My new publication (31 pages) on “Rethinking the Nagorno-Karabakh conflict from the perspective of the Sri Lanka civil war”.「スリランカ内戦から考えるナゴルノ・カラバフ紛争」というタイトルで書いた論文が刊行されました。約31頁です。ナゴルノ・カラバフ紛争の軍事的解決は可能かどうかについて、スリランカ内戦を事例に、分析を行っております。
“Qarabağ dünən, bu gün və sabah” elmi kitabında “Şri-Lanka vətəndaş müharibəsindən Dağlıq Qarabağ münaqişəsinə baxış” adlı təxminən 31 səhifəlik elmi məqaləm çap olundu. Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin mümkün olub-olmaması haqqında Şri-Lanka vətəndaş müharibəsini təhlil etməklə müqayisələr aparmışam. Dağlıq Qarabağa elmi sahədə marağı olanlara, bu sahəyə yeni nəfəs gətirmək istəyənləri oxumağa dəvət edirəm. Oxuduqdan sonra fikirlərinizi və tənqidlərinizi sevə-sevə dəyərləndirməyə hazıram. Bu elmi məqalə mənim 2016-cı ilin Sentyabr ayında Hindistan və Şri-Lankada həyata keçirtdiyim araşdırmaların bir hissəsini əhatə edir. Məqaləmi qiymətləndirib çap etdirdiklərinə görə Qarabağ Azadlıq Təşkilatının sədri Akif bəy Nağıya, eyni zamanda elmi kitabın redaksiya heyətinə dərin təşəkkürümü bildirmək istərdim.