Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib (AZADİNFORM)

AZADİNFORM. 2016-cı ilin Dekabr ayının 9-da Yaponiyanın paytaxtı Tokio şəhərinin Setagaya bölməsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tərəfindən “Mənim Ana Vətənim – Azərbaycan” mövzusunda seminar həyata keçirilib.

Seminarda ümumilikdə 60 şagird və 5 müəllim iştirak edib.

Seminar zamanı əsas diqqət Azərbaycanın tarixi, mədəniyyəti, insanlarının gündəlik həyat tərsi, müasir inkişafı və Yaponiya-Azərbaycan ikitərəfli münasibətlərində adi insanların roluna yönəldilib.

Ə. Məmmədov qeyd edib ki, Azərbaycan qədim mədəniyyətə malik olan bir dövlətdir. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlər və xalqlar Azərbaycan mədəniyyətinin formalaşmasında mühüm rol oynayıblar. Ölkəmiz Şərqlə Qərbi birləşdirən Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, dünya təhlükəsizliyinə də öz dərin töhvələrini verməkdədir.

Azərbaycan torpaqlarında farslar, ərəblər, monqollar, türklər, ruslar öz dövlətlərini qurmuş, regionda əsrlər boyu hakimiyyətlərini sürdürmüşlər. Bütün bunların nəticəsində yerli insanlarda xaricilərlə qaynayıb qarışma, digərlərinin mədəniyyətinə hörmətlə yanaşma, qarşılıqlı hörmət və anlayış şəraitdə yaşama mədəniyyəti formalaşıb. Nəhayət 1918-ci ildə Azərbaycan ilk dəfə müstəqilliyinə qovuşanda ölkəmiz İslam dünyasında ilk demokratik dövlət, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir. Bundan əlavə Azərbaycan İslam dünyasında milli teatrın (Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri), operanın (Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsəri) və baletin (Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” əsəri) əsasının qoyulduğu yerdir. 1991-ci ildə Azərbaycan tarixdə ikinci dəfə öz müstəqilliyinə qovuşur. İlk illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkədaxilində baş verən toqquşmalar nəticəsində özünün ən ağır günlərini yaşasa da, 1993-cü ildə hakimiyyətə Heydər Əliyevin gəlməsi isə vəziyyət stabilləşməyə doğru inkişaf edir. 1994-cü ildə Ermənistanla atəşkəs müqaviləsi imzalanır. Eyni ildə “Əsrin Müqaviləsi” neft kontraktı imzalanır. 1995-də konstitusiya qəbul edilir. Azərbaycanın iqtisadi və siyasi həyatı stabilləşmə mərhələsinə qədəm qoyur. 2000-ci illərdə isə neftdən gəlirlər gəlməyə başladıqda bu vəsaitlər hesabına ölkənin qeyri-neft sektoru da inkişaf mərhələsinə qədəm qoyur.

Azərbaycanda kənd təsərrüfatı və turizm sektoru inkişaf etməkdədir. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Azərbaycanın kənd təsərrüfatı məhsulları öz keyfiyyəti və uyğun qiymətləri ilə dünya bazarında öz yerini tutmaqdadır. Bu gün artıq Yaponiyada Azərbaycan balı, narı, şərabı, təbii şirələri, biyan kökləri öz layiqli yerini tutmaqdadırlar.

Qeyri-rəsmi məlumatlara görə il ərzində Azərbaycandan Yaponiyaya 500 nəfər, Yaponiyadan Azərbaycana isə 5 min nəfər insan səyahət edir. Azərbaycanın kənd təsərrüfatında Yaponiya texnikası və təcrübəsindən yüksək səviyyədə istifadə edilir. Bütün bunların nəticəsində ikitərəfli münasibətlərimizdə inkişaf gözə çarpacaq dərəcədədir. Bu gün hətta regionlarımız arasında da qardaşlaşma layihələri uğurla həyata keçirilir.

Qeyd edək ki, proqram çərçivəsində Serbiya, İran və Hindistandan olan nümayəndələr də öz ölkələri haqda məlumatlar veriblər.

12.12.2016 14:06
Mənbə: AZADİNFORM İnformasiya Agentliyi
15540582_351879188512599_1712015771_o
Seminar öncəsi xarici tələbələr və yaponlarla fikir mübadiləsi, Tokio şəhəri, 09.12.2016

 

dersim
9 dekabr 2016-cı il, Tokioda Azərbaycanla bağlı verdiyim dersdən bir an

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: