Azərbaycan dünya gənclərini bir yerə topladı: “Birlikdə pozitiv dəyişiklik üçün” (525-ci qəzet)

…………………………………………………………………………………..

Hörmət etdiyim 525-ci qəzetdə yeni məqaləm çap olundu. Elektron variantını aşağıdakı olduğu kimi təqdim edirəm. Sitat gətirilərkən 525-ci qəzetin çap və ya elektron versiyasından sitat gətirilməlidir. Jurnalist Ceyhun Abbasova öz minnətdarlığımı bildirmək istərdim. 

…………………………………………………………………………………………………………………………………………………….

ƏLİBƏY MƏMMƏDOV: “ÖLKƏMİZDƏ KEÇİRİLƏN 41-ci DÜNYA SKAUT KONFRANSI VƏ 13-cü DÜNYA SKAUT GƏNCLƏR FORUMU ÇOX BÖYÜK ƏHƏMİYYƏTƏ MALİKDİR”

 

“41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumunun Azərbaycanda keçirilməsi dövlətimiz üçün böyük nailiyyət hesab edilməlidir. Bildiyiniz kimi, Dünya Skaut Hərəkatı özündə 40 milyon aktiv gənci birləşdirir və dünyanın ən aparıcı maarifləndirici gənclər hərəkatıdır. Onlar yaşam üçün, həyat üçün təhsil almağın vacibliyini ifadə edirlər. Afrikanın ən kasıb ölkələrindən biri olan və müharibə şəraitində olan Sudanda uşaqlar üçün təhsil kursları təşkil edirlər. Afrikanın qida sənayesi ən acınacaqlı vəziyyətdə olan ölkələrində yerli fermerlərlə əməkdaşlıq etməklə, qida təhlükəsizliyi üçün əllərindən gələni edirlər”.

 

Bu sözləri Yaponiyanın dövlət təqaüdçüsü, Hokkaydo Universitetinin doktorantı, Yaponiya məktəblərində Azərbaycan multikulturalizmi fənni üzrə müəllim, diaspor fəalı Əlibəy Məmmədov deyib.

2014-2016-cı illərdə Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasının prezidenti olan, daha sonra isə təşkilata fəxri prezident seçilən həmyerlimiz hesab edir ki, skautinq gənclərə onların aktiv vətəndaş kimi bir çox aparıcı proqramlarda, konfranslarda iştirak etməsinə şərait yaradır: “Beləliklə, gənclər cəmiyyətdə pozitiv dəyişikliklərin müəlliflərinə çevrilməklə yanaşı, ətraflarında olan dostlarını, digər gəncləri də daha aktiv həyata səsləmiş olurlar. Skautlar dünyanın ayrı-ayrı regionlarında təşkil etdikləri proqramlar sayəsində daha gözəl, daha yaxşı, daha keyfiyyətli dünya qurmağa çalışırlar. Onlar bacardıqları qədər daha çox insanlara sülh mesajını çatdırmış olurlar. Skautlar bir çox qlobal məsələləri müzakirəyə çıxartmaqla yerli səviyyələrdə həll edib daha yaxşı cəmiyyət qurmaq üçün çalışırlar. Skautların ən vacib işlərindən biri isə dünyanın hər yerində insanları bir-birilə görüşdürüb, fikir mübadiləsi təşkil etməkdir. Dünya skautları gəncləri müxtəlif beynəlxalq tədbirlər vasitəsilə birləşdirirlər”.

Ə.Məmmədov bildirib ki, bu mənada, Azərbaycanda keçirilən 41-ci Dünya Skaut Konfransı və 13-cü Dünya Skaut Gənclər Forumu çox böyük əhəmiyyətə malikdir: “Dünyanın bütün skautçuları, aktiv gənclərinin gözü məhz paytaxtımızda və regionlarımızdadır. Bu, Azərbaycanın dünyada pozitiv təbliğatı işində öz əhəmiyyətli rolunu oynayacaq. Onlar azərbaycanlı yerli skautçularla daha yaxın olacaq və bir çox qlobal məsələləri müzakirə edəcəklər. Ümumilikdə, dünyanın müxtəlif regionların 320-dən çox gəncin iştirak etdiyi forum bugünədək olanların içərisində ən irimiqyaslısıdır. Təsadüfi deyil ki, Qəbələdə keçirilən forumun şüarı “Birlikdə pozitiv dəyişiklik üçün”dür”.

Həmyerlimiz qeyd edib ki, ümumiyyətlə, Azərbaycan son illərdə bir çox dünya səviyyəli idman yarışlarına, beynəlxalq konfranslara ev sahibliyi edib: “Ölkəmiz artıq bu sahədə zəngin təcrübəyə malikdir. 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarının, 2016 və 2017-də Formula 1 yarışlarının, İslam oyunlarının və bir çox digər yarışların keçirilməsi ölkəmizin gücündən və zəngin təcrübəsindən xəbər verir”.

Yaponiyadakı fəaliyyətinə toxunan həmyerlimiz deyib ki, bu yaxınlarda Azərbaycan və paytaxt Bakı ilə bağlı xüsusi verilişlər hazırlanıb: “Yaponiyanın ikinci əsas şəhəri olan Osaka ilə Bakı “Expo-2025” üçün öz namizədliyini irəli sürüb. Bakıda bunun təbliğatı hələ zəif aparılsa da, Osaka şəhərində bu iş sürətlə həyata keçirilir. Onlar hətta öz nümayəndələrini Bakıya göndərib iki xüsusi veriliş hazırlayıblar. Onlar Bakını Osaka şəhəri üçün ən səviyyəli və güclü rəqib hesab edirlər. Düzünü deyim ki, bugünə qədər Yaponiyada Azərbaycan haqqında o qədər də çox veriliş hazırlanmayıb. Kansay televiziyasının hazırladığı veriliş isə çox pozitiv idi. Mən özüm də verilişi yaradan komandanın üzvüyəm. Azərbaycanla bağlı məlumatları toplayıb təhlil edən yaponlarda ölkəmizə və insanlarımıza qarşı olan rəğbət hissini görməmək mümkün deyildi”.

Ceyhun ABASOV

Mənbə: 525-ci qəzet elektron versiyası.

http://525.az/site/?name=xeber&news_id=84823#gsc.tab=0

…………………………………………………………………………………………………………………………………………………….

Qeyd: Sitat gətirilərkən hökmən 525-ci qəzetin çap və ya elektron versiyasından gətirilməli və bu haqda hökmən qeyd aparılmalıdır.

……………………………………………………………………………………………………………………………………………………..

 

Aşağıdakı şəkil 525-ci qəzetin elektron versiyasıdır.

Screenshot_20170817-105054

 

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。