Yaponiyada Azərbaycan multikulturalizminə dair dərs keçirilib

Yaponiyanın paytaxtı Tokio şəhərinin Şinaqava bölməsində yerləşən məktəbdə, Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov yaponiyalı məktəblilərə “Müasir Dünya düzənində Azərbaycanın multikultural modeli” mövzusunda dərs demişdir. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Yaponiya-Azərbaycan əlaqələri haqqında söhbət açan Ə. Məmmədov xüsusi diqqəti Azərbaycanın multikultural modelinə yönəltmişdir. O, qeyd etmişdir ki, dövlət başçısı İlham Əliyevin (11 Yanvar 2016-cı il) sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir. Ə. Məmmədov bildirmişdir ki, tarixi ipək yolu üzərində yerləşən Azərbaycanda müxtəlif sivilizasiyalar qovuşur. Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri sülh, əminamanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında yaşayırlar. Bugün Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilmişdir. Azərbaycanda yaşayan ayrı-ayrı dinlərin, millətlərin və etnik qrupların nümayəndələri bərabər hüquqlara malikdirlər. Diaspora rəhbərimiz Azərbaycan Respublikası Prezidentinin 15 May 2014-cü il Fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən söhbət açaraq, sözügedən mərkəzin azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qurum olduğunu vurğulayıb. Ə. Məmmədov onu da vurğulamışdır ki, dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də xarici dövlətlərdə multikulturalizmin və dini tolerantlığın təbliği istiqamətində tədbirlərin keçirilməsi çox əhəmiyyətli bir prosesdir. Bunun vasitəsilə insanlar multikulturalizmin Azərbaycan modeli ilə tanış olmuş olurlar. Ölkəmizin imici daha da yaxşılaşdırılır və dünya miqyasında toleyrant bir dövlət kimi tanıdılmağa başlayır. Bu çox önəmli faktordur. Azərbaycanı “dünyanın multikulturalizm beşiyi” kimi brendləşdirmək, ölkəmizə xeyli sayda turistlərin də gəlməsinə səbəb ola bilər ki, bunun sayəsində ölkədə qeyri-neft sektoru xüsusilə turizm daha da inkişaf edər. Diaspora rəhbərimiz sonda Dünya Azərbaycanlıları Assambleyası və dünyada Azərbaycan diasporu haqqında məlumat verərək bildirmişdir ki, Azərbaycanın dünyada multikultural dövlət kimi tanıdılmasında yalnız dövlət deyil, həm də ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən aktiv diaspor təşkilatlarımız, xüsusilə DAA da öz növbəsində müxtəlif layihələr üzərində işləməkdədir.

http://palitranews.az/news.php?id=60842

20161105_114219

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。