Yaponiyada Dünya azərbaycanlıları ilə bağlı kitabın təqdimatı keçirilib (Olaylar qəzeti)

Yaponiyanın paytaxtı Tokio şəhərinin Otaku bölgəsində yerləşən məktəbdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının prezidenti Əlibəy Məmmədov tərəfindən Azərbaycanla bağlı növbəti seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda ümumilikdə 120 məktəbli və 10 müəllim iştirak edib. Seminarda diaspora rəhbəri Azərbaycanın qədim tarixi ənənələri, mədəniyyəti, müasir siyasi həyatı ilə bağlı geniş məlumat verib. Seminar zamanı “Tərəqqi” medalı ilə təltif edilmiş araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu “Dünya Azərbaycanlılarının Palitrası” kitabının təqdimatı olub. Ə. Məmmədov qeyd edib ki, kitabda Azərbaycan diasporu bir növ simvolik olaraq zaman-zaman milyonlarla hissələrə bölünmüş və dünyaya səpələnmiş vahid bədənin ürəyi kimi ifadə olunur. Seminarda kitabla və Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Mənbə: Olaylar qəzeti

http://olaylar.az/news/sosial/208951

20170127_142227

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close