毎日新聞に取り上げていただきました2017年11月5日 Mainichi Shimbun-da məqaləm çıxdı

本日の毎日新聞全道版に出ております。北方領土問題とナゴルノ・カラバフ紛争についても言及されています。Yaponiyada ən çox oxunan 3 qəzetdən biri Mainichi Shimbun-da məqaləm çıxdı. Dağlıq Qarabağ və Kuril adaları probleminə də toxunulub.

https://mainichi.jp/articles/20171105/ddl/k01/070/126000c

IMG_20171118_103906_159.jpg

Yaponiyada Azərbaycanla bağlı geniş verilişlər Kansay Televiziyası

Yaponiyada Bakını güclü və səviyyəli rəqib kimi görürlər

Cari ilin Avqust ayının 9-u və 10-da, hər biri təxminən 30 dəqiqə olmaqla Yaponiyanın məşhur Kansay Televiziyasının ən baxılan verilişlərindən biri olan “Hodo Ranna” verilişində Azərbaycana həsr olunmuş xüsusi verilişlər yayımlanıb. Verilişlərin hazırlanmasında Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü, həmyerlimiz Əlibəy Məmmədov yaxından iştirak etmişdir.

Verilişi hazırlamaqda məqsəd Bakı şəhəri və Azərbaycan haqqında Osakalıları məlumatlandırmaq olmuşdur. Belə ki, həm Osaka şəhəri həm də Bakı şəhəri 2025-ci il EXPO-suna namizədliyini irəli sürmüşlər. Verilişi hazırlayan Kansay televiziyasının baş ofisi isə məhz Osaka şəhərində yerləşir. Onlar Osakanın rəqibi olan Bakı şəhərini daha yaxından tanımaq üçün Azərbaycana öz nümayəndələri göndərmişlər.

Kansay televiziyasında iş səfərində olan Əlibəy Məmmədov vurğulamışdır ki, veriliş ümumən həm Azərbaycan həm də Bakı şəhərinin Yaponiyadakı təbliğatı işində çox mühüm rol oynamışdır.

Yaponlar Bakı şəhərinin həddindən artıq təmiz olmasına, burada həyat səviyyəsinin yüksək olmasına heyran qalmışlar. Verilişdə Bakı şəhərinin təmizliyi dəfələrlə vurğulanmışdır.

Bakı şəhərinin görməli yerləri, Qız Qalası, Şirvanşahlar sarayı, Xalça muzeyində olmuşlar. Nizami küçəsində, Dənizkənarı milli parkda yerli insanlarla və xarici turistlərdən müsahibələr almışlar.

Azərbaycanda artmaqda olan turistlərin sayı verilişin diqqətindən yayınmayıb.

Azərbaycan mətbəxi xüsusilə təqdim olunmuşdur. Qeyd olunmuşdur ki, Plov Azərbaycan mətbəxinin şahıdır. Azərbaycanda çəkilişlərdə iştirak edən yaponiyalı aparıcı xüsusilə qutab və kətəni çox bəyənib.

Aparıcı eyni zamanda Yanar Dağda olmuşdur. O qeyd etmişdir ki, Azərbaycan zəngin neft ölkəsidir. Yaponiyada büdcə əsas etibarilə vergi ilə tənzimlənsə də, Azərbaycanda bu daha çox neftlə tənzimlənir. Azərbaycan höküməti neftdən gələn vəsaitlərlə ölkə iqtisadiyyatına inkişaf etdirmişdir. İnsanların gəlirləri artmaqdadır.

Yaponiyalı xanım aparıcı həm də Naftalan neft vannalarını qəbul edib. Naftalan neftinin insan sağlamlığına olan xeyri və müsbət nəticələri haqqında geniş müzakirələr aparılıb.

Azərbaycanın Avropa və Asiyanı birləşdirən, geosiyasi cəhətdən kifayət qədər əlverişli mövqedə yerləşməsi xüsusilə qeyd olunub. O da bildirilib ki, Azərbaycanda Yaponiyanı çox sevirlər.

Sonra yaponiyalı aparıcılar Bakı şəhərinin Yaponiyanın Osaka şəhəri üçün çox güclü, çətin və səviyyəli bir rəqib olduğunu bildiriblər.

Qeyd edək ki, 2025-ci il EXPO-su üçün Bakı, Osaka ilə yanaşı həm də Paris və Yekaterinburq şəhərləri də öz namizədliyini irəli sürmüşlər.

20170810_173911IMG_20170811_230031_615

IMG_20170811_230159_971

IMG_20170811_230322_699

 

小さな成功の連続がもたらすもの | Alibay Mammadov | TEDxHokkaidoU

今年2月、TEDxHokkaidoUでのスピーチがYoutubeで公開されました。 自信とは何なのか、どうすれば上手く自分を最大限に引き出せるのか、その核心に迫ります。一度見てみてください。シェアもご自由に。Bu ilin Fevral ayında TEDxHokkaidoU-da yapon dilində çıxışım artıq youtube-da. Yapon dilini bilənlər üçün məsləhətlidir. Kiçik uğurlarımın yaratdığı məhsul haqqında danışıram. My TEDxHokkaidoU talk is now on Youtube.

TEDxHokkaidoUでスピーチする機会を与えていただいた皆様、私のスピーチを担当したTEDxHokkaidoUのチームの皆さま、関係者の皆さまに心より感謝申し上げます。

 

Dağlıq Qarabağ münaqişəsi ABŞ-da dünya alimlərinin diqqətinə çatdırılıb (Palitra qəzeti)

ABŞ-da Dağlıq Qarabağla bağlı azərbaycanlı doktorantın məruzəsi dinlənilib

Bu gün gənc azərbaycanlı alimlər də Qarabağ həqiqətlərini beynəlxalq konfranslarda müzakirə mövzusuna çıxara bilirlər. Onların Qarabağ mövzusunda etdiyi məruzələr münaqişənin dünya alimlərinin diqqətinə çatdırılması baxımından da əhəmiyyətlidir. Elə bu günlərdə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosiasiyasının (Western Social Science Association) 59-cu illik konfransında da Qarabağ münaqişəsi dünya alimlərinin diqqətinə çatdırılıb. Qeyd edək ki, konfransda, əsasən, Avropa, ABŞ və Meksikadan olmaqla, dünyanın bir çox ölkələrindən yüzlərlə elm adamı iştirak edib. Konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya hökuməti təqaüdçüsü Əlibəy Məmmədov “Dağlıq Qarabağda dördgünlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda elmi çıxış edib.
Ə. Məmmədov vurğulayıb ki, münaqişədə Azərbaycan tərəfinin mövqeyi ərazi bütövlüyü, erməni tərəfində isə öz müqəddəratını həll etmək prinsipinə əsaslanır.
Həmyerlimiz onu da bildirib ki, sadəcə, Azərbaycanda deyil, dünyanın bir sıra digər dövlətlərində yaşayan bütün millətlərin, o cümlədən ermənilərin də öz müqəddəratını həll etmək hüququ vardır: “Amma öz müqəddəratını həll etmək hüququ heç də hər zaman hər hansısa bir müstəqil dövlətin ərazisini parçalamaqla digər bir müstəqil dövlətin yaradılmasına cəhd göstərmək anlamına gəlməməlidir. Ermənilərin artıq öz dövlətləri var. Əgər Azərbaycanda xoşbəxt deyillərsə, Ermənistan Respublikası ərazilərinə köçə bilərlər. Və ya Azərbaycan daxilində onlara ən yüksək səviyyədə muxtariyyət vermək olar. Özünüidarəetmə hüququnu da tanımaq olar. Azərbaycan dövləti də bunu hər zaman qeyd edir. Lakin Dağlıq Qarabağ ərazisində yarana biləcək istənilən muxtariyyətlik Azərbaycan Respublikasının tərkibində həyata keçirilməlidir”.

“Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu”
Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoruna toxunan həmyerlimiz bildirib ki, münaqişədə Rusiya neytral mövqedə yer almağa çalışır və tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir: “Sadəcə, yaddan çıxarmaq olmaz ki, ortada real işğal faktı var. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan əraziləri işğal altında saxlanılır. Belə olan halda, münaqişədə neytral mövqe tutmaq birbaşa Ermənistanın mövqeyinə kömək etmiş olur. Çünki real işğal faktına göz yumulması, Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə yol açılması anlamına gəlir”.
Dördgünlük müharibənin baş verməsinin heç də təsadüfi olmadığını vurğulayan Ə.Məmmədov bildirib: “Azərbaycan sülh yolu ilə məsələnin həll olunmayacağı təqdirdə hərb yoluna getməyə haqqı olduğunu ifadə edir. Atəşkəsin imzalanmasından 23 il ötsə də, sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməmişdir. Belə olan halda, Azərbaycan həm daxili, həm də xarici qüvvələrə Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmuş bir münaqişə olmadığını, Azərbaycanın öz doğma ərazilərindən vaz keçmək fikrində olmadığını, lazım gələcəyi halda öz hərbi gücü hesabına torpaqları geri qaytarmağa qadir olduğunu göstərməli oldu.
Dördgünlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Düzdür, ərazi baxımından torpaqların böyük hissəsi hələ də erməni işğalı altındadır. Bununla belə, aprel döyüşlərində Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu. Ermənistanın açq dəstək olduğu, Dağlıq Qarabağın yerli separatçı qüvvələrinin müdafiə qabiliyyəti öyrənilmiş oldu. Onların heç də məğlubedilməz orduya sahib olmadıqlara aşkara çıxdı. 23 ildən sonra Azərbaycan ilk dəfə təmas xəttində irəliləməyi bacardı. Beləliklə, hərbi status-kvonu öz xeyrinə dəyişməyi bacardı. Azərbaycan daxilində 1-ci Qarabağ müharibəsindən qalmış məğlubiyyət sindromu qırıldı və Azərbaycan xalqında öz ordusuna, əsgərinə olan inam hissi daha da qüvvətləndi. Azərbaycan ordusu ən müasir hərbi texnikalardan müvəffəqiyyətlə istifadə etməklə, hərbi xərclərin heç də boşa getməyini sübut etmiş oldu”.
Ə.Məmmədov qeyd edib: “Elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq vardır. Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daima diqqət mərkəzində saxlamaqdır”.

“Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var”
Xatırladaq ki, həmyerlimiz Qərb Sosial Elmləri Assosiasiyasının ötən il ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş konfransında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış etmişdi.
Ə.Məmmədov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var.
Həmyerlimiz münaqişə haqqında geniş məlumat verərək, bunun milli zəmində konflikt olduğunu vurğulayıb. O, Ermənistanın və Azərbaycanın rəsmi mövqeləri, münaqişəyə yanaşmaları, ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, 1989-1994-cü illər ərzində hər iki tərəfdən təxminən 30 min insan həlak olub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib: “Münaqişənin ilk mərhələsində müəyyən üstünlüyə malik olan Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də ətraf 7 rayonu işğal edib. Bu ərazilər Azərbaycan torpaqlarıdır. Beynəlxalq qurumlar bu əraziləri Azərbaycan torpaqları kimi tanıyır. Buna baxmayaraq, regiona Ermənistan silahlı qüvvələri nəzarət edirlər. Azərbaycanlılar isə öz doğma torpaqlarına geri dönməkdən məhrum ediliblər. Bu, qəbuledilməzdir”.
Diqqətə çatdırılıb ki, 1994-cü ilin mayında atəşkəs elan olunmasına baxmayaraq, 2005-ci ilədək olan müddətdə təmas xəttində tərəflər arasında iki mindən çox insan həlak olub. Ermənistan Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını həll etmək hüququna malik olduğunu əsas götürür. Rəsmi Bakı isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.
Ə.Məmmədov Cerard Toal və Con Olouqlinin 2011-ci ildə Dağlıq Qarabağın erməni əhalisi ilə apardıqları sorğuların nəticələri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin ölkəmizin regionlarında təşkil etdiyi sorğuların (2013-cü il) icmalını verib. Həmyerlimiz, eyni zamanda 2015-ci ilin sentyabrında Bakıda və Bərdədə 200 məcburi köçkün arasında apardığı sorğunun nəticələri ilə bağlı da iştirakçıları məlumatlandırıb: “Şuşa Dağlıq Qarabağın qəlbidir. Rəsmi rəqəmlərdə göstərilir ki, 1989-cu ildə Şuşa şəhərinin əhalisinin 98 faizini azərbaycanlılar təşkil edirdi. Xocalı soyqırımı haqqında ətraflı məlumat verən Ə.Məmmədov bildirib ki, Dağlıq Qarabağda olan yeganə hava limanı məhz burada yerləşirdi. Vurğulanıb ki, hazırda məsələni sülh yolu ilə həll etmək çox çətindir. ATƏT-in Minsk qrupunun təklifləri ilə hər iki tərəfin insanlarının düşüncələri arasında böyük fərqlər mövcuddur”.
Müzakirələr zamanı son günlər beynəlxalq aləmin diqqət mərkəzində olan, aprelin ilk günlərində baş vermiş hadisələrə toxunan Ə.Məmmədov qeyd edib ki, “Dördgünlük müharibə” adı ilə tarixə düşən bu hadisələr zamanı hər iki tərəf itki verib: “Nəticədə Azərbaycan 22 ildən sonra ilk dəfə hərbi status-kvonu öz xeyrinə dəyişməyə nail olaraq, bir neçə yaşayış məntəqəsini və strateji yüksəkliyi işğaldan azad edib. Bu, böyük tarixi nailiyyətdir. Azərbaycan tərəfi, eyni zamanda faktiki olaraq psixoloji üstünlüyü ələ almağı bacarıb. Ermənistan tərəfi isə bir çox vacib mövqeləri itirib. Hazırda siyasi status-kvonun dəyişməsinə də böyük ümid var”.
Fuad Hüseynzadə

