北大でアゼルバイジャンの多文化主義に関する連続講義

アゼルバイジャンのバクー国際多文化主義センターと北海道大学スラブ・ユーラシア研究センターの合意により、今月からスラブ・ユーラシア研究センターで「アゼルバイジャンの多文化主義」というタイトルで講義をすることになりました。アゼルバイジャンの多文化主義センターのトップを大統領が直接任命します。ご存知の方も多いと思いますが、私はここ2年間東京の学校でも「アゼルバイジャンの多文化主義」というタイトルで講義をしております。北大の学生さんにもアゼルバイジャンに興味を持っていただき、アゼルバイジャンの友人をたくさん作りたいと思います。ヒトとヒト、国と国をつなげる最大の武器は文化交流・教育交流です。優秀な学生さんはアゼルバイジャンで開催される冬の学校に参加する機会を与えていただきます。もうすこしアゼルバイジャンの文化に触れていただき、一人でも多くの日本人にアゼルバイジャンのことを知っていただければ、私にとって、それに優る幸せはありません。よろしくお願いいたします。

 

http://src-h.slav.hokudai.ac.jp/jp/seminors/src/2017.html#1710-12

 

http://src-h.slav.hokudai.ac.jp/jp/seminors/src/pdf/2017/17Continuous%20lecture.pdf

 

22218418_485989068434943_6096518715410991473_o

 

Advertisements

Respublika günü və Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı tədbirdə アゼルバイジャンの共和国記念日レセプション

アゼルバイジャンの共和国記念日とアゼルバイジャン・日本外交関係開設25周年レセプションに招待されました。うちの大使に一番優秀な学生(日本で活躍中のアゼルバイジャン人)として評価されました。うれしいことに、昨今、日本に留学したいアゼルバイジャン人学生さんの数も増加傾向にあります。彼らは日本とアゼルバイジャンの総合的な関係の将来を築いていくでしょう。Respublika günü və Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş təntənəli tədbirdə iştirak etdik. Tədbirdə Azərbaycan himni yaponiyalı xanım müğənni tərəfindən azərbaycan dilində mükəmməl formada ifa edildi. Bu xanım həm də Azərbaycandan Yaponiyaya nar şirələrinin idxalı ilə məşğuldur. Azərbaycanı çox sevir. Tədbirdə eyni zamanda Yaponiya ictimaiyyətinin aparıcı insanları fəal şəkildə iştirak etdilər. Digər tərəfdən qürur duyulası digər bir məqam, Yaponiyaya təhsil almağa gələn həmyerlilərimizin sayının və keyfiyyətinin durmadan artmasıdır. Təhsil və mədəniyyət səviyyəsi gözəçarpacaq səviyyədə inkişaf etməkdədir. Bütün bunlar heç şübhəsiz ki, Azərbaycan və Yaponiya münasibətlərinin bütün sahələrdə hər tərəfli inkişafına öz töhvələrini verəcəkdir.

IMG_20170525_234917_861

IMG_20170525_234957_015

received_10154721192233178

IMG_20170525_235122_448

FB_IMG_1495755211684

“Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var” (Palitra qəzeti)

Əlibəy Məmmədov:
“Azərbaycanda 2000-ci ildə səfirlik açıldığı halda, Ermənistanda bundan 15 il sonra, 2015-ci ildə Yaponiya səfirliyi açılıb. Bu faktın özü Yaponiya hökumətinin Azərbaycana verdiyi önəmin bariz nümunəsidir”

Müsahibimiz Hokkaydo Universitetinin doktorantı Əlibəy Məmmədov Yaponiyada Qarabağ və Kuril adaları, eləcə də Şri-Lanka vətəndaş müharibəsi mövzularında elmi araşdırma aparır. O, qəzetimizə müsahibəsində bu araşdırmanın detalları haqqında danışıb. Qeyd edək ki, Ə.Məmmədov Yaponiyanın hökumət təqaüdçüsü, Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının Fəxri Prezidenti (ötən iki ildə prezidenti), Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir.

– Dağlıq Qarabağ və Kuril adaları münaqişələrinin nə kimi oxşar cəhətləri var?
-Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında ölüm-dirim mübarizəsi olmuşdur. Bu gün də belədir. Cənubi Kuril adaları problemi isə Şumuşu adasında olmuş döyüşü nəzər almasaq, demək olar ki, qan tökülmədən ötüşüb. Cənubi Kuril adalarının Rusiyanın əlinə keçməsindən 72 il, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs rejiminin imzalanmasından 23 il ötür. Hər iki münaqişə arasında fərqli nüanslar çoxdur və bu səbəbdən Yaponiyanın elm dünyasında məni tənqid edən professorlar da az deyil. Lakin mən belə hesab edirəm ki, hər iki münaqişə arasında kifayət qədər müqayisələr aparmaq olar. Təsadüfi deyildir ki, hər iki halda münaqişə baş verənədək o ərazilərdə yaşayan, həmin yerləri öz yurd-yuvaları hesab edən insanlar, məcburi şəkildə həmin əraziləri tərk etmişlər. Hər iki halda yaşam məhv olmuşdur. Əlbəttə, miqyas baxımından Azərbaycan tərəfində itki daha çox olub. Hər iki münaqişədə Rusiya faktorunu unutmaq olmaz. Ermənistan və Rusiyada müharibənin nəticəsi olaraq əldə olunmuş torpaqlar nəzəriyyəsi yaradılmışdır. Azərbaycan və Yaponiyada isə işğal edilmiş torpaqlar nəzəriyyəsi. Bu nəzəriyyələrə müqayisəli baxışın özü də kifayət qədər maraqlı ola bilər. Bu sahəylə bağlı elm dünyasında “Border Studies” adlı bir məfhum var. Mən öz elmi işimdə bu aspektdən yanaşıram və Cənubi Kuril adaları ilə Dağlıq Qarabağ münaqişəsinin müqayisəli təhlilini real hesab edirəm. Eyni zamanda mənim tədqiqat sahəmə Şri-Lankada baş vermiş vətəndaş müharibəsi və müharibədən sonrakı vəziyyət də daxildir. Hazırda Şri-Lanka problemi ilə Dağlıq Qarabağ probleminin müqayisəsi ilə bağlı digər bir məqaləmin üzərində tamamlama işlərini aparıram. May ayında çapdan çıxacağı gözlənilir.
-Yaponların Qarabağ mövzusuna marağı hansı səviyyədədir?
-Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var. Təbii ki, Gürcüstanın ərazi problemləri, Krım məsələsi, son illər dünya elmində olduğu kimi, Yaponiyada da əsas araşdırılan sahələrdəndir. Yaponiyada Rusiya, Mərkəzi Asiya və keçmiş sovet ölkələri ilə bağlı tədqiqatlar aparılan mərkəzlərdə, rəsmi orqanlar və universitetlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlar var. Hazırda bu sahə ilə bağlı elmi iş yaza biləcək təxminən 5 yaponiyalı məşhur elm adamı da var. Bununla belə, adi insanlar səviyyəsində Qarabağ münaqişəsini tanımayanlar kifayət qədərdir. Bunu normal qarşılamaq lazımdır. Bir ölkədə ki, öz ərazi problemini tanımayan, ona maraq göstərməyən insanlar kifayət qədərdir, o halda, digər bir ölkənin ərazi probleminə maraq gözləmək sadəlövhlük olardı.
-Ümumiyyətlə, Yaponiya hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi nədir?
-Bu haqda digər müsahibələrimdə də məlumat verdiyim üçün qısa cavablandıracam. Yaponiya hökuməti bütün rəsmi səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Cənubi Qafqazda Azərbaycanı özünə ən etibarlı tərəfdaş kimi görür. Azərbaycanda 2000-ci ildə səfirlik açıldığı halda, Ermənistanda bundan 15 il sonra, 2015-ci ildə Yaponiya səfirliyi açılıb. Bu faktın özü Yaponiya hökumətinin Azərbaycana verdiyi önəmin bariz nümunəsidir.
-Yaponiya mediasında Dağlıq Qarabağ münaqişəsi haqqında yazılar dərc etdirə bilirsizmi?
-Kifayət qədər oxucu kütləsi olan Yaponiya qəzetlərində Dağlıq Qarabağla bağlı məqalələrim çap edilib. 2016-cı il noyabr ayının 17-də “Hokkaydo” qəzetinin 1 milyon 18 min tirajlıq səhər buraxılışında bir məqaləm dərc edilib. Putinin Yaponiyaya rəsmi səfəri ilə əlaqədar Cənubi Kuril adaları və Dağlıq Qarabağ münaqişəsinə maraq artıb. Bunun nəticəsində “Tokyo” qəzetinin 510 min tirajlıq səhər buraxılışı, “Chuniçi” qəzetinin 2 milyon 450 min tirajlıq gündəlik buraxılışı, “Hokuriku Chuniçi” qəzetinin təxminən 100 min tirajlıq gündəlik buraxılışının hər birində iki müsahibə tipli məqaləm dərc olunub. Hər birində Dağlıq Qarabağ münaqişəsi ilə Cənubi Kuril adaları probleminin müqayisəli təhlili haqqında fikirlərimi bölüşmüşəm. Aprel döyüşləri əsas müzakirə mövzusu olmuşdur. Bilirsiz, Yaponiya dünya səviyyəsində ən çox qəzet oxunulan ölkələrdən biridir. Bu qəzetlərə çıxa bilməyim birbaşa Yaponiyada olan elmi fəaliyyətimlə bağlı olub. Digər tərəfdən, Dağlıq Qarabağla bağlı elmi səviyyədə “Hokkaydo Mərkəzi Avrasiya Elmi Konfransı”nın 121-ci sessiyasında 2015-ci ilin dekabr ayının 14-də yapon dilində, 2016-cı il aprel ayının 16-da ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş 58-ci Qərb Sosial Elmləri Assosiasiyanın nəzdində təşkil edilmiş, Sərhəd Elmləri Assosiasiyanın 33-cü sessiyasında ingilis dilində məruzələr etmişəm. Əlavə olaraq, Yaponiyanın paytaxtı Tokio şəhərində yerli internet televiziya kanalında dəfələrlə qonaq olub və Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın qəhrəmanlıq səhifələrindən biri olan ötənilki Aprel döyüşləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışlar etmişəm. Bundan sonra da bu fəaliyyətimi geniş və sürətli şəkildə davam etdirəcəyəm.
-Sizi Qarabağ mövzusunu işləməyə nə vadar etdi?
-Bilirsiz, mən tarixçi ailəsində böyümüşəm. Tarixə, konfliktologiya sahəsinə hər zaman böyük marağım olub. Qarabağ müharibəsi zamanı mən kiçik uşaq idim. Televiziya vasitəsilə olanları izləyirdim. Torpaqlarımızın dilbər guşələrinin ard-arda mənfur düşmən tərəfindən işğalını ürək ağrısı ilə seyr edirdim. 5-6 yaşlı uşaq nə edə bilərdi ki? Amma böyüdükcə, biliklərə yiyələndikcə, dünya görüşüm və əhatə dairəm genişləndikcə şərtlər dəyişdi. Azərbaycanı Qarabağsız təsəvvür etmək mənəvi günah olardı. Universitetə daxil olduqdan sonra, sadəcə, Qarabağ münaqişəsi deyil, dünyanın bir çox digər vətəndaş müharibələrini, ərazi problemlərini, millətlərarası münaqişələri araşdırmağa, öyrənməyə başladım. Son nəticə olaraq Yaponiya və Rusiyanın ərazi problemi olan Cənubi Kuril adaları məsələsi ilə müqayisə etmək qərarına gəldim. Bilirsiz, xarici ölkələrdə təktərəfli olaraq yalnız Qarabağ həqiqətlərindən danışmaq yerli insanların qəlbinə hopmuş olmur. Sadəcə, qulaq asıb gedirlər. Amma, əgər onların ağrılı, yaralı yerləri ilə birlikdə müqayisəli şəkildə məsələnin izahını verirsənsə, bu onların qəlbində dərin izlər buraxır. Eyni zamanda Azərbaycan xalqına qarşı xüsusi simpatiya yaratmış olur. Mənim əsas məqsədim bu ortamı yaratmaq idi ki, bir çox məqamlarda artıq buna nail olduğumu deyə bilərəm.
-Yaponiyada insanların təhlükəsizliyi ilə bağlı qanunvericilik bazası necə formalaşıb?
-Bilirsiz, mən hüquqşünas olmadığuma görə bu suala cavab verə bilməyəcəm. Sadəcə, burada yaşayan biri kimi onu deyə bilərəm ki, Yaponiyada qanunvericilik çox sərtdir. Sadəcə, ədalətlidir. Ədalət isə sərt qanunlar üzərində qurulur.
-Bu ölkədə insan hüquqları Qərbin demokratik ənənələrinə nə dərəcədə uyğun gəlir?
-Bu sual da öncəki kimi, mənim peşəkar sahəmə aid olmadığına görə cavab verə bilməyəcəm. Sadəcə, onu deyə bilərəm ki, Yaponiyanın konstitusiyası Amerikanın işğalı dövründə Amerikanın diqtəsi ilə hazırlanmış və qəbul edilmişdir. O baxımdan ABŞ dəyərlərini də bir çox mənalarda özündə əks etdirən demokratik ənənələr vardır. İnsan hüquqları yüksək səviyyədə qorunur.
Fuad Hüseynzadə

Mənbə: Palitra qəzeti

http://palitranews.az/news.php?id=67069

Tarix: 28.03.2017 | Saat: 20:34:00

alibay palitra shekil

Yapon xalqı

Bir yaponiyalı biznesmen dostum bizə gəlmişdi. Onunla hər görüşümdən böyük təəssüratlarla ayrılıram.

Bu dəfə də elə oldu.

Dedi ki, 2011-ci il Mart ayının 11-də Yaponiyada dəhşətli zəlzələ olanda, sunamilər şəhərləri, evləri, insanları yuyub aparanda, Fukuşima atom elektrik stansiyasının dəhşətləri üzə çıxanda belə yaponlar nizam-intizamı qorumağa çalışırdılar.

Çaxnaşma yaratmamağa çalışırdılar. Yaponlar üçün müharibə qaydaların, qanunların pozulması deməkdir. Zəlzələdən 1 həftə sonra Fukuşima atom elektrik stansiyasının təsir dairəsi bəlli olanda insanlar ora getməyə çəkinirdilər. Bununla belə orada yaşayan insanlar vardı. Onlara qida aparmaq lazım idi. Yoxsa acından öləcəkdilər.

Məhz mənim yapon dostum özü böyük tır kirayələyərək içini ərzaqla doldurmuş və ehtiyacı olan, radiasiyanın çox güclü olduğu regionlara aparmışdır. Ən təsirli hadisələr isə bundan sonra başlayır.

Zəlzələnin təsirindən yollar dalğa formasını almışdı. Qırılmış, tamamilə yararsız hala düşmüş yollar da vardı. Dəhşətli hadisələrdən cəmi 1 həftə keçmişdi.

Amma görünürdü ki, yolları kimlərsə təmir etməyə çalışır. Dövlətin bunları etməyə nə gücü vardı, nə də elə bir vaxtı.

Bu yolları düzəltməyə, təmir etməyə çalışanlar məhz sunami nəticəsində anasını, atasını, övladını, həyat yoldaşlarını, qohumlarını itirmiş şəxslər idi. Onlar öz ailələrini düşünmürdülər. Onlar necə etmək olar ki, daha çox insanın həyatını xilas etsinlər, məhz bu haqda düşünürdülər.

Bunun üçün ilk məsələ isə həyati əhəmiyyəti olan yolların bərpa edilməsi idi.

Bütün bunları dinlədikcə bir daha yapon xalqı və milləti qarşısında baş əyirəm və bu xalq mənim gözümdə daha da yüksəklərə qalxır. Çox şadam ki, məhz belə bir xalqın nümayəndələri ilə təhsil almaq, işləmək nəsibim olmuşdur.

Əlibəy Məmmədov

25 Mart 2017-ci il

Tokyo, Yaponiya

Yapon məktəblilərindən məktublar (Palitra qəzeti)

“Azərbaycanla bağlı kifayət qədər maraqlı məlumatlar verdiyinizə görə mən də Azərbaycana getmək fikrinə düşdüm”

Xəbər verdiyimiz kimi, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov 2016-cı ilin avqust ayından Tokio məktəblərində dərs deməyə başlayıb. Hər ay onun 3 – 6 dərsi olur. Əlibəy Məmmədovun sözlərinə görə hər dərsdən bir neçə həftə sonra məktəb rəhbərliyi tərəfindən şagirdlərin yazdığı məktublar onun ünvanına göndərilir: “İnanın ki, bu məktublarda şagirdlərin öyrəndiklərini, Azərbaycana yaranmış sevgi hislərini görəndə sevinc göz yaşlarını saxlamaq olmur. Bu hissi anlamaq heç də hər kəsə nəsib olmur”.

