Danimarkada “Müstəqil Azərbaycanın güclənməsində dünya azərbaycanlılarının rolu” adlı tədbir keçirilib

Bakı-APA. Dünya Azərbaycanlıları Assambleyasının (DAA) təşkilatçılığı ilə Danimarkada   “Müstəqil Azərbaycanın güclənməsində dünya azərbaycanlılarının rolu” mövzusunda dəyirmi masa təşkil olunub.

 

Tədbirdə çıxış edən DAA prezidenti Rəşad Quliyev diasporun fəaliyyətindən, diaspor qurumlarının  Azərbaycanın xarici siyasətindəki yerindən danışıb, eyni zamanda Assambleya haqqında məlumat verib. O, qeyd edib ki, minlərlə azərbaycanlının həyatı bahasına əldə edilən müstəqilliyin qorunub saxlanması, dövlətin güclənməsi üçün dünya azərbaycanlıları əllərindən gələni əsirgəməməlidirlər.

 

Daha sonra DAA Danimarka nümayəndəliyinin rəhbəri Kəmalə Maisqızı müstəqillik aktının qəbul olunmasını Azərbaycan tarixi üçün şanlı tarix olduğunu qeyd edib, bu müqəddəs dəyərin qorunub saxlanılması üçün bütün qüvvələrin səfərbər olunmasının vacibliyini vurğulayıb.

 

DAA-nın vitse-prezidenti Aida Məmmədova da müstəqil dövlətin daha qüdrətlənməsi naminə diaspor təşkilatlarının həmrəylik nümayiş etdirməli olduqlarını diqqətə çatdırıb.

Mənbə: APA

http://m.apa.az/az/diaspor/danimarkada-musteqil-azerbaycanin-guclenmesinde-dunya-azerbaycanlilarinin-rolu-adli-tedbir-kecirilib.html

danimarka-daa

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Google+ フォト

Google+ アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Twitter 画像

Twitter アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。