“Avropadan gələn bu qərəzli hesabatlar əks-təsir göstərəcək…”

“Avropadan gələn bu qərəzli hesabatlar əks-təsir göstərəcək…”
 
Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya hökuməti təqaüdçüsü araşdırmaçı Əlibəy Məmmədovda ATƏT DTİHB-nin prezident seçkiləri ilə bağlı hesabatının kifayət qədər qərəzli olduğunu bildirdi: “Azərbaycan xalqının böyük əksəriyyəti İlham Əliyevə olan inamını aprelin 11-də keçirilən seçkilərdə əyani şəkildə bir daha göstərmiş oldu. Bunun bir çox dairələrdə qıcıq yaratması normal haldır. Çünki dünya ölkələrinin çox azında hökumətlə xalq arasında belə bir sıx münasibət və inam görmək olar. Mən, bir tərəfdən ATƏT DTİHB-nin qərəzli hesabatını anlamağa da çalışıram. Çünki bu şəxslərin işi məhz tənqid etməkdən ibarətdir. Kompliment demək, xalqla prezident arasında olan inam və etibardan yazmaq onların işi deyil. Onlar hər hansı bir xırda məsələni şişirtmək və ya xırda məsələ belə olmayanda özlərində hər hansı bir formada problem yaradıb, onu mediada işıqlandırmaqla məşğul olmasalar, işləri qalmaz. Bəzi şəxslərin “ermənipərəst” adlandırılması isə heç də yanlış deyildir”.
O dedi ki, Azərbaycanın hərtərəfli çiçəklənməsi və inkişafı prezidentlə xalq arasında olan inam hissini daha da artırıb: “Seçkilərdə İlham Əliyevin qalib gəlməsi də məhz bu inkişafla, eyni zamanda xalqın liderinə olan hədsiz inam hissi ilə bağlıdır. Mən düşünürəm ki, Avropadan gələn bu qərəzli hesabatlar əks-təsir göstərərək Azərbaycanda prezidentlə xalqın daha da birləşməsinə, həmrəy olmasına, bir yumruq olmasına gətirib çıxaracaqdır”.

 

Mənbə: http://news12.az/siyaset/3041-xaricdki-soydalarmz-att-dthb-v-a-pa-nn-secki-il-bal-qrzli-byanatna-etiraz-edirlr.html

 

1523876091_snimok

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close