapporo Ohdori Lions Club”un fəxri üzvləri, Sapporonun orta məktəb tələbələri və ziyalıları daxil olmaqla ümumilikdə 20 ölkədən 70 nəfərin iştirakı ilə qar fiqurunun üzərində hazırlıq işləri aparılıb”.

525-ci qezet real varianti.jpg

Hündürlüyü 4, eni 3 metr olan qar fiqurunun hazırlanması ərəfəsində “Tokyo Dome Hotel Sapporo” otelində,  Beynəlxalq Qar Fiqurları festivalında Azərbaycanın təmsil olunması ilə bağlı “Sapporo Ohdori Lions Club”u tərəfindən xüsusi ziyafət təşkil olunub.

Ziyafətdə “Sapporo Ohdori Lions Club”un hazırkı prezidenti Oya Ryusuke, ötən ilki prezidenti Yamada Masayuki və “Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyası”nın prezidenti Əlibəy Məmmədov Azərbaycan haqqında geniş şəkildə çıxış ediblər.

O. Ryusuke qeyd edib ki, Azərbaycan artıq ikinci dəfədir ki, festivalda iştirak edəcək: “Bu çox sevindirici bir haldır. “Sapporo Ohdori Lions Club”un büdcəsindən hər il Qar Fiqurları Festivalı üçün müəyyən qədər vəsait ayrılır. Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovun təklifini müzakirə etdikdən sonra bu il də biz bu vəsaiti Azərbaycan üçün ayırmaq qərarına gəldik. Çox sevinirik ki, Azərbaycanın Yaponiyada tanınma işində müəyyən qədər paya sahibik”.

Daha sonra Y. Masayuki çıxış edərək bildirib ki, ötən il Azərbaycan festivalda Qız Qalası və milli geyimlərdə olan azərbaycanlılarla təmsil olunub: “Bundan sonra bizə Azərbaycanla bağlı çoxlu suallar gəlməyə başlayıb. Bu bir daha onu göstərir ki, Qar Fiqurları festivalında iştirak açıq-aşkar Azərbaycanın Yaponiyada tanınma işinə böyük töhfə verir”.

Təşkilatçıların çıxışından sonra söz Hokkaydo Universitetinin prezidenti Əlibəy Məmmədova verilib. Həmyerlimiz qeyd edib ki, 2016-cı il “Sapporo Ohdori Lions Club”-ın yaradılışının 25-ci ildönümü, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının yaradılışının 10-cu il -dönümüdür: “Belə əlamətdar bir ildə Azərbaycanla bağlı Qar Fiqurlarının hazırlanması ayrıca zövq verir. Bu təkcə Hokkaydo Universiteti ilə təşkilatçı tərəf arasında deyil, eyni zamanda geniş miqyasda götürdükdə Azərbaycan və Yaponiya münasibətlərinə, Azərbaycanın Yaponiyada geniş təbliğinə, ölkəmizlə bağlı aparılan geniş maarifləndirmə işinə çox böyük töhfələr verməkdədir”.

Ə. Məmmədovun çıxışından sonra “Sapporo Ohdori Lions Club”un prezidenti O. Ryusuke tərəfindən həmyerlimizə ötən ilki qar fiqurunun maketi rəsmi şəkildə hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycanı təmsil edəcək qar fiquru üçün “Ohdori” parkında uyğun yer seçilib.

Festivala qədər və festivalın davam edəcəyi müddətdə qar fiqurlarının formasının qorunub saxlanması üçün 5 nəfərdən ibarət xüsusi işçi qüvvəsi ayrılıb. Sapporo şəhərində havanın temperaturu təxminən mənfi 5 – mənfi 10 dərəcə arasında dəyişdiyi üçün fiqurun ərimə təhlükəsi yox səviyyəsindədir. Sadəcə olaraq, güclü qar yağarsa formasını itirə bilər. Bunun üçün işçi qüvvəsinin nəzarətinə ehtiyac yaranıb. Fevral ayının 5-dək qar fiqurunun tam hazır olacağı planlaşdırılır.