Mənbə: Palitra qəzeti internet versiyası

http://palitranews.az/news.php?id=68057

17949707_413082079058976_919293101_o

17976404_413062032394314_1520301509_o (1)

Azərbaycanlı tələbə Yaponiya jurnalına müsahibə verdi – FOTO

Yaponiyanın Hokkaydo Universitetinin “Litterae Populi” adlı ingilis dilli jurnalında diaspor fəalımızın müsahibəsi dərc olunub.

Milli.Az xəbər verir ki, Yaponiyanın Hokkaydo Universitetində konfliktologiya elmi üzrə araşdırmalar aparan, doktorant tələbə, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədovun müsahibəsi sözügedən universitetin “Litterae Populi” adlı ingilis dilli jurnalının 2017-ci il sayında çap edilib. Qeyd edək ki, həmyerlimiz Əlibəy Məmmədov 2014-2016-cı illər ərzində təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti vəzifələrini icra edib. Hal-hazırda fəxri prezidentidir.

Sözügedən assosasiyanın təşkilatçılığı ilə hər il iyun ayında Hokkaydo Universitetində “Beynəlxalq Yemək Festivalı” keçirilir. Müsahibə məhz “Beynəlxalq Yemək Festivalı”na həsr edilib. Müsahibədə Ə.Məmmədov bildirib: “İnsanların müxtəlif ölkələrin ləziz mətbəxlərini dadmaqla, həmin ölkələrin mədəniyyətlərinə toxunmalarını seyr etmək çox xoş bir hadisədir”.

Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən ard-arda 4 il sözügedən festivalda təmsil olunub. Ə.Məmmədov qeyd edib ki, Azərbaycan çadrında kababların satışı həyata keçirilib: “Bəzi qonaqlar gün və ya festival ərzində bir neçə dəfə təşrif buyurmuşlar. Festival zamanı, sadəcə, yerli insanlar arasında deyil, həm də müxtəlif ölkələrdən olan beynəlxalq tələbələr arasında da mübadilələr həyata keçirilib”. “Beynəlxalq Yemək Festivalı”nda iştirak etmək üçün hər ilin aprel ayından etibarən iştirakçıların yoxlamaları aparılır. Festivala qədər hər həftə beynəlxalq tələbələr arasında müntəzəm iclaslar təşkil edilir və festivalın qayda-qanunları ilə bağlı izahlar edilir. Müsahibə haqqında Ə.Məmmədov bildirib ki, bu məqalə 2015-ci ildə yapon dilində çapdan çıxıb. Jurnal rəhbərliyi beynəlxalq ictimaiyyət üçün həm də ingilis dilində jurnalın nəşrini həyata keçirib. Beynəlxalq Yemək Festivalında, sadəcə, kababların satışı deyil, həm də festivala gələn on minlərlə qonağa Azərbaycan, eyni zamanda, digər ölkələr haqqında geniş məlumatlar verilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

