私の目的の一つ、日本とアゼルバイジャン

私の目的は大きく分けて三つあります。そのうちの一つについて、お話ししたいと思います。

まずは、一人でも多くの日本人にアゼルバイジャンのことを知ってもらい、アゼルバイジャンに興味を持ってもらい、ぜひともアゼルバイジャンに行きたい、アゼルバイジャンに留学したい、アゼルバイジャンで就職したい、アゼルバイジャンに進出したいという日本の一般人、学生、学者、ビジネスマンの数を増やすことです。ここ4年間で、それに向けて、自分のできる範囲では、全力を尽くしてきたと思います。札幌、東京、福岡を拠点にアゼルバイジャンに興味ある仲間たちの数が増えてきました。自分も、北海道大学では、日本人学生、首都圏の学校で中学生・高校生を対象に、アゼルバイジャンの文化、歴史、魅力について教えてきました。アゼルバイジャンに関心を持っている日本人ビジネスマンの援助もし、ビジネスが成功するように、戦力を尽くしました。日本各地を回り、アゼルバイジャンの文化、ビジネス環境について講師としても活躍しました。これからは、アゼルバイジャンの特産品は日本で、日本製の商品もアゼルバイジャンで普及していきます。私の周囲にいる人たち、仲間たち、友人たちが粘り強く努力した結果だと思います。私の仲間たちはフェイスブックに写真を出している人たちだけではありません。3年前に知り合い、日本とアゼルバイジャン間でビジネス交流にかかわるようになり、日本人との仕事の厳しい面も教えていただいた、しばしば喧嘩もした恩人もいるし、直接ビジネス交流はしていないが、一緒にいるだけで、周りのビジネスもうまく行くようになるという友達もいるし。。。

このように、一人ひとりを大事にしながら、アゼルバイジャンと日本のよりよい、より明るい未来を一緒に作っていきたいと思っていますので、今後も引き続きよろしくお願いいたします。

img_20180614_220351_1873964046322727513495.jpg

Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək (525-ci qəzet)

İyunun 30-dan iyulun 2-dək Yaponiyada “Sərhədləri Aşanlar” qrupunun 5 illik yubileyi keçiriləcək. Ölkəmizi bu tədbirdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri, konfliktoloq Əlibəy Məmmədov təmsil edəcək.

Bu barədə 525-ə məlumat verən Ə.Məmmədov qeyd edib ki, yubiley tədbiri çox böyük əhəmiyyətə malikdir: “Sərhədləri Aşanlar” qrupu özündə 2000-dən çox yaponiyalı iş adamını cəmləşdirir. Bu cür yığıncaqlarda yaponiyalı biznes adamları ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaranır”.

Həmyerlimiz bildirib ki, tədbirin əsas mövzuları “Amami adaları və Yaponiya”, “Amami adaları və Dünya”, “Yaponiya və Azərbaycan”dır. Onun sözlərinə görə, Yaponiyada Azərbaycana, onun insanlarına, mədəniyyətinə, biznes mühitinə maraq günü-gündən artmaqdadır: “Bu işdə hər iki ölkə arasında artan insan mübadilələrinin çox böyük əhəmiyyəti var. Son illər Azərbaycan və Yaponiya rəsmilərinin qarşılıqlı səfərləri, hər iki ölkədə fəaliyyət göstərən səfirliklərin fəallığı, iş adamları arasında müntəzəm həyata keçirilən tədbirlər bu əlaqələrin inkişafında mühüm rol oynayır”.

Yubileyə hazırlıq məqsədilə iyunun 7-dən 9-dək Əlibəy Məmmədov “Sərhədləri Aşanlar” qrupunun rəhbəri İşida Kazuyasu və bir neçə biznesmenlə bərabər Yaponiyanın cənubunda yerləşən, Kaqoşima prefekturasına aid Amami adalarına səfər ediblər: “Ada özünəməxsus flora və faunası, cəngəllikləri, vəhşi təbiəti ilə məşhurdur. Hazırda ada təbiətinin UNESCO-nun ümumdünya mədəni irsinə salınması istiqamətində danışıqlar aparılır”.

Həmyerlimiz qeyd edib ki, Amami adalarında balıqçılıq və kənd təsərrüfatı sahələri inkişaf edib. O bildirib ki, insanlarının istifadə etdiyi yerli dil rəsmi yapon dilindən çox fərqlidir: “Əksər yaponlar bu dili anlamaqda çətinlik çəkirlər”.

Qeyd edək ki, Ə.Məmmədovla bərabər yaponiyalı biznesmenlərin Amami adalarına səfəri böyük maraqla qarşılanıb və yerli media tərəfindən geniş işıqlandırılıb.

Xatırladaq ki, həmyerlimiz hələ ötən il “Sərhədləri Aşanlar” qrupunun 4 illiyi zamanı təşkilat komitəsinin sədri vəzifəsində çalışarkən tədbirdə Azərbaycanla bağlı çıxış edib. Bunun nəticəsində, ötən ilin oktyabr ayında Bakıda təşkil olunan “Japan EXPO”-da iştirak edən yaponiyalı biznesmenlərin sayı kifayət qədər artıb (ümumi 100 şirkət) və bu özünü iqtisadi-ticari əlaqələrin inkişafında göstərib.

C.ABASOV

 

img_20180612_211809_2846771235163269268035.jpg

Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə… (Palitra qəzeti)

23 Aprel 2018-ci ildə Palitranews.az (Palitra qəzeti)-də dərc olunmuş müsahibəm.

İstifadə edilən zaman Palitranews.az saytına istinad olunmalıdır.

Əlibəy Məmmədov: 
“Bu, həm də Azərbaycanın öz ərazi bütövlüyü uğrunda siyasi səhnədə daha da aktiv vuruşacağından xəbər verir”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün həmişəki kimi, prioritetdir. Prezident İlham Əliyev əksər yerli və beynəlxalq tədbirlərdəki çıxışlarında bu məsələni xüsusi qabardır. Milli Məclisdə andiçmə mərasimində Prezident İlham Əliyev Qarabağ məsələsinə bir daha toxunub. Bu çıxışda diqqətçəkən məqam ölkə başçısının geopolotik həmlə edərək Ermənistanın indiki ərazilərinin tarixi Azərbaycan torpaqlarının olmasını qeyd etməsidir: “Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın. Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi”.

Prezident tərəfindən Ermənistan rəhbərliyinə qarşı kəskin və sərt siyasi hücum…
Konfliktoloq, Yaponiyada fəaliyyət göstərən diaspor fəalı Əlibəy Məmmədov bu məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb. O, öncə qeyd edib ki, Azərbaycan vətəndaşları, əslində, İlham Əliyevin timsalında Azərbaycanın möhtəşəm və parlaq gələcəyinə səs verdilər: “Bildiyiniz kimi, 11 aprel tarixində keçirilmiş prezident seçkilərində İlham Əliyev Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin haqlı səsini qazanmaqla sayca 4-cü dəfə ölkənin prezidenti seçildi. Azərbaycan vətəndaşları, əslində, özlərinin daha da gözəl olacaq gələcək həyatlarına, təhsilinə, səhiyyəsinə, güclü iqtisadiyyatına səs verdilər. Bilirsiz, siyasət nəticə deməkdir. Nəticə olmayan yerdə hər hansısa bir siyasi fəaliyyətdən danışmaq yersizdir. Nəticə olan yerdə isə yersiz siyasi tənqidlər mənasız görünür. Müxalif dairələrin şifahi tənqidlərinə qarşı ölkə prezidentinin 15 illik prezidentlik fəaliyyəti dövrünün nəticələri vardır. Rəqəmlər heç zaman yalan demir. Rəqəmlər faktlardır. Azərbaycanın ən güclü iqtisadi inkişaf dövrü məhz İlham Əliyevin prezidentliyi dövrünə təsadüf edir.
Məhz onun hakimiyyətə gəlməsindən sonrakı 10 il (2004-2014) Azərbaycan iqtisadiyyatının güclü inkişaf dövrü, onun ilk 6 ili (2004-2010) isə sıçrayışlı inkişaf dövrü olmuşdur. Bütün bunlar nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz haqlı yerinin tutmağa nail olmuşdur. Bu gün regional və qlobal kontekstdə bir sıra vacib qərarların verilməsi zamanı, böyük dövlətlər Azərbaycanla hesablaşmalı olurlar.
Bütün bunlar ölkə başçısının parlaq və nəticəyə hesablanmış fəaliyyətinin effekt verdiyini göstərir. Bunları qeyd etməmək ədalətsizlik olar.
Prezident seçkilərindən 1 həftə sonra Milli Məclisdə, Azərbaycan Respublikasının Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə Prezidentin andiçmə mərasimi keçirildi. Bu, Azərbaycanın müasir həyatında çox vacib bir gün idi. Mən özüm də canlı yayım, eyni zamanda gündəlik izlədiyim president.az saytı vasitəsilə yayılmış məlumatları diqqətlə izlədim”.
Əlibəy Məmmədovun fikrincə, Prezidentin çıxışı bu günə qədər olanların içərisində siyasi anlamda ən sərti idi: “Sözün əsl mənasında ölkənin adını ləkələyənlərə, eyni zamanda işğalçı Ermənistan rəhbərliyinə qarşı kəskin və sərt siyasi hücum idi. Aantimilli qruplaşmaların, xaricdə heç bir əməli işləri olmayan, ölkə adına, sadəcə, xələl gətirməyə çalışan, ölkənin mövqeyini xarici qüvvələr qarşısında alçaltmağa çalışanların yerini Azərbaycanın siyasi səhnəsində “tarixin zibilxanası” kimi qeyd etməsi, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışında Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları kimi qeyd etməsini göstərmək olar.
Mənim üçün, bir konfliktoloq olaraq ən maraqlı məqam isə Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan çıxışı oldu”.

“Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına dair and içib”
Konfiliktoloq deyir ki, bu günə qədər ölkə başçısı, eyni zamanda Azərbaycanın siyasi elitası, ziyalıları tərəfdən tez-tez İrəvanın tarixi Azərbaycan torpaqları olması, eyni zamanda Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına icazə verilməyəcəyi fikirlərini eşitmişik, qəzetlərdə də bu haqda çoxsaylı yazılar, məqalələr yer almışdır: “Lakin budəfəki çıxışda Ermənistanın Azərbaycanın tarixi torpaqları olması kimi, bir fikrin səsləndirilməsi bir çox vacib məqamlardan xəbər verir.
Bu, siyasi arenada olduqca sərt və kəskin bir fikirdir. Bir qədər öncə qeyd etdiyim kimi, Ermənistanın işğalçı rejiminə qarşı kəskin siyasi hücumdur. Bu, düşünülmüş və gələcəyə hesablanmış bir mövqenin ortaya qoyulması deməkdir. Biz tez-tez dünyanın bir çox siyasətçiləri və elm adamları tərəfdən Azərbaycanın yumşalması, Dağlıq Qarabağ məsələsi ilə bağlı kompromisə getməsinin istənilməsini görmüşük. Mən hər zaman qeyd etmişəm, burada da bildirmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən güzəşt Azərbaycan torpaqlarının itirilməsi deməkdir. Prezident İlham Əliyev isə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına dair and içib”. Əlibəy Məmmədova görə, burada hər hansısa bir ərazinin Ermənistana verilməsindən söhbət belə, gedə bilməz: “Belə bir məqamda bütün Ermənistan ərazisinin Azərbaycanın əzəli torpaqları olaraq qeyd edilməsi, Ermənistana növbəti bir mesajdır. 2003-cü ildən ötən 15 il ərzində ölkə başçısının Dağlıq Qarabağla əlaqədar mövqeyi dəyişməz olaraq qaldı. Bu, həm də Azərbaycanın öz ərazi bütövlüyü uğrunda siyasi səhnədə daha da aktiv vuruşacağından xəbər verir. Savaş demişkən, biz, 2 il öncə baş vermiş 4 günlük müharibə zamanı bir daha əmin olduq ki, Azərbaycan, həqiqətən də, öz ərazi bütövlüyü naminə təkcə siyasi meydanda deyil, həm də döyüş meydanında inamla və uğurla savaşmağa hazırdır. 4 günlük müharibədə Azərbaycanın tam qələbəsi və torpaqların bir hissəsinin geri alınması psixoloji üstünlüyü də Azərbaycana vermiş oldu. Bu həm də iqtidarın hakimiyyəti dövründə ərazilərin heç bir qismini belə, qaytara bilməməsi və s. kimi tənqidləri yağdıran müxalifətə də tutarlı cavab oldu”.
Diaspor fəalı bildirir ki, qarşı tərəf öz işğalçı mövqeyindən çəkinməli, azərbaycanlıların yaşadıqları tarixi torpaqlar geri qaytarılmalıdır: “Bu olmayacağı təqdirdə Ermənistanı daha da böyük iqtisadi tənəzzül gözləyir. Prezident də öz çıxışında gizlətmədiyi kimi, Azərbaycan müstəqilliyi dövründə Ermənistanı bütün regional və qlobal nəhəng iqtisadi layihələrdən kənarda qoyub. İşğalçı dövlətdə bunun ağır nəticələri hiss olunur”.
Fuad Hüseynzadə

http://palitranews.az/news.php?id=84543

IMG_20171208_215341_482.jpg

毎日新聞に取り上げていただきました2017年11月5日 Mainichi Shimbun-da məqaləm çıxdı

本日の毎日新聞全道版に出ております。北方領土問題とナゴルノ・カラバフ紛争についても言及されています。Yaponiyada ən çox oxunan 3 qəzetdən biri Mainichi Shimbun-da məqaləm çıxdı. Dağlıq Qarabağ və Kuril adaları probleminə də toxunulub.

https://mainichi.jp/articles/20171105/ddl/k01/070/126000c

IMG_20171118_103906_159.jpg

Yaponiyada Azərbaycan multikulturalizmi dərslərinə start verilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində respublikamızın 40, dünyanın 17 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni uğurla tədris edilir.

Bu yaxınlarda bu sıraya daha bir xarici universitet də əlavə olunub. Yaponiyanın sayılıb-seçilən və ən güclü 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə start verilib. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin cari ilin may ayında əldə edilib razılaşması əsasında baş tutub. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili alan yaponşünas alim, Yaponiya hökümətinin dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Tədrisə hazırlıqlar avqust ayından start verilib və universitetin düşərgəsində eyni zamanda elektron ünvanında dərslərlə bağlı elanlar paylaşılıb. Dərslər yapon dilində keçirilir.

Azərbaycan multikulturalizm dərsləri üçün qeydiyyatdan keçən yaponiyalı tələbələr arasında gələcəkdə Azərbaycanda təhsil almaq, bu ölkədə iş qurmaq və eyni zamanda, Yaponiya universitetlərində Azərbaycanla bağlı dərs demək istəyən və bu məqsədlə Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və multikultural durumu ilə bağlı biliklərə yiyələnmək istəyənlər çoxluq təşkil edir. Seçilən tələbələr Azərbaycanda qış və yay məktəblərində iştirak üçün şans qazanmış olacaqlar. Bu da öz növbəsində tələbələrə stimul verən amillərdən biridir.

Xatırladaq ki, BBMM-in Himayəçilər Şurasının sədri, akademik  Kamal Abdullayevin ideya və təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri üzrə tədris proqramları Təhsil Nazirliyində təsdiq olunduqdan sonra sözügedən layihəyə start verilib. Sevindirici məqam bundan ibarətdir ki, artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub, bu yaxınlarda işıq üzü görən “Azərbaycan multikulturalizmi” dərsliyinin istifadəsi də tədrisin keyfiyyətinin daha da yüksəlməsinə imkan yaradır.

Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə etməkdədir.

 

Foto-Yaponiya-Hokkaydo-1-1024x768

Foto-Yaponiya-Hokkaydo-1024x801

Mənbə: http://multikulturalizm.gov.az/yaponiyada-azerbaycan-multikulturalizmi-derslerine-start-verilib/

 

Yaponiyada Azərbaycan Multikulturalizmi ilə bağlı dərslər keçiriləcək

Mənim üçün bu həyatda Azərbaycanı daha çox yaponiyalıya tanıtmaq, Azərbaycanı daha çox yaponiyalıya sevdirməkdən böyük xoşbəxtçilik ola bilməz. Bir çoxunuz məlumatlısız, son iki ildə Tokyo məktəblərində Yaponiya tərəfinin xahişi ilə Azərbaycan multikulturalizmi ilə bağlı xüsusi dərslər deyirəm. Bu aydan etibarən Hokkaydo Universitetində də Azərbaycanla bağlı dərslərimiz start götürəcək. Azərbaycan Beynəlxalq Multikulturalizm Mərkəzi və təhsil aldığım Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılaşması əsasında (razılaşma May ayında əldə edilib) “Azərbaycan Multikulturalizmi” adlı dərslərimiz keçiriləcək. Məqsəd Yaponiyada Azərbaycanı olduğu kimi tanıtmaq və Azərbaycanın dostlarının sayını artırmaqdan ibarətdir. İnanıram ki, yaponiyalı tələbələrə Azərbaycanı daha da sevdirməyə nail ola biləcik. Uğurlu tələbələr qış məktəblərində iştirak üçün Azərbaycana getmək şansı əldə edəcəklər. Dərslər yapon dilində keçiriləcək. Məlumatı yaymağı gecikdirdiyimə görə üzrlü hesab edin. Uğurlu olsun.

http://src-h.slav.hokudai.ac.jp/jp/seminors/src/2017.html#1710-12

 

http://src-h.slav.hokudai.ac.jp/jp/seminors/src/pdf/2017/17Continuous%20lecture.pdf

 

22218418_485989068434943_6096518715410991473_o

Azərbaycan dünya gənclərini bir yerə topladı: “Birlikdə pozitiv dəyişiklik üçün” (525-ci qəzet)

…………………………………………………………………………………..

Hörmət etdiyim 525-ci qəzetdə yeni məqaləm çap olundu. Elektron variantını aşağıdakı olduğu kimi təqdim edirəm. Sitat gətirilərkən 525-ci qəzetin çap və ya elektron versiyasından sitat gətirilməlidir. Jurnalist Ceyhun Abbasova öz minnətdarlığımı bildirmək istərdim. 

…………………………………………………………………………………………………………………………………………………….

ƏLİBƏY MƏMMƏDOV: “ÖLKƏMİZDƏ KEÇİRİLƏN 41-ci DÜNYA SKAUT KONFRANSI VƏ 13-cü DÜNYA SKAUT GƏNCLƏR FORUMU ÇOX BÖYÜK ƏHƏMİYYƏTƏ MALİKDİR”

 

“41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi dövlətimiz üçün böyük nailiyyət hesab edilməlidir. Bildiyiniz kimi, Dünya Skaut Hərəkatı özündə 40 milyon aktiv gənci birləşdirir və dünyanın ən aparıcı maarifləndirici gənclər hərəkatıdır. Onlar yaşam üçün, həyat üçün təhsil almağın vacibliyini ifadə edirlər. Afrikanın ən kasıb ölkələrindən biri olan və müharibə şəraitində olan Sudanda uşaqlar üçün təhsil kursları təşkil edirlər. Afrikanın qida sənayesi ən acınacaqlı vəziyyətdə olan ölkələrində yerli fermerlərlə əməkdaşlıq etməklə, qida təhlükəsizliyi üçün əllərindən gələni edirlər”.

