Hər hansısa bir insanın, siyasətçinin, politoloqun, elm adamının hər hansısa bir məsələ, problem haqqında ifadə etdiyi fikrin yalnış və ya doğru olduğu qənaətinə gəlməzdən öncə, həmin şəxslərin niyə məhz o fikirləri söylədiklərini düşünmək lazımdır. Öz elmi işimi yazan zaman professorlarım tərəfindən dəfələrlə vurğulanmış bir məsələdir.
Çox zaman fikir verirəm, cəmiyyətdə (istər Azərbaycan cəmiyyəti olsun, istər Yaponiya) səsləndirilmiş fikrin əleyhinə və ya leyhinə çıxacaq 3-cü şəxslər, qruplar anındaca peyda olur. Bunun müqabilində, əksər hallarda insanları sözü gedən şəxslərin niyə, nəyə əsasən məhz o fikri səsləndirməsi, böyük önəm daşımır.
Bizim Televiziya kanallarımızın əksər proqramları da, qəzetlərin əksər məqalələrində də bunu açıq-aşkar sezmək mümkündür. Amma telekanalları və qəzetləri qınamaq da o qədər də doğru olmazdı. Çünki cəmiyyətin əksər təbəqəsinin gözlədiyi budur. Onları uzun-uzadı vacib məsələlər maraqlandırmır.
Halaldır yoxsa Haram? donuz əti yeyir ya yox? Millətçidir yoxsa deyil? Liberaldır yoxsa vətənini satan? müsəlmandır yoxsa deyil? Bakirədir ya deyil? Mavidir ya Ləzbiyankadır? “Tochkasi” var ya yox?
Bax əksər insanları ancaq yuxarıda qeyd etdiklərim maraqlandırır. Bu həqiqətən də bir fəlakətdir və canlı meyitlərlə dolu yazıq bir cəmiyyəti gözlərim önündə canlandırır.
Bizim bütün bəlalardan çıxış yolumuzun ən əsas açarı düzgün təhsil sistemi qurmaqdan ibarətdir. Bütün problemləri normal, doğru təhsillə yoluna qoymaq, nizamlamaq olar.
(29 Yanvar, 2015-ci il. Rəsmi Facebook akauntumdan)