Yaponiya məktəbliləri Azərbaycana gəlmək istəyirlər (Palitra qəzeti)

İyun ayının 21-də Yaponiyanın paytaxtı Tokio şəhərinin Maçida qəsəbəsində yerləşən məktəbdə Azərbaycanla bağlı növbəti seminar keçirilib. Artıq 6-cı ildir ki, Yaponiyanın Hokkaydo Universitetində təhsil alan doktorant, bu ölkənin hökumət təqüdçüsü, konfliktoloq Əlibəy Məmmədov Maçida məktəblilərinə Azərbaycan, onun tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı, siyasi sistemi və multikulturalizmin Azərbaycan modeli haqqında geniş məlumat verib və şagirdlərin suallarını cavablandırıb. Azərbaycanla bağlı ümumi 2 seminar təşkil edilib və bu seminarların hər birində 40 şagird və 5 müəllim olmaqla, ümumilikdə 90 nəfər iştirak edib.
Əlibəy Məmmədov əsas diqqəti Azərbaycanda multikulturalizm mövzusuna yönəldib. O, qeyd edib ki, Azərbaycan ərazisinə görə o qədər də böyük dövlət olmasa da, burada müxtəlif mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri bir böyük ailənin üzvləri kimi yaşamaqdadırlar. Azərbaycanın zəngin tarixindən söhbət açan həmyerlimiz bildirib ki, dünya ölkələri arasında aktiv şəkildə müzakirə edilən mədəniyyətlərarası dialoq mövzusunda Azərbaycanın özünəməxsus yeri vardır. Bura dünyada misal gətirilə biləcək çox nadir məkanlardan biridir. Belə ki, Azərbaycanda tarix boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və əminamanlıq şəraitində yaşamış, bir-birinə qaynayıb qarışıblar. Sevindirici hal ondan ibarətdir ki, müasir Azərbaycanda da bu ənənə davam etməkdədir. Bu, Azərbaycanın dünyaya fəxrlə göstərə biləcəyi və göstərə bildiyi ali xüsusiyyətlərindən, dəyərlərdən biridir. Bu ali dəyər Azərbaycan üçün yüzilliklər boyu gündəlik həyatın bir hissəsinə çevrilib.
Ə. Məmmədov vurğulayıb ki, Azərbaycan dünyada sadəcə zəngin neft və qaz yataqlarına malik olan dövlət kimi deyil, həm də Avropa və dünya səviyyəli idman yarışlarının o cümlədən, tarixdə ilk dəfə Avropa Olimpiadasının, eyni zamanda Formula 1 yarışlarının, mədəniyyətlərarası dialoqların, belnəlxalq görüşlərin keçirildiyi, dini etiqad azadlığının tam təmin olunduğu, tolerant və multikultural ənənələrlə zəngin bir dövlət kimi tanınmaqdadır.
Seminarla bağlı söhbət açarkən Ə. Məmmədov bildirib ki, məktəbə daxil olanda müəllimlər də daxil olmaqla, şagirdlərin Azərbaycanla bağlı məlumatı, demək olar ki, yox idi. Lakin seminar bitdikdən sonra başlayan müzakirələrdə məktəblilərin əksəriyyəti Azərbaycana getmək istədiklərini, onlardan bəziləri isə hətta burada iş qurmaq fikrində olduğunu ifadə ediblər.
Qeyd edək ki, budəfə ki, seminarlarda Azərbaycanla bərabər, İran, Nepal, Özbəkistan, Kambociya, Sinqapurdan olan müəllimlər də öz ölkələri ilə bağlı çıxışlar ediblər.
Ə. Məmmədov bundan sonra da müntəzəm olaraq Yaponiya məktəblilərinə Azərbaycanla bağlı müxtəlif bilikləri aşılayacağına əminiliyini ifadə edib. O qeyd edib ki, gələcəkdə hər iki ölkənin məktəbləri arasında bilik körpülərinin yaradılmasında böyük fayda ola bilər.

Fuad

Mənbə: Palitra qəzeti internet versiyası (2017.06.22)

http://palitranews.az/news.php?id=71141

alibay-shekil-yaponiya-seminar-1

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。