Daha bilikli yoxsa?

Fikir vermişəm hər hansısa bir dili mükəmməl bilən, bir növ professional insan o dili o qədər də gözəl bilməyənə qarşı mülayim və başa düşən olur. Heç zaman kəskin şəkildə qarşı tərəfə səhvini bildirmir. Qarşı tərəf bunu istəyərsə mədəni şəkildə düzəltməyə çalışır. Amma hər hansısa bir dili təzə-təzə öyrənməyə çalışan və ya qarşısındakından özünü daha ağıllı göstərməyə çalışan hər zaman var gücü ilə qarşı tərəfin səhvlərini (fərq etməz qrammatika, söz, intonasiya, vurğu və s) üzünə ən kobud şəkildə bildirməklə və ya ona gülməklə özünü bir növ daha bilikli göstərməyə çalışır. Çox maraqlı tendensiyadır.

 

Ona da fikir vermişəm ki, fərq etməz yapon olsun ya azərbaycanlı, hər bir şəxsin və ya şirkətin daimi maraqları olur. Daimi dostları, partnyorları və işçiləri deyil. Daimi maraqlara xidmət etdikcə səni sevirlər, ən yüksək formada qarşılayırlar, qarşında bir növ yaxşı mənada əsirlər ki, itirməsinlər səni. O ki, maraqlara qarşı gedib, öz hüququnu, haqqını tələb edəndə bir növ məsafə saxlayırlar, saymazdan gəlirlər, haqqında mənfi sözlər deyirlər. Amma sən yenə də öz sahəndə nömrə 1 olanda, özləri müxtəlif yollarla sənə çıxmağa, mükəmməl keçmiş iş birliklərindən dəm vurmağa, digərlərinin yanında filankəs mənim dostumdur, onunla iş partnyoruyuq deməyə başlayırlar. Amma işlər xoş getməyəndə o bizə görə adam olub nəzəriyyəsini yaratmağa həvəsli olurlar. Bunu həm öz şəxsi təcrübəmdən həm də mənimlə yaxın münasibətdə olan iş adamlarının təcrübəsinə əsasən yazıram. Bunun özüdə özlüyündə maraqlı və qəribə tendensiyadır.

カテゴリー 9. All. Hər şey.

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close