Bununla bərabər festival haqqında hazırlanmış elanlar və jurnallarda da iştirakçı ölkələr və mətbəxləri haqqında geniş məlumatlar öz əksini tapıb. Hər il orta hesabla 200 çadır qurulur ki, onlardan 25-i beynəlxalq tələbələr tərəfindən, digərləri isə yaponiyalı tələbələr tərəfindən idarə olunur. Eyni zamanda, festival regionda əhəmiyyətli mərasimlərdən biri hesab edildiyi üçün, hər il yerli kanalların canlı çəkilişləri həyata keçirilir. Bu çəkilişlərdə Azərbaycan çadırı hər zaman öndə gedənlərdən olmuşdur. file:///C:/Users/elnur.h/Downloads/1701Litterae-Populi.pdf

Mənbə: Milli.Az

http://news.milli.az/society/515878.html

 

Yaponiyanın ingilisdilli “Litterae Populi” jurnalında diaspor fəalımızın müsahibəsi dərc olunub

Yaponiyanın Hokkaydo Universitetində konfliktologiya elmi üzrə araşdırmalar aparan, doktorant tələbə, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədovun müsahibəsi sözügedən universitetin “Litterae Populi” adlı ingilis dilli jurnalının 2017-ci il sayında çap edilib.
Qeyd edək ki, həmyerlimiz Əlibəy Məmmədov 2014-2016-cı illər ərzində təxminən 1800 nəfər xarici tələbəsi olan Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının prezidenti vəzifələrini icra etmişdir. Hal-hazırda fəxri prezidentidir. Sözügedən assosasiyanın təşkilatçılığı ilə hər il İyun ayında Hokkaydo Universitetində “Beynəlxalq Yemək Festivalı” keçirilir.
Müsahibə məhz “Beynəlxalq Yemək Festivalı”na həsr edilmişdir. Müsahibədə Ə. Məmmədov bildirmişdir ki, “İnsanların müxtəlif ölkələrin ləziz mətbəxlərini dadmaqla, həmin ölkələrin mədəniyyətlərinə toxunmalarını seyr etmək çox xoş bir hadisədir”.
Qeyd edək ki, Azərbaycan 2013-cü ildən etibarən ard-arda 4 il sözügedən festivalda təmsil olunmuşdur. Ə. Məmmədov qeyd etmişdir ki, “Azərbaycan çadrında kababların satışı həyata keçirilmişdir. Bəzi qonaqlar gün və ya festival ərzində bir neçə dəfə təşrif buyurmuşlar. Festival zamanı sadəcə yerli insanlar arasında deyil, həm də müxtəlif ölkələrdən olan beynəlxalq tələbələr arasında da mübadilələr həyata keçirilmişdir”.
“Beynəlxalq Yemək Festivalı”nda iştirak etmək üçün hər ilin aprel ayından etibarən iştirakçıların yoxlamaları aparılır. Festivala qədər hər həftə beynəlxalq tələbələr arasında müntəzəm iclaslar təşkil edilir və festivalın qayda-qanunları ilə bağlı izahlar edilir.
Müsahibə haqqında Ə. Məmmədov bildirmişdir ki, bu məqalə 2015-ci ildə yapon dilində çapdan çıxmışdır. Jurnal rəhbərliyi beynəlxalq ictimaiyyət üçün həm də ingilis dilində jurnalın nəşrini həyata keçirtmişdir.
Beynəlxalq Yemək Festivalında sadəcə kababların satışı deyil, həm də festivala gələn on minlərlə qonağa Azərbaycan eyni zamanda digər ölkələr haqqında geniş məlumatlar verilmişdir. Qonaqları maraqlandıran suallar cavablandırılmışdır. Bununla bərabər festival haqqında hazırlanmış elanlar və jurnallarda da iştirakçı ölkələr və mətbəxləri haqqında geniş məlumatlar öz əksini tapmışdır.
Hər il orta hesabla 200 çadır qurulur ki, onlardan 25-i beynəlxalq tələbələr tərəfindən, digərləri isə yaponiyalı tələbələr tərəfindən idarə olunur.
Eyni zamanda, festival regionda əhəmiyyətli mərasimlərdən biri hesab edildiyi üçün, hər il yerli kanalların canlı çəkilişləri həyata keçirilir. Bu çəkilişlərdə Azərbaycan çadırı hər zaman öndə gedənlərdən olmuşdur.

