30 Oktyabr doğum günüm idi. Bir çox dəyərli insanlardan təbrik ismarıcları aldım. Təşəkkür edirəm. Çoxları üçün hələ də gənc olsam da, bu günə qədər bir çox hallarda çətin qərarlar verməklə üz-üzə qalmışam. Bu anlarda məni dəstəkləməyənlər daha çox olub. Öz şəxsi mənafeləri uğruna mənə təzyiq göstərənlər də az olmayıb. Amma bir Allah şahidimdir ki, bugünə qədər verdiyim heç bir qərarımda yanılmamışam. Hər dəfə yıxılanda qalxmağımla, verdiyim qərarlarla daha da böyümüşəm, daha da güclənmişəm və inanılmaz ruhi gücə sahib olmuşam. Bundan sonra da Azərbaycan üçün bir azəri balası olaraq əlimdən gələni ən mükəmməl formada etməyə çalışacam. Hər birinizə uğur dolu il arzu edirəm.