Ceyhun ABASOV

http://525.az/site/?name=xeber&news_id=50699

IMG_4617

IMG_4678
Sapporo Ohdori Lions Club-ın hazırki və keçmiş prezidentləri ilə birlikdə

IMG_2705IMG_4696

WITV生放送の動画が公開されました。テーマ:黒い一月事件

国の進化とは歴史を積み重ねていくこと。
つまり、「明るい楽しい」歴史、そしてまた、「暗い辛い」歴史、様々な出来事が起こる。
アゼルバイジャンにもこれまでいろいろなことが起こったが、その中でもアゼルバイジャン人が誇りに思う大きな歴史の一ページとなるのが1990年1月20日に起きた「黒い1月」と呼ばれる出来事だ。
今回は、その歴史の生き証人の一人としてアゼルバイジャン国営通信のヴガール氏をお招きし当時の様子やアゼルバイジャン人にとって、この「黒い1月」とは何だったのかをうかがった。

【出演】
石田 和靖(WITV総合プロデューサー)
ヴガール アガエフ(アゼルバイジャン国営通信)
アリペイ マムマドフ(北海道大学留学生協議会会長 博士課程)

http://www.worldinvestors.tv/1673/

以下のリンクから観れます。ご興味のある方はどうぞご覧ください。

 

_DSC0011
2016/01/19 20 yanvarla bağlı canlı yayım

日本は天国そのもの。Cənnət Məkan Yaponiya

日本は日本人にも、日本に住む外国籍にも経済や税金のこと等でよく批判されますが、世界各国の情勢、安定しない経済等を見てはじめて、日本経済、その社会の凄さに気づきます。日本は暮らしの面でも、仕事の面でも、文字通り天国なのです。ちゃんと評価すべきです。
Yaponiya, yaponlar və burada yaşayan xaricilər təfərindən müxtəlif səbəblərdən (iqtisadiyyat, vergilər və s) tez-tez tənqid olunur. Amma dünya ölkələrində baş verən hadisələri, stabil omayan iqtisadiyyatlarını gördükdə Yaponiya iqtisadiyyatının və cəmiyyətinin möhtəşəmliyinə bir daha əmin olursan. Həm yaşam və həm də iş baxımında Yaponiya cənnət məkandır. Lazımınca qiymətləndirmək gərəkir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımız arasında əlaqələrin qurulmasında mühüm rol oynayır

Tokio, 1 yanvar, AZƏRTAC

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan soydaşlarımız arasında əlaqələrin qurulmasında mühüm rol oynayır.

Bu sözləri Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti, doktorant Əlibəy Məmmədov AZƏRTAC-ın Yaponiyadakı müxbirinə müsahibəsində deyib.

Ə.Məmmədov bildirib ki, 1991-ci il dekabrın 16-da, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sonradan müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuş ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dövlət səviyyəsində bayram edilməyə başlanılıb. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz bu günü böyük fəxr və qürur hissi ilə qeyd etməkdədirlər.

Azərbaycanlıların minilliklər boyu dünya sivilizasiyasına, mədəniyyətinə böyük töhfələr verdiyini vurğulayan Ə.Məmmədov bildirib ki, müharibələr, inqilablar, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində ölkəmiz dəfələrlə parçalanıb, azərbaycanlıların bir çoxu öz doğma yurd-yuvalarından didərgin düşüb, deportasiyalara məruz qalıblar. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə məskunlaşan azərbaycanlılar da var. Beləliklə, onlar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar və hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Yaponiyada yaşayırlar. İyirmi ildən çoxdur ki, 31 dekabr dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi böyük ehtiramla qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm bayramlardan birinə çevrilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı fikirlərini bölüşən iş adamı, əslən azərbaycanlı olan Keyvan Seyidrzayi isə xalqımızı bayram münasibətilə təbrik edərək yeni ildə firavanlıq və uğurlar arzulayıb. Qeyd edib ki, milli birliyimiz nəticəsində xalqımız 2016-cı ildə də böyük uğurlara imza atacaq. Yeni ildə kədərli hadisələrin xalqımızdan uzaq olmasını arzulayan K.Seyidrzayi əmin olduğunu bildirib ki, məhz milli birlik nəticəsində qazanılan nailiyyətlər bundan sonra da davam edəcək. Ötən ilin mühüm hadisələri sırasında “Bakı-2015” ilk Avropa Oyunları kimi möhtəşəm tədbirin Azərbaycanda keçirildiyinə diqqət çəkən iş adamı yeni ilin də beynəlxalq əhəmiyyətli tədbirlərlə ölkəmizin təbliği işinin davam etdiriləcəyinə inandığını bildirib.

