DAA Prezidenti Rəşad Quliyevin sərəncamı ilə Dünya Azərbaycanlıları Assambleyası Gənclər Təşkilatı yaradılıb. Təşkilata Danimarakada yaşayan Nigar Mobarəki təyin olunub. DAA mətbuat xidmətindən “Kaspi”yə verilən məlumatda bildirilir ki, DAA- nın Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov DAA-nın Şərqı və Orta Asiya üzrə Vite – prezident təyin olunub.
Eyni zamanda, Macarıstanda yaşayan və orada doktorluq dissertasiyası müdafiə edən Raqif Hüseynov Macarıstan nümayəndəliyinin rəhbər seçilib. Digər bir qərarla o, DAA prezidentinin Şərqi və Orta Asiya ölkələri üzrə müavini təyin olunub. İsveçdə yaşayan və doktorluq dissertasiyası müdafiə edən Aqil Vəliyev DAA İsveç nümayəndəliyinin, Adilə Yusif DAA Malta nümayəndəliyinin rəhbəri təyin olunublar.
Mənbə: Kaspi.az
31 Oktyabr 2016