Fuad

Mənbə: Palitra qəzeti

http://palitranews.az/news.php?id=65156

1701litterae-populi

Diaspor rəhbərlərimiz Tokioda bir araya gəlib

Oktyabrın 24-də Azərbaycanın İsrail və Yaponiyadakı diaspor təşkilatlarının liderləri Yaponiyanın paytaxtı Tokioda bir araya gəliblər.
Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov və Azərbaycan-İsrail Beynəlxalq Assosasiyasının İdarə heyətinin üzvü, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru olan Yeganə Salman dünyada genişlənməkdə olan Azərbaycan diasporunun fəaliyyəti, uğurları, potensial inkişafı, problemləri və onların həlli yolları haqqında geniş müzakirələr aparmışlar. Yeganə Salman qeyd etmişdir ki, ilk dəfə İsrailə ayaq basanda yerli insanlarda Azərbaycanla bağlı hər hansısa bir məlumat yox idi. Ölkəmizi demək olar ki, tanımırdılar. Azərbaycan haqqında müsbət fikir yox idi. Ermənistan diasporası isə o zamandan burada fəaliyyət göstərirdi və özləri haqqında kifayət qədər müsbət fikir yaratmağa nail olmuşdular. Buna görə də hər zaman İsraildə Azərbaycan diasporun yaradılması və geniş fəaliyyət göstərməsi haqqında düşünürdük. 25 ildir İsraildə yaşayıb fəaliyyət göstərən Yeganə Salman xüsusilə son 10 il ərzində İsraildə Azərbaycan diasporunun fəal və uğurlu işləri haqqında söhbət açmışdır. O bildirmişdir ki, Azərbaycan-İsrail Beynəlxalq Assosasiyasının təşkilatçılığı ilə İsraildə Azərbaycanın bütün rəsmi bayramları, azərbaycanlı tarixi simaların, elm adamlarının, xalqımızın, millətimizin, dövlətimizin tarixində iz qoymuş şəxsiyyətlərin yubiley və xatirələri ilə əlaqədar tədbirlər təşkil edilmiş və yerli ictimaiyyətin diqqəti Azərbaycan ətrafında cəmləşdirilmişdir. “Çalışırıq ki, hər həftə bir tədbir təşkil edək və yerli ziyalıları, ictimai xadimləri dəvət edək. Məqsədimiz İsraildə Azərbaycanın daha da yaxından tanıdılması, ölkəmiz haqqında müsbət rəyin yaradılmasıdır. Bugün əminliklə deyə bilərik ki, bir çox anlamlarda öz məqsədimizə müəyyən qədər nail ola bilmişik”.
İsraildə son 10 ildə mükəmməl fəaliyyəti ilə həm də Azərbaycan mediasının diqqət mərkəzində olan Yeganə Salmanla Tokioda görüşün təşkil edilməsindən məmnunluğunu ifadə edən Əlibəy Məmmədov ilk öncə Yaponiyada Azərbaycan diasporunun dünəni və bugünü haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycanda Yaponiyaya qarşı sevgi və rəğbət hissi çox olmasına baxmayaraq, Yaponiyada Azərbaycan haqqında təsəvvürlər aşağı səviyyədə idi. Şübhəsiz ki, diaspor təşkilatımızın olmaması əsas səbəb idi. Yaponiya elə bir dövlətdir ki, burada Cənubi Qafqaz ölkələri haqqında biliklər aşağı səviyyədədir. Bu sahə ilə məşğul olan elm adamları, siyasi dairələrdə yüksək səviyyədə məlumatların olmasına baxmayaraq, adi insanlar demək olar ki, regiona maraq göstərmirdilər. Əsas səbəb isə tanımamaqlarıdır. Lakin biz onlara Azərbaycan haqqında məlumatlar verəndə, insanlarımız, tariximiz, mədəniyyətimiz, füsunkar ədəbi incilərimizdən danışanda, hər biri hökmən ən azı bir dəfə Azərbaycana səfər etmək istədiyini, azərbaycanlı dostlar qazanmaq istəyini dilə gətirirlər.   Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının əsas məqsədinin Yaponiyada bütün təbəqələrdən və qütblərdən olan insanların arasında Azərbaycan adının tanıdılması, onun haqqında müsbət rəyin formalaşdırılması, ölkələrimiz arasında qarşılıqlı mübadilələrin yaradılması və artırılmasıdır. Bu məqsədlə həm məktəblərdə və universitetlərdə Azərbaycanla bağlı dərslərin, seminarların müntəzəm keçirilməsi nəzərdə tututmuşdur və hazırda həyata keçirilməkdədir. Eyni zamanda yaponiyalı iş adamlarının təşkil etdikləri məclislərdə Azərbaycanın iqtisadi mühiti, biznes potensialı haqqında geniş məlumatlar verməklə qarşılıqlı səfərlərin, insan mübadiləsinin artmasına öz töhvələrimizi verməyə çalışırıq. Təsadüfi deyildir ki, artıq Azərbaycanın bir çox kənd təsərrüfatı məhsulları, o cümlədən bal, nar şirələri, şərablar Yaponiya bazarında öz layiqli yerini tutmaqdadır. Yaponiyada Azərbaycana dəfələrlə səfərlər edib, yerlərdə şirkətlər yaradıb, ölkəmizin iqtisadiyyatına xüsusilə kənd təsərrüfatına, turizm sektoruna sərmayələr qoyan yerli sahibkarların sayı artmaqdadır. Bundan əlavə, son illərdə Azərbaycan və Yaponiya arasında siyasi sahədə də yaxınlaşma sezilməkdədir. Hər iki tərəfdən yüksək rütbəli şəxslərin qarşılıqlı səfərləri ölkələrimiz arasında olan münasibətlərin parlaq gələcəyindən xəbər verir.
Sonda İsraildən gəlmiş nümayəndə heyəti ilə xatirə şəkli çəkilmişdir.
Mənbə: Moderator
14812961_325851081115410_1234159888_o