K.Seyidrazayinin həyat yoldaşı Arzu Nəzərəliyeva da yeni ilin xalqımız üçün düşərli olacağına, xalqımızın yeni-yeni uğurlara imza atacağına əminliyini ifadə edib. Xalqımıza xoş günlər, firavan həyat arzulayıb.

Yaponiyada yaşayan pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Azuma-Səfərova 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımızı təbrik edərək bildirib ki, bu gündoğar ölkədə yaşayan soydaşlarımız Vətəndən nə qədər uzaqda olsalar da ürəkləri həmişə Azərbaycan ilədir. Xalqımızın gücünün milli birlikdə olduğunu vurğulayan G.Azuma-Səfərova bayramlar münasibətilə təbriklərini çatdırıb, xalqımıza can sağlığı, uzun ömür, yeni ildə böyük uğurlar arzuladığını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

http://azertag.az/xeber/915802

IMGP1146

WITVの2015年最後の生放送のテーマは「全アゼルバイジャン人連帯の日」についてでした

2015年WITVでは「アゼルバイジャン」ネタを数多く放送してきました。
そして2015年最後の放送ではアゼルバイジャンの国民の休日について解説しています。

日本にも「あってもいいかも!」といった趣旨の休日や、アゼルバイジャンならではの休日もあって「やっぱ、世界は広いな…」と感じさせてくれる内容です。

【出演】
石田 和靖(WITV総合プロデューサー)
アリペイ マムマドフ(北海道大学留学生協議会会長 博士課程)

以下のリンクから動画も見れます:

http://www.worldinvestors.tv/1630/

 

Həmrəylik günü 2

Hemreylik günü 1

 

Yaponiyanın internet televiziyası Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş veriliş yayımlayıb

Tokio, 29 dekabr, AZƏRTAC

Yaponiyanın “World Investors TV” internet televiziyasının 2015-ci il üçün sonuncu buraxılışı Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilib.

Verilişin qonağı Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti, doktorant Əlibəy Məmmədov bu günün tarixçəsi haqqında tamaşaçılara ətraflı məlumat verib. Bildirib ki, 1991-ci il dekabrın 16-da, o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sonradan müstəqil Azərbaycan Respublikasının Prezidenti olmuş ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü dövlət səviyyəsində bayram edilməyə başlanılıb. Təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz bu günü böyük fəxr və qürur hissi ilə qeyd etməkdədirlər.

Tamaşaçıların diqqətinə çatdırılıb ki, azərbaycanlılar minilliklər boyu dünya sivilizasiyasına, mədəniyyətinə böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan dəfələrlə parçalanıb, azərbaycanlıların bir çoxu öz doğma yurd-yuvalarından didərgin düşüb, deportasiyalara məruz qalıb. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə məskunlaşan azərbaycanlılar da var. Beləliklə, onlar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar və hazırda dünyanın bir çox ölkələrində, o cümlədən Yaponiyada yaşayırlar. İyirmi ildən çoxdur ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən böyük ehtiramla qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm bayramlardan birinə çevrilib.

Verilişin aparıcısı Kazuyasu İşida Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə bağlı dost Azərbaycan xalqını təbrik edib, növbəti ildə də ölkəmizlə bağlı xüsusi verilişlər hazırlayacaqlarını bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Qeyd: Məqalədən istifadə zamanı AZƏRTAC-a istinad edilməlidir.

