Yapon xalqı

Bir yaponiyalı biznesmen dostum bizə gəlmişdi. Onunla hər görüşümdən böyük təəssüratlarla ayrılıram.

Bu dəfə də elə oldu.

Dedi ki, 2011-ci il Mart ayının 11-də Yaponiyada dəhşətli zəlzələ olanda, sunamilər şəhərləri, evləri, insanları yuyub aparanda, Fukuşima atom elektrik stansiyasının dəhşətləri üzə çıxanda belə yaponlar nizam-intizamı qorumağa çalışırdılar.

Çaxnaşma yaratmamağa çalışırdılar. Yaponlar üçün müharibə qaydaların, qanunların pozulması deməkdir. Zəlzələdən 1 həftə sonra Fukuşima atom elektrik stansiyasının təsir dairəsi bəlli olanda insanlar ora getməyə çəkinirdilər. Bununla belə orada yaşayan insanlar vardı. Onlara qida aparmaq lazım idi. Yoxsa acından öləcəkdilər.

Məhz mənim yapon dostum özü böyük tır kirayələyərək içini ərzaqla doldurmuş və ehtiyacı olan, radiasiyanın çox güclü olduğu regionlara aparmışdır. Ən təsirli hadisələr isə bundan sonra başlayır.

Zəlzələnin təsirindən yollar dalğa formasını almışdı. Qırılmış, tamamilə yararsız hala düşmüş yollar da vardı. Dəhşətli hadisələrdən cəmi 1 həftə keçmişdi.

Amma görünürdü ki, yolları kimlərsə təmir etməyə çalışır. Dövlətin bunları etməyə nə gücü vardı, nə də elə bir vaxtı.

Bu yolları düzəltməyə, təmir etməyə çalışanlar məhz sunami nəticəsində anasını, atasını, övladını, həyat yoldaşlarını, qohumlarını itirmiş şəxslər idi. Onlar öz ailələrini düşünmürdülər. Onlar necə etmək olar ki, daha çox insanın həyatını xilas etsinlər, məhz bu haqda düşünürdülər.

Bunun üçün ilk məsələ isə həyati əhəmiyyəti olan yolların bərpa edilməsi idi.

Bütün bunları dinlədikcə bir daha yapon xalqı və milləti qarşısında baş əyirəm və bu xalq mənim gözümdə daha da yüksəklərə qalxır. Çox şadam ki, məhz belə bir xalqın nümayəndələri ilə təhsil almaq, işləmək nəsibim olmuşdur.

Əlibəy Məmmədov

25 Mart 2017-ci il

Tokyo, Yaponiya

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close