Yaponiyada Azərbaycanın dövlət müstəqilliyi qeyd olunub

Bakı, 19 oktyabr, SalamNews. Yaponiyanın paytaxtı Tokio şəhərinin əsas mərkəzlərindən biri olan Ropponqidə yaponiyalı kiçik və orta sahibkarların iştirakı ilə ziyafət təşkil edilib.

SalamNews-un məlumatına görə, ziyafətdə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov dövlət müstəqilliyinin bərpasının 25 illiyi haqqında nitq söyləyib. O qeyd edib ki, 1993-cü ilin iyun ayında hələ Sovet dövründə Azərbaycanı uzun illər idarə etmiş, zəngin təcrübəyə malik, xalq tərəfindən sevilən lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əlamətdar olub.

Diaspor rəhbəri vurğulayıb ki, Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri azad və firəvan şəkildə yaşamaq hüququna malikdir. Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsinə çevrilib. Böyük dövlətlərin bir neçə yüz illiklər ərzində əldə etdiklərini Azərbaycan cəmi 25 ildə həyata keçirməyə nail olub

Ə.Məmmədov xüsusilə vurğulayıb ki, bu il Almaniyada yaradılmış Dünya Azərbaycanlıları Assambleyası kifayət qədər ambisiyalı, xoşməramlı bir təşkilatdır. Təşkilatlanma işi sürətlə və peşəkar formada həyata keçirilir. Onun ətrafında ayrı-ayrı ölkələrdə başda sədr Rəşad Quliyev olmaqla, söz sahibi olan, elmi, siyasi və biznes həyatında böyük işlər görmüş, vətənini sevən, vətən sevgisi ilə alışıb yanan Azərbaycan aşiqləri, Azərbaycanın bugünü və gələcəkləri olacaq insanlar toplanıb.