Ə.Məmmədov deyir ki, qısa müddət ərzində orta hesabla 500-dən çox məktub alıb: “Əksəriyyət ilk dəfə eşitdiyini, belə bir ecazkar ölkəyə hökmən getmək istədiklərini bildirir. Onlardan bəziləri, hətta gələcəkdə Azərbaycanda təhsil almaq, işləmək, yaşamaq belə istəyir. Yaponiyalı şagirdlərdə Azərbaycana qarşı bu cür sevgi hissinin, müsbət rəyin yaradılması, gələcəkdə Azərbaycan və Yaponiya münasibətlərinə müsbət təsir göstərə bilər”.
Yapon məktəblilərinin Azərbaycan haqqında fikir və düşüncələrini bilmək üçün elə Ə.Məmmədovun tərcüməsilə onlardan bir neçəsinin məktubunu diqqətinizə çatdırırıq. Öncə bildirək ki, Yaponiya qanunlarına görə məktəblərin və uşaqların adlarını yazmağa icazə yoxdur. Ümumi olaraq bu məktublar 7-11-ci sinif şagirdləri tərəfindən yazılıb.
Məktubların birində müəllif, Əlibəy müəllimin dərsini dinlədikdən sonra bu günədək heç tanımadığı Azərbaycan haqqında dərin biliklərə yiyələnmiş olduğunu qeyd edir: “Yaponiyada rastlaşmadığımız bir neçə maraqlı mövzu da olduğundan kifayət qədər maraqlı gəldi. Azərbaycanın paytaxtı Bakı şəhəri haqqında xırda incəliklərinə qədər izah etməyiniz, dinləyici tərəf olaraq məni çox sevindirdi. Xüsusilə məni təəccübləndirən (Naftalanın) “Neft vannaları” oldu. Yaponiyada isti bulaqlar mədəniyyəti qədim zamanlardan formalaşsa da, “neft vannaları” adlı fərqli üsulu ilk dəfə idi ki, eşidirdim. Bundan əlavə, bir çox maraqlı mövzulara görə Sizə təşəkkür edirəm”.
Başqa bir məktub müəllifi isə Ə.Məmmədovun Azərbaycanla bağlı söhbətlərinin kifayət qədər maraqlı olduğunu bildirir: “Sayənizdə yeni biliklərə yiyələndim. Xüsusilə 3000 il öncədən durmadan yanan “Yanar Dağ”, “Odla bağlı mövzular” çox maraqlı idi. Eyni zamanda şəkillərdən istifadə edib izah etdiyinizə görə daha yaxşı anlaya bildim. Azərbaycanın toyları ilə bağlı olan mövzu, iştirak edən insanların sayına təəccübləndim. Həm də ən sonda qeyd etdiyiniz “insan səy göstərərsə, onun arzusu reallaşar” ifadənizə heyran qaldım. Mənim də öz arzularım var. Səy göstərməklə onları reallaşdırmaq hissinə qapıldım. Azərbaycanla bağlı kifayət qədər maraqlı məlumatlar verdiyinizə görə mən də Azərbaycana getmək fikrinə düşdüm. Xüsusilə Sizdə meyvə və digər məhsulların daha ucuz olması cəlbedici gəldi”.
Digər məktub müəllifi də Azərbaycanın harada yerləşdiyini, necə ölkə olmasını ilk dəfə öyrəndiyini yazıb: “Düşündüyümdən də çox inkişaf etmiş bir dövlət olmaqla yanaşı, qiymətlərin aşağı olması, Yaponiyada hiss edə bilməyəcəyimiz regionların özünəməxsus mədəniyyəti və təbiətini öyrəndik. Söhbətiniz əsnasında ətraf mühit və yer adları məni özünə cəlb etdi. Çox sevinirəm ki, belə bir dərsin iştirakçısına çevrildim. Çox sağolun”.
Daha bir məktubun müəllifi Ə.Məmmədovun dərsini dinlədikdən sonra Azərbaycanın möhtəşəm bir dövlət olduğunun fərqinə vardığını bildirib: “Meyvələrin, balın qiymətlərinin ucuz olması məni təəccübləndirdi. Nə vaxtsa yemək istərdim. “Neft vannaları”ndan çəkinsəm də, nə vaxtsa daxil olmaq istərdim. Toylarınıza orta hesabla 300 nəfərin gəlməsi və s. əyləncəli gəldi. Azərbaycanla bağlı bir çox biliklərə yiyələndim. Minnətdaram”.
Qeyd edək ki, bütün məktublarda Ə.Məmmədova Tokio məktəblərində Azərbaycan Respublikası barədə dərs keçdiyinə görə təşəkkür edilir.
Fuad Hüseynzadə

Mənbə: Palitra qəzeti

http://palitranews.az/news.php?id=64264

yapon-mektebli

幸せを呼ぶ母の声 (Xoşbəxtliyə çağıran anamın səsi)

幸せを呼ぶ母の声 ”Xoşbəxtliyə çağıran anamın səsi”

誰にとっても、生まれた日から死ぬ日まで、幸せは不幸に、不幸は幸せに、いつも変わります。私にとってこれは人生の法則です。もちろん子どもには、そんなことはわからないかもしれません。

私は子どもの頃、自分は世界でいちばん幸せな人間だと思っていました。いつか自分に不幸が訪れるとは、想像もできませんでした。

しかし、9歳のとき、はじめての不幸を味わいました。これまでの私の人生で最も苦しいことでした。私の家庭でとても大きな問題が起こり、私たちは家を売らなければならなくなってしまったのです。その家は、私の子ども時代の思い出がたくさん詰まった家でした。母が教えてくれた詩。父が買ってくれたピアノ。弟の誕生。弟との喧嘩。初めての誕生日会。そして料理を作りに来てくれた女の子との初恋・・・。

いろいろな人が出入りし、小さな幸せが毎日訪れる家でした。

私は、その売られてしまった家を見るために、苦しくて、せつない気持ちでいっぱいになり、いつも涙がこぼれました。家が売られてしまったという事実を、どうしても認めることができませんでした。家が失われたのと一緒に、私の幸せも失われました。そして、大切な友達からも離れざるを得ませんでした。心が痛み、私は笑顔をなくしました。この家は私の少年時代そのものだったのです。

ある夜、私が泣いていると、母が部屋に入ってきました。秋の初めの夜空には白い月がかかり、母はその月明かりを浴びながら、しばらく何も言わずに窓際に立っていました。時計の小さな音が部屋に響きました。母は私に毛布をかけてくれ、髪に口づけしながら、透き通った声で、「気にしないで。心配いらないから。」と言ってくれました。

Anam və mən, Tokioda. 母。成田空港にて
Anam və mən, Tokioda.
母。成田空港にて、2014年7月

それまでの私の家族は問題の処理に追われて、私たち子どものことを気にかける余裕は誰にもありませんでした。あのときの母は、本当の母だったのか、それとも、夢だったのか。私にとっては、それはどちらでもいいことでした。母は私のことを、ちゃんと、覚えていてくれたのです。たった5分のことでしたが、それはとても不思議で、特別な5分間でした。

Anam Hokkaidoda. 母、北海道にて
Anam Hokkaidoda.
母、北海道にて。2014年8月

母の美しく響く声は、私の考えをすべて、根底から変えました。私は幸福な未来についてだけ考え始めました。「鳥は飛ぶために、人間は幸福になるために生まれた。」という言葉があります。人間は幸福を失って初めて、より大きな幸福を手に入れることができます。私は、前に進む力を得たのです。

Anamla Yaponiyada metroda.  母、地下鉄にて
Anamla Yaponiyada metroda.
母、地下鉄にて。2014年8月

私は今、本当にとても幸せです。皆さまのような立派な方々の前で、自分の小さな経験をお話しする機会をいただけるのは素晴らしいことです。

皆さんも、何か困難ことにぶつかったとき、両親や、まわりの人がしてくれたことを思い出してみて下さい。私は将来どんな不幸と遭遇しても、それを人生の試練と受け止めて、幸せを見つける努力をしたいと思います。

私は今年の夏休みに、その家があったところを再び訪れてみました。公園のベンチに座って、そのころのことを思い出していると、母の声が聞こえました。「アリベイ、そんなところで何やっているの。早く家に帰りなさい。」

ご清聴ありがとうございました。

アリベイ・マムマドフ(学部4年生)

日本語弁論大会

バクー国立大学にて

2008年10月

“Gəzən lüğət” 「歩く辞書」 və ya “Mənim yapon dilim” 「私の日本語」

Bu məqalədə mənim yapon dili ilə tanışlığım və bu dili öyrənmə prosesində qarşıma çıxan çətinliklər, sevincli və kədərli anlarım, mənim üzərimdə böyük əməyi olan müəllimlərim, eyni zamanda bəzi stereotiplər haqqında öz şəxsi görüşlərimi qeyd etmək istərdim.

Şəkil 2015-ci il mart ayında Kyoto şəhərində çəkilib.
Şəkil 2015-ci il mart ayında Kyoto şəhərində çəkilib.

Düzünü desəm, mən Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə daxil olmağı arzulayırdım. Amma qəbul imtahanımda topladığım ballarım bunun üçün kifayət etmədiyindən, Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) fakültəsinin yapon dili və ədəbiyyatı şöbəsinə daxil oldum. Coğrafiya fənni üzrə maksimum (25 sual 25 doğru cavab), İngilis dili (25 sual 21 doğru cavab) üzrə çox yüksək nəticələr göstərsəmdə, dil-ədəbiyyat (35 sual 18 doğru cavab) və tarix (25 sual 18 doğru cavab) fənləri üzrə ürəkaçan nəticələr verə bilməmişdim. Hətta bunu eşidib-bilən atam belə həyatımda ilk dəfə məni danlamışdı. “Bəs bütün günü telefonnan qurdalananda belə olacaq də!”.

Bu eyni zamanda həmin vaxta kimi gələn axının təbii davamı idi. Mən məktəb illərində də heç vaxt əla nəticə göstərməmişəm. Ya yaxşı olmuşam ya da yaxşıdan bir az yuxarı. Amma əlaçı heç vaxt olmamışam. Hər zaman nəisə bir şey çatışmırdı əlaçı olmağıma.