/////////////////////////////////////////////////////////////////

http://azertag.az/xeber/Yaponiyanin_internet_televiziyasi_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunune_hesr_edilmis_verilis_yayimlayib-915442

 

Həmrəylik günü 2

Digər xəbər agentliklərində bu haqda məlumat verilib:

  1. Hakim partiya “YAP” (Yeni Azərbaycan Partiyası)-ın homepage-də:

http://www.yap.org.az/az/view/news/10773/yaponiyanin-internet-televiziyasi-dunya-azerbaycanlilarinin-hemreylik-gunune-hesr-edilmish-verilish-yayimlayib

2. AZTV-nin rəsmi saytında:

http://www.aztv.az/readnews.php?lang=az&id=22850

3.

http://sia.az/az/news/social/521223-world-investors-tv-hemreylik-gunune-verilis-hesr-etdi

http://www.olaylar.az/news/social/154986

 

2015-ci il üçün təşəkkürnamə

Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı və qarşıdan gələn yeni iliniz mübarək olsun.

Bu il  ərzində bir çox insanların yardım əlini hiss etdim. Üzdə edə bilməyib, qəlblərində mənə dəstək nümayiş etdirənləri də gördüm. Buradan hər birinə minnətdarlığımı bildirmək istəyirəm.

Mənim üçün, 2015-ci il çox uğurlu keçdi. Hokkaydo Universitetində magistraturanı uğurla bitirib, inamla doktorantura pilləsinə irəliləyə bildim. Eyni zamanda, Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasına ikinci müddətə prezident seçildim. Bunun sayəsində, universitetimizin tələbələri ilə universitet rəhbərliyi, şirkətlər və Sapporo şəhər ziyalıları arasında körpü rolunu oynamağı bacardım.

Üstəlik, Yaponiyada fəaliyyət göstərən azərbaycanlı kimi bir çox məqamlarda ölkəmizi təmsil etmək, təbliğ etmək şansları əldə etdim. Azərbaycanda da mediada fəaliyyətim dəfələrlə işıqlandırıldı.

Əlbəttə, uğurlarımın sayı o qədər də çox olmasa belə, bütün bu nəticələri əldə etməyim hamısı Sizlərin, ətrafımda olan insanların əməkdaşlığı sayəsində mümkün olmuşdur. Sizlərin yardımı, əməkdaşlığı, dəstəyi olmasa idi, bunları əldə edə bilməyəcəkdim.

Bu yay, sevdiyim qadınla ailə həyatı qurmağımla da əlamətdar oldu. 2016-cı ildə ev işləri və övladlarımızın tərbiyəsi ilə məşğul olmaq nəsibimiz olsun.

2016-cı ildə də Sizlərin dəstəyinə və yardımına böyük ehtiyacım var. Bunu məndən əsirgəməyin.

Hörmətlə, Sizin Əlibəy Məmmədov

Tokyo

31 Dekabr 2015-ci il

img571
Mart 2015, Kyoto

Azərbaycan Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında təmsil olunub

Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında  Azərbaycan yüksək səviyyədə təmsil olunub. Hər dəfə yeni il ərəfəsində Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının (HUISA – Hokkaido University International Students Association) təşkilati dəstəyi və sponsorluğu ilə keçirilən festivalda ölkəmizin təmsilçiləri  Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti, doktorant tələbə Əlibəy Məmmədov və bu universitetin Biznesin İdarəsi və Menecement fakültəsində magistr təhsili alan Qabil Əliyev olub.

Əlibəy Məmmədovbildirib ki, bir-birindən gözəl, möhtəşəm çıxışları izləmək üçün hər il yüzlərlə insan festivala qatılır, Sapporo şəhər rəhbərliyinin yüksək vəzifəli şəxsləri və şəhər ziyalıları festivalı izləməyə gəlir. Bu dəfəki festivalda təmsil olunan ökələrin  milli rəqsləri və milli musiqiləri daha çox diqqət çəkib.

