DAA-da yeni təyinatlar (AZADINFORM)

Samir Soltanov/AZADİNFORM. Dünya Azərbaycanlıları Assambleyasının (DAA) prezidenti Rəşad Quliyevin sərəncamı ilə Dünya Azərbaycanlıları Assambleyası Gənclər Təşkilatı yaradılıb.

Assambleya mətbuat xidmətinin Azadinform-a verdiyi məlumata görə, Danimarkada yaşayan Nigar Mobarəki təşkilatın rəhbəri təyin olunub.

DAA-nın Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov isə qurumun Şərqi və Orta Asiya üzrə vitse – prezident təyin edilib.

Raqif Hüseynov isə DAA prezidentinin digər sərəncamı ilə Macarıstan nümayəndəliyin rəhbərlik edəcək. O, həmçinin  DAA prezidentinin Şərqi və Orta Asiya ölkələri üzrə müavini təyin olunub.

Assambleyanın İsveç nümayəndəliyinə də təyinat olub. Qurumu sözügedən ölkədə  yaşayan və doktorluq dissertasiyası müdafiə edən Aqil Vəliyev təmsil edəcək.

DAA prezidentinin başqa bir sərəncamı ilə Adilə Yusif DAA Malta nümayəndəliyi rəhbəri təyin olunub. A. Yusif 20 ilə yaxındır Maltada yaşayır. İxtisasca müəllimdir.

 

Mənbə: AZADİNFORM İnformasiya Agentliyi

31 Oktyabr 2016

http://www.azadinform.az/news/a-124499.html

daa

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close