 

Mənbə: SalamNews İnformasiya Agentliyi

http://salamnews.org/az/news/read/241029

 

14787630_321735091527009_1495450142_o

 

Yapon şagird və müəllim heyətində ölkəmizə sevgi aşılanır

Tokio məktəblərində müntəzəm olaraq hər ay 2-3 dəfə Azərbaycanla bağlı dərslər təşkil olunur

BAKI, 13 okt — Sputnik. Oktyabr ayının 12-də Tokionun Adaçi qəsəbəsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tərəfindən “Mənim Ana Vətənim, Azərbaycanlıların gündəlik həyat tərzi və mədəniyyəti” mövzusunda seminar keçirilib. Nümayəndəlikdən Sputnik-ə verilən məlumata görə, nitqini Azərbaycan dilində açan Ə. Məmmədov, daha sonra yapon dilində Azərbaycanın qədim tarixi, mədəniyyəti, müstəqillik illəri, siyasi sistemi haqqında ümumi məlumat verib.

Seminarda ümumilikdə 70 nəfər iştirak edib. Azərbaycanda İslam dininə inanan insanların çoxluq təşkil etdiyini bildirən Ə. Məmmədov qeyd edib ki, Azərbaycanda din və siyasət bir-birindən ayrıdır: “Bu isə öz növbəsində digər dinlərin nümayəndələrinin də özlərini tam rahat hiss etməsinə şərait yaradır. Ölkə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına rəğmən, burada çoxsaylı millətlərin nümayəndələri də bir-biri ilə dostluq və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsi ola bilər”.

Dağlıq Qarabağ problemi haqqında geniş məlumat verən diaspor rəhbəri bildirib ki, 2000-ci illərdə neftdən gələn ilk gəlirlər məhz problemdən əziyyət çəkən məcburi köçkünlərin həyat və yaşam şəraitinin yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, ölkədə kənd təsərrüfatı və turizmin inkişafına, ölkədə insan kapitalına yönəldilib. Ə. Məmmədov qeyd edib ki, azərbaycanlılar, sadəcə ölkə daxilində yaşayan insanlardan ibarət deyil: “Azərbaycanlılar bir neçə əsr ərzində bütün dünyaya yayılıblar. Tarixən bütün dünyaya səpələnmiş azərbaycanlılar xarici ölkələrdə fəal şəkildə diaspor fəaliyyəti ilə məşğul olurlar”. Diaspor rəhbəri sonda, xüsusilə son 3 ildə sürətli inkişaf yolu keçmiş Yaponiya-Azərbaycan əlaqələri haqqında məlumat verərək bildirib ki, mədəni əlaqələr və iki ölkə arasında insan mübadiləsinin sürətlənməsi xoş haldır.

Qeyd edək ki, seminarda Azərbaycanla bərabər Sinqapur, Avstraliya, Hindistan, İsveçrə, Çin, Cənubi Koreya, Gürcüstan, Özbəkistan və İrandan olan doktorant tələbələr də fəal şəkildə ölkələrini təmsil ediblər.

Ə. Məmmədov qeyd edib ki, bu dərslər artıq ənənə halını almaqdadır: “Tokio məktəblərində müntəzəm olaraq hər ay 2-3 dəfə Azərbaycanla bağlı analoji dərslərin keçirilməsi və yaponiyalı şagird və müəllim heyətində Azərbaycana xüsusi rəğbət və sevginin yaradılması planlaşdırılır”.

Mənbə: Sputnik.az

http://sputnik.az/azerbaijan/20161013/407347854/yapon-mekteb-shagird-elibey-memmedov.html

14724218_318288995204952_553064255_o