Geri alın Qarabağı!

Mənim ana tərəfimdə anamdan başqa hər kəs məcburi köçkündür. Və onlar hal-hazırda yaşananları yaxından izləyirlər və bunların içərisindədirlər. Mən özüm ailəmlə birlikdə uzun illər məcburi köçkün düşərgəsində yaşamışam. Ağdamın Məşədi Abbas küçəsində az vaxt keçirtməmişəm hələ balacaykən. Deyilənlərə görə könüllülərin qarşısını ordumuz güclə alır. Hər kəs könüllü olaraq vuruşmağa hazırdır. Sadəcə olaraq hələlik buna ehtiyac duyulmur. Bilirsiz, müharibədə lazım olan ən vacib şey psixoloji üstünlükdür ki, o da məhz Azərbaycan tərəfindədir. 90-cı illərdə bizdə bu yox idi. İndi isə var. Xalqımız, siyasətçilər, iqtidar, müxalifət, elit təbəqə, kasıb təbəqə, tələbələr, müəllimlər, bir sözlə hər kəs bütün digər məsələləri bir kənara qoyaraq bir cəbhədən çıxış edir. Azərbaycanın bütün torpaqları qısa müddət ərzində geri alınmalıdır. Cənab Ali Baş Komandan İlham Əliyev! Cənab Nazir! Zakir Həsənov! Atəşi dayandırmayın! Durmaq olmaz. Xalqımızın şərəfini geri qaytarmaq vaxtıdır. İgid, cəngavər əsgərlərimiz irəliləməkdədirlər. Daha böyük zəfər xəbərlərini yayın! Psixoloji üstünlük hər şeydir! Qaytarın torpaqlarımızı! Yayda Ağdamda, Şuşa qeyd edək bütün xatirələrimizi!

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close