Dünya Azərbaycanlıları Assambleyasında yeni təyinatlar olub

Dünya Azərbaycanlıları Assambleyasın (DAA) Prezidenti Rəşad Quliyevin sərəncamı ilə Dünya Azərbaycanlıları Assambleyası Gənclər Təşkilatı yaradılıb. DAA Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, bu təşkilata Danimarakada yaşayan Nigar Mobarəki təyin olunub.

Nigar Mobaraki kimdir ?

O, 16.12.1992-ci ildə Danimarkanın Kopenhagen şəhərində ziyalı ailəsinda dünyaya gəlib. Kopenhagendə Sankt Annæ özəl orta məktəbini bitirmiş, iqtisadiyyat təmayüllü “Niels Brock Copenhagen Business College”də biznesin idarə olunması ixtisasını bitirmiş, hal hazirda Syddansk Univertitetinde “MSc in Business Economics and Auditing” magistratura üzərində təhsilini davam etdirir. Azərbaycan, danimarka, ingilis, türk, alman dillərini bilir.

Digər sərəncam ilə DAA- nın Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov DAA-nın Şərqı və Orta Asiya üzrə Vitse – prezidenti təyin olunub.

Əlibəy Məmmədov kimdir?

O , 30.10.1988 –ci ildə Moskvada dünyaya gəlib, O hazırda Tokioda yaşamaqla yanaşı, Hazırda Hokkaido Universitetinin doktorantura təhsili alır.

O, bugünə qədər Hokkaido Universitetinin əsasını həmin universitetin xarici tələbələrinin təşkil etdiyi Xarici Tələbələr Assosasiyasının rəhbəri seçilib, hazırda həmin təşkilatın fəxri prezidentidir. Bugünə qədər Yaponiyada uğurlu diaspora fəaliyyətləri ilə tanınan cənab Əlibəy Məmmədov yaponlara Azərbaycan dərsi verir. Bu dərslə yaponlar Azərbaycan haqqında məlumat alırlar. Artıq bir neçə aydır ki, Əlibəy Məmmədov DAA Yaponiya təmsilçisi olaraq bir sıra ciddi lahiyələrin, addımların müəllifi, Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində təşkil olunan tədbirlərin təşkilatçısıdır.

Digər sərəncamla Raqif Hüseynov Elmi araşdırmalar və tədqiqat məsələləri üzrə vitse prezident təyin olunub.
Raqif Hüseynov kimdir ?

Hüseynov Raqif Tofiq oğlu 1 sentyabr 1984-cü ildə Gəncə şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar İqdisadiyyat fakültəsini bitirib. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2003-cü ilin dekabr ayının 25-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Yeni Azərbycan Partiyası Gənclər Birliyinin sədri seçilib və 2006-cı ilin iyul ayının 10-dək bu vəzifədə çalışıb. 2007-2008-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının nəzdində fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi “Menecment” ixtisasartırma kursunda təhsil alıb. Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqdisadçı vəzifəsində çalışıb, 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetinin Aqrar İqtisadiyyat fakültəsinin “İnzibati idarəetmə və gömrük ekspertizası” ixtisası üzrə magistratura pilləsini bitirib. 2010-2015-ci illər ərzində Gəncə şəhər Xəzər Təhsil Mərkəzində direktor vəzifəsində, 2014-2015-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının müəllimi vəzifəsində çalışmış, 2014-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının dissertantıdır. 2015-2016-cı illər ərzində Erasmus Mundus proqramı çərçivəsində Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Varşava Təbiət Elmləri Universitetinin İqtisadiyyat fakültəsində dissertasiya müdfiə edib. 25 elmi məqalənin və 1 dərslik kitabın müəllifiyəm. Eyni zamanda Polşanın paytaxtı Varşavada 17.12.2015-ci il tarixində Azərbaycan-Polşa Gənc Alimlərinin 1-ci Elmi Praktik Konfransını təşkil edib. Hal-hazırda Macarıstan Respublikasının Sent İstvan Univeristetinin doktorantıdır.

Eyni zamanda yeni qərarla İsveçdə yaşayan və doktorluq dissertasiyası müdafiə edən Aqil Vəliyev DAA İsveç nümayəndəliyi rəhbəri təyin olunub.

Aqil Vəliyev kimdir?

20 aprel 1984-cü ildə Bakı şəhərində doğulmuşdur. 2005-ci ildə Azərbaycan Dillər Universitetini Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Eyni zamanda o, Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramında təhsil almışdır. Azərbaycan Respublikası Mədəniyyət-Turizm Nazirliyi və Təhsil Nazirliyində Beynəlxalq əlaqələr üzrə baş məsləhətçi, Azərbaycan Milli Elmlər Akademiyasında və Odlar Yurdu Universitetində Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışmışdır. O, həmçinin Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində beynəlxalq münasibətlər və mba proqramları üzrə müəllim kimi çalışmışdır. Hazırda Avropa İttifaqının təqaüd proqramı çərçivəsində İsveçin Malmo Universitetində doktorantura pilləsində təhsilini uğurla davam etdirir.

2014-cü ilin aprel ayından etibarən AMEA-nın Beynəlxalq əlaqələr idarəsində Avropa İttifaqının Horizon 2020 proqramı üzrə Milli əlaqələndirici şəxs (NCP) seçilmiş və BMT-nin Elm və Texnologiyanın İnkişafı üzrə Komissiyasında elm və təhsil məsələləri üzrə expert kimi fəaliyyətinin davam etdirməkdədir.

Bu günədək Azərbaycan Respublikasına elm və təhsil istiqamətləri üzrə 50-dən artıq müxtəlif beynəlxalq layihələrin gətirilməsində əvəzsiz xidmətləri olmuşdur. Buraya Avropa İttifaqının Tempus, Erasmus KA1, KA2, TAİEX, Twinning, Horizon 2020, UNESCO, KOICA və s. müxtəlif beynəlxalq proqram və layihələr daxildir. Azərbaycan, rus, ingilis, alman və isveç dillərini bilir.

Bu sərəncamlarla yanaşı daha bir sərəncamla Adilə Yusif DAA Malta nümayəndəliyi rəhbəri təyin olunub.

Adilə Yusif kimdir?

26.08.1956 – cı il tarixində Ağdam şəhərində dünyaya gəlib. 20 ilə yaxın bir zamandır ki, Maltada yaşayır. İxtisasca müəllimədir.

——————————————————————–

Menbe: Respublika.info sayti

31 Oktyabr 2016

http://respublik.info/gundem/4162-dunya-azerbaycanlilari-assambleyasinda-yeni-teyinatlar-olub-foto.html

daa

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s

%d bloggers like this: