Dünya Azərbaycanlıları Assambleyasında yeni təyinatlar olub (APA.az)

Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyevin sərəncamı ilə qurumun Gənclər Təşkilatı yaradılıb.

Assambleya mətbuat xidmətindən APA-ya bildirilib ki, Danimarkada yaşayan Nigar Mobarəki təşkilatın rəhbəri təyin olunub.

DAA- nın Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov assambleyanın Şərq və Orta Asiya üzrə vitse-prezident, Raqif Hüseynov isə Macarıstan nümayəndəliyinin rəhbəri vəzifələrinə təyinat alıblar. R. Hüseynov eyni zamanda  DAA prezidentinin Şərqi və Orta Asiya ölkələri üzrə müavinlik edəcək.

Assambleyanın İsveç nümayəndəliyinə də təyinat olub. Qurumu bu ölkədə  yaşayan və doktorluq dissertasiyası müdafiə edən Aqil Vəliyev təmsil edəcək.
DAA prezidentinin başqa bir sərəncamı ilə Adilə Yusif DAA Malta nümayəndəliyi rəhbəri təyin olunub. A. Yusif 20 ilə yaxındır Maltada yaşayır. İxtisasca müəllimdir.

Mənbə: APA İnformasiya Agentliyi

31 Oktyabr 2016

http://apa.az/diaspor/dunya-azerbaycanlilari-assambleyasinda-yeni-teyinatlar-olub.html

daaalibay-1111

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close