Ensonxeber.az DAA-nın mətbuat xidmətinə istinadən məlumat verir ki, Dünya Azərbaycanlıları Yaponiya təmsilçiliyinin qurulması haqqında bugün DAA rəhbərliyi qərar verib. Bugün Yaponiyada nümayəndəmiz təyin olduğunu diqqətinizə çatdırmaq istərdik.
Əlibəy Mammadov Yaponiyada təmsilçimiz olaraq qərarlaşdırıldı. O hazırda Tokioda yaşamaqla yanaşı, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının da rəhbəridir. Hazırda Hokkaido Universitetinin doktorantura təhsili alır. O , bugünə qədər Hokkaido Universitetinin əsasını həmin universitetin xarici tələbələrinin təşkil etdiyi Xarici Tələbələr Assosasiyasının rəhbəri seçilib, hazırdahəmin təşkilatın fəxri prezidentidir. Bugünə qədər Yaponiyada uğurlu diaspora fəaliyyətləri ilə tanınan Cənab Əlibəy Məmmədov Yaponiyada yaponlara Azərbaycan dərsi verir. Bu dərslə yaponlar Azərbaycan haqqında məlumat alırlar.
Bugündən artıq Əlibəy Məmmədov Dünya Azərbaycanlıları Assambleyasının Yaponiya təmsilçisidir.
Ensonxeber.az
http://ensonxeber.az/15696-dunya-azerbaycanlilarinin-yaponiya-temsilciliyi-quruldu.html