Tokioda İsrail və Yaponiyadakı diaspor rəhbərlərimizin görüşü oldu

Oktyabrın 24-də Azərbaycanın İsrail və Yaponiyadakı diaspor təşkilatlarının rəhbərləri Tokioda bir araya gəliblər.

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının İdarə heyətinin üzvü, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru olan Yeganə Salman dünyada genişlənməkdə olan Azərbaycan diasporunun fəaliyyəti, uğurları, potensial inkişafı, problemləri və onların həlli yolları haqqında geniş müzakirələr aparıblar.

Y.Salman qeyd edib ki, ilk dəfə İsrailə ayaq basanda yerli insanlarda Azərbaycanla bağlı hər hansısa bir məlumat yox idi: “Ölkəmizi demək olar ki, tanımırdılar. Azərbaycan haqqında müsbət fikir yox idi. Ermənistan diasporası isə o zamandan burada fəaliyyət göstərirdi və özləri haqqında kifayət qədər müsbət fikir yaratmağa nail olmuşdular. Buna görə də hər zaman İsraildə Azərbaycan diasporunun yaradılması və geniş fəaliyyət göstərməsi haqqında düşünürdük”.

25 ildir İsraildə yaşayıb fəaliyyət göstərən Y.Salman xüsusilə son 10 il ərzində İsraildə Azərbaycan diasporunun fəal və uğurlu işləri haqqında söhbət açıb. O bildirib ki, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə İsraildə Azərbaycanın bütün rəsmi bayramları, Azərbaycanın tarixi simalarının, elm adamlarının, xalqımızın, millətimizin, dövlətimizin tarixində iz qoymuş şəxsiyyətlərin yubiley və xatirələri ilə əlaqədar tədbirlər təşkil edilib və yerli ictimaiyyətin diqqəti Azərbaycan ətrafında cəmləşdirilib. “Çalışırıq ki, hər həftə bir tədbir təşkil edək və yerli ziyalıları, ictimai xadimləri dəvət edək. Məqsədimiz İsraildə Azərbaycanın daha da yaxından tanıdılması, ölkəmiz haqqında müsbət rəyin yaradılmasıdır. Bu gün əminliklə deyə bilərik ki, bir çox anlamlarda öz məqsədimizə müəyyən qədər nail ola bilmişik”.

İsraildəki fəaliyyəti ilə Azərbaycan mediasının da diqqət mərkəzinə düşən Y.Salmanla Tokioda görüşün təşkil edilməsindən məmnunluğunu ifadə edən Əlibəy Məmmədov ilk öncə Yaponiyada Azərbaycan diasporunun dünəni və bugünü haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Azərbaycanda Yaponiyaya qarşı sevgi və rəğbət hissi çox olmasına baxmayaraq, Yaponiyada Azərbaycan haqqında təsəvvürlər aşağı səviyyədə idi: “Şübhəsiz ki, diaspor təşkilatımızın olmaması əsas səbəb idi. Yaponiya elə bir dövlətdir ki, burada Cənubi Qafqaz ölkələri haqqında biliklər aşağı səviyyədədir. Bu sahə ilə məşğul olan elm adamları, siyasi dairələrdə yüksək səviyyədə məlumatların olmasına baxmayaraq, adi insanlar demək olar ki, regiona maraq göstərmirdilər. Əsas səbəb isə tanımamaqlarıdır. Lakin biz onlara Azərbaycan haqqında məlumatlar verəndə, insanlarımız, tariximiz, mədəniyyətimiz, füsunkar ədəbi incilərimizdən danışanda, hər biri hökmən ən azı bir dəfə Azərbaycana səfər etmək istədiyini, azərbaycanlı dostlar qazanmaq istəyini dilə gətirirlər”.

Ə.Məmmədov qeyd edib ki, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının əsas məqsədinin Yaponiyada bütün təbəqələrdən və qütblərdən olan insanların arasında Azərbaycan adının tanıdılması, onun haqqında müsbət rəyin formalaşdırılması, ölkələrimiz arasında qarşılıqlı mübadilələrin yaradılması və artırılmasıdır: “Bu məqsədlə təhsil ocaqlarında Azərbaycanla bağlı dərslərin, seminarların müntəzəm keçirilməsi nəzərdə tututulub və hazırda həyata keçirilməkdədir. Eyni zamanda yaponiyalı iş adamlarının təşkil etdikləri məclislərdə Azərbaycanın iqtisadi mühiti, biznes potensialı haqqında geniş məlumatlar verməklə qarşılıqlı səfərlərin, insan mübadiləsinin artmasına öz töhfələrimizi verməyə çalışırıq. Təsadüfi deyil ki, artıq Azərbaycanın bir çox kənd təsərrüfatı məhsulları, o cümlədən, bal, nar şirələri, şərablar Yaponiya bazarında öz layiqli yerini tutmaqdadır. Yaponiyada Azərbaycana dəfələrlə səfərlər edib, yerlərdə şirkətlər yaradıb, ölkəmizin iqtisadiyyatına xüsusilə kənd təsərrüfatına, turizm sektoruna sərmayələr qoyan yerli sahibkarların sayı artmaqdadır. Bundan əlavə, son illərdə Azərbaycan və Yaponiya arasında siyasi sahədə də yaxınlaşma sezilməkdədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri ölkələrimiz arasında olan münasibətlərin parlaq gələcəyindən xəbər verir”.

Ceyhun ABASOV

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。