Həyatın ədalətsiz olduğunu qəbul edib, yaşam mübarizəsi aparmaq gərəkir

Həyatın ədalətsiz olduğunu qəbul edib, yaşam mübarizəsi aparmaq gərəkir

Dünyanın ədalətli olmasına və olacağına inanmaq isə sadəcə gülünc doğurur. Həyatın ədalətsiz olduğunu qəbul edib, yaşam mübarizəsi aparmaq gərəkir.
Fetulla Gülən və onun məktəblərinin ideologiyasına qarşı olmuşam hər zaman. Onların ən güclü vaxtlarında belə, Ərdoğanla öpüşüb-görüşdükləri vaxtlarda belə. Tanışlarım arasında bu məktəbləri bitirənlər, təhsil alanlar çox idilər və hər zaman çalışırdılar ki, qarşı tərəfi öz təsirləri altına salıb, öz yollarında dost etsinlər. Bu məndə bir növ ikrah hiss oyadırdı. Niyə görə mən məcburi bunların yoluyla getməliyəm ki?
Hətta Yaponiyaya gəldikdən sonra belə Gülən mətəbinin xarici ölkələrdən olan tələbələri ilə bəzən məsciddə üz-üzə gələndə deyirdilər ki, “sən yaxşı oğlan ola bilərsən əgər bizimlə oturub-dursan, yeyib-içsən, bütün gün məsciddə olsan”. Yəni belə çıxır ki, kim bunlardan deyil, pis adamdır? Bu düşüncə tərzini kökündən yalnış hesab edirəm.
Hər bir insanın, qrupun, cəmiyyətin, dövlətin özünün inandığı yol ola bilər amma bu o demək deyildir ki, o yoldan olmayanları özünə düşmən bilməlisən.
Amma bütün bunlarla belə dünyanın bir çox ölkələrində məktəblər açmış və savadlı kadrlar da yetişdirmişlər. Hətta Azərbaycanın ən ucqar kəndlərində məktəblər açmaqla, kəndlilərimizi təhsillə təmin etmişlər. Özü də kifayət qədər yüksək səviyyəli təhsillə.
Siyasi mübarizələr, iki lider arasında münasibətlər kəskinləşəndə, olacağı bu olur. Necə ki, vaxtı ilə, dünya liderləri Ben Ladenlə birlikdə yeyib içirdilər, Qəddafinin qonaqlıqlarına təşrif buyururdular amma bir anda siyasi mübarizə kəskinləşəndə, artıq bir tərəf terrorist adlandırıldı və digərləri (güclülər) tərəfindən məhv edildi.
Tarixlər boyu bu belə olub, bundan sonra da belə hadisələr olacaq.
Ona görə ən güclü olmaq lazımdır. Dünyanın ədalətli olmasına və olacağına inanmaq isə sadəcə gülünc doğurur. Həyatın ədalətsiz olduğunu qəbul edib, yaşam mübarizəsi aparmaq gərəkir.
Əlibəy Məmmədov
Tokyo, Yaponiya

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close