Yaponiyada Azərbaycanla bağlı növbəti seminar keçirildi (525-ci qəzet)

ƏLİBƏY MƏMMƏDOV: “AZƏRBAYCANDA “GÜNDOĞAR ÖLKƏ”NİN TARİXİ İLƏ BAĞLI KEÇİRİLƏN AÇIQ DƏRSİ TOKİO MƏKTƏBLİLƏRİ BÖYÜK MARAQLA QARŞILAYIB”

Dünən Yaponiyanın Tokio prefekturasının Maçida şəhərində yerləşən məktəbdə Azərbaycanla bağlı növbəti seminar təşkil edilib.

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov yaponiyalı şagirdlərə Azərbaycanın tarixi, siyasi-iqtisadi həyatı, təbii sərvətləri, qədim mədəniyyəti haqqında məlumat verib. O, həmçinin məktəblilərə məlumat verib ki, bugünlərdə Bakının Xətai rayonunda yerləşən Yapon bağında azərbaycanlı şagirdlər üçün “Gündoğar ölkə” adlı açıq dərs təşkil edilib. Ə.Məmmədov qeyd edib ki, açıq dərsin ideya müəllifi və təşkilatçısı “Tərəqqi” medalına layiq görülmüş, “İlin Müəllimi”, “Qabaqcıl Təhsil İşçisi” Güntəkin Məmmədovadır. 147 saylı texniki-humanitar liseyin şagirdlərinə Yaponiya tarixi ilə bağlı dərs deyən G.Məmmədova açıq dərs zamanı bildirib ki, biz Yaponiya tarixini keçən ilə kimi Meyçi dövründən başlayaraq öyrənirdik: “Son dövrlərdə isə Yaponiya-Azərbaycan arasında genişlənməkdə olan siyasi, iqtisadi, mədəni əlaqələr dərsliklərimizə də sirayət edib və Yaponiya tarixinə diqqət daha da artıb”.

Güntəkin Məmmədova dərsin gedişində onu da bildirib ki, Yaponiya incəsənətinin əsas prinsiplərini özündə əks etdirən və kökü çox qədim ənənələrə – buddizm, sintozimə gedib çıxan mədəniyyət sahələrindən biri də bağ-parkçılıq sənətidir: “Qədim zamanlardan təbiətə sitayiş, etiqad, səcdə yaponların təbiətə bir varlıq kimi yanaşmasından xəbər verirdi. Yaponlar uca dağlara, ecazkar daşlara, qədim ağaclara, su hövzələrinə, şəlalərə etiqad edirdilər. İlk belə süni Yapon bağlarının salınması 6-7-ci əsrlərə aiddir”.
Ə. Məmmədov Azərbaycanda keçirilən bu tipli dərslərin, seminarların Yaponiyanın təbliğatına, ölkədə daha da tanıdılmasına töhfələr verəcəyinə əmin olduğunu deyib.

Yaponiyalı məktəblilər tərəfindən böyük maraqla qarşılanan açıq dərs mövzusu ətrafında kifayət qədər sual və şərhlər edilib. Xüsusilə Azərbaycanda Yaponiya ilə bağlı bu qədər dərin və maraqlı dərslərin keçirilməsi, azərbaycanlıların Yaponiya sevgisi, eyni zamanda Bakı şəhərində Yapon bağının olması şagirdlərdə rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Maçida şəhərində yerləşən məktəbdə təşkil edilmiş budəfəki seminarda Azərbaycanla yanaşı, Avstriya, İsveç, Avstraliya, Çin, Cənubi Koreya, Kambociya və Özbəkistandan olan təmsilçilər də öz dövlətləri haqqında məlumat veriblər.

Ceyhun ABASOV

Mənbə: 525-ci qəzet

http://525.az/site/index.php?name=xeber&news_id=71922

wp-1484838426045.jpg

wp-1484837986542.jpg

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: