Yaponiyalı şagirdlərə Azərbaycanla bağlı dərs

ƏLİBƏY MƏMMƏDOV “MÜASİR DÜNYA DÜZƏNİNDƏ AZƏRBAYCANIN MULTİKULTURAL MODELİ” MÖVZUSUNDA MÜHAZİRƏ

Noyabrın 5-də Yaponiyada “Müasir Dünya düzənində Azərbaycanın multikultural modeli” mövzusunda seminar keçirilib.

Paytaxt Tokionun Şinaqava bölgəsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov yaponiyalı şagirdlərə mühazirə oxuyub.

Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Yaponiya-Azərbaycan əlaqələri haqqında söhbət açan Ə. Məmmədov xüsusi diqqəti Azərbaycanın multikultural modelinə yönəldib. O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilib.

Ə. Məmmədov bildirib ki, tarixi ipək yolu üzərində yerləşən Azərbaycanda müxtəlif sivilizasiyalar qovuşur: “Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında yaşayırlar. Bu gün Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilib. Azərbaycanda yaşayan ayrı-ayrı dinlərin, millətlərin və etnik qrupların nümayəndələri bərabər hüquqlara malikdirlər”.

Diaspora rəhbərimiz Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən söhbət açaraq, sözügedən mərkəzin azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qurum olduğunu vurğulayıb.

Ə. Məmmədov onu da qeyd edib ki, dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də xarici dövlətlərdə multikulturalizmin və dini tolerantlığın təbliği istiqamətində tədbirlərin keçirilməsi çox əhəmiyyətli bir prosesdir: “Bunun vasitəsilə insanlar multikulturalizmin Azərbaycan modeli ilə tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda, bununla ölkəmizin imici daha da yaxşılaşdırılır və dünya miqyasında tolerant bir dövlət kimi tanıdılmağa başlayır. Ona görə də, bu çox önəmli faktordur. Azərbaycanı “dünyanın multikulturalizm beşiyi” kimi brendləşdirmək, ölkəmizə xeyli sayda turistlərin də gəlməsinə səbəb ola bilər ki, bunun sayəsində ölkədə qeyri-neft sektoru, xüsusilə turizm daha da inkişaf edər”.

Diaspora rəhbərimiz sonda DAA və ümumilikdə, Azərbaycanın diaspora fəaliyyəti haqqında məlumat verərək bildirib ki, ölkəmizin dünyada multikultural dövlət kimi tanıdılmasında yalnız dövlət deyil, həm də ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən aktiv diaspor təşkilatları, xüsusilə Dünya Azərbaycanlıları Assambleyası müxtəlif layihələr həyata keçirərək aparılan ümumi işə öz töhfələrini verir”.

Ceyhun ABASOV

Mənbə: 525-ci qəzet

http://525.az/site/?name=xeber&news_id=67316

08.11.16   15:07

20161105_114219

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close