Tədbirin təşkilatı işləri ilə məşğul olan Əlibəy Məmmədov festivalda Azərbaycan rəqsləri, digər təmsilçimiz Qabil Əliyev isə Azərbaycan musiqisi haqqında geniş çıxış edib. Azərbaycan musiqisinin köklərinin qədim dövrlərə dayandığı bildirilib. Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çox sayda mahnılar,  “Kitabi-Dədə Qorqud” dastanından bizə gəlib çıxan qopuz, saz, aşıq sənəti, xalq musiqisi haqqında məlumat verilib. Azərbaycanlı tələbələrin çıxışları Azərbaycanın xalq artisti Çingiz Mehdiyevin ifasında “Qaval daşı”, Mənsum İbrahimovdan “Səni qəmli görəndə”, Alim Qasımov və Fərqanə Qasımovanın muğamla sintez şəklində ifa etdiyi “Say it right (Nelly Furtado)” mahnıları ilə müşayiət olunub. Daha sonra “Yenilməz batalyon” filminin musiqisi barədə məlumat verən Q.Əliyevin bu musiqini canlı ifa etməsi izləyicilərdə xüsusi maraq oyadıb.

Sonda iştirakçılara sertifikatlar və pul mükafatları  təqdim edilib.

OLYMPUS DIGITAL CAMERA
Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanı təmsil edərkən, 19 dekabr 2015-ci il

///////////////////////////////////////////////////////////////////////////////////

Mənbələr:

http://diaspora.gov.az/index.php?options=news&id=11&news_id=3368

http://salamnews.org/az/news/read/201625

http://az.trend.az/azerbaijan/society/2473042.html

/////////////////////////////////////////////////////////////////////////////////

Yaponiyada keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycan musiqisi səslənib

OLYMPUS DIGITAL CAMERA
Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında, 19 dekabr 2015-ci il

Tokio, 23 dekabr, AZƏRTAC

Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında (International Cultural Festival 2015) Azərbaycan da təmsil olunub. Ənənəvi olaraq hər il təşkil olunan festival yeni il ərəfəsində Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının (HUISA) təşkilati dəstəyi ilə reallaşıb.

HUISA-nın prezidenti, doktorant tələbə Əlibəy Məmmədov AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, hər il təşkil olunan festivalda bir-birindən gözəl çıxışları izləmək üçün yüzlərlə insan qatılır. Bu ilki festival isə Sapporo şəhər meriyasının nümayəndələrinin və şəhər ziyalılarının onu izləməyə gəlməsi ilə daha da yaddaqalan olub. Müxtəlif ölkələri təmsil edən tələbələr milli geyimlərində milli rəqsləri və musiqi nömrələrini nümayiş etdiriblər.

Universitetdə təhsil alan həmyerlilərimiz də festivalda Azərbaycan rəqslərini təqdim ediblər. Azərbaycanın “Naz eləmə” rəqsi barədə iştirakçılara ətraflı məlumat verilib, rəqsin video görüntüsü nümayiş olunub. Çıxış bitdikdən sonra bir çox tamaşaçılar Azərbaycan rəqsləri ilə bağlı maraqlarını ifadə ediblər.

Universitetin biznesin idarəolunması və menecment fakültəsinin magistr tələbəsi Qabil Əliyev tamaşaçılara Azərbaycan musiqi sənəti haqqında ətraflı məlumat verib. Azərbaycan musiqisinin köklərinin qədim dövrlərə gedib çıxdığını qeyd edən həmyerlimiz bildirib ki, Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda xalq mahnıları var. Tamaşaçılara UNESCO-nun qeyri-maddi mədəni İrs siyahısına daxil edilmiş muğam sənəti barədə də ətraflı məlumat verilib.

Azərbaycanın xalq artisti Çingiz Mehdiyevin ifasında “Qaval daşı”, Məsum İbrahimovun ifasında “Səni qəmli görəndə”, Alim Qasımov və Fərqanə Qasımovanın muğamla sintez şəklində ifa etdiyi “Say it right (Nelly Furtado)” mahnıları səsləndirilib.