 

Bu sözləri Yaponiyanın dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin doktorantı, Yaponiya məktəblərində Azərbaycan multikulturalizmi fənni üzrə müəllim, diaspor fəalı Əlibəy Məmmədov deyib.

2014-2016-cı illərdə Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasının prezidenti olan, daha sonra isə təşkilata fəxri prezident seçilən həmyerlimiz hesab edir ki, skautinq gənclərə onların aktiv vətəndaş kimi bir çox aparıcı proqramlarda, konfranslarda iştirak etməsinə şərait yaradır: “Beləliklə, gənclər cəmiyyətdə pozitiv dəyişikliklərin müəlliflərinə çevrilməklə yanaşı, ətraflarında olan dostlarını, digər gəncləri də daha aktiv həyata səsləmiş olurlar. Skautlar dünyanın ayrı-ayrı regionlarında təşkil etdikləri proqramlar sayəsində daha gözəl, daha yaxşı, daha keyfiyyətli dünya qurmağa çalışırlar. Onlar bacardıqları qədər daha çox insanlara sülh mesajını çatdırmış olurlar. Skautlar bir çox qlobal məsələləri müzakirəyə çıxartmaqla yerli səviyyələrdə həll edib daha yaxşı cəmiyyət qurmaq üçün çalışırlar. Skautların ən vacib işlərindən biri isə dünyanın hər yerində insanları bir-birilə görüşdürüb, fikir mübadiləsi təşkil etməkdir. Dünya skautları gəncləri müxtəlif beynəlxalq tədbirlər vasitəsilə birləşdirirlər”.

Ə.Məmmədov bildirib ki, bu mənada, Azərbaycanda keçirilən 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu çox böyük əhəmiyyətə malikdir: “Dünyanın bütün skautçuları, aktiv gənclərinin gözü məhz paytaxtımızda və regionlarımızdadır. Bu, Azərbaycanın dünyada pozitiv təbliğatı işində öz əhəmiyyətli rolunu oynayacaq. Onlar azərbaycanlı yerli skautçularla daha yaxın olacaq və bir çox qlobal məsələləri müzakirə edəcəklər. Ümumilikdə, dünyanın müxtəlif regionların 320-dən çox gəncin iştirak etdiyi forum bugünədək olanların içərisində ən irimiqyaslısıdır. Təsadüfi deyil ki, Qəbələdə keçirilən forumun şüarı “Birlikdə pozitiv dəyişiklik üçün”dür”.

Həmyerlimiz qeyd edib ki, ümumiyyətlə, Azərbaycan son illərdə bir çox dünya səviyyəli idman yarışlarına, beynəlxalq konfranslara ev sahibliyi edib: “Ölkəmiz artıq bu sahədə zəngin təcrübəyə malikdir. 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarının, 2016 və 2017-də Formula 1 yarışlarının, İslam oyunlarının və bir çox digər yarışların keçirilməsi ölkəmizin gücündən və zəngin təcrübəsindən xəbər verir”.

Yaponiyadakı fəaliyyətinə toxunan həmyerlimiz deyib ki, bu yaxınlarda Azərbaycan və paytaxt Bakı ilə bağlı xüsusi verilişlər hazırlanıb: “Yaponiyanın ikinci əsas şəhəri olan Osaka ilə Bakı “Expo-2025” üçün öz namizədliyini irəli sürüb. Bakıda bunun təbliğatı hələ zəif aparılsa da, Osaka şəhərində bu iş sürətlə həyata keçirilir. Onlar hətta öz nümayəndələrini Bakıya göndərib iki xüsusi veriliş hazırlayıblar. Onlar Bakını Osaka şəhəri üçün ən səviyyəli və güclü rəqib hesab edirlər. Düzünü deyim ki, bugünə qədər Yaponiyada Azərbaycan haqqında o qədər də çox veriliş hazırlanmayıb. Kansay televiziyasının hazırladığı veriliş isə çox pozitiv idi. Mən özüm də verilişi yaradan komandanın üzvüyəm. Azərbaycanla bağlı məlumatları toplayıb təhlil edən yaponlarda ölkəmizə və insanlarımıza qarşı olan rəğbət hissini görməmək mümkün deyildi”.

Ceyhun ABASOV

Mənbə: 525-ci qəzet elektron versiyası.

http://525.az/site/?name=xeber&news_id=84823#gsc.tab=0

…………………………………………………………………………………………………………………………………………………….

Qeyd: Sitat gətirilərkən hökmən 525-ci qəzetin çap və ya elektron versiyasından gətirilməli və bu haqda hökmən qeyd aparılmalıdır.

……………………………………………………………………………………………………………………………………………………..

 

Aşağıdakı şəkil 525-ci qəzetin elektron versiyasıdır.

Screenshot_20170817-105054

 

Yaponiyada imperator sağ ikən dəyişəcək və yeni dövr başlayacaq

İki il sonra Yaponiyada təxminən 200 ildən sonra ilk dəfə imperator sağ ikən digəri ilə əvəz olunacaq. Son dəfə bu hadisə 1817-ci ildə baş vermişdir. Yaponiyada hər imperatorun öz dövrü olur. Məsələn indi imperator Akihitoya görə Yaponiyada Heysey (「平成」hər yerdə sülh) dövrünün 29-cu ilidir. Bundan əvvəlki Şova (Showa 「昭和」) dövrü idi ki, bu da 63 (64) il davam etmişdir. Biz də burada əksər sənədlərdə 2017-ci il deyil, məhz Heysey 29-cu il olaraq qeydlər aparırıq. Heysey dövrü qərar verilməzdən öncə Shubun və Seika adları da təklif olunsa da sonda Heysey dövrü seçilmişdir. Bu adı isə o zaman Tokyo Universitetinin fəxri professoru Yamamoto Tatsuro təklif etmişdir. Akihito səhhəti ilə bağlı bu işi davam etdirə bilməyəcəyini ötən ildən qeyd edir. Yaponiya Nazirlər Kabineti də xüsusi qərar verərək, imperatorun yaşadığı müddətdə vəzifədən getməsini yəni onu sağ ikən digər birinin əvəz etməsini qanuniləşdirən sənədi bu ayın 16-da rəsmən hərkəsə bəyan edəcəkdir. Çox güman ki, 2019-ci ilin Yanvar ayı və ya Aprel ayında Yaponiyada yeni dövr başlayacaq və biz o ilin ilk ilini bütün sənədlərdə qeyd edəcəyik. İndi əsas müzakirə mövzusu bununla bağlı olacaq tədbirləri dövlət tədbirləri kimi görüb görməməkdədir. Bildiyiniz kimi imperator Yaponiyada simvolik xarakter daşıyır. Bu baxımdan hazırda Nazirlər Kabineti ilə İmperator Sarayı arasında kəskin fikir ayrılığı vardır. Yeni başlayacaq dövrün adını isə o dövrə keçməzdən 6 ay öncədən bəyan edəcəklər.

Qeyd: Son günlər Yaponiya qəzetləri əsasən bu məsələdən yazır. Yaponşünaslar və jurnalistlər üçün.

“Şri-Lanka vətəndaş müharibəsindən Dağlıq Qarabağ münaqişəsinə baxış” PDF

“Qarabağ dünən, bu gün və sabah” elmi kitabında “Şri-Lanka vətəndaş müharibəsindən Dağlıq Qarabağ münaqişəsinə baxış” adlı təxminən 31 səhifəlik elmi məqaləmin PDF formatı. Kitabı əldə edə bilməyənlər buradan yükləyib oxuya bilərlər.

Şrilanka-Qarabağ Əlibəy 2017 May QAT kitabında

Məqalə ümumilikdə 5 bölmədən ibarətdir. 1-ci “Giriş” bölməsində ümumi məlumatlar, müəllifin elmi məqalədəki məqsədi haqqında məlumat verilir. 2-ci “Əsas Mövzu” bölməsi özü 9 fəsilə ayrılır. 2.1-də Şri-Lanka vətəndaş müharibəsinin səbəbləri və müharibəyə qədərki vəziyyətin icmalı, 2.2-də Böyük dövlət faktoru, Hindistanın hərbi müdaxiləsi, 2.3-də Hindistan ordusunun çıxarılmasından sonrakı Şri-Lanka, 2.4-də Şri-Lanka vətəndaş müharibəsinin qloballaşması, 2.5-də LTTE-nin puça çıxan hədsiz ümidləri, 2.6-da Vətəndaş müharibəsindən sonrakı vəziyyət, 2.7 Yenidən məskunlaşma məsələsi, 2.8-də “Milli münaqişə” yoxsa “terrorizmlə müharibə”, sadə insanların harayı, 2.9-da Müharibədən sonra millətlərarası inam məsələsi haqqında məlumat verilir. 

3-cü bölmədə Şri-Lanka vətəndaş müharibəsinin həlli yolları düşünülür. 4-cü bölmədə Şri-Lanka vətəndaş müharibəsinə ümumi qısa nəticə verilir.

Nəhayət 5-ci bölmədə Dağlıq Qarabağ münaqişəsi ilə müqayisəli təhlili-nə cəhd edilir. 

Bu məqalədə əsas məqsədlərimdən biri Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin mümkün olub-olmaması haqqında Şri-Lanka vətəndaş müharibəsini təhlil etməklə müqayisələr aparmışam. Dağlıq Qarabağa elmi sahədə marağı olanlara, bu sahəyə yeni nəfəs gətirmək istəyənləri oxumağa dəvət edirəm. Oxuduqdan sonra fikirlərinizi və tənqidlərinizi sevə-sevə dəyərləndirməyə hazıram. Bu elmi məqalə mənim 2016-cı ilin Sentyabr ayında Hindistan və Şri-Lankada həyata keçirtdiyim araşdırmaların bir hissəsini əhatə edir.

Məlumatdan istifadə zamanı hökmən aşağıdakı formada sitat gətirin.