2005-ci ilin sentyabr ayı idi, universitetdə ilk günümüz. Dərsə gəldik, tanışlıqlar başladı. Bizim qrupda 4 oğlan və 4 qız var idi. Bir növ balanslaşdırılmış bir qrup idi. Rayondan gələnlərimiz də var idi, şəhərlilər də var idi. Bir onu bilirəm ki, ilk dəfə heroqlif kitabının üzünə açmağımla kitabı bağlamağım eyni anda baş verdi. Sözün həqiqi mənasında qorxmuşdum. Görəsən belə bir dili öyrənmək olarmı?

İlk il yarım, 2-ci kursun oratalarına kimi qrupumuzun uşaqlarının arası əla idi. Can deyib can eşidərdik. Hamımızın da yapon dili üzrə qiyməti 5 (əla) idi amma reallıqda bu 8 nəfərin arasında böyük və kiçik fərqlər var idi. Kimisi gözəl danışmağa cəhd göstərirdi, kimisi sadəcə qrammatika əzbərləyirdi, kimisi də kinolara baxıb başa düşməyə çalışırdı.

Heç şübhəsiz, bizim qrupda qızlarımız daha çalışqan idilər və bu özünü hər cəhətdən büruzə verirdi. Oğlanlarımızda bir (mənfi?) xüsusiyyət var idi. Bir semestr yaxşı oxuyurdular amma növbəti semestr oxumurdular. Stabil deyildilər. Amma qızlarımız hər zaman stabil nəticələr göstərirdilər.

Mən ilk iki il ərzində demək olar ki, hər zaman qrupda yapon dili testlərində ən aşağı nəticəni göstərirdim. Aşağı nəticə desəm də bu əslində bir çoxları üçün arzuolunan, yuxarı nəticələr idi. 100 maksimum baldan 86-88 ballar toplamaq çox yaxşı nəticələrdir. Amma nəzərə alsaq ki, qızlarımızın balları 90-dan yuxarı bəzən də 100 bal olurdu o zaman 86-88 ballar heç də ürək açan nəticələr deyildi.

Mən hətta bir neçə dəfə test imtahanı günləri dərsə bilərəkdən gəlmirdim. Çünki hazırlıqlı deyildim və nəticəmin çox pis olacağından utanırdım. Bu mənim imijimə çox pis təsir göstərirdi. Bizim o zamanki yapon dili müəlliməmiz Tatsuma sensey dərslərin çoxunda heç mən tərəfə baxmırdı da. Həmişə qızlara üstünlük verirdi bu səbəbdən oğlanlar geri qalırdılar. Tatsuma müəllimə elə bir şərait yaratmışdı ki, mən ona yaxınlaşıb bir söz soruşmağa belə utanır, çəkinirdim. Əslində isə o, bəlkə də düz edirdi, kim çalışqan olmayan tələbəyə diqqət ayırır ki?!

İstər-istəməz bu hərəkətlər, bu davranışlar bir tələbəni pisikdirən amillərdən biri idi. Nəzərə alsaq ki, o zamanlar mən psixoloji cəhətdən çox zəif biriydim (çox sevdiyim bir qızın məni atması, ailəmdə olan mübahisələr və s.), bunun mənə necə pis təsir etdiyini təsəvvür etmək o qədər də çətin deyil.

Yadıma gəlir qrup uşaqlarımızdan biri heroqlif dərsində mən ondan köçürtməyə cəhd göstərərkən mənim üzərimə qışqırmışdı. “Özün evdə öyrən gəldə! Niyə mən sənə kömək etməliyəm ki?!”

Bu zaman bizim cavan xanım müəlliməmiz hətta mənim yerimə utanmışdı və həmin qrup yoldaşıma yüngül səslə səslənərək bunun yaxşı hərəkət olmadığını söyləmişdi. Mən isə qıpqırmızı qızarmışdım. Həm hirsli idim, həm də kövrək. Niyə görə axı mən başqasından soruşmalıyam?! Niyə görə axı başqası mənə hamının içində qışqırmalıdır?! Niyə görə mən hamının içində utanmalıyam?!

Belə suallarla dolu günlərim bir-birini əvəz edirdi. O zamanlar 16-18 yaşlarımız olardı, hələ çox şeyi dərk etmirdik, bəlkə də. Amma bir insanın formalaşmasında bu cür hadisələrin rolu danılmazdır.

2007-ci il, 2-ci kursun sonları yaxınlaşırdı. Səhv eləmirəmsə, Mart ya Aprel ayları idi. Mən ilk dəfə Tatsuma müəllimənin keçirtdiyi yapon dili testində qrupda hamıdan yüksək nəticə göstərmişdim. Sevincimin həddi-hüdudu yox idi. Bir çoxları isə bunun sadəcə təsadüf olduğunu düşünürdülər. Həmin nəticələri sübut edən faktı aşağıda təqdim edirəm. Nədənsə müəlliməmiz birinci mənə 91 bal verir, sonra isə fikrindən daşınır və 3 bal azaldaraq 88-ə endirir. Amma yenə də bu qrupda ən yüksək nəticə olur. Bəlkə də, müəlliməmiz başqaları ilə aramda yüksək fərqin olmasını istəmirdi, kim bilir?!

日本語のテスト
日本語のテスト グループの中で、はじめて一番良い成績を上げることができた日。
日本語のテスト
日本語のテスト  グループの中で。はじめて一番良い成績を上げることができた日。

Bizim yapon müəlliməmizin bir gözəl metodu var idi. O, hər zaman yaxşı nəticələr göstərən tələbələrin test kağızına gülərüz və sevincli yapon personajlarının şəkillərini yapışdırar və bununla da həmin tələbələri daha da həvəsləndirmiş olardı. Digər tərəfdən uğursuz nəticə göstərənlərə isə ağlamaq şəkli və s yapışdırardı.

Mənim test kağızıma ilk dəfə  idi ki, bu personajlardan biri yapışdırılmışdı. Özüdə sevincli qoca yapon kişisinin şəkli. Bunun mənası böyük idi. Yəni mən 2 il ərzində çoxlu əziyyətlər çəkdikdən sonra, nəhayət qocalığımda uğur qazana bildim. Mən hələ də həmin test kağızını saxlayıram və tez-tez ona göz gəzdirirəm. Məhz bundan sonra mən özümdə irəliləyişi hiss etməyə başladım. Bu testin nəticəsi məni ruhlandırırdı. Deməli mən də yüksək nəticə qazana bilərəm, deməli mən də birinci ola bilərəm.

Ümumi test nəticəsində məğlub olsam da, tək heroqlifdə desək mən heç vaxt heç kimdən geri qalmırdım. Qrup yoldaşlarım və müəllimlərim isə bunu artıq 3-cü kursun əvvəllərində hiss etməyə başladılar.

4-cü kursda oxuyan bir dostum məndən yapon dili dərslərinin necə getdiyini soruşanda cavab vermişdim ki, “heç kimdən geri qalmamağa çalışıram”. O isə bir qədər mənə qəzəbli formada reaksiya vermişdi. “Geri qalmamaq yox, öndə olub hər kəsi öz ardınca aparmalısan, sözlərinə diqqət yetir”. Bu sözlər hələ də qulağıma sırğadır.

Artıq müəllimiz də dəyişmişdi. Kişi müəllim gəlmişdi. Adı Vatanabe idi. Bu müəllim ədəbiyyatçı idi və fəlsəfi ideyalarla yaşayırdı. Bu müəllimin gəlişi mənim həyatımda, kariyeramda, düşüncə tərzimdə mühüm rol oynamağa başlamışdı. Bu haqda bir qədər sonra.

Azərbaycanlı müəllimlərimizdən isə xüsusilə Yaşar (İbrahimov) müəllimin rolu danılmazdır. 3cü kursa daxil olduqdan sonra Yaşar müəllimin yanına hazırlığa getməyə başladım. Mənə yapon dili qrammatikasını və heroqliflərini dərinliklərinə kimi öyrədən və hər dərs sorğu-sual keçirdən, tələbkar Yaşar müəllimin sayəsində, çay öz axarını qurduğu kimi, mən də öz yolumu tapdım. Artıq məni yapon dili kitablarından ayırmaq mümkün olmurdu. Yaşar müəllimlə ikinci ya üçüncü fərdi dərsimiz idi. Mənim test nəticələrimi gördükdən sonra mənə dedi: “Sənin başın var, çalışsan uğur qazana bilərsən”.

Eyni zamanda qrup dərslərimizdə Yaşar müəllim suallar verəndə, hər hansısa bir suala heç kim yox, mən düzgün cavab verəndə deyərdi: “Görürsüz, Əlibəy bilir”, “Əlibəy çox çalışır” və s. Yaşar müəllimin özü də heyrətə gəlmişdi. Çünki buna qədər mənim haqqımda stereotiplər var idi. “Əlibəy orta səviyyəli yapon dili biləndi və gələcəkdə yəqin ki, başqa bir peşəni seçəcək” və s.

Təbii olaraq, onların buna haqqı da var idi. Çünki mən özüm belə bir şəraiti yaratmış, özüm haqqında bu cürə düşüncələrin yaranmasına rəvac vermişdim.

