Bu mənim həm şəxsi və həm də realistik düşüncəmdir. Hər kəsin fikrinə hörmətim var amma mən belə hesab edirəm ki, müharibə ilə itirilmiş torpaqları yalnız vuruşaraq, müharibə etməklə geri qaytarmaq olar. Sülh yolu ilə o torpaqları almayıblar ki, qaytarsınlar da. Mən həm də Yaponiyada doktorantura pilləsində sərhəd araşdırmaları, milli münaqişələrlə bağlı elmi təhqiqatlar da aparıram. Hələ hər hansısa bir ərazi probleminin sülh yolu ilə həll olunduğunu görməmişəm. Nə oxumuşam nə də eşitmişəm. Dağlıq Qarabağın real həlli müharibədən keçir. Beynəlxalq rəy onsuzda hər zaman ikili standartlara söykənir. Belə şeylərlə vaxt itirmək olmaz.