Əlibəy Məmmədov, Şri-Lanka vətəndaş müharibəsindən Dağlıq Qarabağ münaqişəsinə baxış, Qarabağ, dünən, bu gün və sabah, 16-47. (2017), Bakı.

Əlibəy Məmmədov

Respublika günü və Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı tədbirdə アゼルバイジャンの共和国記念日レセプション

アゼルバイジャンの共和国記念日とアゼルバイジャン・日本外交関係開設25周年レセプションに招待されました。うちの大使に一番優秀な学生(日本で活躍中のアゼルバイジャン人)として評価されました。うれしいことに、昨今、日本に留学したいアゼルバイジャン人学生さんの数も増加傾向にあります。彼らは日本とアゼルバイジャンの総合的な関係の将来を築いていくでしょう。Respublika günü və Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş təntənəli tədbirdə iştirak etdik. Tədbirdə Azərbaycan himni yaponiyalı xanım müğənni tərəfindən azərbaycan dilində mükəmməl formada ifa edildi. Bu xanım həm də Azərbaycandan Yaponiyaya nar şirələrinin idxalı ilə məşğuldur. Azərbaycanı çox sevir. Tədbirdə eyni zamanda Yaponiya ictimaiyyətinin aparıcı insanları fəal şəkildə iştirak etdilər. Digər tərəfdən qürur duyulası digər bir məqam, Yaponiyaya təhsil almağa gələn həmyerlilərimizin sayının və keyfiyyətinin durmadan artmasıdır. Təhsil və mədəniyyət səviyyəsi gözəçarpacaq səviyyədə inkişaf etməkdədir. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycan və Yaponiya münasibətlərinin bütün sahələrdə hər tərəfli inkişafına öz töhvələrini verəcəkdir.

IMG_20170525_234917_861

IMG_20170525_234957_015

received_10154721192233178

IMG_20170525_235122_448

FB_IMG_1495755211684

Amerikada Qarabağ həqiqəti (Olaylar qəzeti)

Əlibəy Məmmədov: “Elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq var”

“Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daim diqqət mərkəzində saxlamaqdır”

Son illər Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, əldə edilən diplomatik nailiyyətlər Ermənistanın işğalçılıq siyasətinin üzə çıxarılması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması prosesinə də müsbət təsirini göstərir. Artıq dünyanın hər bir ölkəsində demək olar ki, Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasəti barədə tam məlumat formalaşdırılıb. Bu günlərdə isə okeanın o tayında baş tutan beynəlxalq əhəmiyyətli tədbirdə Qarabağ problemindən bəhs edilib, ermənilərin aqressiv siyasəti çılpaqlığı ilə ifşa olunub. Belə ki, Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosasiyasının (Western Social Science Association) 59-cu illik konfransı keçirilib. Əsasən Avropa, ABŞ və Meksikadan olmaqla, dünyanın bir çox ölkələrindən yüzlərlə elm adamı konfransda iştirak edib. Azərbaycanı konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü Әlibəy Məmmədov təmsil edib. Həmyerlimiz konfrans çərçivəsində Sərhəd Araşdırmaları Assosasiyasının 52-ci sessiyasında “Dağlıq Qarabağda dörd günlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda elmi çıxış edib. Əlibəy Məmmədov vurğulayıb ki, münaqişədə Azərbaycan tərəfinin mövqeyini ərazi bütövlüyü, erməni tərəfində isə öz müqəddəratını həll etmək prinsipinə əsaslanır. Həmyerlimiz onu da bildirib ki, sadəcə Azərbaycanda deyil, dünyanın bir sıra digər dövlətlərində yaşayan bütün millətlərin, o cümlədən ermənilərin də öz müqəddəratını həll etmək hüququ vardır. Amma öz müqəddəratını həll etmək hüququ heç də hər zaman hər hansısa bir müstəqil dövlətin ərazisini parçalamaqla digər bir müstəqil dövlətin yaradılmasına cəhd göstərmək anlamına gəlməməlidir: “Ermənilərin artıq öz dövlətləri var. Əgər Azərbaycanda xoşbəxt deyillərsə, Ermənistan Respublikası ərazilərinə köçə bilərlər. Və ya Azərbaycan daxilində onlara ən yüksək səviyyədə muxtariyyət vermək olar. Özünüidarəetmə hüququnu da tanımaq olar. Azərbaycan dövləti də bunu hər zaman qeyd edir. Lakin Dağlıq Qarabağ ərazisində yarana biləcək istənilən avtonomiya Azərbaycan Respublikasının tərkibində həyata keçirilməlidir”. Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoruna toxunan həmyerlimiz bildirib ki, münaqişədə Rusiya neytral mövqedə yer almağa çalışır və tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir: “Sadəcə yaddan çıxartmaq lazım deyildir ki, ortada real işğal faktı var. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan əraziləri işğal altında saxlanılır. Belə olan halda, münaqişədə neytral mövqe tutmaq birbaşa Ermənistanın mövqeyinə kömək etmiş olur. Çünki real işğal faktına göz yumulması, Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə yol açılması anlamına gəlir”. Dörd günlük müharibənin baş verməsinin heç də təsadüfi olmadığını vurğulayan Əlibəy Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir rəsmi şəkildə sülh yolu ilə məsələnin həll olunmayacağı təqdirdə hərb yoluna getməyə haqqı olduğunu ifadə edir: “Atəşkəsin imzalanmasında 22 il ötsə də, sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməmişdir. Belə olan halda Azərbaycan həm daxili həm də xarici qüvvələrə Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmuş bir münaqişə olmadığını, Azərbaycanın öz doğma ərazilərindən vaz keçmək fikrində olmadığını, lazım gələcəyi halda öz hərbi gücü hesabına torpaqları geri qaytarmağa qadir olduğunu göstərməli oldu. Dörd günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Düzdür ərazi baxımından torpaqların böyük hissəsi hələ də erməni işğalı altındadır. Bununla belə, Aprel döyüşlərində Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu. İlk ölkə, Ermənistanın açq dəstək olduğu, Dağlıq Qarabağın yerli separatçı qüvvələrinin müdafiə qabiliyyəti öyrənilmiş oldu. Onların heç də məğlubedilməz orduya sahib olmadıqlara aşkara çıxdı. 22 ildən sonra Azərbaycan ilk dəfə təmas xəttində irəliləməyi bacardı. Beləliklə, hərbi status-kvonu öz xeyrinə dəyişməyi bacardı. Azərbaycan daxilində 1-ci Qarabağ müharibəsindən qalmış məğlubiyyət sindromu qırıldı və Azərbaycan xalqında öz ordusuna, əsgərinə olan inam hissi daha da qüvvətləndi. Azərbaycan ordusu ən müasir hərbi texnikalardan müvəffəqiyyətlə istifadə etməklə, hərbi xərclərin heç də boşa getməyini sübut etmiş oldu”. Əlibəy Məmmədov qeyd edib ki, “elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq vardır: “Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daima diqqət mərkəzində saxlamaqdır”.

Qeyd edək ki, həmyerlimiz Qərb Sosial Elmləri Assosasiyasının ötən il ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş konfransında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış etmişdi.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

 

Mənbə: Olaylar qəzeti

http://olaylar.az/news/siyaset/218114

17976404_413062032394314_1520301509_o (1)

ABŞ-da aprel döyüşləri ilə bağlı məruzə (525-ci qəzet)

Aprelin 12-dən 15-dək ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosasiyasının (Western Social Science Association) 59-cu illik konfransı keçirilib.

Tədbirdə əsasən Avropa, ABŞ və Meksikadan olmaqla, dünyanın bir çox ölkələrindən yüzlərlə elm adamı iştirak edib.

Azərbaycanı konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü Әlibəy Məmmədov təmsil edib. Həmyerlimiz konfrans çərçivəsində Sərhəd Araşdırmaları Assosasiyasının 52-ci sessiyasında “Dağlıq Qarabağda dörd günlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda elmi çıxış edib.

Ə.Məmmədov bildirib ki, təkcə Azərbaycanda deyil, dünyanın bir sıra digər dövlətlərində yaşayan bütün millətlərin öz müqəddəratını həll etmək hüququ var: “Amma öz müqəddəratını həll etmək hüququ heç də hər zaman hər hansısa bir müstəqil dövlətin ərazisini parçalamaqla digər bir müstəqil dövlətin yaradılmasına cəhd göstərmək anlamına gəlməməlidir. Ermənilərin artıq öz dövlətləri var. Əgər Azərbaycanda xoşbəxt deyillərsə, Ermənistan Respublikası ərazilərinə köçə bilərlər. Və ya Azərbaycan daxilində onlara ən yüksək səviyyədə muxtariyyət vermək olar. Özünüidarəetmə hüququnu da tanımaq olar. Azərbaycan dövləti də bunu hər zaman qeyd edir. Lakin Dağlıq Qarabağ ərazisində yarana biləcək istənilən avtonomiya Azərbaycan Respublikasının tərkibində həyata keçirilməlidir”.

Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoruna toxunan həmyerlimiz qeyd edib ki, münaqişədə Rusiya neytral mövqedə yer almağa çalışır və tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir: “Sadəcə yaddan çıxartmaq lazım deyil ki, ortada real işğal faktı var. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan əraziləri işğal altında saxlanılır. Belə olan halda, münaqişədə neytral mövqe tutmaq birbaşa Ermənistanın mövqeyinə kömək etmək deməkdir. Çünki real işğal faktına göz yumulması, Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə yol açılması anlamına gəlir”.

