Tokioda Azərbaycanla bağlı növbəti seminar təşkil edilib (Palitra qəzeti)

Yanvar ayının 18-də Tokyonun Maçida şəhərində yerləşən məktəbdə Azərbaycanla bağlı növbəti seminar təşkil edilib. Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri Əlibəy Məmmədov Azərbaycanın tarixi, siyasi-iqtisadi həyatı, təbii sərvətləri, qədim mədəniyyəti haqqında çıxışlar edib. Ə. Məmmədov həmçinin bu günlərdə Bakı şəhəri Xətai rayonunda yerləşən Yapon bağında təşkil edilmiş “Gündoğar ölkə” adlı açıq dərs haqqında geniş məlumat verib. O qeyd edib ki, açıq dərsin ideya müəllifi və təşkilatçısı “Tərəqqi” medalına layiq görülmüş, “İlin Müəllimi”, “Qabaqcıl Təhsil İşçisi” Güntəkin Məmmədova 147 saylı texniki-humanitar liseyin şagirdlərinə Yaponiya tarixi ilə bağlı dərs deyib.
Açıq dərs zamanı Güntəkin müəllim qeyd etmişdir ki, biz Yaponiya tarixini keçən ilə kimi Meyçi dövründən başlayaraq öyrənirdik. Son dövrlərdə isə Yaponiya-Azərbaycan arasında genişlənməkdə olan siyasi, iqtisadi, mədəni əlaqələr dərsliklərimizə də sirayət etmiş və Yaponiya tarixinə diqqət daha da artıb.
Güntəkin Məmmədova dərsin gedişində onu da bildirmişdir ki, Yaponiya incəsənətinin əsas prinsiplərini özündə əks etdirən və kökü çox qədim ənənələrə buddizmə, sintozimə gedib çixan mədəniyyət sahələrindən biri də bağ-parkçılıq sənətidir. Qədim zamanlardan təbiətə sitayiş, etiqad, səcdə yaponlarin təbiətə bir varliq kimi yanaşmasını təmin etmişdir. Yaponlar uca dağlara, ecazkar daşlara, qədim ağaclara, su hövzələrinə, şəlalələrə etiqad edirdilər. İlk belə süni yapon bağlarının salınması Vl-Vll əsrlərə aiddir.
Ə. Məmmədov Azərbaycanda keçirilən bu tipli dərslərin, seminarların təşkilinin Yaponiyanın təbliğatına, ölkədə daha da tanıdılmasına töhvələr verəcəyini vurğulayıb.
Yaponiyalı məktəblilər tərəfindən böyük maraqla qarşılanan açıq dərs mövzusu ətrafında kifayət qədər sual və şərhlər edilib. Xüsusilə Azərbaycanda Yaponiya ilə bağlı bu qədər dərin və maraqlı dərslərin keçirilməsi, azərbaycanlıların Yaponiya sevgisi, eyni zamanda Bakı şəhərində Yapon bağının olması şagirdlərdə rəğbətlə qarşılanıb. Sonda açıq dərsə aid bir neçə şəkil və sənədlər nümayiş edilib.
Qeyd edək ki, Maçida şəhərində yerləşən məktəbdə təşkil edilmiş bu dəfə ki, seminarlarda Azərbaycanla yanaşı, Avstriya, İsveç, Avstraliya, Çin, Cənubi Koreya, Kambociya və Özbəkistandan olan təmsilçilər də öz dövlətləri haqqında yaponiyalı şagirdlərə məlumatlar veriblər.

Fuad

Mənbə: Palitra qəzeti

http://palitranews.az/news.php?id=64211

yapon-bagi-shekil-1

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。