Hətta mənim qrup yoldaşlarımdan bir neçəsi məni peşəmi dəyişməyə, tarixi seçməyə səsləyirdilər. Tarixçi ailəsində doğulmağım, hər zaman tarix fənlərində yüksək nəticələr göstərməyim, buna əsas səbəb idi. Bir sözlə o vaxtlarda, yapon dilindən başqa digər fənlərdə mənim nəticələrim sözün həqiqi mənasında əla idi.

Yapon dilində isə, xüsusilə, heroqliflər məni özünə cəlb eləmişdi. Məni hətta anam belə evdə saatlarla stulumda oturub heroqlif öyrənməyimdən ayıra bilmirdi. Elə bir səviyyəyə çatmışdım ki, mənə “gəzən lüğət” 「歩く辞書」 ləqəbi vermişdilər. Yolda getdiyim yerdə yuxarı kurslar və aşağı kurslardan tez-tez “Gəzən lüğət sənsən” və s kimi suallar verərdilər. Çoxları məndən məsləhət almağa, yapon dili ilə bağlı suallar verməyə başlamışdılar. Bəzən yaponların belə unutduqları heroqlifləri mən çıxıb lövhədə yazırdım. Hər kəs məni heroqlifi ən gözəl bilən biri kimi göstərirdi.

Hətta 1-ci kursda mənə “Özün evdə öyrən gəldə! Niyə mən sənə kömək etməliyəm ki?!” deyən qrup yoldaşım özü məndən köçürtməyə, öyrənməyə başlamışdı. Bu mənim artıq qələbəm idi. Heroqlifdə rəqibim yox idi. Bunu tam əminliklə deyə bilərəm.

Amma məsələ orasındadır ki, yapon dili təkcə heroqliflərdən ibarət deyil. Mən heroqliflərdə, qrammatikada öndə olsam da, danışıq qabiliyyətim hələ yüksək səviyyədə deyildi. Vatanabe müəllimimiz o zaman Yaponiya səfirliyində təşkil olunmuş tədbirlərdən birindən geri dönərkən yolda mənə bunları demişdi.

“Əlibəy, heroqliflər və qrammatika, vitamin kimi bir şeydir. Sən indi sadəcə vitamin içməklə məşğulsan. Əslində isə vitamini içməklə deyil, real yeməyi yeməklə məşğul olmalısan. Real yemək isə çoxlu kitablar, bədii ədəbiyyatlar oxumaq, yaponlarla canlı ünsiyyətdə olmaq, əlaqələr qurmaq deməkdir.”

Bu sözlər mənə çox təsir etmişdi. Həmin günə qədər gəldiyim yolun səhv olduğunu belə bəzən düşünürdüm.

3-cü kursda oxuyanda artıq 8 nəfər arasında olan saflıq yox olmuşdu. Artıq hər kəs bir-birinə rəqib idi. Bizim qrup Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ən güclü qrup olmuşdur. Biz fakültə daxilində də xaricində də başqalarından seçilirdik. Kənarda 8 nəfərin çox yaxın, bir-biri ilə sıx əlaqədə olduğu deyilsə də, içəridə ciddi və güclü rəqabət gedirdi. Bu isə başa düşülən idi. Bəli, hər kəs 2008-ci ilin mart ayında olacaq imtahana hazırlaşırdı. Bu imtahan Yaponiyanın Bakıdakı səfirliyində təşkil olunacaqdı və qalib şəxs(lər) Yaponiyaya 1 illik oxumağa getməyə şans qazanacaqdı. Hər birimiz bu imtahana ciddi hazırlaşırdıq. Mənim necə əziyyət çəkdiyimi isə hər kəs xüsusən əsl çalışqan tələbələr görürdülər və dilə gətirirdilər. Hesab edirdim ki, bizim qrupdan 3 nəfər Yaponiya hökümətinin təqaüd proqramı hesabına 1 illik oxumağa şans əldə edəcək. Mən özümü və daha iki nəfəri bu 3-lükdə şəxsən görürdüm.

Amma nəticələr bir qədər fərqli oldu və bu imtahandan sonra şəxsən mən çox məyus olmuşdum. Əlbəttə Yaponiyaya oxumağa şans əldə etmiş tələbə yoldaşımın buna tam haqqı var idi və doğru seçim olduğunu düşünürdüm amma niyə mən heç olmasa səfirliyə intervyuya dəvət olunmuş 5 nəfərin içində deyildim?! Bunu bilmək məni ruhən öldürürdü. Axı doğurdan da əziyyət çəkmişdim və öz içimdə özümü buna layiq görürdüm?! Görünür nəsə çatmamışdı…

O vaxtdan 8 il ötür, mən indiki zamandan məsələyə obyektiv qiymət verəndə düşünürəm ki, 1. Mən sadəcə son bir ili (3cü kursu) çox ciddi çalışmışdım, intervyuya çağrılmış tələbə yoldaşlarımsa 3 il idi ki, əziyyət çəkirdilər. 2. Mən sadəcə heroqlif və qrammatikaya üstünlük vermişdim, tələbə yoldaşlarım isə əsas etibarilə ünsiyyətə, bədii ədəbiyyat oxumağa üstünlük verirdilər. 3. Mən təkliyə qapılıb tək çalışmağa üstünlük verirdim, tələbə yoldaşlarım (xüsusilə qızlar) isə sosial idilər və yaponlarla tez-tez ünsiyyətdə olurdular, səfirliyə tez-tez gedirdilər, xoş əlaqələr yaratmağa çalışırdılar.

O vaxtlar bu 3-cü amilə yaltaqlıq kimi yanaşıb, eyni hərəkəti etməyəcəyimi desəm də, vaxt ötdükcə yalnış hərəkət etdiyimi, həmin dövrdə bir neçə addımımın o zamanlar düşündüyüm kimi heç də doğru olmadığını anlamağa başlayırdım. Biraz gec idi amma əsas o idi ki, səhvimi anlamışdım və onu düzəltməyin yollarını düşünürdüm.

Bunu anlamaqda mənə o zamanki və BDU-da son yaponiyalı müəllimim olan Vatanabe senseyin və ondan sonra Azərbaycana ezam olunan və 3 il Bakıda çalışan Mori senseyin böyük rolu olmuşdur. Bu iki müəllim, mənim həyatımda ilk müəllimlər idi ki, mənə qarşı “narahat olma, Allah Kərimdi, hər şey düzələr”, “heç bir problem yoxdur, İnşallah düzələr” demirdilər. Onlar dolğun və açıq şəkildə problemin və şəxsən mənim problemimin nədə olduğu görür, açıq-aşkar mənə deyir və həlli yolları haqqında məni düşünməyə dəvət edirdilər.

Bu ilk dəfə idi ki, mənim həyatımda baş verirdi. Bu iki müəllim mənə yapon dilində və Yaponiyada uğur qazanmağın yolların açıqlayır və mənim öz səviyyəmə uyğun qələbələrə gedən yolumun təməlini qoyurdular. Hansılar ki, 2-3 il ötdükdən sonra bunun nəticələrin görəcəkdim.

Fəsillər bir-birini əvəz edirdi, müxtəlif yerlərdə qeyri-peşəkar yapon dili müəllimi kimi, tərcüməçi kimi çalışmağa cəhd göstərirdim. Bir çox hallarda bu məndə alınırdı. Əsgərliyə də getdim. Əsgərlikdən geri döndükdən sonra mövzu seçdim və üzərində işləməyə başladım. İlk dəfə Yaponiyaya 2 həftəlik gəlmək şansını əldə etdim. Yadıma gəlir həyəcandan dişim şişmişdi və intervyudan sonra birbaşa diş həkiminə getmişdim. Bir neçə ay sonra isə uğurlu gedərsə 6 illik təqaüd proqramını qazanacaqdım. Qazandımda.

Elə bir dövr gəldi ki, mənim haqqımda stereotiplər gəzməyə başladı. Bir neçə yerlərdə yaponiyalı və azərbaycanlə şəxslər (özüdə bu şəxslər hər biri ayrı-ayrı yerlərdə yüksək vəzifələr tutan, görmüş-götürmüş, səviyyəli şəxslərdir) arasında yapon dilini ən mükəmməl bilən azərbaycanlı adı qazandım. Baş Nazirin müavini, ayrı-ayrı nazirlərimizin birbaşa tərcümələri mənə həvalə olunmağa başladı.

Əlbəttə mən heç zaman yapon dilini və Yaponiyanı ən mükəmməl bilən biri kimi özümü görməmişəm və görmürəm də. Mənim bugündə öyrənməli və araşdırmalı həddindən artıq çox mövzularım var. Sırf yapon dili ilə bağlı da, kiçik nüanslar var ki, hələ də səhvlərim olur. Bunların üzərində çox işləmək, tər tökmək gərəkir.

Amma bir məsələ dəqiqdi ki, mənim bugünümün təməli məhz 2007-ci ilin 6 ayı ərzində çəkdiyim əziyyət üzərində qurulub. Bu, şəxsən mənim özüm üçün danılmaz bir faktdır. Mən ilk dəfə öz real gücümü onda hiss etmişdim.

Yaponşünas olaraq yapon dilini öyrəndiyim bu 10 il ərzində bir məsələyə əmin oldum ki, fərq etməz mükəmməl oxuyursan ya ortabab, əsas məsələ davamlılıqdadır.

Hər şey elə deyilmi? İstənilən sahədə davamlı olmaqla uğur qazanmaq olar. Heç zaman mükəmməl olmağa çalışmayın, sadəcə davamlı və ardıcıl olmağa çalışın bunun isə nəticələrini bir neçə il ərzində hiss edəcəksiniz. Unutmayın döyüş bir neçə saat və ya bir neçə ay davam edər, müharibə isə illərlə və ya bir ömrünüz boyu davam edə bilər. Kiçik döyüşlərdə olacaq məğlubiyyətlərdən qətiyyən məyus olmayın. Əsas müharibəni əldən verməməkdir. İnsan hər gün yenidən doğulur, hər yeni gün isə Sizə yenidən başlamaq şansı verir. Yeni günlərinizi, yeni şanslarınızı əldən verməyin.

Qalib olmaq üçün ardıcıl, uzunmüddətli çalışqanlıq və güclü inam hissi olmalıdır insanda.

Hətta heç kimin inanmadığı bir dövrdə belə özünüzə inanın, hətta Sizə güclü görünən insanlar üstünüzə düşsələr belə öz yolunuzdan dönməyin, davamlı və ardıcıl, mətinli olun. Yaxınlarınıza və sevdiklərinizə hökmən sahib çıxın. Əgər uğrunda vuruşacağınız bir kimsə və ya kimsələr yoxdursa o zaman döyüşməyə dəyməz.

Hörmətlə, Sizin

Əlibəy Məmmədov

Sapporo şəhəri, Yaponiya

12 Avqust 2015-ci il.

1 May, Uşaqlıq xatirələrim

(1 May 2014, Facebook accauntumdan köçürmə)

1 May (Первомай, День труда) Beynəlxalq Əmək günüdür. Ata tərəfimin yaşadığı “Первомай” adlı kənd varıydı. Kənd camaatı həmişə “Perimmay” deyə müraciət edərdilər. “Pervomay” desən heç kim anlamazdı. Hər kəsin dilinə “Perimmay” kimi düşmüşdü. Elə indi də “Perimmay” deyə müraciət edirlər baxmayaraq ki, rəsmən kəndin adı dəyişdirilib və “Muzdurlar” (heç xoşum gəlmir bu addan) olub.

Deməli, məktəb illərində hər ilin iyun ayını böyük səbirsizliklə gözləyərdim. Hər il iyun ayında mən adətə uyğun olaraq ata-anadan ayrılıb kəndə – rəhmətlik nənəmin bağına üz tutardım. Kənd həyatını çox sevirdim. Məni hər zaman şəhər həyatından daha çox kənd həyatı özünə cəlb edirdi. Kənd uşaqları daha səmimi daha ürəyiaçıq təsiri bağışlayardılar mənə. Rəhmətlik nənəmin böyük həyətinin qayğısına qalmaq bu aylarda mənim boynuma düşərdi. Mən hər zaman çox böyük sevinc hissi ilə məhlələri sulayar, əkin-biçin işləri ilə məşğul olardım. Sanki bir rahatlıq tapırdım bu işdə. Gecələr kimsəsiz qaranlıqda canavar səslərindən vahiməyə düşərək, qorxa-qorxa məhlələri sulamağım hələ də gözlərim önündədir.

Kəndimizin əsrarəngiz gözəlliyini onun möhtəşəm təbiətindən asanlıqla hiss etmək olardı. Şəftəli ağaclarının bir-birindən gözəl çiçəkləri, yamyaşıllıq, səhərlər quşların cəh-cəh vuran səsləri, artezyan quyusundan şırhaşır axan təmiz bulaq suyunun şırıltısı, Miri kişinin səsi və s və s mənim bu kəndə olan məhəbbətimi birə-on artırmışdı.

Hətta Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinə (İndiki Regionşünaslıq Fakültəsi) – Yapon dili və ədəbiyyatı şöbəsinə qəbul olmağımı da həmin kənddə fındıq ağacının başında olarkən bilmişdim. Sevincdən əllərim titrəmiş telefon az qala əlimdən düşəcəkdi, telefon bir yana ağacdan yıxılmamaq üçün özümü güclə saxlamışdım.

Dərhal anama, nənəmə, bibimə bu xəbəri verməyə tələsmişdim. Əmim isə anındaca kişi adamsan deyib indinin puluynan 200 Manat cibimə pul basmışdı. Bir sözlə “Perimmay” kəndində keçirtdiyim o uşaqlıq xatirələri, o sevincli-xoşbəxt anlarımı sonradan xatırlayanda qədrini bilməyə çalışıram. O zamanlar bunlar mənə adi normal hadisələr kimi gəlirdi amma sonradan böyüdükcə anladımki həmin xırda hadisələr əslində mənim uğura gedən gələcəyim başlanğıcı idi.

O zamanlar Yaponiyada təhsil alacağımı heç ağlıma belə gətirə bilməzdim.

Hələlik bu qədər. Ardı gələcək……….

Əlibəy Məmmədov.1 May 2014-cü il. Yaponiya Sapporo şəhəri.

Ardı

Bizim kənddə cəmi iki dükan varıydı. Ən yaxını piyada təxminən 10 dəqiqəlik məsafədə yerləşirdi. Nənəmlə evdə tək qalmışdıq. Mənim 11-12 yaşım olardı. Çox güclü yağış yağırdı. Qısacası mən həmin yaxındakı dükana çörək almağa gedəsi oldum. Bir şeyi də xatırladım ki, kənddə işığı saatla verirdilər. Hava şəraiti pisləşəndə işə ümumiyətlə bütün elektrik enerjisi dayandırılırdı. İndi təsəvvür edin 11-12 yaşlarında balaca bir uşaq zil-qaranlıq, canavarların gecələr gəzdiyi bir kənddə özü güclü ildırım altında dükana getməsi nə deməkdir. İnandırım Sizi ki, kənd lərzəyə gəlmişdi göy gurultusundan. Qulaqlarım batmışdı. Dükana bir təhər gedib çatmışdım. Çörəyi də almışdım. Amma həmin zülmətli yolu qayıtmağa cürət etmirdim. Dükanda bir neçə böyük yaşlı insanlar olduğundan onların yanında qalmaq istəyirdim. Bir tərəfdən də nənəmçin məni gözlədiyini başımdan ata bilmirdim. Qayıtmalı idim amma qayıda bilmirdim. Nəisə iş belə gətirdi ki, yaşlı nənəm dözməyib arxamca gəldi. Və biz sakitcə nənəmin evinə qayıtdıq. İndi bunları yazmaq çox asandır amma həmin anları bir daha yaşamaq hissi indi belə məni vahiməyə salır.

Qarpız oğurluğu

“Qarpız oğurluğu”

Yayda qarpız sezonu kənd uşaqları həmçinin də mənim kənd həyatımda ən maraqlı sezonlardan biri idi. Deməli hər dəfə qarpız aparan traxtorlar bizim kənddən keçəndə darvazaların arxasında gizlənmiş kənd uşaqları ilə həmin traxtorlara “hücum çəkərdik”. Qarpızları traxtorlardan salmaq məqsədimiz idi. Əksər hallarda qarpızlar əllərimizdən düşür parça-parça olurdu. Bununla belə bir neçə kənd uşağı var idi ki, onlar “bu işin” peşəkarına çevrilmişdilər və çox hallarda sağlam-bütöv şəkildə qarpızı götürə bilirdilər. Bir çox hallarda qızlar da köməyimizə çatırdı. Traxtorçular çox zaman bilərəkdən sürəti aşağı salırdılar ki, uşaqlar qarpız götürə bilsinlər. Onlara mehriban traxtorçular deyərdik. Əslində kənddə qarpız çox ucuz idi amma bilmirəm nədənsə uşaqlarla bu üsulla qarpız ələ keçirmək  daha maraqlı gəlirdi bizə.  “Bu iş” , sanki, bizim üçün bir riskli oyuna çevrilmişdi.Təxminən 12-15 yaşlarında olardıq. Bir dəfə mən də traxtora arxadan dırmaşanda sürücü bilərəkdən sürəti artırdı. Onu da deyim ki, kəndimizin yolları pis gündə idi (indi necədir bilmirəm) və hər dəfə maşın keçəndə toz-torpaq qalxırdı. Bu dəfə traxtorçu mehriban çıxmadı. O, sürəti artırdı. Artıq tozdan göz-gözü görmürdü. Elə bir şərait yaranmışdı ki, geri tullana da bilmirdim. Çox sürətlə gedirdi bilərəkdən. Nəisə belə davametməz deyib, kəndin çıxacağına yaxın özümü sürətlə gedən traxtordan tulladım. Bütün dizlərim, dirsəklərim cırıq-cırıq olmuşdu. Hamısı da nəyə görə bir qarpıza görə. Və inanın ki, bu sezonda nənəmgilin evi qarpızla dolu olardı. Amma bir riskli oyun kimi bununla məşğul olardıq. İndi həmin anları xatırlayanda insanın üzündə çox xoş bir təbəssüm yaranır.

May 2014-cü il, Rəsmi Facebook Accauntumdan.

Mənim kiçik mübarizəm və ya Arzuların məkanı – Yaponiyada keçirtdiyim həyatım. アリベイの悲願?!

7B4A6531

İnsan hər hansısa bir məqsədinə çatmağı bütün qəlbi ilə, bütün ruhu ilə istəyirsə və o istiqamətdə irəliləyirsə, o hökmən öz məqsədinə çatır. Yadıma gəlir 2008-2009- cu illərdə dost-tanışlar çox soruşardılar, “Yaponiyada olmusan?” “Yaponiyada oxumusan?” “Yaponiyada işləmisən” və s. O zamanlar bu suallar mənə bir tərəfdən pis təsir edərdi. Çünki, real olaraq Yaponiyaya getməmişdim və 2005-ci ildən bu dili öyrənməyə başlayan biri kimi, bir neçə dəfə buna şansım yaranmışdı. Sadəcə olaraq, bu şanslardan lazımınca yararlana bilməmişdim. Digər tərəfdən isə, bu suallar məni ruhlandırır, həvəsləndirir və içimdə olan közərtiləri daha da alovlandırırdı. Əksər hallarda “hə olmuşam” “Yaponiyada təhsil almışam” kimi cavablar verərdim.

Mənim nəticələrim heç də hər zaman mükəmməl olmayıb amma hər zaman dönməz bir yolum olub ki, nə olur-olsun o yoldan dönməmişəm. Və düzgün seçim etmişəm. Mənə 4 il bundan qabaq Bakıda yaxşı təklif də gəlmişdi. Adi azərbaycanlı üçün kifayət qədər yaxşı maaş da təklif etmişdilər. Amma mən buna bir çox dost-tanışlardan yaxşı mənada təzyiqlər olsa da razı olmadım. Çünki mən hökmən Yaponiyada təhsil almaq, bizlərə (azərbaycanlılara) bazar adamları kimi baxan insanlara, bu heç də belə deyil, biz də kifayət qədər elmdə uğur qazana bilərik və bilirik cavabını əyani şəkildə sübut etmək istəyirdim. Və budur, mənim arzularım istəklərim gerçəkləşəcəyi günə start verilir. Yaponiya Hökümətinin Bakıda səfirliyində sənəd qəbulu, yazılı və şifahi imtahanlar keçirilir. Bütün bu imtahanlarda ilk pilləni tuturam və çox gözəl şərtlərlə istədiyim universitetə, istədiyim professorun çalışdığı mərkəzə oxumağa gedirəm. Bakı Dövlət Universitetində hər il anam min bir əziyyətlə pul tapıb ödədiyi bakavr pilləsini bitirib, Fizulidə hərbi xidmətimi çəkdikdən sonra Yaponiyaya xaricə oxumağa getməyim rəsmiləşir. Özüdə Yaponiya hökümətinin çox prestijli hesab olunan dövlət təqaüdləri hesabına. Bir il tədqiqatçı tələbə olduqdan sonra magistraturaya daxil oluram. 2 illik magistratura həyatım bütün ömrümün ən parlaq dövrünə çevrilir. Sadəcə tədqiqat aləmində deyil, həm də sosial həyatda fəaliyyətə cəhd göstərirəm. 2013-cü il Dekabr ayından Hokkaydo Universitetinin Xarici Əlaqələr Şöbəsində 1 illik müqavilə ilə işə başlayıram. Burada Xarici Tələbələri Xarici Tələbənin baxış bucağından olmaqla məsləhətlər verir, yardımçı olmağa çalışıram. Nagoya və s şəhərlərə işgüzar səfərlər edir, xarici tələbələrin mövqeyindən çıxışlar edirəm. Tokio, Sankt-Peterburq, Sapporoda keçirilən beynəlxalq konfranslarda uğurla iştirak edirəm. Daha sonra 2014-cü ilin May ayının 15-də Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasının  prezidenti seçilirəm.  Universitetimizdə 1700-dən artıq xarici tələbə təhsil alır. Sapporo şəhəri icra hakimiyyətinin bir çox programlarında xarici tələbələrlə birlikdə iştirak edirəm. Assosasiyanın prezidenti kimi həddindən artıq məşğul bir dövr keçirirəm amma insanlar üçün çalışmağı bütün qəlbimlə istədiyimdən qətiyyən yoruldum kəliməsini işlətmirəm. Uzun müddətlik mübarizə, uğursuzluqlarım hamısı sonda uğurla nəticələnir.

Əlbəttə, ötən 3 il heçdə ilk baxışda göründüyü kimi sadəcə mükəmməl hadisələrlə yadda qalmadı. Müxtəlif insanlardan haqsız yerə təzyiqlər də gördüm. Amma doğurdan da güclü iradə, mətinlik göstərmək bəzən də tutduğu vəzifəsindən haqsız yerə istifadə edib, yüksək tonla üstünə gələnləri sadəcə susmaqla yerində otuzdurmaq ən mükəmməl cavabdır. Xarakterimdə bir balaca aqressivlik olduğundan heç də həmişə sakit dayana bilmirəm. Bunu özümün mənfi xüsusiyyətim kimi qəbul etsəm də, lazımı anda səsini ucaltmaq da vacibdir.

Fikrimcə böyük insanların böyüklüyü onların böyüklərlə münasibətində deyil, kiçiklərlə münasibətində özünü bütün çılpaqlığı ilə biruzə verir.

2015-ci il Mart ayının 25-də rəsmən Hokkaydo Universitetində Magistr dərəcəsi ilə təltif olundum. Fürsətdən istifadə edərək, bu yolda əməyi keçən, ən çətin və stressli anlarımda yanımda olan, məni hər zaman yüksəklərə çəkməyə çalışan, mənə hər zaman inanan ailəmə, mənə qarşı dözüm nümayiş etdirən, həyatımın mənası olan həyat yoldaşıma, dostlarıma və professorlarıma öz dərin minnətdarlığımı bildirmək istərdim.

2015-ci il Aprelindən isə rəsmən Hokkaydo Universitetinin doktorantura pilləsində təhsilimi davam etdirməyim reallığa çevrilir. Tədqiqat planını yazmaqda çox vaxtım və gücüm gedir amma 12 professorun qarşısında müsahibə vermək bu işin ən çətin tərəflərindən biri, mən deyərdim ki, ən birincidir. Özüdə sənə ən doğma professorun xaricdə səfərdədirsə… Amma, nə baş verirsə versin, qarşındakı kim olursa olsun, əgər sən özünü itirmədən, hətta bəzən səhv cavab versəndə, hətta bəzən tam dolğun cavab verə bilməsəndə, siyasi formada cavablandırmağı bacarırsansa, mütləq qiymətləndirilirsən. Bu dəfə daha da irəli gedərək, daha ağır, daha çətin və daha məsuliyyətli mövzu seçirəm. “Dağlıq Qarabağ və Cənubi Kuril adalarının müqayisəli təhlili”. Bəli düz başa düşdüz. Siyasi elmlər üzrə tədqiqat aparıram. “Cənubi Kuril Adaları” ilə bağlı mütəxxəssis kimi müəyyən biliklərə malik olsam da, “Dağlıq Qarabağ” mövzusu yaralı yerimiz olsa belə, bir elmi iş kimi mənə yenidir. Xarici ədəbiyyatları daha çox oxumağım gərəkir. Növbəti illər bunun üçün böyük bir şansdır.

2015-ci ilin Aprel ayının 23-də, Hokkaydo Universiteti Xarici Tələbələr Assosasiyasına keçirilən seçkidə ikinci dəfə qalib oluram və növbəti müddəti prezident seçilirəm. Bu ağır yükdür amma əziyyət çəkməyinə dəyər. 1722 xarici tələbənin içində bir azərbaycanlının assosasiyaya prezident seçilməsi heç də asan məsələ deyil. Hokkaido Universitetinə gəldikdən sonra hər ilin İyun ayında 4 gün keçirilən və 100 minlərlə insanın qatıldığı “Beynəlxalq Qida Festivalında” 3 dəfə Azərbaycanı təmsil etmək nəsibim olur. Bu bir səbəb olur və hər kəs Azərbaycan haqqında nəisə soruşmağa, öyrənməyə çalışırlar. Yaponların Azərbaycan haqqında çox az məlumatlandığını, çoxunun isə bu ölkənin adını belə tanımamasını nəzərə alsaq bu böyük bir işdir.

Yazılacaq mövzular çoxdur, vaxtı gəldikdə bir-bir, incəliklərinə qədər nəzərinizə çatdıracam.

Nə olursa olsun, fəsillər bir-birini əvəz elədiyi kimi, hər bir iş də öz axarı ilə davam etməkdədir. Əsas odur ki, axardan kənara çıxmayasan.

Əlibəy Məmmədov

Qeyd: Mövzu 26 Mart 2015-ci il tarixində yazılıb, 9 Avqust 2015 tarixində bəzi əlavələr edilib.

Yaponiya, Sapporo şəhəri.

Niyə məhz Yaponiya?!

