Yaponiyada dövlət müstəqilliyimizin 25 illiyi müzakirə edilib

Yaponiyada təşkil edilmiş ziyafətdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi müzakirə edilib
18 Oktyabrda Yaponiyanın paytaxtı Tokio şəhərinin əsas mərkəzlərindən biri olan Ropponqidə yaponiyalı kiçik və orta sahibkarların iştirakı ilə ziyafət təşkil edilib. Ziyafətdə Azərbaycanda dəfələrlə səfərdə olmuş, son 3 ildə 400 nəfərə yaxın yaponiyalı biznesmeni Azərbaycana aparmış, Yaponiyada Azərbaycanın təbliğatı işinə böyük töhvələr vermiş Kazuyasu İşida və digər sahibkarlar Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, stabil siyasi həyatı, biznes mühiti ilə bağlı fikir mübadiləsi aparıblar.
Ziyafətə dəvət olunanlar arasında Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov da olub.
Ə. Məmmədov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi haqqında nitq söyləyib. O bildirib ki, Azərbaycan 1991-ci ilin Oktyabrın 18-də müstəqilliyini bərpa etsə də, ilk illər heç də arzuolunan hadisələrlə yadda qalmayıb. Bu dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, Dağlıq Qarabağ və ətraf rayonlarda separatçı qüvvələrin özbaşınalıqları, dünyanın əsas güc mərkəzləri olan böyük dövlətlərin ermənipərəst mövqe sərgiləməsi və digər xoşagəlməz hadisələr bir-birini əvəz edirdi. Azərbaycan diasporunun işləməməsi Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə doğru çatdırılması işinə mane olurdu. Digər tərəfdən güclü erməni lobbisi Ermənistanın işğalçı siyasətini dünya miqyasında haqq işi kimi tanıtdırmaqda dəridən qabıqdan çıxırdılar. Buna müəyyən mənalarda nail də olurdular. Üstəlik Azərbaycanın daxilində hakimiyyət uğrunda mübarizə ölkəni zəiflədirdi.
Ə. Məmmədov qeyd edib ki, 1993-cü ilin iyun ayında hələ Sovet dövründə Azərbaycanı uzun illər idarə etmiş, zəngin təcrübəyə malik, xalq tərəfindən sevilən lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əlamətdar olub. Növbəti 1994-cü ildə Ermənistanla atəşkəs müqaviləsi eyni zamanda böyük dövlətlərin də iştirakı ilə “Əsrin Müqaviləsi” adlı neft kontraktı imzalanır. 1995-ci ildə Konstitusiya qəbul edilir. Bununla da Azərbaycanın siyasi və iqtisadi həyatı normallaşma və stabilləşmə mərhələsinə qədəm qoyur. 2000-ci illərdə Azərbaycanın zəngin neft yataqlarından ölkə iqtisadiyyatına külli miqdarda vəsait daxil olmağa başlayır. Bunun sayəsində ölkə iqtisadiyyatı çiçəklənir, sürətli inkişaf yolu keçir. Dünyanın ən öndə gedən dövlətləri belə həsəd aparacaq bir iqtisadi inkişafa nail olur.
Diaspor rəhbəri vurğulamışdırki, Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri azad və firəvan şəkildə yaşamaq hüququna malikdir. Azərbaycan dünya ölkələri üçün toleyrantlıq nümunəsinə çevrilmişdir. Böyük dövlətlərin bir neçə yüz illiklər ərzində əldə etdiklərini Azərbaycan cəmi 25 ildə həyata keçirməyə nail olub.
Güclü iqtisadi inkişaf fonunda Ermənistanın Azərbaycana olan təcavüzi nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər və qaçqınların vəziyyəti normallaşdırılır, onlara olan dövlət qayğısı artır. Bir çox məcburi köçkünlər yeni yaradılmış yaşayış məntəqələrində yüksək keyfiyyətli mənzillərlə təmin olunurlar.
Bu illər ərzində Azərbaycan diasporu da böyük inkişaf yolu keçib. Artıq bugünümüzdə dünyanın ayrı-ayrı ölkələrində təhsil alan, işləyən, yaşayan həmvətənlərimizin yaratdıqları diaspor təşkilatları dünya səviyyəsində öz sözünü deməyə başlayıb. Artıq səsimizi eşidirlər.
Ə. Məmmədov xüsusilə vurğulayıb ki, bu il Almaniyada yaradılmış Dünya Azərbaycanlıları Assambleyası kifayət qədər ambisiyalı, xoşməramlı bir təşkilatdır. Təşkilatlanma işi sürətlə və peşəkar formada həyata keçirilir. Onun ətrafında ayrı-ayrı ölkələrdə başda sədr Rəşad Quliyev olmaqla, söz sahibi olan, elmi, siyasi və biznes həyatında böyük işlər görüb, vətənini sevən, vətən sevgisi ilə alışıb yanan Azərbaycan aşiqləri, Azərbaycanın bugünü və gələcəkləri olacaq insanlar toplanıblar. Yaddan çıxartmaq lazım deyildir ki, dövlət müstəqilliyinin qorunub saxlanılmasında xaricdə yaşayan həmvətənlərimizin, diaspor təşkilatlarımızın böyük rolu vardır. Bu işdə Dünya Azərbaycanlıları Assambleyası da böyük işlər görmək əzmindədir, görür və görəcəkdir.
Mahmud
Mənbə: Palitra qəzeti
14787630_321735091527009_1495450142_o

 

Aşağıda qeyd olunmuş xəbər portallarında da fəaliyyətimiz geniş şəkildə işıqlandırılmışdır.

http://istiqlal.az/news/27617.html

http://www.azadinform.az/news/a-123497.html

http://www.olke.az/siyaset-1/diaspor-rehberi-yaponiya-sahibkarlarina-mustqillik-tariximizden-danisib-69987

http://afn.az/gundem2/47423-diaspor-rehberi-yaponiya-sahibkarlarina-musteqillik-tariximizden-danishib.html

http://publika.az/news/nida/172685.html

http://ethnoglobus.az/az/index.php/x-b-rl-r/item/831-yaponiyada-az%C9%99rbaycan%C4%B1n-d%C3%B6vl%C9%99t-m%C3%BCst%C9%99qilliyinin-b%C9%99rpas%C4%B1n%C4%B1n-25-illiyi-m%C3%BCzakir%C9%99-edilib

http://www.aktual.az/diaspor-rehberi-yaponiya-sahibkarlarina-musteqillik-tariximizden-danisib/

http://respublik.info/gundem/3927-yaponiyada-teshkil-edilmish-ziyafetde-azerbaycanin-dovlet-musteqilliyinin-berpasinin-25-illiyi-muzakire-edilib.html

 

 

 

 

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close