Dörd günlük müharibənin baş verməsinin heç də təsadüfi olmadığını vurğulayan Ə. Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir rəsmi şəkildə sülh yolu ilə məsələnin həll olunmayacağı təqdirdə hərb yoluna getməyə haqqı olduğunu ifadə edir: “Atəşkəsin imzalanmasında 22 il ötsə də, sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməyib. Belə olan halda Azərbaycan həm daxili, həm də xarici qüvvələrə Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmuş bir münaqişə olmadığını, Azərbaycanın öz doğma ərazilərindən vaz keçmək fikrində olmadığını, lazım gələcəyi halda öz hərbi gücü hesabına torpaqları geri qaytarmağa qadir olduğunu göstərməli oldu. Dörd günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Düzdür, ərazi baxımından torpaqların böyük hissəsi hələ də erməni işğalı altındadır. Bununla belə, aprel döyüşlərində Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu. Ermənistanın heç də məğlubedilməz orduya sahib olmadığı aşkara çıxdı. 22 ildən sonra Azərbaycan ilk dəfə təmas xəttində irəliləməyi bacardı. Beləliklə, hərbi status-kvonu öz xeyrinə dəyişməyi bacardı. Azərbaycan daxilində 1-ci Qarabağ müharibəsindən qalmış məğlubiyyət sindromu qırıldı və Azərbaycan xalqında öz ordusuna, əsgərinə olan inam hissi daha da qüvvətləndi. Azərbaycan ordusu ən müasir hərbi texnikalardan müvəffəqiyyətlə istifadə etməklə, hərbi xərclərin heç də boşa getməyini sübut etmiş oldu”.

Ə.Məmmədov qeyd edib ki, elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq var: “Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daima diqqət mərkəzində saxlamaqdır”.

Qeyd edək ki, bundan əvvəl həmyerlimiz Qərb Sosial Elmləri Assosasiyasının ötən il ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş konfransında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış etmişdi.

Ceyhun ABASOV

Mənbə: 525-ci qəzet

http://525.az/site/?name=xeber&news_id=77423

17976404_413062032394314_1520301509_o (1)

Dağlıq Qarabağ münaqişəsi ABŞ-da dünya alimlərinin diqqətinə çatdırılıb (Palitra qəzeti)

ABŞ-da Dağlıq Qarabağla bağlı azərbaycanlı doktorantın məruzəsi dinlənilib

Bu gün gənc azərbaycanlı alimlər də Qarabağ həqiqətlərini beynəlxalq konfranslarda müzakirə mövzusuna çıxara bilirlər. Onların Qarabağ mövzusunda etdiyi məruzələr münaqişənin dünya alimlərinin diqqətinə çatdırılması baxımından da əhəmiyyətlidir. Elə bu günlərdə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosiasiyasının (Western Social Science Association) 59-cu illik konfransında da Qarabağ münaqişəsi dünya alimlərinin diqqətinə çatdırılıb. Qeyd edək ki, konfransda, əsasən, Avropa, ABŞ və Meksikadan olmaqla, dünyanın bir çox ölkələrindən yüzlərlə elm adamı iştirak edib. Konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya hökuməti təqaüdçüsü Əlibəy Məmmədov “Dağlıq Qarabağda dördgünlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda elmi çıxış edib.
Ə. Məmmədov vurğulayıb ki, münaqişədə Azərbaycan tərəfinin mövqeyi ərazi bütövlüyü, erməni tərəfində isə öz müqəddəratını həll etmək prinsipinə əsaslanır.
Həmyerlimiz onu da bildirib ki, sadəcə, Azərbaycanda deyil, dünyanın bir sıra digər dövlətlərində yaşayan bütün millətlərin, o cümlədən ermənilərin də öz müqəddəratını həll etmək hüququ vardır: “Amma öz müqəddəratını həll etmək hüququ heç də hər zaman hər hansısa bir müstəqil dövlətin ərazisini parçalamaqla digər bir müstəqil dövlətin yaradılmasına cəhd göstərmək anlamına gəlməməlidir. Ermənilərin artıq öz dövlətləri var. Əgər Azərbaycanda xoşbəxt deyillərsə, Ermənistan Respublikası ərazilərinə köçə bilərlər. Və ya Azərbaycan daxilində onlara ən yüksək səviyyədə muxtariyyət vermək olar. Özünüidarəetmə hüququnu da tanımaq olar. Azərbaycan dövləti də bunu hər zaman qeyd edir. Lakin Dağlıq Qarabağ ərazisində yarana biləcək istənilən muxtariyyətlik Azərbaycan Respublikasının tərkibində həyata keçirilməlidir”.

“Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu”
Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoruna toxunan həmyerlimiz bildirib ki, münaqişədə Rusiya neytral mövqedə yer almağa çalışır və tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir: “Sadəcə, yaddan çıxarmaq olmaz ki, ortada real işğal faktı var. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan əraziləri işğal altında saxlanılır. Belə olan halda, münaqişədə neytral mövqe tutmaq birbaşa Ermənistanın mövqeyinə kömək etmiş olur. Çünki real işğal faktına göz yumulması, Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə yol açılması anlamına gəlir”.
Dördgünlük müharibənin baş verməsinin heç də təsadüfi olmadığını vurğulayan Ə.Məmmədov bildirib: “Azərbaycan sülh yolu ilə məsələnin həll olunmayacağı təqdirdə hərb yoluna getməyə haqqı olduğunu ifadə edir. Atəşkəsin imzalanmasından 23 il ötsə də, sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməmişdir. Belə olan halda, Azərbaycan həm daxili, həm də xarici qüvvələrə Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmuş bir münaqişə olmadığını, Azərbaycanın öz doğma ərazilərindən vaz keçmək fikrində olmadığını, lazım gələcəyi halda öz hərbi gücü hesabına torpaqları geri qaytarmağa qadir olduğunu göstərməli oldu.
Dördgünlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Düzdür, ərazi baxımından torpaqların böyük hissəsi hələ də erməni işğalı altındadır. Bununla belə, aprel döyüşlərində Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu. Ermənistanın açq dəstək olduğu, Dağlıq Qarabağın yerli separatçı qüvvələrinin müdafiə qabiliyyəti öyrənilmiş oldu. Onların heç də məğlubedilməz orduya sahib olmadıqlara aşkara çıxdı. 23 ildən sonra Azərbaycan ilk dəfə təmas xəttində irəliləməyi bacardı. Beləliklə, hərbi status-kvonu öz xeyrinə dəyişməyi bacardı. Azərbaycan daxilində 1-ci Qarabağ müharibəsindən qalmış məğlubiyyət sindromu qırıldı və Azərbaycan xalqında öz ordusuna, əsgərinə olan inam hissi daha da qüvvətləndi. Azərbaycan ordusu ən müasir hərbi texnikalardan müvəffəqiyyətlə istifadə etməklə, hərbi xərclərin heç də boşa getməyini sübut etmiş oldu”.
Ə.Məmmədov qeyd edib: “Elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq vardır. Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daima diqqət mərkəzində saxlamaqdır”.

“Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var”
Xatırladaq ki, həmyerlimiz Qərb Sosial Elmləri Assosiasiyasının ötən il ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş konfransında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış etmişdi.
Ə.Məmmədov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında yüksək səviyyəli, orijinal elmi tədqiqatların gündəmdə qalmasına böyük ehtiyac var.
Həmyerlimiz münaqişə haqqında geniş məlumat verərək, bunun milli zəmində konflikt olduğunu vurğulayıb. O, Ermənistanın və Azərbaycanın rəsmi mövqeləri, münaqişəyə yanaşmaları, ATƏT-in Minsk qrupunun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, 1989-1994-cü illər ərzində hər iki tərəfdən təxminən 30 min insan həlak olub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib: “Münaqişənin ilk mərhələsində müəyyən üstünlüyə malik olan Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də ətraf 7 rayonu işğal edib. Bu ərazilər Azərbaycan torpaqlarıdır. Beynəlxalq qurumlar bu əraziləri Azərbaycan torpaqları kimi tanıyır. Buna baxmayaraq, regiona Ermənistan silahlı qüvvələri nəzarət edirlər. Azərbaycanlılar isə öz doğma torpaqlarına geri dönməkdən məhrum ediliblər. Bu, qəbuledilməzdir”.
Diqqətə çatdırılıb ki, 1994-cü ilin mayında atəşkəs elan olunmasına baxmayaraq, 2005-ci ilədək olan müddətdə təmas xəttində tərəflər arasında iki mindən çox insan həlak olub. Ermənistan Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını həll etmək hüququna malik olduğunu əsas götürür. Rəsmi Bakı isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.
Ə.Məmmədov Cerard Toal və Con Olouqlinin 2011-ci ildə Dağlıq Qarabağın erməni əhalisi ilə apardıqları sorğuların nəticələri və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin ölkəmizin regionlarında təşkil etdiyi sorğuların (2013-cü il) icmalını verib. Həmyerlimiz, eyni zamanda 2015-ci ilin sentyabrında Bakıda və Bərdədə 200 məcburi köçkün arasında apardığı sorğunun nəticələri ilə bağlı da iştirakçıları məlumatlandırıb: “Şuşa Dağlıq Qarabağın qəlbidir. Rəsmi rəqəmlərdə göstərilir ki, 1989-cu ildə Şuşa şəhərinin əhalisinin 98 faizini azərbaycanlılar təşkil edirdi. Xocalı soyqırımı haqqında ətraflı məlumat verən Ə.Məmmədov bildirib ki, Dağlıq Qarabağda olan yeganə hava limanı məhz burada yerləşirdi. Vurğulanıb ki, hazırda məsələni sülh yolu ilə həll etmək çox çətindir. ATƏT-in Minsk qrupunun təklifləri ilə hər iki tərəfin insanlarının düşüncələri arasında böyük fərqlər mövcuddur”.
Müzakirələr zamanı son günlər beynəlxalq aləmin diqqət mərkəzində olan, aprelin ilk günlərində baş vermiş hadisələrə toxunan Ə.Məmmədov qeyd edib ki, “Dördgünlük müharibə” adı ilə tarixə düşən bu hadisələr zamanı hər iki tərəf itki verib: “Nəticədə Azərbaycan 22 ildən sonra ilk dəfə hərbi status-kvonu öz xeyrinə dəyişməyə nail olaraq, bir neçə yaşayış məntəqəsini və strateji yüksəkliyi işğaldan azad edib. Bu, böyük tarixi nailiyyətdir. Azərbaycan tərəfi, eyni zamanda faktiki olaraq psixoloji üstünlüyü ələ almağı bacarıb. Ermənistan tərəfi isə bir çox vacib mövqeləri itirib. Hazırda siyasi status-kvonun dəyişməsinə də böyük ümid var”.
Fuad Hüseynzadə

