Bakı, 19 oktyabr, SalamNews. Yaponiyanın paytaxtı Tokio şəhərinin əsas mərkəzlərindən biri olan Ropponqidə yaponiyalı kiçik və orta sahibkarların iştirakı ilə ziyafət təşkil edilib.
SalamNews-un məlumatına görə, ziyafətdə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov dövlət müstəqilliyinin bərpasının 25 illiyi haqqında nitq söyləyib. O qeyd edib ki, 1993-cü ilin iyun ayında hələ Sovet dövründə Azərbaycanı uzun illər idarə etmiş, zəngin təcrübəyə malik, xalq tərəfindən sevilən lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əlamətdar olub.
Diaspor rəhbəri vurğulayıb ki, Azərbaycanda müxtəlif dinlərin və millətlərin nümayəndələri azad və firəvan şəkildə yaşamaq hüququna malikdir. Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsinə çevrilib. Böyük dövlətlərin bir neçə yüz illiklər ərzində əldə etdiklərini Azərbaycan cəmi 25 ildə həyata keçirməyə nail olub
Ə.Məmmədov xüsusilə vurğulayıb ki, bu il Almaniyada yaradılmış Dünya Azərbaycanlıları Assambleyası kifayət qədər ambisiyalı, xoşməramlı bir təşkilatdır. Təşkilatlanma işi sürətlə və peşəkar formada həyata keçirilir. Onun ətrafında ayrı-ayrı ölkələrdə başda sədr Rəşad Quliyev olmaqla, söz sahibi olan, elmi, siyasi və biznes həyatında böyük işlər görmüş, vətənini sevən, vətən sevgisi ilə alışıb yanan Azərbaycan aşiqləri, Azərbaycanın bugünü və gələcəkləri olacaq insanlar toplanıb.
Mənbə: SalamNews İnformasiya Agentliyi
http://salamnews.org/az/news/read/241029