Dünya Azərbaycanlılarına Bayram Təbrikləri

Hörmətli Dünya Azərbaycanlıları, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
 
Bildiyiniz kimi, azərbaycanlıların tarixi sadəcə müasir Azərbaycan Respublikasının sərhədləri ilə məhdudlaşmır. Həmvətənlərimiz əsirlər boyu bütün dünyaya yayılmışlar. Bugün xaricdə yaşayan həmvətənlərimiz olduqları cəmiyyətlərin bir parçası olmaqla yanaşı, Azərbaycan adını şərəflə daşımaqdadırlar.
 
Vəzifəsindən, mövqeyindən asılı olmayaraq, əgər Azərbaycan Respublikası sərhədlərindən kənara çıxdıqsa, biz artıq vətənimizin simasına çevrilirik. Vətənimizi məhz bizimlə tanımağa başlayırlar.
 
Hər şey məhz insan münasibətləri üzərində qurulur. Ona görə bundan sonra da olduğumuz cəmiyyətlərdə, dövlətlərdə bu yerlərin insanları ilə qaynayıb qarışmağa çalışmalıyıq.
 
Azərbaycanı xaricdə təmsil etmək sadəcə oralarda olan azərbaycanlılarımızı bir araya gətirməkdən ibarət deyildir. Əlbəttə bu da çox önəmli faktordur. Bir olmaq, yumruq kimi bir araya gəlmək vacibdir. Amma diaspor fəaliyyəti göstərmək, ayrı-ayrı ölkələrdə, o ölkənin vətəndaşlarına ölkəmizi yaxından tanıtdırmaq, onun haqqında xoş və müsbət fikir yaratmaqdan ibarətdir.
 
Hər kəs bacardığını etməyə çalışmalıdır. Düşünməməliyik ki, hər hansısa bir media qurumu, hər hansısa bir səbəbə görə fəaliyyətimi işıqlandırmır və ya hər hansısa bir şəxs hər hansısa bir marağına görə səni hər şeydən uzaq tutmaq istəyir və s.
 
Millətin, Xalqın, Dövlətin gələcəyini düşünmək lazımdır. Sadəcə bugün üçün yox, sabah üçün yox, 5 il, 10 il, 15 il, 20 il sonranı düşünüb, özündən sonrakı nəsillərin fəaliyyətinə, varlığına töhvə verəcək addımlar atmağa çalışmalıyıq.
 
Bacardıqsa ən ali səviyyələrdə çıxışlar etməli, tarix yazmalıyıq.
Yazırıq da! Yazacağıqda! Hər zaman irəli!
 
Əlibəy Məmmədov
Tokyo, Yaponiya
29 Dekabr 2016-cı il
 

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close