Yaponiyada Azərbaycanla bağlı növbəti seminar keçirilib (Salamnews)

Bakı, 12 dekabr, SalamNews. Yaponiyanın paytaxtı Tokio şəhərinin Setagaya bölməsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tərəfindən “Mənim Ana Vətənim – Azərbaycan” mövzusunda seminar keçirilib.

SalamNews-un məlumatına görə, seminar zamanı əsas diqqət Azərbaycanın tarixi, mədəniyyəti, insanlarının gündəlik həyat tərsi, müasir inkişafı və Yaponiya-Azərbaycan ikitərəfli münasibətlərində adi insanların roluna yönəldilib.

Ə.Məmmədov qeyd edib ki, Azərbaycan qədim mədəniyyətə malik olan bir dövlətdir. Azərbaycan ərazisində tarixən mövcud olmuş dövlətlər və xalqlar Azərbaycan mədəniyyətinin formalaşmasında mühüm rol oynayıblar. Ölkəmiz Şərqlə Qərbi birləşdirən Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, dünya təhlükəsizliyinə də öz dərin töhvələrini verməkdədir.

Qeyri-rəsmi məlumatlara görə il ərzində Azərbaycandan Yaponiyaya 500 nəfər, Yaponiyadan Azərbaycana isə 5 min nəfər insan səyahət edir. Azərbaycanın kənd təsərrüfatında Yaponiya texnikası və təcrübəsindən yüksək səviyyədə istifadə edilir.

Bütün bunların nəticəsində ikitərəfli münasibətlərimizdə inkişaf gözə çarpacaq dərəcədədir. Bugün hətta regionlarımız arasında da qardaşlaşma layihələri uğurla həyata keçirilir.

Qeyd edək ki, proqram çərçivəsində Serbiya, İran və Hindistandan olan nümayəndələr də öz ölkələri haqda məlumatlar veriblər.

Mənbə: Salamnews

http://pda.salamnews.org/az/news/read/249163

dersim

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close