Qarabağda Aprel savaşı Yaponiyanı silkələdi (Axar.az)- Foto

Yaponiyanın məşhur “Hokkaydo” qəzetində Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiyanın Hokkaydo Universitetinin doktorant tələbəsi Əlibəy Məmmədovun müsahibəsi yayımlanıb.

Axar.az xəbər verir ki, Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişələrindən bəhs olunan müsahibədə Aprel döyüşlərindən də söhbət açılıb və müharibənin nə zaman bitəcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əlibəy Məmmədov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmaq istəmir və insanlar artıq sülh danışıqlarına şübhə ilə yanaşır. Ona görə də münaqişənin həlli üçün “müharibə etməkdən başqa həll yolu yoxdur” deyənlərin sayı az deyil.

O, həmçinin, deyib ki, sözügedən müsahibə yayımlanandan sonra Yaponiyadan ismarışların və zənglərin ardı-arası kəsilmir. Yaponiyalılar Dağlıq Qarabağ məsələsinə ciddi maraq göstərir.

Qeyd edək ki, “Hokkaydo” qəzetinin gündəlik səhər satışı 1 milyon 23 min 378, axşam satışı 432 min 422 nüsxədir.

2016.11.17 / 17:50

http://axar.az/news/gundem/121723.html

received_10211355880192860

 

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。