Mən artıq 3 ilə yaxındır ki, Yaponiyanın şimal paytaxtı hesab olunan Sapporo şəhərində yaşayıram. İlk öncə 1 il müddətində tədqiqatçı tələbə kimi fəaliyyət göstərib, növbəti iki ili isə magistrant kimi qarşılamalı oldum. Hər şeydən əvvəl nəyə görə məhz Yaponiyanı, Hokkaido Universitetini seçməyimlə bağlı qısa məlumat vermək istərdim. Hər bir azərbaycanlı üçün Qarabağ problemi çox ağrılıdır. Mənim ana tərəfim Ağdamdandır. 1993-cü ildə ana tərəfdən olan bütün qohumlarım məcburi olaraq Azərbaycanın digər bölgələrinə köçməli oldular. Mən öz gözlərimlə onların yaşadıqları acınacaqlı həyatı görərək böyümüşəm. Valideynlərimin hər ikisi tarixçidirlər. Aydındır ki, evimizdə hər zaman tarix abı-havası hökm sürüb. Azərbaycan və Dünya tarixini öyrənmək istəyən bir çox məktəbli tələbələr bizə hazırlığa gəlirdilər. 2004-cü ildə Respublika Tarix Olimpiadasında 2-ci  yerə yüksəldiyimi xatırlayıram. Demək istədiyim odur ki, hər zaman damarlarımda, qanımda “tarix” axıbdır və hazırda da belədir. 2005-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq (indiki Regionşünaslıq) Fakültəsinin Yapon dili və Ədəbiyyatı şöbəsinə daxil oldum. İlk 2 il ərzində o qədər də seçilən tələbə deyildim. Hətta bəzi qrup yoldaşlarım tərəfindən “nəyə görə Yapon dili və ədəbiyyatı” bölməsini seçmisən?!”, “Tarix fakültəsi sənə daha uyğun olardı” kimi fikirlər haqqımda çox səslənirdi. Düzünü desəm bizə yapon dili dərsi deyən Yaponiyadan təşrif buyurmuş xanım müəlliməmiz də mənə o qədər də diqqət ayırmazdı. Əlbəttə bunun səbəbi mənim o qədər də fəal olmamağımla bağlı idi. Mən Universitetə daxil olduğum il valideynlərimin bir-birindən yollarını ayırması, mənim öz “ilk sevgimdən” ayrılmağım, ailəmizdə hökm sürən iqtisadi problemlər və s mənə psixoloji cəhətdən öz mənfi təsirlərini göstərməkdə idi. Əlbəttə, şəxsi məsələləri təhsil həyatına, iş həyatına gətirmək düzgün deyil və qeyri-peşəlarlıqdan xəbər verir. Lakin 16-17 yaşında olan psixoloji cəhətdən hələ çox zəif bir yeniyetmə üçün bunları başa düşmək hələ çox tez idi. Amma yenə də çox istərdim ki, o müəllimə digər tələbələr kimi mənə də eyni diqqəti ayırsın. 3cü kursda oxuyanda bizə yapon dilindən dərs keçən Yaponiyalı mütəxəssis digəri ilə əvəz olundu. Bu dəfə kişi müəllim Bakı Dövlət Universitetinə təşrif buyurmuşdu. Elə ilk gündən anladım ki, bu şəxslə birlikdə mənim içimdə olan oxumaq sevgisi alovlanacaq. Qeyd edim ki, həmin şəxs çox fəlsəfi bir insan idi. Mənim çox xoşuma gələrdi onunla apardığımız diskusiyalar, müzakirələr, hansılar ki, ondan əvvəlki mütəxəssis mənim üçün bu imkanı yaratmamışdı. Yeni müəllimimiz mənim sadəcə olaraq təhsilimdə deyil, həm də bir şəxs kimi yetişməyimdə çox mühüm bir rol oynadı.  Mən bütün ömrüm boyunca ona minnətdar olaraq qalacam. Mənim psixoloji cəhətdən çox güclü bir şəxs kimi yetişməyimdə daha bir müdrik insanın rolu böyükdür. Onun adı Fərhaddır. Onunla tanışlığım mənim həm də akademik insan kimi yetişməyimdə böyük rolu olmuşdur. O mənə bir şəxsin yetkin insan kimi yetişməsi üçün, psixoloji cəhətdən güclü insana çevrilməsi üçün lazım olan nəsihətlərini verməklə yanaşı, bu mövzularda olan qiymətli kitabları da tövsiyə edirdi. Bir sözlə, 3-cü, 4cü kurslar mənim tədrisimdə və bir şəxs kimi yetişməyimdə bir növ dönüş nöqtəsi olmuşdur. Bu müddət ərzində yapon dili bacarığına və Yaponiya haqqında bir çox biliklərə (xüsusilə tarixi və siyasi mövzularda)  yiyələndim. Mənim diqqətimi daha çox çəkən məqam isə ada ölkəsi olmasına rəğmən Yaponiyanın özünün də bir çox ərazi problemlərini yaşaması oldu. Bütün bu problemlər isə öz kökünü İkinci Dünya Müharibəsindən götürməkdədir. Rusiya ilə “Cənubi Kuril adaları problemi” (Yapon dilində bu ərazilər “Şimal Əraziləri” 「北方領土」(“Hoppo Ryodo”) kimi tanınır. Qeyd edim ki, adalar Rusiyanın nəzarəti altındadır.), Cənubi Koreya ilə Takeşima 「竹島」adaları problemi (Cənubi Koreya bu adaları “Dokdo” 「独島」adlandırır. Adalar Cənubi Koreyanın nəzarəti altındadır. ), son illər iqtisadi gücü hesabına özündən söz etdirməyi bacaran Çin Xalq Respublikası ilə isə Senkaku adaları 「尖閣諸島」 problemi (Çin dilində bu adalar “Diaoyudao” 「釣魚島」 kimi tanınır. Adalar Yaponiyanın nəzarəti altındadır. Yaponiya rəsmi olaraq problemin mövcud olduğunu qəbul etmir.) yaşamaqdadır. Qarabağ kimi ağrılı bir problemi olan Azərbaycan Respublikasının bir vətəndaşı kimi mənə Yaponiyanın yaşadığı problemlər oxşar görünməyə başladı (əlbəttə sırf elmi-akademik cəhətdən söhbət açsaq bu problemlər arasında yerlə-göy qədər fərq var). Xüsusilə həm Azərbaycana və həm də Yaponiyaya qonşu olan Rusiya ilə yaşanan problem məndə xüsusi maraq oyatdı. Bu mövzu ilə ilgili Yaponiyada ən öndə gedən professorlardan biri (hazırda birincilərdən biridir) məhz Hokkado Universitetində çalışdığını nəzərə alıb, sözügedən universitetdə təhsilimi davam etdirməyi qərara aldım. Bu region həm də problemə ən yaxın regiondur. Keçmiş ada sakinlərinin əksəriyyəti də məhz burada yaşayır. Anket, intervyu və s araşdırmalar aparmaq üçün də əlverişli yerdir. Hokkaido Universitetinə gəldikdə sonra, ilk öncə Qarabağla müqayisə edərək tədqiqat aparmağı planlaşdırsam da, hər iki problemin fərqli xarakterlərə malik olması məni bu fikrimdən daşındırmalı oldu. Daha sonra Yaponiyanın digər ada problemləri ilə müqayisəli şəkildə tədqiqat aparmağı nəzərdən keçirdim. Lakin bu da alınmadı. Səbəbi, mövzunun həddindən artıq geniş olması idi. Magistratura pilləsi üçün o qədər də geniş olmayan mövzu tələb olunurdu. Yeri gəlmişkən onu da qeyd edim ki, Cənubi Kuril adaları problemi mütəxəssislər və siyasətçilər arasında kifayət qədər işlənmiş mövzudur. Problemin əsli, nədən qaynaqlandığı, obyektiv həlli yolları barəsində rusiya və yaponiyalı mütəxəssislər eləcə də dünya səviyyəli digər ölkələri təmsil edən mütəxəssislər və politoloqlar tərəfindən kifayət qədər müzakirələr aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, hələ də bir çox lazımi qədər araşdırılmamış tərəfi qalmaqda idi. Bu, “İctimai rəy”-ə əsas diqqəti yetirmək vasitəsilə problemə baxış idi. Mən məhz bu istiqaməti götürərək mövzunu təhlil etməyə səy göstərdim. Magistr mövzumla bağlı ayrıca geniş məqalə yazacağım üçün burada qısa məlumat verməklə kifayətlənirəm. Bir qədər mövzudan kənara çıxsam da, yuxarıda yazılanlar mənim Yaponiyaya gəlib çatmağıma qədər olan mərhələnin çox qısa bir təhlili idi. Növbəti yazılarımda bu haqda daha geniş və daha ətraflı məlumat verəcəm. Yuxarıda qeyd etdiklərimdən o qədər də anlaşılan olmadı amma Niyə görə Yaponiyanı seçməyim aşağıdakı amillərlə bağlıdır.

1. Yapon dili və mədəniyyətini BDU-da mənimsəməyim

2. Tarixçi ailəsində doğulub, boya-başa çatmağım.

3. Yaponiyada yapon dilində Rusiya və Yaponiyanın ərazi problemini tədqiq etmək istəyim və gələcəkdə Qarabağla bağlı tədqiqatla əlaqələndirmək arzum.

Əlibəy Məmmədov

Yaponiya, Sapporo

Tarix: 14 Yanvar 2015-ci il