Mənbə: Palitra qəzeti internet versiyası

http://palitranews.az/news.php?id=68057

17949707_413082079058976_919293101_o

17976404_413062032394314_1520301509_o (1)

“Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var” (Palitra qəzeti)

Əlibəy Məmmədov:
“Azərbaycanda 2000-ci ildə səfirlik açıldığı halda, Ermənistanda bundan 15 il sonra, 2015-ci ildə Yaponiya səfirliyi açılıb. Bu faktın özü Yaponiya hökumətinin Azərbaycana verdiyi önəmin bariz nümunəsidir”

Müsahibimiz Hokkaydo Universitetinin doktorantı Əlibəy Məmmədov Yaponiyada Qarabağ və Kuril adaları, eləcə də Şri-Lanka vətəndaş müharibəsi mövzularında elmi araşdırma aparır. O, qəzetimizə müsahibəsində bu araşdırmanın detalları haqqında danışıb. Qeyd edək ki, Ə.Məmmədov Yaponiyanın hökumət təqaüdçüsü, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının Fəxri Prezidenti (ötən iki ildə prezidenti), Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir.

– Dağlıq Qarabağ və Kuril adaları münaqişələrinin nə kimi oxşar cəhətləri var?
-Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında ölüm-dirim mübarizəsi olmuşdur. Bu gün də belədir. Cənubi Kuril adaları problemi isə Şumuşu adasında olmuş döyüşü nəzər almasaq, demək olar ki, qan tökülmədən ötüşüb. Cənubi Kuril adalarının Rusiyanın əlinə keçməsindən 72 il, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs rejiminin imzalanmasından 23 il ötür. Hər iki münaqişə arasında fərqli nüanslar çoxdur və bu səbəbdən Yaponiyanın elm dünyasında məni tənqid edən professorlar da az deyil. Lakin mən belə hesab edirəm ki, hər iki münaqişə arasında kifayət qədər müqayisələr aparmaq olar. Təsadüfi deyildir ki, hər iki halda münaqişə baş verənədək o ərazilərdə yaşayan, həmin yerləri öz yurd-yuvaları hesab edən insanlar, məcburi şəkildə həmin əraziləri tərk etmişlər. Hər iki halda yaşam məhv olmuşdur. Əlbəttə, miqyas baxımından Azərbaycan tərəfində itki daha çox olub. Hər iki münaqişədə Rusiya faktorunu unutmaq olmaz. Ermənistan və Rusiyada müharibənin nəticəsi olaraq əldə olunmuş torpaqlar nəzəriyyəsi yaradılmışdır. Azərbaycan və Yaponiyada isə işğal edilmiş torpaqlar nəzəriyyəsi. Bu nəzəriyyələrə müqayisəli baxışın özü də kifayət qədər maraqlı ola bilər. Bu sahəylə bağlı elm dünyasında “Border Studies” adlı bir məfhum var. Mən öz elmi işimdə bu aspektdən yanaşıram və Cənubi Kuril adaları ilə Dağlıq Qarabağ münaqişəsinin müqayisəli təhlilini real hesab edirəm. Eyni zamanda mənim tədqiqat sahəmə Şri-Lankada baş vermiş vətəndaş müharibəsi və müharibədən sonrakı vəziyyət də daxildir. Hazırda Şri-Lanka problemi ilə Dağlıq Qarabağ probleminin müqayisəsi ilə bağlı digər bir məqaləmin üzərində tamamlama işlərini aparıram. May ayında çapdan çıxacağı gözlənilir.
-Yaponların Qarabağ mövzusuna marağı hansı səviyyədədir?
-Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var. Təbii ki, Gürcüstanın ərazi problemləri, Krım məsələsi, son illər dünya elmində olduğu kimi, Yaponiyada da əsas araşdırılan sahələrdəndir. Yaponiyada Rusiya, Mərkəzi Asiya və keçmiş sovet ölkələri ilə bağlı tədqiqatlar aparılan mərkəzlərdə, rəsmi orqanlar və universitetlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlar var. Hazırda bu sahə ilə bağlı elmi iş yaza biləcək təxminən 5 yaponiyalı məşhur elm adamı da var. Bununla belə, adi insanlar səviyyəsində Qarabağ münaqişəsini tanımayanlar kifayət qədərdir. Bunu normal qarşılamaq lazımdır. Bir ölkədə ki, öz ərazi problemini tanımayan, ona maraq göstərməyən insanlar kifayət qədərdir, o halda, digər bir ölkənin ərazi probleminə maraq gözləmək sadəlövhlük olardı.
-Ümumiyyətlə, Yaponiya hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nədir?
-Bu haqda digər müsahibələrimdə də məlumat verdiyim üçün qısa cavablandıracam. Yaponiya hökuməti bütün rəsmi səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Cənubi Qafqazda Azərbaycanı özünə ən etibarlı tərəfdaş kimi görür. Azərbaycanda 2000-ci ildə səfirlik açıldığı halda, Ermənistanda bundan 15 il sonra, 2015-ci ildə Yaponiya səfirliyi açılıb. Bu faktın özü Yaponiya hökumətinin Azərbaycana verdiyi önəmin bariz nümunəsidir.
-Yaponiya mediasında Dağlıq Qarabağ münaqişəsi haqqında yazılar dərc etdirə bilirsizmi?
-Kifayət qədər oxucu kütləsi olan Yaponiya qəzetlərində Dağlıq Qarabağla bağlı məqalələrim çap edilib. 2016-cı il noyabr ayının 17-də “Hokkaydo” qəzetinin 1 milyon 18 min tirajlıq səhər buraxılışında bir məqaləm dərc edilib. Putinin Yaponiyaya rəsmi səfəri ilə əlaqədar Cənubi Kuril adaları və Dağlıq Qarabağ münaqişəsinə maraq artıb. Bunun nəticəsində “Tokyo” qəzetinin 510 min tirajlıq səhər buraxılışı, “Chuniçi” qəzetinin 2 milyon 450 min tirajlıq gündəlik buraxılışı, “Hokuriku Chuniçi” qəzetinin təxminən 100 min tirajlıq gündəlik buraxılışının hər birində iki müsahibə tipli məqaləm dərc olunub. Hər birində Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Kuril adaları probleminin müqayisəli təhlili haqqında fikirlərimi bölüşmüşəm. Aprel döyüşləri əsas müzakirə mövzusu olmuşdur. Bilirsiz, Yaponiya dünya səviyyəsində ən çox qəzet oxunulan ölkələrdən biridir. Bu qəzetlərə çıxa bilməyim birbaşa Yaponiyada olan elmi fəaliyyətimlə bağlı olub. Digər tərəfdən, Dağlıq Qarabağla bağlı elmi səviyyədə “Hokkaydo Mərkəzi Avrasiya Elmi Konfransı”nın 121-ci sessiyasında 2015-ci ilin dekabr ayının 14-də yapon dilində, 2016-cı il aprel ayının 16-da ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş 58-ci Qərb Sosial Elmləri Assosiasiyanın nəzdində təşkil edilmiş, Sərhəd Elmləri Assosiasiyanın 33-cü sessiyasında ingilis dilində məruzələr etmişəm. Əlavə olaraq, Yaponiyanın paytaxtı Tokio şəhərində yerli internet televiziya kanalında dəfələrlə qonaq olub və Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın qəhrəmanlıq səhifələrindən biri olan ötənilki Aprel döyüşləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlar etmişəm. Bundan sonra da bu fəaliyyətimi geniş və sürətli şəkildə davam etdirəcəyəm.
-Sizi Qarabağ mövzusunu işləməyə nə vadar etdi?
-Bilirsiz, mən tarixçi ailəsində böyümüşəm. Tarixə, konfliktologiya sahəsinə hər zaman böyük marağım olub. Qarabağ müharibəsi zamanı mən kiçik uşaq idim. Televiziya vasitəsilə olanları izləyirdim. Torpaqlarımızın dilbər guşələrinin ard-arda mənfur düşmən tərəfindən işğalını ürək ağrısı ilə seyr edirdim. 5-6 yaşlı uşaq nə edə bilərdi ki? Amma böyüdükcə, biliklərə yiyələndikcə, dünya görüşüm və əhatə dairəm genişləndikcə şərtlər dəyişdi. Azərbaycanı Qarabağsız təsəvvür etmək mənəvi günah olardı. Universitetə daxil olduqdan sonra, sadəcə, Qarabağ münaqişəsi deyil, dünyanın bir çox digər vətəndaş müharibələrini, ərazi problemlərini, millətlərarası münaqişələri araşdırmağa, öyrənməyə başladım. Son nəticə olaraq Yaponiya və Rusiyanın ərazi problemi olan Cənubi Kuril adaları məsələsi ilə müqayisə etmək qərarına gəldim. Bilirsiz, xarici ölkələrdə təktərəfli olaraq yalnız Qarabağ həqiqətlərindən danışmaq yerli insanların qəlbinə hopmuş olmur. Sadəcə, qulaq asıb gedirlər. Amma, əgər onların ağrılı, yaralı yerləri ilə birlikdə müqayisəli şəkildə məsələnin izahını verirsənsə, bu onların qəlbində dərin izlər buraxır. Eyni zamanda Azərbaycan xalqına qarşı xüsusi simpatiya yaratmış olur. Mənim əsas məqsədim bu ortamı yaratmaq idi ki, bir çox məqamlarda artıq buna nail olduğumu deyə bilərəm.
-Yaponiyada insanların təhlükəsizliyi ilə bağlı qanunvericilik bazası necə formalaşıb?
-Bilirsiz, mən hüquqşünas olmadığuma görə bu suala cavab verə bilməyəcəm. Sadəcə, burada yaşayan biri kimi onu deyə bilərəm ki, Yaponiyada qanunvericilik çox sərtdir. Sadəcə, ədalətlidir. Ədalət isə sərt qanunlar üzərində qurulur.
-Bu ölkədə insan hüquqları Qərbin demokratik ənənələrinə nə dərəcədə uyğun gəlir?
-Bu sual da öncəki kimi, mənim peşəkar sahəmə aid olmadığına görə cavab verə bilməyəcəm. Sadəcə, onu deyə bilərəm ki, Yaponiyanın konstitusiyası Amerikanın işğalı dövründə Amerikanın diqtəsi ilə hazırlanmış və qəbul edilmişdir. O baxımdan ABŞ dəyərlərini də bir çox mənalarda özündə əks etdirən demokratik ənənələr vardır. İnsan hüquqları yüksək səviyyədə qorunur.
Fuad Hüseynzadə

