Özümüzə düzgün sual verməyi bacarırıqmı?

Salam əziz oxucular. Yaponiyadan Əlibəy Məmmədovdur. Son vaxtlar oxuduğum kitabların və qarşılaşdığım insanların təcrübələrindən yararlanmaqla bu həyatda öz həqiqi arzumuzun nə olmasını izah etməyə çalışacam. Görəsən biz özümüzə doğru sualı qoya bilirikmi?

Tək Azərbaycanda deyil, elə Yaponiyanın özündə də hər zaman uşaq və gənclərə daha çox belə sual ünvanlanır. Böyüyəndə nəçi olmaq istəyirsən? Böyüyəndə kim olmaq istəyirsən?

Eynilə cavablar da suala uyğun olur. həkim, diplomat, səfir və s.

Mən belə hesab edirəm ki, bu sualın quruluşu kökündən yalnışdır və çox təhlükəlidir. Əslində bu suala bir balaca düzəliş  versək daha yaxşı olur. Gələcəkdə nə ilə məşğul olmaq istəyirsən?

Sualların özündə o qədər də böyük fərq görünməsə belə nəticə etibarilə kifayət qədər fərqlər mövcuddur.

Məsələn əgər bir uşağa məktəbliyə, tələbəyə nəçi olmaq istəyirsən sualını verəndə cavab “həkim”  deyə cavab verdiyini fərz edək. Bu zaman bu şəxs üçün həyatda sadəcə bir yol qalır. Sadəcə həkim olmaq. Birdən ola bilmədi?! Onda necə?

Xəyal qırıqlıqları, həyatdan küsmələr, paxıllıqdan ona buna söz atmalar, hətta daha da irəli gedib başqalarına yuxarıdan aşağı baxmalar kimi hallara gətirib çıxarda bilər. Psixoloji cəhətdən kifayət qədər zəif insanlarda isə öz həyatına qəsd etmələrə də rast gələ bilərik. Yaponiyada arzusuna çata bilmədiyinə görə öz həyatlarına qəsd edənlər az deyil. Eynilə Azərbaycanda  qəbul imtahanlarında istədikləri nəticələri göstərə bilmədiklərinə görə intihara cəhd edən abituriyentlər də az olmamışdır.

Əgər biz “həkim” olmaq istəyən gəncə, niyə görə həkim olmaq istəyirsən sualına versək, çox güman ki, belə bir cavab alacağıq. “İnsan həyatını xilas etmək üçün”.

Deməli bu gəncin gələcəkdə etmək istədiyi, məşğul olmaq istədiyi iş “insan həyatını xilas etməkdir”.

Belə olan halda, əgər insan həyatını xilas etmək istəyirsənsə, həkim də ola bilərsən, həkimlərin əməliyyatlar zamanı istifadə etdiyi avadanlıqların yaradılması ilə də məşğul ola bilərsən, bu da həyatı xilas edir. Əgər sənin əməliyyat aparatın olmasa, həkim də xəstənin həyatını xilas edə bilməz. Və ya dərman preparatlarının hazırlanması ilə məşğul ola bilərsən, eyni zamanda kənd təsərrüfatı ilə məşğul ola bilərsən. Dərman preparatlarının hazırlanmasında istifadə edilən məhsullarla təmin edə bilərsən dərman şirkətlərini. Bütün bunlar da insan həyatını xilas edir. Sənin məqsədinə uyğundur. Və ya çimərlikdə dənizə nəzarət edə bilərsən. Boğulmaqda olan insanları xilas edə bilərsən. Bu da həyatı xilas edir və sənin məqsədinə uyğundur.

Eyni zamanda gələcəkdə “diplomat”, “səfir” olmaq istəyən gəncə, niyə sualına verdikdə, çox güman ki, aşağıdakı cavabla qarşılaşacağıq.

“Azərbaycanla Yaponiyanın (və ya hər hansısa digər dövlətin) arasında körpü rolunu oynamaq, bu iki dövlət arasında əlaqələrin daha da inkişafına nail olmaq, dövlətlər arası, xalqlar arası yaxınlaşmağa nail olmaq”.

Demək bu gəncin əsas məqsədi Azərbaycanla Yaponiyanın (və ya hər hansısa digər bir dövlətin ) arasında körpü rolunu oynamaq və ikitərəfli münasibətlərin inkişafına nail olmaq, mübadilələrin sayını artırmaqdan ibarətdir.

Əlbəttə, bunun üçün diplomat olmaq, səfir olmaq gözəl bir vasitədir. Amma birdən özündən və ya başqa bir səbəblərdən ola bilmədin onda necə?

Əgər məqsədin ikitərəfli münasibətlərin inkişafıdırsa, biznesmen olub, ticari dövriyələrin sayını artırmaqla, iqtisadi əlaqələri genişləndirməklə, ikitərəfli münasibətlərin inkişafına nail olmaq olar. Və ya akademik bir insan olub, ölkələr arasında elmi konfranslar keçirməklə elmi və mədəni mübadilələrin inkişafna töhvə vermək olar. Və ya diaspora təşkilatı yarada bilərsən, xarici ölkədə doğma yurdunu tanıtmaq işi ilə məşğul ola bilərsən. Bu daha da böyük töhvələr  verə bilər ikitərəfli münasibətlərə.

Mən o fikri çatdırmaq istəyirəm ki, özünüzə kim olmaq istəyirsən sualını deyil, nə etmək istəyirsən və ya nə ilə məşğul olmaq istəyirsən sualını qoymaqla, öz imkanlarınızı genişləndirə bilərsiniz. Ətrafınızdakılar və övladlarınızla münasibətdə də bu suallara ciddi şəkildə fikir vermək lazımdır.

Yazımı oxuyan əziz oxucularıma çağırışım isə budur: Gələcəkdə nə ilə məşğul olmaq istəyirsiz? Həqiqi arzunuz nədir? Bəlkə də kimlərinsə sizə satdığı, beyninizə yeritdiyi xəyalları səhvən öz arzunuz kimi qəbul edirsiniz? Düşünün. Peşman olmazsız.

Əlibəy Məmmədov

Yaponiya

Əlaqə: alibay.aze@gmail.com

img112

コメントを残す

以下に詳細を記入するか、アイコンをクリックしてログインしてください。

WordPress.com ロゴ

WordPress.com アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

Facebook の写真

Facebook アカウントを使ってコメントしています。 ログアウト /  変更 )

%s と連携中

%d人のブロガーが「いいね」をつけました。
search previous next tag category expand menu location phone mail time cart zoom edit close