Amerikada Qarabağ həqiqəti (Olaylar qəzeti)

Əlibəy Məmmədov: “Elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq var”

“Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daim diqqət mərkəzində saxlamaqdır”

Son illər Azərbaycan dövlətinin uğurlu xarici siyasəti, əldə edilən diplomatik nailiyyətlər Ermənistanın işğalçılıq siyasətinin üzə çıxarılması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması prosesinə də müsbət təsirini göstərir. Artıq dünyanın hər bir ölkəsində demək olar ki, Qarabağ problemi və Ermənistanın işğalçılıq siyasəti barədə tam məlumat formalaşdırılıb. Bu günlərdə isə okeanın o tayında baş tutan beynəlxalq əhəmiyyətli tədbirdə Qarabağ problemindən bəhs edilib, ermənilərin aqressiv siyasəti çılpaqlığı ilə ifşa olunub. Belə ki, Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisko şəhərində Qərb Sosial Elmləri Assosasiyasının (Western Social Science Association) 59-cu illik konfransı keçirilib. Əsasən Avropa, ABŞ və Meksikadan olmaqla, dünyanın bir çox ölkələrindən yüzlərlə elm adamı konfransda iştirak edib. Azərbaycanı konfransda Yaponiyanın Hokkaydo Universitetinin doktorantı, Yaponiya höküməti təqaüdçüsü Әlibəy Məmmədov təmsil edib. Həmyerlimiz konfrans çərçivəsində Sərhəd Araşdırmaları Assosasiyasının 52-ci sessiyasında “Dağlıq Qarabağda dörd günlük müharibə, səbəb və nəticələri, Rusiya faktoru” mövzusunda elmi çıxış edib. Əlibəy Məmmədov vurğulayıb ki, münaqişədə Azərbaycan tərəfinin mövqeyini ərazi bütövlüyü, erməni tərəfində isə öz müqəddəratını həll etmək prinsipinə əsaslanır. Həmyerlimiz onu da bildirib ki, sadəcə Azərbaycanda deyil, dünyanın bir sıra digər dövlətlərində yaşayan bütün millətlərin, o cümlədən ermənilərin də öz müqəddəratını həll etmək hüququ vardır. Amma öz müqəddəratını həll etmək hüququ heç də hər zaman hər hansısa bir müstəqil dövlətin ərazisini parçalamaqla digər bir müstəqil dövlətin yaradılmasına cəhd göstərmək anlamına gəlməməlidir: “Ermənilərin artıq öz dövlətləri var. Əgər Azərbaycanda xoşbəxt deyillərsə, Ermənistan Respublikası ərazilərinə köçə bilərlər. Və ya Azərbaycan daxilində onlara ən yüksək səviyyədə muxtariyyət vermək olar. Özünüidarəetmə hüququnu da tanımaq olar. Azərbaycan dövləti də bunu hər zaman qeyd edir. Lakin Dağlıq Qarabağ ərazisində yarana biləcək istənilən avtonomiya Azərbaycan Respublikasının tərkibində həyata keçirilməlidir”. Dağlıq Qarabağ münaqişəsində Rusiya faktoruna toxunan həmyerlimiz bildirib ki, münaqişədə Rusiya neytral mövqedə yer almağa çalışır və tərəflərdən heç birini açıq şəkildə dəstəkləmir: “Sadəcə yaddan çıxartmaq lazım deyildir ki, ortada real işğal faktı var. Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan əraziləri işğal altında saxlanılır. Belə olan halda, münaqişədə neytral mövqe tutmaq birbaşa Ermənistanın mövqeyinə kömək etmiş olur. Çünki real işğal faktına göz yumulması, Azərbaycan torpaqlarının işğal olunmasına bilavasitə yol açılması anlamına gəlir”. Dörd günlük müharibənin baş verməsinin heç də təsadüfi olmadığını vurğulayan Əlibəy Məmmədov bildirib ki, Azərbaycan uzun illərdir rəsmi şəkildə sülh yolu ilə məsələnin həll olunmayacağı təqdirdə hərb yoluna getməyə haqqı olduğunu ifadə edir: “Atəşkəsin imzalanmasında 22 il ötsə də, sülh danışıqlarında heç bir irəliləyiş əldə edilməmişdir. Belə olan halda Azərbaycan həm daxili həm də xarici qüvvələrə Dağlıq Qarabağ münaqişəsinin heç də dondurulmuş bir münaqişə olmadığını, Azərbaycanın öz doğma ərazilərindən vaz keçmək fikrində olmadığını, lazım gələcəyi halda öz hərbi gücü hesabına torpaqları geri qaytarmağa qadir olduğunu göstərməli oldu. Dörd günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Düzdür ərazi baxımından torpaqların böyük hissəsi hələ də erməni işğalı altındadır. Bununla belə, Aprel döyüşlərində Azərbaycan bir çox məsələləri öz xeyrinə dəyişmiş oldu. İlk ölkə, Ermənistanın açq dəstək olduğu, Dağlıq Qarabağın yerli separatçı qüvvələrinin müdafiə qabiliyyəti öyrənilmiş oldu. Onların heç də məğlubedilməz orduya sahib olmadıqlara aşkara çıxdı. 22 ildən sonra Azərbaycan ilk dəfə təmas xəttində irəliləməyi bacardı. Beləliklə, hərbi status-kvonu öz xeyrinə dəyişməyi bacardı. Azərbaycan daxilində 1-ci Qarabağ müharibəsindən qalmış məğlubiyyət sindromu qırıldı və Azərbaycan xalqında öz ordusuna, əsgərinə olan inam hissi daha da qüvvətləndi. Azərbaycan ordusu ən müasir hərbi texnikalardan müvəffəqiyyətlə istifadə etməklə, hərbi xərclərin heç də boşa getməyini sübut etmiş oldu”. Əlibəy Məmmədov qeyd edib ki, “elm dünyasında Dağlıq Qarabağ araşdırmalarına böyük maraq vardır: “Bizim üstümüzə düşən vəzifə isə bu marağın itməməsinə xidmət etmək, elm dünyasında bu məsələni daima diqqət mərkəzində saxlamaqdır”.

Qeyd edək ki, həmyerlimiz Qərb Sosial Elmləri Assosasiyasının ötən il ABŞ-ın Nevada ştatının Reno şəhərində təşkil edilmiş konfransında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə azərbaycanlı məcburi köçkünlərin mövqeyindən baxış” mövzusunda məruzə ilə çıxış etmişdi.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

 

Mənbə: Olaylar qəzeti

http://olaylar.az/news/siyaset/218114

17976404_413062032394314_1520301509_o (1)

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close