Mənbə: Palitra qəzeti

http://palitranews.az/news.php?id=67069

Tarix: 28.03.2017 | Saat: 20:34:00

alibay palitra shekil

Azərbaycanlı diaspor rəhbəri Yaponiya xarici işlər nazirinin köməkçisi ilə görüşdü

TƏDBİRDƏ İKİ ÖLKƏ ARASINDA ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ, BİZNES MÜHİTİNİN İNKİŞAF ETDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ MÜZAKİRƏLƏR APARILIB

 

Sentyabrın 29-da Yaponiyanın Parlament binasında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov ilə Yaponiya xarici işlər nazirinin köməkçisi Takey Şunsuke görüşüb.

Görüş zamanı Azərbaycan-Yaponiya əlaqələri, biznes mühitinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Ə.Məmmədov sürətli inkişaf yolu keçmiş, siyasi cəhətdən tam stabil və qüvvətli olan Azərbaycan Respublikasının siyasi sistemi, iqtisadiyyatı, yaponiyalı iş adamlarının ölkəmizə olan böyük marağı, kənd təsərrüfatı və turizm sahələrində iki dövlət arasında inkişaf etməkdə olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, Azərbaycanda Yaponiyaya böyük hörmət və ehtiramla yanaşırlar.

Diaspora rəhbəri vurğulayıb ki, son illər həm Xarici İşlər Nazirlikləri, həm İqtisadiyyat və Sənaye Nazirlikləri səviyyəsində ölkələrimiz arasında olan yaxınlaşma qarşılıqlı anlaşmaya söykənir.

Həmçinin qeyd olunub ki, bu istiqamətdə Yaponiyanın Azərbaycanda, Azərbaycanın Yaponiyada daha da yaxından tanıdılması işinə diaspora təşkilatı da böyük töhfələr verəcək.

Görüşdə Azərbaycan-Yaponiya biznes əlaqələri, Yaponiyanın Miyazaki prefekturası ilə Azərbaycan regionlarının əməkdaşlığı və bu işdə AVC şirkətinin bir nümunə olacağı vurğulanıb.

Müzakirənin sonunda Ə. Məmmədov T.Şunsukeni Azərbaycana səfərə dəvət edib.

T. Şunsuke isə öz növbəsində Azərbaycanın kifayət qədər cəlbedici dövlət olduğunu dilə gətirməklə şans yaranacağı təqdirdə böyük sevinc hissi ilə Azərbaycana səfər etmək fikrində olduğunu qeyd edib.

Ceyhun ABASOV

 

Mənbə: 525-ci qəzet

1 Oktyabr 2016

http://525.az/site/?name=xeber&news_id=65079

takey-shunsuke-ile

Dünya Azərbaycanlıları Assambleyası Yaponiya təmsilçisi Yaponiya XİN-nin köməkçisi ilə görüşüb – FOTO

Sentyabr ayının 29-da Yaponiya Parlamentinin binasında Dünya Azərbaycanlıları Assambleyası Yaponiya təmsilçisi Əlibəy Məmmədov Yaponiya Xarici İşlər Nazirinin köməkçisi Takey Şunsuke ilə görüşmüşdür.
Assambleyadan Turkustan.info-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Yaponiya əlaqələri, hər iki ölkənin regionları arasında münasibətlərin hazırki vəziyyəti, inkişaf potensialı, biznes mühitinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılmışdır.

takey-shunsuke-ile

Mənbə: Türküstan İnfo

http://turkustan.info/2016/10/01/dunya-az%C9%99rbaycanlilari-assambleyasi-yaponiya-t%C9%99msilcisi-yaponiya-xin-nin-kom%C9%99kcisi-il%C9%99-gorusub-foto/

Yaponiya Parlamentində Azərbaycan müzakirələri

Sentyabrın 29-da Yaponiyanın Parlament binasında Azərbaycanla bağlı müzakirələr keçirilib.

Azərbaycanın iqtisadi-siyasi reallığı, biznes mühiti, mədəni əlaqələr və yerli şirkətlərin fəaliyyəti mövzusunda keçirilən tədbirdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın sədri Əlibəy Məmmədov, Yaponiyanın Xarici İşlər Nazirliyinin (XİN) Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Takahaşi Seiçiro, Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin Turizm şöbəsinin Rusiya, Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Asako Ueno və AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro iştirak ediblər.

Müzakirələr zamanı müstəqillik əldə etdikdən sonra sürətli inkişaf yolu keçən Azərbaycanın iqtisadi potensialı, geosiyasi vacibliyi, qarşılıqlı anlaşma əsasında qurulan və inkişaf etməkdə olan Yaponiya-Azərbaycan münasibətləri haqqında geniş fikir mübadiləsi aparılıb.

Takahaşi Seiçiro cari ilin avqust ayının sonlarında Bakıya səfər etdiyini, Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində yerli mütəxəsislərlə görüşlər keçirdiklərini vurğulayıb.

O bildirib ki, Azərbaycan Respublikası müstəqilliyin ilk illərində çox ağır bir şəraitdə, vətəndaş müharibəsinin baş verdiyi bir dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanda stabil siyasi sistemin qurulmasında və onun möhkəmləndirilməsində, iqtisadi həyatının dirçəlməsi və inkişaf etdirilməsində mühüm rol oynayıb: “Hazırda prezident İlham Əliyev tərəfindən bu siyasətinin uğurla davam etdirilməsi və daha da inkişaf etdirilməsi göz qabağındadır. Azərbaycan post-sovet məkanında və öz regionunda lider bir dövlətə çevrilib”.

 

XİN rəsmisi sentyabrın 26-da Azərbaycanda baş tutmuş referendum haqqında söhbət açaraq, Azərbaycan hökümətinin demokratiya yolunda inamlı addımlarla irəlilədiyini qeyd edib. O referendumun nəticələrinin Azərbaycanın siyasi və iqtisadi sisteminin daha da stabil olmasına böyük töhvələr verəcəyini vurğulayıb.

 

Asako Ueno isə bildirib ki, Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan Respublikası, onun siyasi-iqtisadi stabilliyi haqqında müsbət rəy formalaşıb: “Bu günə qədər Yaponiya höküməti Bakıda yerləşən səfirlik, JİCA və JETRO vasitəsilə Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrində bir çox uğurlu layihələrə imza atıb. Bütün bunların nəticəsində Azərbaycanla Yaponiya arasında biznes əlaqələri gözə çarpacaq dərəcədə inkişaf edib”.

 

Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı qeyd edib ki, statistik göstəricilər baxımından da Azərbaycan digər post-sovet ölkələri ilə müqayisədə daha çox bel bağlanılan bir tərəfdaşa çevrilib.

AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro Azərbaycanla Yaponiyanın regionları arasında əlaqələrin qurulmasında maraqlı tərəf olduqlarını və hər iki ölkənin mədəni əlaqələrinin inkişafı üçün çalışacaqlarını bildirib. O deyib ki, siyasi və iqtisadi sahədə gözəçarpan inkişaf ölkələrimiz arasında olan mədəni əlaqələrin inkişafı üçün də mükəmməl şərait formalaşdırıb.

 

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov isə Azərbaycan və Yaponiya dövlətləri arasında inkişaf etməkdə olan siyasi və iqtisadi əməkdaşlığa, hər iki sahədə artan qarşılıqlı səfərlər haqqında geniş məlumat verib.

Ə. Məmmədov xüsusilə vurğulayıb ki, Yaponiya ilə Azərbaycanı birləşdirən iki əsas amil var: “İnsan və tarix”. Həm Yaponiya, həm də Azərbaycan öz qədim tarixləri və vətənləri üçün canla başla çalışan, onu sevən vətənpərvər insanları ilə fəxr edə bilər. Azərbaycanda Yaponiya dövlətinə, insanlarına, mədəniyyətinə böyük ehtiramla yanaşırlar. Yaponiya istehsalı olan məhsullara inam yüksək səviyyədədir.

Eyni zamanda, Azərbaycanın Yaponiyadan kənd təsərüfatı və turizm sahəsində öyrənəcəyi bir çox məsələlər var.

Digər tərəfdən, Azərbaycan Yaponiya üçün regionda və post-sovet məkanında geosiyasi baxımdan ən etibarlı tərəfdaş rolunu oynamağa qadir dövlətdir”.

Ə. Məmmədov Yaponiyada Azərbaycan diasporasının uğurlu fəaliyyəti haqqında məlumat verərək, bu işin Yaponiyada Azərbaycan adının tanıdılmasında və Azərbaycanda Yaponiyanın təbliği məsələsində çox mühüm rol oynayacağına əminliyini ifadə edib.

 

Mənbə: Modern.az

http://modern.az/az/news/113122/#gsc.tab=0

sekil-yaponiya-parlament

Diasporumuzun rəhbəri Yaponiya xarici işlər nazirinin köməkçisi ilə görüşüb

Yaponiya Parlamentinin binasında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov Yaponiya Xarici İşlər Nazirinin köməkçisi Takey Şunsuke ilə görüşüb. Görüş zamanı Azərbaycan-Yaponiya əlaqələri, hər iki ölkənin regionları arasında münasibətlərin hazırkı vəziyyəti, inkişaf potensialı, biznes mühitinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Əlibəy Məmmədov sürətli inkişaf yolu keçmiş, siyasi cəhətdən tam stabil və qüvvətli olan Azərbaycan Respublikasının siyasi sistemi, iqtisadiyyatı, yaponiyalı iş adamlarının Azərbaycana olan böyük marağı, kənd təsərrüfatı və turizm sahələrində ölkələrimiz arasında inkişaf etməkdə olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, Azərbaycanda Yaponiyaya böyük hörmət və ehtiramla yanaşırlar.

Ə. Məmmədov vurğulayıb ki, son illər həm Xarici İşlər Nazirlikləri, həm İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində ölkələrimiz arasında olan yaxınlaşma qarşılıqlı anlaşmaya söykənir. Bu istiqamətdə Yaponiyanın Azərbaycanda, Azərbaycanın Yaponiyada daha da yaxından tanıdılması işində diaspora təşkilatının da böyük töhfələr verəcəyi ifadə olunub. Görüşdə Azərbaycan-Yaponiya biznes əlaqələri, Yaponiyanın Miyazaki prefekturası ilə Azərbaycan regionlarının əməkdaşlığı və bu işdə AVC şirkətinin bir nümunə olacağı vurğulanıb.

Müzakirənin sonunda Ə. Məmmədov Takey Şunsukeni Azərbaycana səfərə dəvət edib.

Takey Şunsuke isə öz növbəsində Azərbaycanın kifayət qədər cəlbedici dövlət olduğunu dilə gətirməklə, şans yaranacağı təqdirdə, böyük sevinc hissi ilə səfər etmək fikrində olduğunu qeyd edib.

Nigar

takey-shunsuke-ile

Mənbə: Palitra.az

http://palitranews.az/news.php?id=59049

 

Yaponiya Parlamentində Azərbaycanla bağlı müzakirələr keçirilib

Cari ilin Sentyabr ayının 29-da Tokyoda Yaponiya parlamentinin binasında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın sədri Əlibəy Məmmədov Yaponiyanın Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Takahashi Seiichiro və Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin Turizm şöbəsinin Rusiya, Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Asako Ueno, AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro tərəfindən Azərbaycanın iqtisadi-siyasi reallığı, biznes mühiti, mədəni əlaqələr və yerli şirkətlərin fəaliyyəti mövzusunda müzakirələr aparılıb.
Müzakirələr zamanı müstəqillik əldə etdikdən sonra sürətli inkişaf yolu keçmiş Azərbaycan Respublikasının iqtisadi potensialı, geosiyasi vacibliyi, qarşılıqlı anlaşma əsasında qurulmuş və inkişaf etməkdə olan Yaponiya-Azərbaycan münasibətləri haqqında geniş fikir mübadiləsi aparılıb.
Takahashi Seiichiro cari ilin Avqust ayının sonlarında Bakıya səfər etdiklərini, Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi üçün yerli əməkdaşlarla görüşlər keçirdiklərini vurğulayıb. O bildirib ki, Azərbaycan Respublikası müstəqilliyin ilk illərində çox ağır bir şəraitdə, vətəndaş müharibəsinin baş verdiyi bir dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanda stabil siyasi sistemin qurulmasında və onun möhkəmləndirilməsində, iqtisadi həyatının dirçəlməsi və inkişaf etdirilməsində mühüm rol oynayıb. Hal-hazırda İlham Əliyev tərəfindən bu siyasətinin uğurla davam etdirilməsi və daha da inkişaf etdirilməsi göz qabağındadır. Hazırda Azərbaycan post-sovet məkanında və öz regionunda lider bir dövlətə çevrilib.
Takahashi Seiichiro Sentyabr ayının 26-da Azərbaycanda baş tutmuş referendum haqqında söhbət açaraq, Azərbaycan hökümətinin demokratiya yolunda inamlı addımlarla irəlilədiyini qeyd edib. O referendumun nəticələrinin Azərbaycanın siyasi və iqtisadi sisteminin daha da stabil olmasına böyük töhvələr verəcəyini vurğulayıb.
Asako Ueno bildirmişdir ki, Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan Respublikası, onun siyasi-iqtisadi stabilliyi haqqında müsbət rəy formalaşıb. Bugünə qədər Yaponiya höküməti Bakıda yerləşən səfirlik, JİCA və JETRO vasitəsilə Azərbaycanda Kənd Təsərrüfatı və Enerji sahələrində bir çox uğurlu layihələrə imza atıb. Bunların nəticəsi kimi Azərbaycan və Yaponiya arasında biznes əlaqələri gözə çarpacaq dərəcədə inkişaf edib.
O qeyd edib ki, statistik göstəricilər baxımından da Azərbaycan digər post-sovet ölkələri ilə müqayisədə daha çox bel bağlanılan bir tərəfdaşa çevrilib.
AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro Azərbaycanla Yaponiyanın regionları arasında əlaqələrin qurulmasında maraqlı tərəf olduqlarını və hər iki ölkənin mədəni əlaqələrinin inkişafı üçün çalışacaqları qeyd edib. O bildirib ki, siyasi və iqtisadi sahədə gözə çarpan inkişaf ölkələrimiz arasında olan mədəni əlaqələrin inkişafı üçün də mükəmməl şərait formalaşıb.
Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov, xoş qəbula görə öz minnətdarlığını bildirdikdən sonra Azərbaycan və Yaponiya dövlətləri arasında inkişaf etməkdə olan siyasi və iqtisadi əməkdaşlığa, hər iki sahədə artan qarşılıqlı səfərlər haqqında geniş məlumat verib.
Ə. Məmmədov xüsusilə vurğulamışdır ki, Yaponiya və Azərbaycanı birləşdirən iki əsas amil vardır: “İnsan” və “Tarix”. Həm Yaponiya həm Azərbaycan öz qədim tarixləri və vətənləri üçün canla başla çalışan, onu sevən patriot insanları ilə fəxr edə bilər. Azərbaycanda Yaponiya dövlətinə, insanlarına, mədəniyyətinə böyük ehtiramla yanaşırlar. Yaponiya istehsalı olan məhsullara inam yüksək səviyyədədir. Eyni zamanda, Azərbaycanın Yaponiyadan Kənd Təsərüfatı və Turizm sahəsində öyrənəcəyi bir çox məsələlər vardır. Digər tərəfdən, Azərbaycan Yaponiya üçün regionda və post-sovet məkanında geosiyasi baxımdan ən etibarlı və güvənilən partnyor rolunu oynama qadir dövlətdir.
Ə. Məmmədov Yaponiyada Azərbaycan diasporasının uğurlu fəaliyyəti haqqında məlumat verərək, bu işin Yaponiyada Azərbaycan adının tanıdılmasında və Azərbaycanda Yaponiyanın təbliği məsələsində çox mühüm rol oynayacağına əminliyini ifadə edib.
Sonda xatirə şəkli çəkilib.

sekil-yaponiya-parlament

Mənbə: Palitra qəzeti (29 Sentyabr 2016)

http://palitranews.az/news.php?id=58995

 

Türkiyədəki hərbi çevriliş cəhdi

Türkiyədəki hərbi çevriliş cəhdini mən də qınayıram və dəstəkləmirəm.

Amma hal-hazırda Türk dövlətinin, polisinin və insanlarının onun əsgərlərinə qarşı etdikləri hərbi çevriliş aktından daha çox tənqid olunmalıdır.
Tarixlər yazmış, düşmənlərini qarşısında diz çökdürmüş Osmanlı İmperiyasını, müstəqil Türkiyə dövlətini yaşadan, onu ucaldan hər zaman onun əsgəri olmuşdur.
Hökümət rəhbərliyi ilə ordu generalları arasında olan fikir ayrılıqlarına görə və ya hər hansısa bir hakimiyyət davasına görə, dünyanın gözündə Türk əsgəri imijini alçaltmaq, onların heç birinin haqqı deyildir.
Erdoğana qarşı olmamışam heç zaman, Azərbaycanı hər zaman yüksək siyasi zirvələrdə dəstəkləməsini də yüksək qiymətləndirirəm.
Amma Erdoğan öz liderliyini göstərmək üçün, hərbçiləri azad etməlidir. Onların dərdlərini, düşüncələrini dinləməlidir. O zaman onun əsl lider olduğunu söyləmək olar.
Xüsusilə adi əsgərləri camaatın, polisin ayaqları altına atmağa nə Erdoğanın nə də digər hər hansısa digər bir siyasi rəhbərin heç bir hüququ yoxdur.
Hər zaman Türkiyəni əsgərini, şəhitini başları üzərində gəzdirən bir dövlət kimi görmüşük. İndi hansı səhnələrə şahid oluruq?

Mən əminəm ki, oradakı əsgərlər Türkiyəni ən az Ərdoğan kimi sevirlər. Türkiyə dünyəvi dövlət olmalıdır. Necə ki, Atatürk canı və qanı bahasına onun müstəqilliyini qoruyub saxlaya bilmişdi. Şəriət qanunları ilə idarə olunan Türkiyəni şəxsən mən görmək istəmirəm. İndi zaman dünyəvilik, sekulyarlıq zamanıdır.

Bütün sevgim və qəlb ağrılarımla həqiqi Türkiyənin yanındayam.

img_20160717_171659.jpg

img_20160717_011748.jpg