Q.Əliyev 1965-ci ildə ekranlaşdırılmış Çar Rusiyasına qarşı qiyamı əks etdirən “Yenilməz batalyon” filminin musiqisi haqda məlumat verib və ekran əsərindəki mahnını canlı səsləndirib. Həmyerlilərimizin çıxışları izləyiçilər tərəfindən maraqla qarşılanıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

///////////////////////////////////////////////////////////////////////////////////////////

http://azertag.az/xeber/Yaponiyada_kechirilen_Beynelxalq_Medeniyyet_Festivalinda_Azerbaycan_musiqisi_seslenib-913553

//////////////////////////////////////////////////////////////////////////////////////////

PCS00015

Hokkaydo Mərkəzi Avrasiya Konfransının sessiyası Dağlıq Qarabağ probleminə həsr edilib

IMGP1149
Professor Tsukimura Taronun tənqidlərini dinləyərkən, 14 dekabr 2015, Hokkaydo Universiteti, Sapporo, Yaponiya

Tokio, 15 dekabr, AZƏRTAC

Dekabrın 14-də Hokkaydo Universitetində professor Uyama Tomohikonun rəhbərlik etdiyi Hokkaydo Mərkəzi Avrasiya Konfransının “Dağlıq Qarabağ probleminə azərbaycanlı məcburi köçkünlərin və ziyalıların mövqeyi” mövzusunda 121-ci sessiyası keçirilib.

Konfransda Hokkaydo Universiteti Əcnəbi Tələbələr Assosiasiyasının prezidenti, Cənubi Kuril Adaları problemi ilə Dağlıq Qarabağ probleminin müqayisəli təhlilini aparan doktorant Əlibəy Məmmədov və “Müstəqil Azərbaycanda siyasi-iqtisadi dəyişikliklər” mövzusunda doktor dərəcəsi almış Taçibana Yu sentyabrda Azərbaycana səfərləri zamanı apardıqları araşdırmanın nəticələri barədə məruzələrlə çıxış ediblər.

Bildirilib ki, səfərin əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan cəmiyyətinin mövqeyini araşdırmaqdan ibarət olub.

Əvvəlcə Ə.Məmmədov Bakıda və Bərdədə 200 nəfər məcburi köçkün və 10 nəfər ziyalı ilə keçirdiyi sorğuların nəticələri haqqında məlumat verib. Bildirib ki, Dağlıq Qarabağla bağlı Azərbaycan cəmiyyətində vahid mövqe mövcuddur. İstər iqtidar, istər müxalifət, istərsə də ziyalılar və məcburi köçkünlərin mövqeyi bütün vacib məqamlarda demək olar ki, üst-üstə düşür. Rəyi soruşulanların 94 faizi Dağlıq Qarabağ və ətraf rayonlara geri qayıtmağa hazır olduğunu bildirib. Onların 87 faizi problemin həllinin ilkin şərtinin Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması olduğunu qeyd edib. Məcburi köçkünlərin və ziyalıların əksəriyyəti məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirsə də, Azərbaycanın hərb yolu ilə də öz torpaqlarını geri qaytarmaq hüququna sahib olduğunu dəfələrlə vurğulayıb.

Konfransda ermənilərin törətdiyi Xocalı faciəsinə xüsusilə toxunulub və bu faciə əsrin ən ağrılı cinayətlərindən biri kimi pislənilib.

Azərbaycan hökumətinin rəsmilərindən, deputatlardan, alimlərdən, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələrindən sitatlar gətirən Ə.Məmmədov bildirib ki, Azərbaycan neftindən gələn ilk gəlirlər məhz məcburi köçkünlərin yaşam səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün 93 yeni qəsəbə salınıb və 5,1 milyard manat vəsait xərclənib. Bunun nəticəsində 46 min ailənin, o cümlədən 230 min məcburi köçkünün həyat səviyyəsi kifayət qədər yaxşılaşdırılıb.

