Türkiyədəki hərbi çevriliş cəhdini mən də qınayıram və dəstəkləmirəm.
Amma hal-hazırda Türk dövlətinin, polisinin və insanlarının onun əsgərlərinə qarşı etdikləri hərbi çevriliş aktından daha çox tənqid olunmalıdır.
Tarixlər yazmış, düşmənlərini qarşısında diz çökdürmüş Osmanlı İmperiyasını, müstəqil Türkiyə dövlətini yaşadan, onu ucaldan hər zaman onun əsgəri olmuşdur.
Hökümət rəhbərliyi ilə ordu generalları arasında olan fikir ayrılıqlarına görə və ya hər hansısa bir hakimiyyət davasına görə, dünyanın gözündə Türk əsgəri imijini alçaltmaq, onların heç birinin haqqı deyildir.
Erdoğana qarşı olmamışam heç zaman, Azərbaycanı hər zaman yüksək siyasi zirvələrdə dəstəkləməsini də yüksək qiymətləndirirəm.
Amma Erdoğan öz liderliyini göstərmək üçün, hərbçiləri azad etməlidir. Onların dərdlərini, düşüncələrini dinləməlidir. O zaman onun əsl lider olduğunu söyləmək olar.
Xüsusilə adi əsgərləri camaatın, polisin ayaqları altına atmağa nə Erdoğanın nə də digər hər hansısa digər bir siyasi rəhbərin heç bir hüququ yoxdur.
Hər zaman Türkiyəni əsgərini, şəhitini başları üzərində gəzdirən bir dövlət kimi görmüşük. İndi hansı səhnələrə şahid oluruq?
Mən əminəm ki, oradakı əsgərlər Türkiyəni ən az Ərdoğan kimi sevirlər. Türkiyə dünyəvi dövlət olmalıdır. Necə ki, Atatürk canı və qanı bahasına onun müstəqilliyini qoruyub saxlaya bilmişdi. Şəriət qanunları ilə idarə olunan Türkiyəni şəxsən mən görmək istəmirəm. İndi zaman dünyəvilik, sekulyarlıq zamanıdır.
Bütün sevgim və qəlb ağrılarımla həqiqi Türkiyənin yanındayam.