“#ANS telekanalının bağlanması ilə bağlı”
Azərbaycanda əks (qarşı, fərqli) fikrə (tənqidə) qarşı insanların, cəmiyyətin əksər hissəsinin bu qədər dözümsüz olması, fərqli fikri təhqirlə qarşılaması məni çox üzür. Amma bu bir reallıqdır ki, bizim cəmiyyət bu dəyərlər üzərində qurulmuşdur. Bu problem bizim ölkədə olan təhsil sisteminin problemlərindən doğur. Məktəbdə müəllimlərimizin fikrinə qarşı fikir söyləyəndə üstümüzə mel, xətkeş atırdılar. “Sən kimsən, sakit otur yerində” deyirdilər. Digərini dinləmə mədəniyyəti çox aşağı səviyyədədir. Hamı mütləq qələbəyə, qarşı tərəfin mütləq məhvinə çalışır. Bütün bunları qəlb ağrısı ilə izləyirəm.
Bu baxımdan #ANS telekanalının bağlanmasını anlamaq olar. Lakin, istənilən halda, bunu Azərbaycanda azad mətbuata qarşı atılmış bir addım kimi qiymətləndirirəm. Hətta Fetulla Gülən terrorist anlandırılsa belə, onun da düşüncələrini insanlar duymaq istər, bilmək istər, açıqlamaq istər. Bunu araşdırmaqda, bununla bağlı məlumat yaymaqda bir cinayət tərkibimi var? Əsla belə olduğunu düşünmürəm. ANS telekalının tarixi vardır, bu kanal uzun illər Azərbaycan xalqı, onun gələcəyi üçün çalışmış bir telekanaldır.
İnanmaq istərdim ki, bu məsələ ilə bağlı məsul qurumlar bu yalnış qərarlarından tez bir zamanda yan keçəcək və ANS telekanalının yayımı bərpa ediləcəkdir.
Əlibəy Məmmədov
Tokyo, Yaponiya