Yapon şagird və müəllim heyətində ölkəmizə sevgi aşılanır

Tokio məktəblərində müntəzəm olaraq hər ay 2-3 dəfə Azərbaycanla bağlı dərslər təşkil olunur

BAKI, 13 okt — Sputnik. Oktyabr ayının 12-də Tokionun Adaçi qəsəbəsində yerləşən məktəbdə Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov tərəfindən “Mənim Ana Vətənim, Azərbaycanlıların gündəlik həyat tərzi və mədəniyyəti” mövzusunda seminar keçirilib. Nümayəndəlikdən Sputnik-ə verilən məlumata görə, nitqini Azərbaycan dilində açan Ə. Məmmədov, daha sonra yapon dilində Azərbaycanın qədim tarixi, mədəniyyəti, müstəqillik illəri, siyasi sistemi haqqında ümumi məlumat verib.

Seminarda ümumilikdə 70 nəfər iştirak edib. Azərbaycanda İslam dininə inanan insanların çoxluq təşkil etdiyini bildirən Ə. Məmmədov qeyd edib ki, Azərbaycanda din və siyasət bir-birindən ayrıdır: “Bu isə öz növbəsində digər dinlərin nümayəndələrinin də özlərini tam rahat hiss etməsinə şərait yaradır. Ölkə əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına rəğmən, burada çoxsaylı millətlərin nümayəndələri də bir-biri ilə dostluq və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycan dünya ölkələri üçün tolerantlıq nümunəsi ola bilər”.

Dağlıq Qarabağ problemi haqqında geniş məlumat verən diaspor rəhbəri bildirib ki, 2000-ci illərdə neftdən gələn ilk gəlirlər məhz problemdən əziyyət çəkən məcburi köçkünlərin həyat və yaşam şəraitinin yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, ölkədə kənd təsərrüfatı və turizmin inkişafına, ölkədə insan kapitalına yönəldilib. Ə. Məmmədov qeyd edib ki, azərbaycanlılar, sadəcə ölkə daxilində yaşayan insanlardan ibarət deyil: “Azərbaycanlılar bir neçə əsr ərzində bütün dünyaya yayılıblar. Tarixən bütün dünyaya səpələnmiş azərbaycanlılar xarici ölkələrdə fəal şəkildə diaspor fəaliyyəti ilə məşğul olurlar”. Diaspor rəhbəri sonda, xüsusilə son 3 ildə sürətli inkişaf yolu keçmiş Yaponiya-Azərbaycan əlaqələri haqqında məlumat verərək bildirib ki, mədəni əlaqələr və iki ölkə arasında insan mübadiləsinin sürətlənməsi xoş haldır.

Qeyd edək ki, seminarda Azərbaycanla bərabər Sinqapur, Avstraliya, Hindistan, İsveçrə, Çin, Cənubi Koreya, Gürcüstan, Özbəkistan və İrandan olan doktorant tələbələr də fəal şəkildə ölkələrini təmsil ediblər.

Ə. Məmmədov qeyd edib ki, bu dərslər artıq ənənə halını almaqdadır: “Tokio məktəblərində müntəzəm olaraq hər ay 2-3 dəfə Azərbaycanla bağlı analoji dərslərin keçirilməsi və yaponiyalı şagird və müəllim heyətində Azərbaycana xüsusi rəğbət və sevginin yaradılması planlaşdırılır”.

Mənbə: Sputnik.az

http://sputnik.az/azerbaijan/20161013/407347854/yapon-mekteb-shagird-elibey-memmedov.html

14724218_318288995204952_553064255_o

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close