Yaponiyanın məşhur qəzetində DAA vitse prezidentinin Dağlıq Qarabağla bağlı müsahibəsi yer alıb (1news.az)

Yaponiyanın yerli məşhur qəzetlərindən biri olan və gündəlik səhər satışı 1, 2 milyon  nüsxədən çox olan Hokkaydo qəzetində (Hokkaydo Şinbun) Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin sədri, Yaponiyanın Hokkaydo Universitetinin doktorant tələbəsi, Yaponiya höküməti təqaüdçüsü, eyni zamanda həmyerlimiz Əlibəy Məmmədovun Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişələri ilə bağlı geniş elmi müsahibəsi yer alıb.

1news.az-a DAA-nı mətbuat xidmətindən verilən xəbərə görə, Əlibəy Məmmədov elmi səviyyədə peşəkar olaraq Konfliktologiya elmi sahəsində araşdırmalar aparmaqla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Rusiya və Yaponiya arasında Cənubi Kuril adaları problemi, eyni zamanda Şrilanka milli vətəndaş müharibəsi mövzularında elmi tədqiqatlar aparır.

Müsahibədə bu ilin aprel ayında baş vermiş dördgünlük müharibədən söhbət açılmış, müharibənin nə zaman bitə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, Sovet İttifaqının dağıldığı 1991-ci ildə Dağlıq Qarabağın erməni əhalisi müstəqillik əldə etməyə cəhd göstərmişlər. Bu isə hər iki xalq arasında münaqişəyə səbəb olmuşdur. 1994-cü ildə tərəflər arasında atəşkəs imzalanana qədər kəskin müharibə davam etmiş və 30 mindən çox insan həyatını itirmişdir.

Müsahibədə bildirilmişdir ki, Ə.Məmmədov Azərbaycanın paytaxtıda yerləşən Bakı Dövlət Universitetində yapon dili bacarığına yiyələnmişdir. 2012-ci ilin aprel ayından etibarən Hokkaydo Universitetinin Slavyan Avrasiya Araşdırmalar Mərkəzində araşdırmalar aparır.

Adı çəkilən mərkəzdə çalışan Ə. Məmmədov Dağlıq Qarabağ və Cənubi Kuril adalarının müqayisəli təhlilini aparır. Nə üçün bu mövzuya marağı olduğunu soruşduqda “Bizim nəsildə sülhə nail ola bilərikmi? Həll yolunun açarı nədədir?” kimi suallara aydınlıq gətirmək üçün bildirmişdir.

Müsahibədə xüsusilə qeyd edilmişdir ki, Rusiyanın dəstəyini əldə etmiş Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətini faktiki olaraq nəzarəti altına keçirmişdir. 20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq öz yurd-yuvalarından didərgin salınmış 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin geri dönməsi məsələsi hələ də real görsənmir.

Ə. Məmmədov vurğulamışdır ki, “Bütün ərazilərini geri istəyən Azərbaycana qarşı Ermənistan qətiyyən geri qaytarmaq istəmir. İnsanlar artıq sülh danışıqlarına şübhə ilə yanaşırlar. Ona görə də münaqişənin həlli üçün “müharibə etməkdən başqa həll yolu yoxdur” deyənlərin sayı az deyil”. Müsahibədə işğal altında olan Dağlıq Qarabağ Muxtar Vilayətinin xəritəsi də göstərilmişdir.

Müsahibədə o da qeyd edilmişdir ki, Ə. Məmmədov 2014-cü ildə Yaponiyanın yerli aidiyyəti olan qurumları ilə birlikdə Cənubi Kuril Adalarının keçmiş ada sakinləri olan 80 nəfərlə Sapporo və Nemuro şəhərlərində sorğu keçirmiş və onun nəticələrini yapon dilində elmi məqaləsində tamamlamışdır. Xüsusilə maraqlı məqam ondan ibarət olmuşdur ki, cavab verənlərin 78%-i rusların və yaponların birgə yaşamasına müsbət yanaşmışlar. Sadəcə 4% kəskin şəkildə qeyd etmişdir ki, buralar yapon torpağıdır və ruslar buradan çıxmalıdırlar.

Ə.Məmmədov bildirmişdir ki, müsahibə çıxandan dərhal sonra Yaponiyadan ismarıcların və zənglərin ardı-arası kəsilmir. Yaponiyalılar bu məsələyə ciddi maraq göstərirlər.

“Ümid edirəm ki, Dağlıq Qarabağla bağlı xəbərləri Yaponiya ictimaiyyətinə yaymaq üçün bundan sonra da geniş imkanlarım olacaqdır”.

1news.az

http://www.1news.az/az/siyaset/20161117034643509.html

received_10211355880192860

カテゴリー 9. All. Hər şey.

コメントを残す

search previous next tag category expand menu location phone mail time cart zoom edit close