Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl təbriki

Əziz həmvətənlər,
 
Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə və ailənizə can sağlığı, zənginlik və xoşbəxtlik arzu edirəm. Bildiyiniz kimi Azərbaycan və Yaponiya münasibətləri özünün ən parlaq dövrünü yaşamaqdadır. Ölkələrimiz arasında qarşılıqlı səfərlər artmaqdadır. Yaponiya höküməti Azərbaycana böyük maraq göstərir. Gələcəyin Dubayı gözü ilə baxan biznesmenlər isə günü-gündən artmaqdadır. Yaponiyada Azərbaycan məhsulları uğurla satılır. Yaponiya texnikası və investisiyası Azərbaycanda ən mükəmməl formada tədbiq edilməkdədir. Yaponiyaya oxumağa gələn tələbələrimizin sayı hər il artır. Yaponiyanın elm dünyasında Qarabağ araşdırmalarına yer verilməyə başlayıb. Hökümət isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır. Düşünürəm ki, yapon dilini daha çox tələbə öyrənməlidir. 2017-ci ilin Oktyabr ayında Bakıda baş tutmuş Yapon məhsulları sərgisi (Japan EXPO) – də onu göstərdi ki, Azərbaycana eyni zamanda 100 yapon şirkəti gəlsə onlara cavab verə biləcək kadrlarımız yoxdur. Çox azdır. Ona görə tələbələrə səslənirəm ki, yapon dilini mükəmməl formada öyrənin. Biznesmenlərə səslənirəm ki, Azərbaycan və Yaponiyanın biznes mühiti eyni deyil. Bir qonaqlıq verməklə Yaponları özünüzə dost və ya biznes partnyoru hesab etmək doğru deyil. Yaponlar araşdırmaq məqsədilə gəlirlər. Almaya da bilərlər, ala da bilərlər. Bunu hissi qəbul etmək, biznes anlayışının olmaması deməkdir. Daha professional olaq. Bizlər də Yaponiyanı tanıyan şəxslər kimi hər zaman xoş niyyətli insanlara yardım etməyə hazırıq. Yaponiya Azərbaycan arasında münasibətlərin inkişafında müəyyən qədər də olsa payımız varsa bizdən xoşbəxt kimsə ola bilməz. 2018-ci ili daha uğurlu və daha zəngin bir il edəcəyik.
 
Hörmətlə,
Əlibəy Məmmədov
Yokohama, Yaponiya
30 Dekabr 2017
カテゴリー 9. All. Hər şey.

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close