Məcburi köçkünlərin əksəriyyəti onlara verilən yeni evlərdən razı qalsa da, ata-baba yurduna – Dağlıq Qarabağa və ətraf rayonlara qayıtmaq istədiklərini bildirib.

Konfransda çıxış edən doktor Taçibana Yu isə Dağlıq Qarabağ probleminin baş verməsinin səbəbləri, sülh danışığı prosesləri, Azərbaycan hökumətinin ədalətli mövqeyi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycana səfərləri zamanı o, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasının şahidi olub.

Sonda gənc tədqiqatçıların elmi araşdırmalarını yüksək qiymətləndirən Doşişa Universitetinin professoru Tsukimura Taro qeyd edib ki, Yaponiyada bu mövzuda elmi tədqiqatların aparılması mühüm əhəmiyyət kəsb edir. Problemi yalnız siyasətçilərdən deyil, birbaşa problemdən əziyyət çəkən insanlardan öyrənmək çox önəmlidir. O, bundan sonra da bu mövzuda işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

 

////////////////////////////////////////////////////////////////////////////////////////////

http://azertag.az/xeber/Hokkaydo_Merkezi_Avrasiya_Konfransinin_sessiyasi_Dagliq_Qarabag_problemine_hesr_edilib-911271

Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi

http://diaspora.gov.az/index.php?options=news&id=11&news_id=3363

Border Studies Conference in Fukuoka

“Border Studies Conference in Fukuoka” の続きを読む

見える喜び

備考:この報告は、2012年7月6日に、富士メガネのホームページにて公開したものです。

皆様、サラーム!(こんにちは!)

3日目(テルテルでの最後の日)の報告をさせていただく「富士メガネのアリベイ」です。初めて日本チームのメンバーとして、30周年となった今回のミッションに参加させていただけたことを大変嬉しく思います。日本のチームのメンバーとして作業に取り組み、非常に貴重な体験をさせていただいております。

本日も朝食後に、活動の場所であるテルテルの学校に向かいました。9時頃に到着し、作業が始まりました。UNHCRアゼルバイジャン事務所のご協力のお蔭で、作業もスムーズに進み、401人に眼鏡を寄贈しました。メガネを必要としている国内避難民の方々はメガネを受け取り、「よく見える」、「やっと見えました」、「ありがとうございます」、「我々のことを考えてくれてありがとう」など、感謝の言葉を何回も繰り返していました。それは、とても励みになっております。

本日、私にとって一番印象的だったのは76歳のお爺さんの「15年ぶりの見る喜び」です。富士メガネのお蔭で15年ぶりに見ることができて、感激していました。お爺さんに何回もキスをされ、手を握られて涙がこぼれました。その感謝の言葉がきっかけとなって、見る喜びの大切さを実感しました。今回のミッション終了までに、一人でも多くの人にメガネを寄贈したいと思います。

alibay fujimegane
富士メガネのメンバーとして納品を担当するアリベイさん
fujimegane 6
表敬訪問を終え、アリ・ハサノフ副首相執務室で
fujimegane 2
渡邉修介在アゼルバイジャン日本国大使公邸で大使ご夫妻の温かなおもてなしを受ける
fujimegane 4
アリベイさんのお母さんとご親戚の手料理で夕食のおもてなしを受ける
fujimegane 1
地方での作業の最終日、無事終了

出典:http://www.fujimegane.co.jp/social/mission/aze_8th/

WITV生放送[11月16日]の動画が公開されました。

今回はアゼルバイジャン入門編として、
北海道大学の留学生であり、日本企業とアゼルバイジャンを繋ぐさまざまな活動に従事し­いるアリペイ氏を招いて、
アゼルバイジャン基本情報をいくつかお届けします。
アゼルバイジャン第一歩はこの動画から。

【出演】
石田 和靖(WITV総合プロデューサー)
アリベイ マムマドフ(北海道大学留学生協議会会長 博士課程)

 

WorldInvestorsTV:

http://www.worldinvestors.tv/1298/

Youtube: