“Yaponiyalılarda Azərbaycana xüsusi maraq hiss olunur” (525)

YAPONİYA-AZƏRBAYCAN ƏMƏKDAŞLIQ ASSOSİASİYASININ SƏDRİ ƏLİBƏY MƏMMƏDOV YERLİ “LİTTERAE POPULİ” JURNALINA MÜSAHİBƏ VERİB

Yaponiyanın Hokkaydo Universitetinin “Litterae Populi” jurnalında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədovun müsahibəsi dərc olunub.

Hokkaydo Universitetində konfliktologiya elmi üzrə araşdırmalar aparan, doktorant tələbə 2014-2016-cı illər ərzində təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti vəzifələrini icra edib. Hazırda o, qurumun fəxri prezidentidir. Sözügedən assosiasiyanın təşkilatçılığı ilə hər il iyun ayında Hokkaydo Universitetində “Beynəlxalq Yemək Festivalı” keçirilir.

İngilis dilində nəşr edilən dərgidə həmyerliymizlə müsahibə məhz “Beynəlxalq Yemək Festivalı”na həsr edilib.

Müsahibədə Ə.Məmmədov bildirib ki, insanların müxtəlif ölkələrin ləziz mətbəxlərini dadmaqla həmin ölkələrin mədəniyyətlərinə toxunmalarını seyr etmək çox xoş bir hadisədir: “Azərbaycan 2013-cü ildən etibarən ard-arda 4 il sözügedən festivalda təmsil olunub. Bu festivalda Azərbaycan kababların satışı həyata keçirilib. Bəzi qonaqlar Azərbaycan çadırına festival ərzində bir neçə dəfə təşrif buyurublar. Festival zamanı sadəcə yerli insanlar arasında deyil, həm də müxtəlif ölkələrdən olan tələbələr arasında da mübadilələr həyata keçirilib”.

Həmyerlimiz bildirib ki, “Beynəlxalq Yemək Festivalı”nda iştirak etmək üçün hər ilin aprel ayından etibarən iştirakçıların yoxlamaları aparılır: “Festivala qədər hər həftə xarici tələbələr arasında müntəzəm iclaslar təşkil edilir və onlara tədbirin qayda-qanunları izah edilir”.

Ə. Məmmədov bildirib ki, “Beynəlxalq Yemək Festivalı”nda sadəcə kababların satışı deyil, həm də festivala gələn on minlərlə qonağa Azərbaycan, eyni zamanda digər ölkələr haqqında geniş məlumatlar verilir: “Qonaqları maraqlandıran suallar cavablandırılır. Bununla bərabər festival haqqında hazırlanmış elanlar və jurnallarda da iştirakçı ölkələr və mətbəxləri haqqında geniş məlumatlar öz əksini tapır”.

Həmyerlimiz qeyd edib ki, hər il bu festivalda orta hesabla 200-ə qədər çadır qurulur ki, onlardan 25-i xarici tələbələr, digərləri isə yaponiyalı tələbələr tərəfindən idarə olunur: “Festival regionda əhəmiyyətli mərasimlərdən biri hesab edildiyi üçün hər il tədbir zamanı yerli kanallar canlı yayımlar həyata keçirir. Bu çəkilişlərdə Azərbaycan guşəsinə hər zaman xüsusi maraq hiss olunub”.

Ceyhun ABASOV

Mənbə: 525-ci qəzet

http://525.az/site/?name=xeber&news_id=73338

 

Yaponiya mediası Azərbaycandan yazdı

Yaponiyanın Hokkaydo Universitetinin “Litterae Populi” adlı ingilis dilli jurnalında diaspor fəalımızın müsahibəsi dərc olunub

Yaponiyanın Hokkaydo Universitetində konfliktologiya elmi üzrə araşdırmalar aparan, doktorant tələbə, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədovun müsahibəsi sözügedən universitetin “Litterae Populi” adlı ingilis dilli jurnalının 2017-ci il sayında çap edilib.

Qeyd edək ki, həmyerlimiz Əlibəy Məmmədov 2014-2016-cı illər ərzində təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti vəzifələrini icra etmişdir. Hal-hazırda fəxri prezidentidir. Sözügedən assosasiyanın təşkilatçılığı ilə hər il iyun ayında Hokkaydo Universitetində “Beynəlxalq Yemək Festivalı” keçirilir.

Müsahibə məhz “Beynəlxalq Yemək Festivalı”na həsr edilmişdir. Müsahibədə Ə. Məmmədov bildirmişdir ki, “İnsanların müxtəlif ölkələrin ləziz mətbəxlərini dadmaqla, həmin ölkələrin mədəniyyətlərinə toxunmalarını seyr etmək çox xoş bir hadisədir”.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən ard-arda 4 il sözügedən festivalda təmsil olunmuşdur. Ə. Məmmədov qeyd etmişdir ki, “Azərbaycan çadrında kababların satışı həyata keçirilmişdir. Bəzi qonaqlar gün və ya festival ərzində bir neçə dəfə təşrif buyurmuşlar. Festival zamanı sadəcə yerli insanlar arasında deyil, həm də müxtəlif ölkələrdən olan beynəlxalq tələbələr arasında da mübadilələr həyata keçirilmişdir”.

“Beynəlxalq Yemək Festivalı”nda iştirak etmək üçün hər ilin aprel ayından etibarən iştirakçıların yoxlamaları aparılır. Festivala qədər hər həftə beynəlxalq tələbələr arasında müntəzəm iclaslar təşkil edilir və festivalın qayda-qanunları ilə bağlı izahlar edilir.

Müsahibə haqqında Ə. Məmmədov bildirmişdir ki, bu məqalə 2015-ci ildə yapon dilində çapdan çıxmışdır. Jurnal rəhbərliyi beynəlxalq ictimaiyyət üçün həm də ingilis dilində jurnalın nəşrini həyata keçirtmişdi.

Beynəlxalq Yemək Festivalında sadəcə kababların satışı deyil, həm də festivala gələn on minlərlə qonağa Azərbaycan eyni zamanda digər ölkələr haqqında geniş məlumatlar verilmişdir. Qonaqları maraqlandıran suallar cavablandırılmışdır. Bununla bərabər festival haqqında hazırlanmış elanlar və jurnallarda da iştirakçı ölkələr və mətbəxləri haqqında geniş məlumatlar öz əksini tapmışdır.

Hər il orta hesabla 200 çadır qurulur ki, onlardan 25-i beynəlxalq tələbələr tərəfindən, digərləri isə yaponiyalı tələbələr tərəfindən idarə olunur.
Eyni zamanda, festival regionda əhəmiyyətli mərasimlərdən biri hesab edildiyi üçün, hər il yerli kanalların canlı çəkilişləri həyata keçirilir. Bu çəkilişlərdə Azərbaycan çadırı hər zaman öndə gedənlərdən olmuşdur.

 

Mənbə: Ölkə.az

http://olke.az/news/detail/yaponiya-mediasi-azerbaycandan-yazdi-81114

 

Azərbaycanlı tələbə Yaponiya jurnalına müsahibə verdi – FOTO

Yaponiyanın Hokkaydo Universitetinin “Litterae Populi” adlı ingilis dilli jurnalında diaspor fəalımızın müsahibəsi dərc olunub.

Milli.Az xəbər verir ki, Yaponiyanın Hokkaydo Universitetində konfliktologiya elmi üzrə araşdırmalar aparan, doktorant tələbə, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədovun müsahibəsi sözügedən universitetin “Litterae Populi” adlı ingilis dilli jurnalının 2017-ci il sayında çap edilib. Qeyd edək ki, həmyerlimiz Əlibəy Məmmədov 2014-2016-cı illər ərzində təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti vəzifələrini icra edib. Hal-hazırda fəxri prezidentidir.

Sözügedən assosasiyanın təşkilatçılığı ilə hər il iyun ayında Hokkaydo Universitetində “Beynəlxalq Yemək Festivalı” keçirilir. Müsahibə məhz “Beynəlxalq Yemək Festivalı”na həsr edilib. Müsahibədə Ə.Məmmədov bildirib: “İnsanların müxtəlif ölkələrin ləziz mətbəxlərini dadmaqla, həmin ölkələrin mədəniyyətlərinə toxunmalarını seyr etmək çox xoş bir hadisədir”.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən ard-arda 4 il sözügedən festivalda təmsil olunub. Ə.Məmmədov qeyd edib ki, Azərbaycan çadrında kababların satışı həyata keçirilib: “Bəzi qonaqlar gün və ya festival ərzində bir neçə dəfə təşrif buyurmuşlar. Festival zamanı, sadəcə, yerli insanlar arasında deyil, həm də müxtəlif ölkələrdən olan beynəlxalq tələbələr arasında da mübadilələr həyata keçirilib”. “Beynəlxalq Yemək Festivalı”nda iştirak etmək üçün hər ilin aprel ayından etibarən iştirakçıların yoxlamaları aparılır. Festivala qədər hər həftə beynəlxalq tələbələr arasında müntəzəm iclaslar təşkil edilir və festivalın qayda-qanunları ilə bağlı izahlar edilir. Müsahibə haqqında Ə.Məmmədov bildirib ki, bu məqalə 2015-ci ildə yapon dilində çapdan çıxıb. Jurnal rəhbərliyi beynəlxalq ictimaiyyət üçün həm də ingilis dilində jurnalın nəşrini həyata keçirib. Beynəlxalq Yemək Festivalında, sadəcə, kababların satışı deyil, həm də festivala gələn on minlərlə qonağa Azərbaycan, eyni zamanda, digər ölkələr haqqında geniş məlumatlar verilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bununla bərabər festival haqqında hazırlanmış elanlar və jurnallarda da iştirakçı ölkələr və mətbəxləri haqqında geniş məlumatlar öz əksini tapıb. Hər il orta hesabla 200 çadır qurulur ki, onlardan 25-i beynəlxalq tələbələr tərəfindən, digərləri isə yaponiyalı tələbələr tərəfindən idarə olunur. Eyni zamanda, festival regionda əhəmiyyətli mərasimlərdən biri hesab edildiyi üçün, hər il yerli kanalların canlı çəkilişləri həyata keçirilir. Bu çəkilişlərdə Azərbaycan çadırı hər zaman öndə gedənlərdən olmuşdur. file:///C:/Users/elnur.h/Downloads/1701Litterae-Populi.pdf

Mənbə: Milli.Az

http://news.milli.az/society/515878.html

 

Yaponiyanın ingilisdilli “Litterae Populi” jurnalında diaspor fəalımızın müsahibəsi dərc olunub

Yaponiyanın Hokkaydo Universitetində konfliktologiya elmi üzrə araşdırmalar aparan, doktorant tələbə, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədovun müsahibəsi sözügedən universitetin “Litterae Populi” adlı ingilis dilli jurnalının 2017-ci il sayında çap edilib.
Qeyd edək ki, həmyerlimiz Əlibəy Məmmədov 2014-2016-cı illər ərzində təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti vəzifələrini icra etmişdir. Hal-hazırda fəxri prezidentidir. Sözügedən assosasiyanın təşkilatçılığı ilə hər il İyun ayında Hokkaydo Universitetində “Beynəlxalq Yemək Festivalı” keçirilir.
Müsahibə məhz “Beynəlxalq Yemək Festivalı”na həsr edilmişdir. Müsahibədə Ə. Məmmədov bildirmişdir ki, “İnsanların müxtəlif ölkələrin ləziz mətbəxlərini dadmaqla, həmin ölkələrin mədəniyyətlərinə toxunmalarını seyr etmək çox xoş bir hadisədir”.
Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən ard-arda 4 il sözügedən festivalda təmsil olunmuşdur. Ə. Məmmədov qeyd etmişdir ki, “Azərbaycan çadrında kababların satışı həyata keçirilmişdir. Bəzi qonaqlar gün və ya festival ərzində bir neçə dəfə təşrif buyurmuşlar. Festival zamanı sadəcə yerli insanlar arasında deyil, həm də müxtəlif ölkələrdən olan beynəlxalq tələbələr arasında da mübadilələr həyata keçirilmişdir”.
“Beynəlxalq Yemək Festivalı”nda iştirak etmək üçün hər ilin aprel ayından etibarən iştirakçıların yoxlamaları aparılır. Festivala qədər hər həftə beynəlxalq tələbələr arasında müntəzəm iclaslar təşkil edilir və festivalın qayda-qanunları ilə bağlı izahlar edilir.
Müsahibə haqqında Ə. Məmmədov bildirmişdir ki, bu məqalə 2015-ci ildə yapon dilində çapdan çıxmışdır. Jurnal rəhbərliyi beynəlxalq ictimaiyyət üçün həm də ingilis dilində jurnalın nəşrini həyata keçirtmişdir.
Beynəlxalq Yemək Festivalında sadəcə kababların satışı deyil, həm də festivala gələn on minlərlə qonağa Azərbaycan eyni zamanda digər ölkələr haqqında geniş məlumatlar verilmişdir. Qonaqları maraqlandıran suallar cavablandırılmışdır. Bununla bərabər festival haqqında hazırlanmış elanlar və jurnallarda da iştirakçı ölkələr və mətbəxləri haqqında geniş məlumatlar öz əksini tapmışdır.
Hər il orta hesabla 200 çadır qurulur ki, onlardan 25-i beynəlxalq tələbələr tərəfindən, digərləri isə yaponiyalı tələbələr tərəfindən idarə olunur.
Eyni zamanda, festival regionda əhəmiyyətli mərasimlərdən biri hesab edildiyi üçün, hər il yerli kanalların canlı çəkilişləri həyata keçirilir. Bu çəkilişlərdə Azərbaycan çadırı hər zaman öndə gedənlərdən olmuşdur.

Fuad

Mənbə: Palitra qəzeti

http://palitranews.az/news.php?id=65156

1701litterae-populi

search previous next tag category expand menu location phone mail time cart zoom edit close