Yaponiyada Azərbaycan modeli haqda tədbir keçirilib

Yaponiyada “Müasir Dünya düzənində Azərbaycanın multikultural modeli” mövzusunda dərs keçirilib.

Qafqazinfo” xəbər verir ki, Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov yaponiyalı məktəblilərə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Yaponiya-Azərbaycan əlaqələri haqqında danışıb.

Ə. Məmmədov bildirib ki, tarixi ipək yolu üzərində yerləşən Azərbaycanda müxtəlif sivilizasiyalar qovuşur. Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri sülh, əminamanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında yaşayırlar. Bugün Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilmişdir. Azərbaycanda yaşayan ayrı-ayrı dinlərin, millətlərin və etnik qrupların nümayəndələri bərabər hüquqlara malikdirlər.

Diaspora rəhbəri sonda Dünya Azərbaycanlıları Assambleyası və dünyada Azərbaycan diasporu haqqında məlumat verərək bildirib ki, Azərbaycanın dünyada multikultural dövlət kimi tanıdılmasında yalnız dövlət deyil, həm də ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən aktiv diaspor təşkilatlar, xüsusilə DAA da öz növbəsində müxtəlif layihələr üzərində işləməkdədir.

Əlaqə üçün E-mail: info@qafqazinfo.az

07.11.2016 | 14:42
Oxunma sayı: 1002

Mənbə: Qafqazinfo

http://www.qafqazinfo.az/maraqli-8/yaponiyada-azerbaycan-modeli-haqda-tedbir-kecirilib-165774

20161105_114219